Məhkəmə qərarları › İş №2(078)-976/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-976/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-976/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhərində yaşamış mərhum qardaşı X1 11 fevral 2018-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X4 onun qardaşıdır. O 11 fevral 2018-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər İcra Haklimiyyəti vətəndaşlara dəfn xidməti bürosunun 19 iyun 2025-ci il tarixli arayışına əsasən Naxçıvan şəhər Qəbristanlığında dəfn olunmuşdur. Buna sübut olaraq qəbrin fotoşəkili ərizəyə əlavə olunmuşdur. Onlar müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini indiyədək alammamışdırlar mamışıq. Bu səbəbdən də qardaşımnın ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. O qardaşı X1 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə mərhum atası X1 adına olan və ondan miras qalan ünvan 1 ünvanındakı mənzilin sənədləşdirilməsi üçün mərhum qardaşı X1 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik hüquqi haqqında şəhadətnaməsini ala bilmir. O mərhum qardaşı X1 ölüm haqqında şəhadətnaməsini ala bilmir və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Naxçıvan şəhər Nikah Evinin 10 iyun 2025-ci il tarixli və Naxçıvan MR Ədliyyə Nazirliyinin 02 iyun 2025-ci il tarixli arayışına əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 2018-2023-cü illər üzrə vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış 1967-ci il təvəllüdlü X1 ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər Nikah evinin 10iyun 2025-ci il tarixli, 3-16-5/8-15-514/2025 nömrəli məktubuna əsasən X1 11 fevral 2018-ci il tarixdə öldüyünə dair Naxçıvan Şəhər Nikah evininarxivində heç bir məlumatın tapılmadığını və ölüm faktının təsdiq olunması üçün müvafiq məhəkəməyə müraciət edilməsi qeyd olunmuşdur. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X9 20 iyun 2025-ci il tarixli arayışında X1 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Bunun üçün də məhkəməyə müraciət etmək məcburiyyətindir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək izahatında uzun müddət əvvəl Rusiyaya işləməyə getdiyini, xərçəng xəstəliyi olduğunu, subay olduğunu, heç evlənmədiyini, 2018-ci ildə 51 yaşında vəfat etdiyini bildirmiş, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində qardaşının 51 yaşında vəfat etdiyini, xəstəliyinin olduğunu, vəfat edəndə subay olduğunu, heç ailə qurmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində qardaşının ankoloji xəstəlikdən vəfat etdiyini, evli olmadığını, heç evlənmədiyini, Rusiyada vəfat etdiyini, oradan Naxçıvana gətirilib şəhər qəbiristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciətinə əsasən bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X1 xx.xx.2018-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənep təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaçlara dəfn xidməti bürosunun xx.xx.2025-ci il tarixli arayışında bildirilir ki, X1 xx.xx.2018-ci ildə Naxçıvan Şəhər qəbiristanlığında dəfn olunub. Naxçıvan Şəhər Nikah Evindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, X1 barəsində Naxçıvan şəhər Nikah evində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında akt qeydi 2018-2023-cü illər üzrə yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmışdır vе ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı mənzil-istismar İdairəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 3900 nömrəli arayışa, əsasən, Ərizəçi Əlincə məhəlləsi ev 18 ünvanında qeydiyyatdadır. Ərizəçi şəxsiyyət vəsiqəsinin surəti və doğum haqqında şəhadətnamənin surəti mülki iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X1 11 fevral 2018-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi X1 ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 11 fevral 2018-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar