Məhkəmə qərarları › İş №2(078)-929/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-929/2021

19.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-929/2021 19.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X3nun 24 avqust 2002-ci il tarixdə ölməsi barədə hüquq əhəmiyyəti olan faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmşdir ki, mərhum babası X20 2003-cü il tarixində vəfat etmişdir. Ölümündən sonar ünvan 1 ünvanında yerləşən əmlak miras qalmışdır. Ərizəçi mərhum babası X8 adına olan evi sənədləşdirmək istəmişdir. Həmin zaman X3nunun ölüm haqqında şəhadətnaməsi lazım olmuşdur. Lakin evdən tapa bilməmişdir, bundan sonra Naxçıvan şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir ki, ölüm haqqında şəhadətnamədən çıxarış alsın. Qeydiyyat şöbəsində atasının ölümü barədə çıxarış tapılmamış, həmin zaman ərizəçiyə məlum olmuşdur ki, atası vəfat edəndə ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra Naxçıvan şəhər Qeydiyyat şöbəsinə yazılı olaraq müraciət etmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsinin 03.05.2021-ci il tarixli, 2/240 nömrəli məktubu ilə ərizəçiyə cavab olaraq X7 2002-ci ildə öldüyünə dair Naxçıvan şəhər Qeydiyyat şöbəsinin arxivində heç bir məlumat olmadığını, vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılmasının mümkün olmadığı bildirilmişdir. Əlavə olaraq vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhəri 1 saylı notariat ofisinə müraciət etmişdir. Mərhum X3nun ölüm haqqında şəhadətnaməsi olmadığından imtina ərizəsi verilmişdir. Mərhum atasının ölümü ilə əlaqədar Naxçıvan MR Səhiyyə Nazirliyinə müraciət etmişdir. Lakin atasının ölümü ilə əlaqədar heç bir məlumatın olmadığını bildirilməklə yazılı məlumat verilmişdir. X3 24 avqust 2002-ci il tarixdə Naxçıvan şəhəri Bulqan kəndində vəfat etmiş, Bulqan kəndində qəbristanlığında dəfn edilmişdir. Dəfn edildikdən sonra Bulqan kəndində yas mərasimini keçirmişdir. Həmin yas mərasimində kənd əhalisi və uzaqdan yaxından bütün qohumları iştirak etmişlər. Mərhum X3nun ölümünü təsdiq edən kənd sakinləri şahid kimi məhkəmə prosesində iştirak edəcək, əlavə olaraq Bulqan kənd qəbiristanl ğında atasının qəbir daşının foto şəkilləri və 30 aprel 2021-ci il tarixli, 1106 nömrə ilə qeydə alınmış Qaraçuq bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli, 14 nömrə ilə qeydə alınmış arayışda təsdiq edir ki, mərhum X3 24 avqust 2002-ci il tarixdə Naxçıvan şəhəri Bulqan kəndində vəfat etməklə Bulqan kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd olunanları nəzərə lan məhkəmə Naxçıvan şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında babası X8 2003-cü il tarixində vəfat etdiyini, ölümündən sonra ünvan 1 ünvanında yerləşən əmlakın miras qaldığını, babası X8 adına olan evi sənədləşdirmək istədiyini, həmin zaman X3nunun ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu, lakin tapa bilmədiyini, Naxçıvan şəhər Qeydiyyat şöbəsinə müraciət edərək ölüm haqqında şəhadətnamədən çıxarış almaq istədiyini, qeydiyyat şöbəsində atasının ölümü barədə çıxarışın tapılmadığını, həmin vaxt atası vəfat edəndə ölüm haqqında şəhadətnamə verilmədiyinin məlum olduğunu, bundan sonra Naxçıvan şəhər Qeydiyyat şöbəsinə yazılı olaraq müraciət etdiyini, Naxçıvan şəhər Qeydiyyat şöbəsinin 03.05.2021-ci il tarixli, 2/240 nömrəli məktubu ilə cavab olaraq X7 2002ci ildə öldüyünə dair Naxçıvan şəhər Qeydiyyat şöbəsinin arxivində heç bir məlumat olmadığının bildirildiyini, vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhəri 1 saylı notariat ofisinə müraciət etdiyini, X3nun ölüm haqqında şəhadətnaməsi olmadığından imtina ərizəsi verildiyini, mərhum atasının ölümü ilə əlaqədar Naxçıvan MR Səhiyyə Nazirliyinə müraciət etdiyini, lakin atasının ölümü ilə əlaqədar heç bir məlumatın olmadığını bildirilməklə yazılı məlumat verildiyini, X3nun 24 avqust 2002-ci il tarixdə Naxçıvan şəhəri Bulqan kəndində vəfat etdiyini, Bulqan kənd qəbristanlığında dəfn edildiyini, dəfn edildikdən sonra Bulqan kəndində yas mərasimini keçirildiyini, həmin yas mərasimində kənd əhalisi və uzaqdan yaxından bütün qohumların iştirak etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında hüquqlarını müdafiə etdiyi Ərizəçi izahatına əlavəsinin olmadığını, ərizəçinin qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində ərizəçi Mübarizlə qonşu olduğunu, Mübarizin atası Cəlilin 24 avqust 2002-ci il tarixdə Bulqan kəndində öldüyünü, onu Bulqan kənd qəbiristanlığında dəf etdiklərini, dəfndə və yasda özünün də iştirak etdiyini, mərhumun yasının Mübarizgilin həyətində keçirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində Mübarizlə qonşu olduğunu, ərizəçinin atası Cəlilin Bulqan kəndində öldüyünü, onun ölüm tarixini dəqiq xatırlamadığını, amma onun ölümündən təxminən 20 ilə yaxın müddət keçdiyini, Cəlilin Bulqan kənd qəbirstanlığında dəfn edildiyini, özünün də dəfndə iştirak etdiyini, həmçinin onun yas mərasiminin həyətdə keçirildiyini, özünün yasda da iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində ərizəçi Mübarizin onun baldızının oğlu olduğunu, Mübarizin atası Cəlilin 24 avqust 2002-ci il tarixdə Bulqan kəndində öldüyünü, onu Bulqan kənd qəbiristanlığında dəfn etdiklərini, dəfndə və yasda özünün də iştirak etdiyini, mərhumun yasının Mübarizgilin həyətində keçirildiyini, atası rəhmətə gedəndə Mübarizin hərbi xidmətdə olduğunu bildirmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: -İş materiallarına əlavə edilmiş İ-ЖГ seriyalı, 331240 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 ilə X13 arasında 07 noyabr 1977-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmiş və nikahın bağlanmasından sonra arvada “Əliyeva” soyadı verilmişdir. -İş materiallarına əlavə edilmiş Vİİİ-ЖГ seriyalı, 492047 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1983-cü il tarixdə Babək rayon, Cavidabad kəndində doğulmuşdur. Onun X3, anası isə X9r. -İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli, 02/240 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X7 2002-ci ildə öldüyünə dair Naxçıvan şəhər Qeydiyyat şöbəsinin arxivində heç bir məlumat yoxdur. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. -İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli, 981 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhər, Bulqan kəndində qeydiyyatda olan mərhum X8 vərəsələri 1934cü il təvəllüdlü arvadı (mərhum) X25, 1954-cü il təvəllüdlü oğlu (mərhum) X18, 1955-ci il təvəllüdlü oğlu X22, 1957-ci il təvəllüdlü oğlu, (mərhum) X23, 1959-cu il təvəllüdlü qızı X19, 1960-cı il təvəllüdlü qızı X14, 1962-ci il təvəllüdlü (mərhum) X24 və 1964-cü il təvəllüdlü X6r. -İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli, AZ-İ seriyalı, 012592 nömrəli çıxarışdan görünür ki, X20 03.12.2003-cü il tarixdə Babək rayon, Bulqan kəndində ürəyin dayanması, miokard infarktı səbəbindən vəfat etmiş, bu barədə ölüm kitabının 04.12.2003-cü il tarixdə 18-ci səhifəsində qeydiyyatı aparılmışdır. -İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 93.53 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 18/42 nömrəli reyestr kitabının 8297 nömrəli vərəqində qeydiyyata alınmışdır. -İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli, 9/29 nömrəli məktubdan görünür ki, 13 iyun 1954-cü ildə anadan olmuş Naxçıvan şəhər Bulqan kənd sakini X7 24 avqust 2002-ci il tarixdə ölməsi barədə “Zərifə Əliyeva adına Naxçıvan Şəhər Polikilinikası” publik hüquqi şəxsinin 1 iyul 2021-ci il tarixli, 67 nömrəli məktubuna əsasən hər hansı bir məlumatın olmadığı qeyd edilmişdir. -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 15 iyul 2021-ci il tarixli, 140 nömrəli məktubundan görünür ki, ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -İş materiallarına əlavə edilmiş Qaraçuq kənd Həkim Ambulatoriyasının 19 avqust 2021-ci il tarixli arayışından görünür ki, 24 avqsut 2002-ci il tarixdə vəfat etmiş Bulqan kənd sakini X7 ölümünə dair heş bir məlumat yoxdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. -İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli, 1106 nömrəli arayışdan məlum olur ki, mərhum X1 şəhər, Bulqan kəndində, 24 avqust 2002-ci ildə vəfat etmişdir. -İş materiallarında olan Naxçıvan şəhər Qaraçuq bələdiyyəsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, 14 nömrəli məktubdan görünür ki, Bulqan kənd sakini X21 24.08.2002-ci ildə Bulqan kəndində vəfat etmişdir və Bulqan kənd qəbirstanlığında dəfn edilmişdir. Onun məzarının sağ tərəfində atası X20, sol tərəfində X2, arxa tərəfində X26, ön tərəfində isə X15 dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, baş daşı üzərində «X21 1954- 2002 » yazılar qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 13 iyun 1954-cü il tarixdə doğulmuş X7 24 avqust 2002-ci il tarixdə Naxçıvan şəhəri, Bulqan kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 iyun 1954-cü il tarixdə doğulmuş X7 24 avqust 2002-ci il tarixdə Naxçıvan şəhəri, Bulqan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar