Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-986/2025 02.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Qurbanəliyeva Günel Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhərində yaşamış mərhum babası X4 12 sentyabr 2012- ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 01 sentyabr 1982-ci il təvəllüdlü mərhum X9 onun babasıdır. O 12 sentyabr 2012-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər qəbristanlığında dəfn olunmuşdular. Buna sübut olaraq qəbrin fotoşəkilləri ərizəyə əlavə olunmuşdur. O müvafiq dövlət orqanlarına müraciət edib mərhum babasının ölüm haqqında şəhadətnaməsini indiyədək almamışdır. Bu səbəbdən də babam mərhum X4 ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. O mərhum babası X4 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə mərhum X3nun adına olan və ondan miras qalan ünvan 1 ünvanındakı mənzilin sənədləşdirilməsi üçün mərhum babası X4 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik hüquqi haqqında şəhadətnaməsini ala bilmir. O mərhum babası X4 ölüm haqqında şəhadətnaməsini ala bilmir və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Naxçıvan şəhər Nikah Evinin 23 iyun 2025-ci il tarixli, 939 nömrəli arayışda "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 2012-2017-ci illərdə bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Naxçıvan şəhər Nikah Evinin 23 iyun 2025-ci il tarixli 3-16-5/8-14-560/2025 nömrəli imtina məktubunda ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. X4 12 sentyabr 2012-ci il tarixdə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmadığı, ölüm haqqında qeydiyyatın aparılmasının mümkün olmadığını və ölüm faktının təsdiqi üçün məhkəməyə müracət edilməsi izah olunmuşdur. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X14 21 iyun 2025-ci il tarixliməktubunda X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək izahatında babasının 12 sentyabr 2012-ci ildə vəfat etdiyini, babasının 1935-ci ildə doğulduğunu, özünün 1983-cü il təvəllüd olduğunu, babasının insult keçirdiyini həm də yaşlı olduğunu, bu səbəbdən vəfat etdiyini, atasının vəfat etdiyini, miras məsələsi ilə bağlı ehtiyac olduğunu bildirmiş, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində mərhumu tanıdığını, 24 ildir o məhləyə gəldiyini, qonşuları olduğunu, mərhumun xəstə olduğunu, çəliklə gəzdiyini, sonra vəfat etdiyini, baxıcısının olduğunu, övladlarının Bakıda yaşadığını, onu baxıcıya tapşırdıqlarını sonra baxıcının da onu atıb getdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində ərizəçi ilə qonşu olduqlarını, 13-14 ildir Könülün anasıgilin evində kirayə qaldığını, mərhumun övladlarını tanımadığını, mərhumu görmədiyini, lakin yas mərasimində iştirak etdiyini, 2012-ci ildə vəfat etdiyini, o zamanlar evə təzə gəldiyini bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciətiniə əsasən bildirirlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X4 xx.xx.2012-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən sizə izah olunur ki, ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edəsiniz. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 460551 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X11 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara dəfn xidməti bürosunun xx.xx.2025-ci il tarixli arayışında bildirilir ki, X9 xx.xx.2012-ci ildə Naxçıvan Şəhər qəbiristanlığında dəfn olunub. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Naxçıvan şəhəri, Qoçüstü məhəlləsində istifadədə olan 0.108 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 4-cü məriəbasinds, 66.26 kv.m ümumi, 39.76 kv.m yaşayış sahəsindən ibarət 3 otaqli, 62 nönirəli mənzil tam mülkiyyət hüqaqu üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 12/4 nönrəli reyestr kitabının 685 nömrəli vərebinde qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubunda Ərizəçi xx.xx.2025-ci il tarixdə müraciətinə əsasən bildirilir ki, babası X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda Ərizəçi xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildiririk ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Naxçıvan şəhəri üzrə 2012-ci ilə dair ölüm haqqında akt qeydi kitabları Naxçıvan MR Dövlət Arxivində mühafizə olunmadığından mərhum X4 2012-ci ildə vəfat etməsi haqqında məlumat vermək mümkün olmadı. Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin xx.xx.2025-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından aydın olur ki, Ərizəçi 30 avqust 2009-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər Nikah Evindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, X4 barəsində Naxçıvan şəhər Nikah evində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında akt qeydi 2012-2017-ci illər üzrə yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmışdır vе ölüm akt qeydi aşkar olunmamışdır. Ərizəyə əlavə edilmiş AZE seriyalı 02254894 nömrəli doğum haqqında Şəhadətnamənin surətindən aydın olur ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə doğulmuşdur. X3, anası X7r. Ərizəyə əlavə edilmiş AZE seriyalı ******* nömrəli doğum haqqında Şəhadətnamənin surətindən aydın olur ki, X11 xx.xx.1958-ci il tarixdə doğulmuşdur. X1, anası X10r. Mülki iş materiallarına qəbirin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X4 12 sentyabr 2012-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi X4 ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X4 12 sentyabr 2012-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-986/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-986/2025
02.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver