Məhkəmə qərarları › İş №2(078)-984/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-984/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-984/2024 16.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi Məhiyyəddin oğlunun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi Məhiyyəddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış mərhum nənəsi X2 21 iyun 1991-ci ildə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Məhiyyəddin oğlu ərizəni onunla əsaslandırmışdır ki, mərhum ata nənəsi X6 (1910-cu il təvəllüdlü) 21 iyun 1991-ci il tarixə vəfat edərək Naxçıvan şəhər qəbristanlığında dəfn olunmuşdur. Onun atası ilə birlikdə 3 övladı doğulmuşdur. Ancaq ölümündən sonra həmin övladları tərəfindən Qeydiyyat Şöbəsinə müracət edilib, onun ölümünü qeydə aldırmadıqlarına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. O, hal-hazırda ondan miras qalmış evi vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyir, lakin bunun üçün mərhum ata nənəsi X2 ölüm haqqında şəhadətnaməsi məndən tələb olunur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosuna müraciət etmişəm. Həmin Dəfn Xidməti Bürosundan 25 aprel 2024-ci il tarixli, 100 №li arayışı ilə təsdiq olunmuşdur ki, ata nənəsi X6 21 iyun 1991-ci il tarixdə Naxçıvan şəhər qəbrstanlığmda dəfn edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan Muxtar Respublikası Zərifə Əliyeva adına Naxçıvan şəhər X5 şəxsə ünvanladığı sorğuya 27 may 2024-cıi il tarixdə 30 nömrəli məktubla cavab verilərək X2 ölüm haqqında tibbi şəhadətnamə sənədini təqdim edə bilmədiklərini bildirmişlər. Mərhum ata nənəsi X4 ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə ünvanladığı sorğuya “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış İnformasiya sistemi üzrə bütün vətəndaşlıq aktları üzrə 28 mart 2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlamalar aparılmışdır və ölüm akt qeydi aşkar edilmədiyi üçün 24 aprel 2024-cü il tarixli, 3-16-5/8- 15-192/2024 nömrəli məktubla müvafiq məhkəməyə müraciət olunması izah olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi Məhiyyəddin oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş nümayəndə və vəkil vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə Ərizəçi Məhiyyəddin oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 və ərizəçinin vəkili Vəkil verdiyi izahatında ərizəni təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəmənin ünvanına məktub göndərərək işlərin çoxluğu ilə əlaqədar olaraq onun iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. Xatın xanımı yaxşı xatırlayır. Gediş-gəlişləri olub. 1991-ci ilin yay aylarında rəhmətə gedib. Qocalıqdan ölüb. O, yas mərasimində də iştirak edib. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı oğludur. Xatın onun nənəsidir. Nənəsi 1991-ci ilin iyun ayında qocalıqdan vəfat edib. Məhkəmənin qiymətləndirməsi: Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 20 nömrəli arayışdan aydın olur ki, X6 barəsində xx.xx.2024-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki, X2 xx.xx.1971-ci ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 100 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X6 xx.xx.1971-ci ildə Naxçıvan Şəhər Qəbirstanlığında dəfn edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası phş tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 30 nömrəli arayışda qeyd olunmuşdur ki, 1991-ci ildə vəfat etmiş X4 ölüm haqqında şəhadətnamənin verilməsi haqqında Poliklinikada məlumat yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X2 21 iyun 1991-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi nənəsinin ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 21 iyun 1991-ci ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar