Məhkəmə qərarları › İş №2(078)-975/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-975/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-975/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhərində yaşamış mərhum nənəsi Qurbanova Sara M.Sadıq qızının 01 iyun 1994-cü il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum Qurbanova Sara M.Sadıq qızı onun nənəsidir. O 01 iyun 1994-cü ildə Naxçıvan şəhərində vəfat etmiş, lakin Kəngərli rayonu Böyükdüz kəndində dəfn olunmuşdur. Kəngərli rayonu Xok Bələdiyyəsinin 19 iyun 2025-ci il tarixli arayışına əsasən Böyükdüz qəbristanlığında dəfn olunmuşdur. Buna sübut olaraq qəbrin fotoşəkili ərizəyə əlavə olunmuşdur. Biz müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini indiyədək almamışıq. Bu səbəbdən də nənəmin ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. O nənəsi Qurbanova Sara M.Sadıq qızının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə mərhum atası X1 adına olan və ondan miras qalan ünvan 1 ünvanındakı mənzilin sənədləşdirilməsi üçün mərhum nənəsi Qurbanova Sara M.Sadıq qızının ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vəəsəlik hüquqi haqqında şəhadətnaməsini ala bilmir. O mərhum nənəsi Qurbanova Sara M.Sadıq qızının ölüm haqqında şəhadətnaməsini ala bilmir və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Naxçıvan şəhər Nikah Evinin 10 iyun 2025-ci il tarixli və Naxçıvan MR Ədliyyə Nazirliyinin 02 iyun 2025-ci il tarixli arayışına əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1994-1999-cu illər üzrə vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış 1908-ci il təvəllüdlü Qurbanova Sara M.Sadıq qızının ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər Nikah evinin 10 iyun 2025-ci il tarixli, 3-16-5/8-15- 513/2025 nömrəli məktubuna əsasən Qurbanova Sara M.Sadıq qızının 01 iyun 1994-cü il tarixdə öldüyünə dair Naxçıvan Şəhər Nikah evinin arxivində heç bir məlumatın tapılmadığını və ölüm faktının təsdiq olunması üçün müvafiq məhəkəməyə müraciət edilməsi qeyd olunmuşdur. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X8 20 iyun 2025-ci il tarixli arayışında Qurbanova Sara M.Sadıq adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Bunun üçün də məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək izahatında nənəsinin 1994-cü ildə öldüyünü, 86 yaşında vəfat etdiyini, yaşlı olduğunu, yas mərasimini 2-ci mikrorayonda keçirdiklərini, iyulun 1-i vəfat etdiyini, 3 gün yas saxlanıldığını bildirmiş, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində nənəsinin 1994-cü ildə yaşlılıqdan vəfat etdiyini, 1 övladının olduğunu, nənəsinin həmin övladının onların atası olduğunu, nənəsinin ərinin 41-ci ildə müharibəyə gedib gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində nənəsinin vəfat etdiyində özünün 21 yaşı olduğunu, nənəsinin qocaldığını, bu səbəbdən vəfat etdiyini, ölməzdən bir il qabaq paralij keçirdiyini, nənəsinin bir övladı olduğunu, onun da onların atası olduğunu bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs-Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciətinə əsasən bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qurbanova Sara M.Sadıx qızının xx.xx.1994-cü ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənep təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. İş materiallarına əlavə edilmiş Xok kəndi bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 31 nömrəlin arayışından aydın olur ki, mərhum Qurbanova Sara M.Sadiq qızı 1994-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, Kəngərli rayon Böyükdüz kəndində dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubunda ərizəçinin xx.xx.2025-ci tarixli, 2/476 nömrəli məktubuna əsasən bildirilir ki, Qurbanova Sara M.Sadıq qızının adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. Naxçıvan Şəhər Nikah Evindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba, əsasən, Qurbanova Sara M.Sadiq qızı 1994-cü il tarixdə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən sizə izah olunur ki, ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi qeyd olunmuşdur. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı mənzil-istismar İdairəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 3899 nömrəli arayışa, əsasən, Ərizəçi Əlincə məhəlləsi ev 18 ünvanında qeydiyyatdadır. Ərizəçi şəxsiyyət vəsiqəsinin surəti və doğum haqqında şəhadətnamənin surəti mülki iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan Qurbanova Sara M.Sadiq qızı 1994-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi Qurbanova Sara M.Sadiq qızının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Qurbanova Sara M.Sadiq qızının 01 iyun 1994-cü ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar