Məhkəmə qərarları › İş №2(078)-982/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-982/2022

12.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-982/2022 12.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X14 və X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakda payların bərabər qaydada müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında təmsil etdiyi iş üzrə İddiaçı dediklərinə əsasən X3 mirası olaraq Naxçıvan şəhəri, X37 küçəsi ev 47 ünvanında yerləşən daşınmaz əmlak 26 mart 1971-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən övladları X21, X15, X16 və X29 qalmışdır. İddiaçı Əkbər X13 şəhəri Sabir küçəsi, ev 47 ünvanında yerləşən daşınmaz əmlakı mərhum atası X11 qalan mirası idarə etməklə, mərhum bibisi X8 qalan miras əmlakı vəsiyyətnamə əsasında qəbul etmişdir. Bu səbəbdən də payların müəyyən olunması üçün Naxçıvan Şəhər 1 saylı notariat ofisinə müraciət etmiş, notariat ofisi imtina verərək, birgə mülkiyyətdə olan miras əmlakda payları müəyyən etmək üçün müvafiq məhkəməyə müraciət etməli olunması tövsiyə olunmuşdur. Tərəflər arasında heç bir mübahisə yoxdur. Sadəcə sənədləşmə işlərinin aparıla bilməsi üçün miras əmlakda paylar müəyyən olunmalıdır. Vəkil sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, mülki işin onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh2 və X2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, cavabdehin teleqramını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 073031 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X30 xx.xx.2004-cü ildə miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 364 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 598829 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X26 xx.xx.2018-ci ildə ürəyin sklerotik xəstəliyi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 300 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər icra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1359 nömrəli arayışdan aydın olur ki, mərhum X5 şəhəri, Sabir küçəsi ev 47 ünvanında yaşayıb və onun aşağıdakı vərəsələri vardır: - X22-həyat yoldaşı-vəfat edib; - X17-qızı-1965; - Cavabdeh2-oğlu-1970; - X23-qızı-1971; - X6-həyat yoldaşı-1952. Naxçıvan Şəhər icra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/816 nömrəli arayışın surətindən aydın olur ki, mərhum X4 şəhəri, Sabir küçəsi ev 47 ünvanında yaşayıb və onun aşağıdakı vərəsələri vardır: - X31-atası-vəfat edib; - X7-anası-vəfat edib; - X30-qardaşı-vəfat edib; - X27-bacısı-vəfat edib; - X33-qardaşı-vəfat edib. İddiaçı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən aydın olur ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmaraq miras qalmış bütün əmlakdan faktiki ona çatan payı qəbul edir və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Naxçıvan şəhər Dövlət Notariusunda xx.xx.2005-ci il tarixdə tərtib edilmiş və 7/E- 5629 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin surətindən aydın olur ki, X26 ona məxsus olan Naxçıvan şəhəri, Sabir küçəsi 47-də olan həyətə daxil olarkən sağ tərəfdə yeni daş kubiklə tikilmiş 5x9 kv.m olan bir otaqlı evi və həmin otağın qarşısında, həyətin aşağısında yerləşən qaraj və hamamı və həmin evin qabağından 10x40,7 kv.mdən ibarət olan həyətyanı sahəsi qardaşının qızı İddiaçı vəsiyyət etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələlərin üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********83-10301 nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində istifadədə olan 0.1037 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.12 kv.m olan 47 nömrəli fərdi yaşayış evi X18, X19, X12 və X28 adına daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9111 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən Vəkil xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixdə verilmiş 77 nömrəli cavab məktubunda qeyd olunur ki, X10 adına olan ünvan 4 ünvanında yerləşən yaşayış evi birgə mülkiyyət olduğundan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Birgə mülkiyyətdə olan miras əmlakdakı payları müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci bəndinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Məhkəmə hesab edir ki, Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində istifadədə olan 0.1037 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.12 kv.m olan 47 nömrəli fərdi yaşayış evində X14 payı ¼ hissədə və X10 payı ¼ hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022ci il tarixdə 3761 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində istifadədə olan 0.1037 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.12 kv.m olan 47 nömrəli fərdi yaşayış evində X14 payı ¼ hissədə və X10 payı ¼ hissədə müəyyən edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 3761 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar