Məhkəmə qərarları › İş №2(078)-965/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-965/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-965/2023 03.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X2 09 iyul 1989-cu ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, atası və anası qeyri-rəsmi nikaha daxil olmuş və həm X3, həm də anası Ələkbərova Tovuz M.Kərim qızı vəfat etmişdir. Nənəsi və babasının ölüm akt qeydindən çıxarışını almaq üçün qeydiyyat orqanına müraciət edərkən məlum olmuşdur ki, nənəsinin ölümü qeydə alınmamışdır. Nənəsinin qəbrinin fotoşəkilini ərizəyə əlavə etmişdir və qəbrin ətrafında olan şəxslərə bağlı Dəfn Bürosundan arayış almışdır. Nənəsinin iki övladı olmuşdur. Anası və dayısı. Dayısı və onun övladı vaxtsız vəfat etmişdir. Anası vəfat etdikdən sonra nənəsindən qalan mirası heç cür sənədləşdirə bilmirlər. Ona görə nənəsinin ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun mərhum həyat yoldaşının bibisi qızıdır. O həyat yoldaşı ilə ailə quranda mərhum Mülayim xala həyatda yox idi. Tahirə xanımın anası Tovuz xalanı görmüşdür. Ancaq bilir ki, sözügedən hazırkı əmlak Mülayim xalaya məxsus olub. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərmişdir ki, ərizəçinin nənəsi Mülayim xanımla qonşu olmuşdur. Ərizəçinin nənəsi Mülayim xalanı yaxşı tanıyır. Rəhmətlik çox xeyriyyəçi və zəhmətkeş qadın idi. Hazırkı həyət ona məxsus idi. Öz həyətinə baxıb qulluq edirdi. Hamıya da yardım əli tutardı. Rəhmətlik Mülayim xanım 30- 35 il bundan qabaq rəhmətə gedib. Onun yasında da iştirak etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli 3-16-518- 15-324/2023 nömrəli məktubda Ərizəçi verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, mərhum X3nun və anası Əliyeva Tovuz M.Kərim qızının nikahı haqqında və X7 ölümü haqqında məlumatlar avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və heç bir məlumat tapılmamışdır. Naxçıvan şəhər Nikah Evinin müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 514 nömrəli arayışdan aydın olur ki, Ələkbərov M.Kərim Ələkbər oğlu barəsində xx.xx.2023cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Nikah Evinin müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 515 nömrəli arayışdan aydın olur ki, X8 barəsində xx.xx.2023-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Buna görə də məhkəmə müraciət etmək hüququ izah olunmuşdur. Naxçıvan şəhər Nikah Evinin müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 637 nömrəli arayışdan aydın olur ki, X8 barəsində xx.xx.2023-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 85 nömrəli arayışdan aydın olur ki, X8 barəsində 1989-1995-ci illərə dair yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Ərizəçi 14 avqust 1954-cü ildə doğulmuşdur. X3, anası Əliyeva Tovuz M.Kərim qızıdır. Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, Ələkbərova Tovuz M.Kərim qızı xx.xx.2022-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə 10 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli 2196 nömrəli arayışdan aydın olur ki, Ələkbərova Tovuz M.Kərim qızının vərəsələri X14-həyat yoldaşı-vəfat edib, Ərizəçi Mülsüm qızı-qızı-1954 və X8-anası-vəfat edib. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 27 yanvar 2016-cı il tarixli 18 nömrəli arayışdan aydın olur ki, X8 1989-cu ildə Naxçıvan Şəhər Qəbirstanlığında aşağıdakı qəbirlərin arasında dəfn olunub. X1 tərəf, X10-sağ tərəf, X9 baş tərəf, X5 ön tərəf. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X2 09 iyul 1989-cu ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi miras əmlakın sənədləşdirilməsi üçün nənəsinin ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 09 iyul 1989-cu ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar