Məhkəmə qərarları › İş №2(078)-963/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-963/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-963/2024 16.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ərizəçi Zeynel oğlunun, ərizəçinin vəkili və nümayəndəsi Vəkil və tərcüməçi X9 iştirakları ilə, Ərizəçi Zeynel oğlunun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Zeynel oğlu ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşamış X5 15 iyun 1979-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, 1914-cü il təvəllüdlü qayınanası X15 15 iyun 1979-cu il tarixdə öldüyündən o, Naxçıvan şəhər qəbristanlığında dəfn edilmişdir. Ancaq ölümündən sonra övladları tərəfindən (Qeydiyyat şöbəsinə) Nikah Evinə müraciət edilib onun ölümünü qeydə aldırmadıqlarına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Onun qızı 02 aprel 1998-ci il tarixdə Rzayeva Firəngiz Mustafa qızı ilə Babək rayon VVADQ şöbəsində 27 nömrə ilə nikahı rəsmiləşdirib ailə qurmuşdur. Bu nikahdan övladı olmamışdır. Rzayeva Firəngiz Mustafa qızı ilə birlikdə 06 dekabr 2023-cü il tarixədək, yəni öldüyü günədək onun mülkiyyətində olan hazırda qeydiyyatda olduğu Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi, ev 2, mənzil 30 ünvanında yaşamışlar. X22 Mustafa qızı 06 dekabr 2023-cü il tarixdə öldüyünə görə ondan miras qalmış evi vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyir, lakin bunun üçün mərhum X22in atasının olduğu kimi, anasının da ölüm haqqında şəhadətnaməsi ondan tələb olunur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosuna müraciət etmişdir. Həmin Dəfn Xidməti Bürosunun 07 may 2024-ci il tarixli, 112 nömrəli arayışı ilə təsdiq olunmuşdur ki, qayınanası mərhum X15 1979-cu il tarixdə Naxçıvan şəhər qəbristanlığında dəfn edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan Muxtar Respublikası Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsə ünvanladıqları sorğuya 13 may 2024-cü il tarixdə 70 nömrəli məktubla cavab verilərək X7 ölüm haqqında tibbi şəhadətnamə sənədini təqdim edə bilmədiklərini bildirmişlər. Mərhum qayınanası X10 ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə ünvanladıqları sorğuya “Vətəndaşlıq vəziyyəti aktları” X2 üzrə bütün vətəndaşlıq aktları üzrə yoxlamalar aparılmışdır və ölüm akt qeydi aşkar edilmədiyindən 22 may 2024-cü il tarixdə 3-16-5/8-16-230/2024 nömrəli məktubla cavab verilərək ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət olunması izah olunmuşdur. X1 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. X3 15 iyun 1979cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən olunmasının məhkəmə qaydasında təsdiq olunmasını istəyir. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil 16 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək ərizədə hüquqi yardım göstərdiyi Ərizəçi Zeynel oğlunun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, lakin həmin ərizə tərtib edilərkən texniki səhv olaraq ərizənin xahiş hissəsində X5 adının göstərildiyini, ünvan 1 ünvanında yaşamış X7 15 iyun 1979-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Nikah Evinin müdiri İsayə Seyidova 27 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərindən onların iştirakı olmadan işə baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Ərizəni nəzərə alan məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi Zeynel oğlu vəkil və nümayəndəsinin dediklərinə əlavəsinin olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və nümayəndəsi Vəliyev X6 Fizzə Seyidtağı qızının 15 iyun 1979-cu il tarixdə Naxçıvan şəhərində vəfat etdiyini, Naxçıvan şəhər qəbiristanlığında dəfn olunduğunu, ərizəçinin mərhumun qızı X13 ilə 02 aprel 1998-ci il tarixdə ailə həyatı qurduğunu, onun ölümü ilə əlaqədar qalan miras əmlakı qəbul etmək istədiyini, ancaq qaynanasının da ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində X11 qonşu kimi tanıdığını, Mustafanın həyat yoldaşı olduğunu, təxminən 1978-1979-cu illərdə X7 vəfat etdiyini, özünün həmin vaxt 10-cu sinifdə oxuduğunu, xərçəng xəstəliyinə tutulduğunu, ondan vəfat ediyini, özünün yaşı az olduğu üçün onun dəfnində iştirak etmədiyini, ancaq yasında iştirak etdiyini, yas mərasiminin binanın həyətində olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində o ailəni 1973-cü ildən tanıdığını, özlərinin həmin vaxt ora köçdüklərini, onların əvvəldən orada yaşadıqlarını, Firəngizi tanıdığını, yasında iştirak etdiyini, anası X7 öldüyünü, ancaq hansı tarixdə öldüyünü bilmədiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən, lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İş materiallarında olan Babək rayon VVADQ şöbəsi tərəfindən verilmiş 09 aprel 2014cü il tarixli, AZ-İ seriyalı, 691319 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Ərizəçi Zeynel oğlu ilə X13 arasında 02 aprel 1998-ci il tarixdə Babək rayon VVADQ şöbəsində nikah bağlanmış, həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmiş və nikah bağlanması zamanı qadın “Bucak” soyadını seçmişdir. İş materiallarında olan Naxçıvan “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 296849 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X13 06 dekabr 2023-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Şöbəsi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 11 nömrəli arayışda qeyd olunmuşdur ki, X7 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə X4 Arxivində və "X4 avtomatlaşdırılmış elektorn informasiya sistemi”ndə bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X15 barədə "X4 avtomatlaşdırılmış elektorn informasiya sistemi”ndə və Nazirliyin X4 Arxivində heç bir məlumat tapılmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 22 may 2024-cü il tarixli, 3-16- 5/8-16-230/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş X4 dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə, ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X7 xx.xx.1979-cu ildə öldüyünə dair Maraqlı şəxs arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 70 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 6 ünvanında qeydiyyatda olmuş, 1914-cü il təvəllüdlü X7 ölüm haqqında şəhadətnaməsinin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 327 nömrəli arayışdan görünür ki, Bucak X12 şəhəri, Həsən Əliyev küçəsi, ev 2, mənzil 30 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli, 1427 nömrəli arayışdan görünür ki, mərhum X5 atası X14 (vəfat edib), anası X15 (1979-cu ildə vəfat edib) və yoldaşı Ərizəçi Zeynel oğlu adlı vərəsələri vardır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosunun 07 may 2024-cü il tarixli, 112 nömrəli arayışına əsasən, mərhum X15 1979-cu ildə Naxçıvan şəhər qəbristanlığında dəfn edilmişdir. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X15 1914- 1979” yazıları qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və ərizəçinin vəkili və nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X3 15 iyun 1979-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -1914-cü il tarixdə doğulmuş X7 15 iyun 1979-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi Zeynel oğluna aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1914-cü il tarixdə doğulmuş X7 15 iyun 1979-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi Zeynel oğluna aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar