Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-952/2024 25.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızının iştirakı ilə, Ərizəçi Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızının Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı ərizə ilə məhkəməyə müraciət edərək, X3 M-00133 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş mediatoru X7 iştirakı ilə Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Ş-1524 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi və məcburi icrası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, onunla keçmiş həyat yoldaşı Maraqlı şəxs arasında nikah akt qeydi Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1009/2023 nömrəli qətnaməsi ilə pozulmuş, Naxçıvan şəhər Nikah Evində xx.xx.2024-cü il tarixdə 83 sayla qeydə alınmışdır. Birgə nikahda yaşadıqları dövrdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 16, ev 18A ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində 182.04 kv.m tikilidən ibarət olan daşınmaz əmlakı (fərdi yaşayış evini) əldə etmişlər. Həmin evi Daşınmaz əmlakın dövlət reyestrində 18/52 nömrəli reyestr kitabının 10238 nömrəli vərəqində, xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata aldırmışlar. Həmçinin nikahları pozulan vaxtlarda Maraqlı şəxs ilə birlikdə razılığa gəlmişlər ki, birgə nikahda olduqları zamanlarda əldə etdikləri birgə mülkiyyətlərini (əmlaklarını) məhkəmədən kənar barışıq (razılıq) yolu ilə bölmək üçün X4 müraciət etsinlər. xx.xx.2023-cü il tarixdə, X3 M-00133 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X7 iştirakı ilə Şahgəldiyev Bəhlul oğlu ilə barışıq sazişi imzalamışlar. Mediasiya prosesi zamanı müəyyənləşdirmişlər ki, nikah dövründə ünvan 1 ünvanında 0.033 ha torpaq sahəsi üzərində 182.04 kv.m tikilidən ibarət olan daşınmaz əmlak (fərdi yaşayış evi) və bir ədəd 2014 istehsal tarixli, X12 tipli minik avtomobili əldə etmişlər. Barışıq sazişinin şərtlərinə əsasən: “1. Tərəflər birlikdə Mediasiya prosesində anlayış göstərərək aralarında qərara gəldilər ki, xx.xx.2022-ci ildə Ərizəçi adına qeydiyyata alınmış (qeydiyyat nişanı 71BB646, istehsal tarixi 2014, mühərrik nömrəsi 785938 C, mühərrik həcmi 1500, ban nömrəsi MDHBBAN **********, rəngi ağ mirvari, marka X12 tipli) avtomobili 15000 (on beş min) manat dəyərində öz aralarında qiymətləndirərək, avtomobil tərəf Ərizəçi adında saxlanılmasına və ya onun mülkiyyətinə verilməsinə və qarşılığında Ərizəçi digər tərəfə, Maraqlı şəxs 31 yanvar 2024-cü il tarixədək 7500 (yeddi min beş yüz) manat pul ödəməsinə razılaşdılar. 2. Tərəflər nikah dövründə əldə olunmuş xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs adına tam mülkiyyət qeydiyyatına alınmış (qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın dövlət reyestrində 18/52 nömrəli reyestr kitabının 10238 nömrəli vərəqində qeydiyyata alınmış, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə-16, ev- 18A-da 0.033 ha torpaq sahəsində 182.04 kv.m ərazidə yerləşən) mülkün Naxçıvan şəhərində əmlak bazarında gündəlik olan qiymətə uyğunlaşdırılıb, satılıb Tərəflər Maraqlı şəxs və Ərizəçi ilə aralarında bölünməsinə və alqı-satqı zamanı çəkilən xərclərin hər iki tərəf arasında bölünərək ödənilməsi üzrə razılaşdılar”. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxs mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Maraqlı şəxs iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı məhkəmə baxışı iclasında 9 aydır Maraqlı şəxs ilə nikahlarının pozulduğunu, ancaq məcbur qalıb eyni evdə yaşadıqlarını, Maraqlı şəxs evdə yaşamağa şərait yaratmadığını, problemlər yaratdığını, özünün ayrı yaşamaq istədiyini, avtomobilin 15000 manat qiyməti olduğunu, özünün ödəməli olduğu 7500 manatı ödəmək üçün Maraqlı şəxs dəfələrlə notariusa getməyi təklif etdiyini, onun razı olmadığını, getmədiyini, evin də avtomobilin də yarıya bölünməsi barədə razılaşdıqlarını bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, ərizəçinin izahatını qiymətləndirən məhkəmə müəyyən edir ki, ərizəçi Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı ilə Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması və ərizəçi ilə maraqlı şəxsin arasında barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli, AZ-İ seriyalı, 433229 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi ilə Maraqlı şəxs arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 83 nömrə ilə qeyd aparılması; -İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 16, ev 18A ünvanında 0.033 ha torpaq sahəsində yerləşən 182.04 kv.m fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; -İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1009/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs ilə Ərizəçi arasında 11 oktyabr 2007-ci il tarixdə Şahbuz rayon Sələsüz kənd İcra Nümayəndəliyində bağlanmış 04 nömrəli nikahın pozulmasının, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş 17 iyul 2008-ci il təvəllüdlü X6 və 28 oktyabr 2012-ci il təvəllüdlü X1 anası Ərizəçi yanında saxlanılmasının və Maraqlı şəxs 03 iyul 2023-cü il tarixdən hesablanmaqla hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq 17 iyul 2008-ci il təvəllüdlü X2 və 28 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi xeyrinə ödənilməsinin qət edilməsi; -İş materiallarına əlavə edilmiş NMR Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 03 may 2024-cü il tarixli, 01/373 nömrəli arayışa əsasən Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızının Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 16, ev 18A ünvanında qeydiyyatda olması; -İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli, Ş-1524 nömrəli barışıq sazişindən Ərizəçi ilə Maraqlı şəxs arasında həmin tarixdə mediator X7 iştirakı ilə barışıq sazişi bağlanması, barışıq sazişinə əsasən tərəflərin nikah dövründə ünvan 2 ünvanında 0.033 (ölçüsü hektarla) torpaq sahəsində 182.04 kvadratmetrdə yerləşən daşınmaz əmlak və bir ədəd 2014 istehsal tarixli, X12 tipli minik avtomobili əldə etdikləri, tərəflərin birlikdə Mediasiya prosesində anlayış göstərərək aralarında xx.xx.2022-ci ildə Ərizəçi adına qeydiyyata alınmış (qeydiyyat nişanı 71BB646, istehsal tarixi 2014, mühərrik nömrəsi 785938C, mühərrikin həcmi 1500, ban nömrəsi MDHBBAN**********, rəngi ağ mirvari, marka X12 tipli) avtomobili 15000 (on beş min) manat dəyərində öz aralarında qiymətləndirilərək, avtomobilin tərəf Ərizəçi adında saxlanılmasına və ya onun mülkiyyətinə verilməsinə və qarşılığında Ərizəçi digər tərəfə Maraqlı şəxs 31 yanvar 2024-cü il tarixədək 7500 (yeddi min beş yüz) manat pul ödəməsinə razılaşmaları və tərəflərin nikah dövründə əldə olunmuş xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs adına tam mülkiyyət qeydiyyata alınmış (qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın dövlət reysetrində 18/52 nömrəli reyestr kitabının 10238 nömrəli vərəqində qeydiyyata alınmış, Naxçıvan şəhəri Əliabad qəsəbəsi, döngə 16, ev 18A-da 0.033 torpaq sahəsində 182.04 kvadratmetr ərazidə yerləşən) mülkün, Naxçıvan şəhərində əmlak bazarında gündəlik olan qiymətə uyğunlaşdırılıb, satılıb Tərəflər Maraqlı şəxs və Ərizəçi aralarında bölünməsinə və alqı-satqı zamanı çəkilən xərclərin hər iki tərəf arasında bölünərək ödənilməsi üzrə razılaşmaları aydın olur. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surətinin göndərilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində onun avtomobilə dair hissədə icra edilmədiyini, barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin həmin hissədə qanuna zidd olmadığını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin olunmalı, Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 20 oktyabr 2023-cü il tarixli barışıq sazişi avtomobilə dair hissədə təsdiq edilməli, 20 oktyabr 2023-cü il tarixli barışıq sazişi əsasında xx.xx.2022-ci ildə Ərizəçi adına qeydiyyata alınmış (qeydiyyat nişanı 71BB646, istehsal tarixi 2014, mühərrik nömrəsi 785938C, mühərrikin həcmi 1500, ban nömrəsi MDHBBAN**********, rəngi ağ mirvari, marka X12 tipli) avtomobil 15000 (on beş min) manat dəyərində qiymətləndirilərək, avtomobil Ərizəçi adında saxlanılmalı və qarşılığında Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı isə Maraqlı şəxs 7500 (yeddi min beş yüz) manat pul ödəməlidir. 20 oktyabr 2023-cü il tarixli, Ş-1524 nömrəli barışıq sazişinin digər hissəsi olan tərəflərin nikah dövründə əldə olunmuş xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs adına tam mülkiyyət qeydiyyata alınmış (qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın dövlət reysetrində 18/52 nömrəli reyestr kitabının 10238 nömrəli vərəqində qeydiyyata alınmış, Naxçıvan şəhəri Əliabad qəsəbəsi, döngə 16, ev 18A-da 0.033 torpaq sahəsində 182.04 kvadratmetr ərazidə yerləşən) mülkün, Naxçıvan şəhərində əmlak bazarında gündəlik olan qiymətə uyğunlaşdırılıb, satılıb Tərəflər Maraqlı şəxs və Ərizəçi aralarında bölünməsinə və alqı-satqı zamanı çəkilən xərclərin hər iki tərəf arasında bölünərək ödənilməsi üzrə razılaşmalarına münasibətdə isə məhkəmə belə qeyd edir ki, həmin hissədə barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun bağlanmadığı, qanuna zidd olduğu üçün həmin hissədə barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, həmin barışıq sazişində daşınmaz əmlakın dəyəri göstərilməmiş, həmin daşınmaz əmlak satıldıqda əldə olunacaq dəyərin tərəflər arasında bölünməsi üçün payları göstərilməmiş, bununla da qeyri-müəyyən barışıq sazişi bağlanmışdır. Halbuki qeyd olunan barışıq sazişində sadalanan hallar tam aydın şəkildə əksini tapmalı idi ki, qeyd olunan barışıq sazişi həmin hissədə icra olunduqda qeyri-müəyyənlik yaranmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə qismən təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə qismən təmin olunmalı; -Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 20 oktyabr 2023-cü il tarixli barışıq sazişi nəqliyyat vasitəsinin dəyərinin yarısının ödənilməsinə dair hissədə təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci ildə Ərizəçi adına qeydiyyata alınmış (qeydiyyat nişanı 71BB646, istehsal tarixi 2014, mühərrik nömrəsi 785938C, mühərrikin həcmi 1500, ban nömrəsi MDHBBAN**********, rəngi ağ mirvari, marka X12 tipli) avtomobil 15000 (on beş min) manat dəyərində qiymətləndirilərək, avtomobil Ərizəçi adında saxlanılmalı və qarşılığında Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı tərəfindən Maraqlı şəxs 7500 (yeddi min beş yüz) manat pul ödənilməli; -Ərizə qalan hissədə rədd edilməli; -Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 20 oktyabr 2023-cü il tarixli barışıq sazişi daşınmaz əmlakın bölünməsinə dair hissədə təsdiq edilməsindən imtina olunmalı; -Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Maraqlı şəxs alınaraq Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə qismən təmin edilsin. Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 20 oktyabr 2023-cü il tarixli barışıq sazişi nəqliyyat vasitəsinin dəyərinin yarısının ödənilməsinə dair hissədə təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci ildə Ərizəçi adına qeydiyyata alınmış (qeydiyyat nişanı 71BB646, istehsal tarixi 2014, mühərrik nömrəsi 785938C, mühərrikin həcmi 1500, ban nömrəsi MDHBBAN**********, rəngi ağ mirvari, marka X12 tipli) avtomobil 15000 (on beş min) manat dəyərində qiymətləndirilərək, avtomobil Ərizəçi adında saxlanılsın və qarşılığında Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı tərəfindən Maraqlı şəxs 7500 (yeddi min beş yüz) manat pul ödənilsin. Ərizə qalan hissədə rədd edilsin. Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 20 oktyabr 2023-cü il tarixli barışıq sazişi daşınmaz əmlakın bölünməsinə dair hissədə təsdiq edilməsindən imtina olunsun. Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızı tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Maraqlı şəxs alınaraq Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-952/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-952/2024
25.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver