Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-993/2025 22.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 nümayəndəsi İddiaçı2, İddiaçı2 vəkili Vəkil qızının və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı əmlakın ümumi birgə mülkiyyət hesab olunmaqla ikidə bir payının müəyyən edilməsi, mirasın faktiki qəbulu və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X5 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras qalmış daşınmaz əmlakın o, İddiaçı1 ilə mərhum həyat yoldaşı X5 birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla həmin əmlakda onun ikidə bir pay hüququnun müəyyən olunması, mərhum həyat yoldaşı X4 qalmış miras əmlakın ikidə bir hissəsinə münasibətdə isə onun və övladları İddiaçı2, İddiaçı3, və İddiaçı4 tərəfimdən mirasın qəbul edilməsi faktının müəyyən olunmaqla paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 ilə X14 ilə 1977-cı ildə evlənib 1977-ci ildə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 3 övladı doğulmuşdur. Həmçinin göstərmək istəyirlər ki, həyat yoldaşının birinci nikahdan bir övladı vardır. xx xxxxxx 1971 -ci il təvəllüdlü Cavabdeh, xx xxx 1977-ci il təvəllüdlü İddiaçı2, xx xxx 1982-ci il təvəllüdlü İddiaçı3, xx xxxxxx 1983-cü il təvəllüdlü İddiaçı4. Həyat yoldaşı Həqiqət 11 yanvar 2020-ci ildə vəfat etmişdir. Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən həmin daşınmaz əmlak onun və mərhum həyat yoldaşı X14 ilə birgə nikah dövründə qazandığı əmlakdır, yəni onun və mərhum həyat yoldaşı X5 ümumi birgə mülkiyyətidir. O və mərhum həyat yoldaşı X14 iddia olunan daşınmaz əmlak üzərində bərabər paylara malikdir, yəni həmin əmlakın ½ hissəsi onun payıdır. Mərhum həyat yoldaşı X8 məxsus ½ hissəni o və digər iddiaçılar olan üç övladı Ravil, Pərvanə və Zamiq faktiki olaraq həmin hissəyə sahiblik edərək birlikdə qəbul etmişdir. Daha doğrusu iddia olunan əmlakın bütünlükdə 3/4 hissəsi ona, 1/4 hissəsi isə iddiaçıya çatır. Həyat yoldaşı Həqiqət 11 yanvar 2020-ci ildə vəfat etmişdir. Həqiqətin vəfatından sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 yerləşən miras qalmış evi faktiki olaraq o və üç övladı Ravil, Pərvanə və Zamiq qəbul edib birlikdə həmin evdə yaşayıb əmlakı idarə etmişlər. Ögey oğlu Cavabdeh isə anasının ölümündən əvvəl 1995-ci ildə ailə qurub öz ailəsi ilə bərabər Bakı şəhərinə köçərək orada yaşayır. Hətta anasının uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkərək vəfat etdiyini bildiyi halda anasının yasına belə gəlməmişdir. Evin bütün komunal xərclərinin ödənilməsi mərhum Həqiqət Əhmədovanın adına olsa da həmin mənzildə yaşadıqlarına görə bu xərclər onlar tərəfindən ödənilmişdir. Daşınmaz əmlakın icbari sığortasını da onların tərəfindən ödənilmişdir. Hazırda həmin evə o ve övladları sahiblik edir və onların istifadəsindədir. Göstərdiyi faktlar ərizəsinə əlavə etdiyi sübutlarla da təsdiq olunur. Həmçinin göstərmək istəyir ki, mirasın onların tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə verdiyi ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, məhkəmə ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxararaq ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras qalmış daşınmaz əmlakın onun və üç övladı tərəfindən qəbul edilib idarə olunmasını məhkəmədə şahidlər Naxçıvan şəhəri, ünvan 2 ünvanında yaşayan X9 və ünvan 3şayan X19 təsdiq edə bilərlər. Göstərilən miras evi qəbul etsələr də üzürlü səbəbdən müvafiq rəsmləşdirmə aparıb adına sənədləşdirə bilməmişlər. Bildirir ki, miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər 3 № lı Notariat Ofisinə müraciət etmişlər. Notariat Ofisi tərəfindən 16 oktyabr 2024-cü il tarixli, 264 nömrəli və 12 dekabr 2024-cü il tarixli, 309 №li məktubları ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəməyə müraciət etməli olduqları tövsiyyə edilmişdir. Tələbinin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş vərəsəlik dairəsi barədə arayışı, ölüm haqqında şəhadətnamələrin surətlərini, doğum haqqında sənədləri, DƏ və TMÜDK-nin reyestrindən çıxarışın surətini, Naxçıvan şəhər saylı Notariat Ofisinin məktubunu və kommunal xidmətlər barədə arayışları və sosial sığorta şəhatənamələrini ərizəsinə əlavə edir. Cavabdeh 30 avqust 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ona qarşı əmlakın ümumi mülkiyyət hesab olunması, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə 2(078)- 993/2025 saylı iş üzrə Naxçıvan Şəhər Məhkəməsində baxılmaqdadır və iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 14:15-ə təyin olunmuşdur. İlk növbədə, məhkəmənin iş üzrə ilk iclasının keçirilməsi barədə bildirişinin yaşadığı ünvana iclasdan sonra-xx.xx.2025-ci il tarixdə çatdırıldığını (ki bu faktı sübut edəcək poçt məntəqəsinin möhürlü məktub və qəbzi mövcuddur) vurğulamaqla bəhsi keçən iclasda ondan asılı olmayan səbəblərdən ötrü iştirak edə bilmədiyini bildirir, birgə iddiaçıların iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun olmayan və ədalət mühakiməsini yanıltmağa yönəlmiş bəyanlarını təkzib etmək və qanuni vərəsə kimi ona çatası payı tələb etmək üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsində təsbit olunmuş hüququndan istifadə etdiyini bəyan edir. Belə ki, birgə iddiaçılardan olan İddiaçı1 o körpə ikən mərhum anası X14 ilə ailə həyatı qurmuş, bir müddət sonra isə eyni anadan ögey qardaşları və bacısı dünyaya gəlmişlər. İddiaçının real niyyətinin məhkəməyə daha aydın olması üçün İddiaçı1 mənəvi xüsusiyyətlərinin bildirilməsini məqsədəmüvafiq hesab edir. Bəhsi keçən şəxsin mərhum anasının sağlığında həm anasına, həm də ona fiziki və psixoloji olaraq məişət zorakılığı əməlini törətdiyini, onların dəfələrlə qorxudan qonşuya sığındığını, evə içkili gəlib dava saldığını, anasının çörək sexində işləyərək min bir zəhmətlə işləyib qazandığı puluna göz dikdiyini, sırf mərhumla dava etdiyinə görə özünü doğma atası hesab etməyinə baxmayaraq atası olmadığını mərhəmətsizcəsinə ona deyib travma yaratdığını və s. saysız insanlıqla bir araya sığmayan hərəkətləri etdiyini bildiyi halda indi ümumi mülkiyyət hüququnun tanınmasını xahiş etməsini və “ləyaqətli” vərəsə kimi anasından qalmış miras əmlakdan pay istəməsini acı bir təəssüf hissi ilə qarşılamaqla bərabər, Naxçıvan şəhəri, ünvan 4 ünvanında yerləşən evin birgə nikah dövründə alınmasına baxmayaraq məhz həmin evin alınma pulunun mərhum anasına babası tərəfindən verilmiş başqa bir evin satılması hesabına qarşılandığını qəti bir dillə bəyan edir, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun Qərarının 3.13-cü bəndində təsbit ounmuş “Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər” müddəasını rəhbər tutaraq mübahisəli evin alınmasının məhz mərhum anası X5 özgəninkiləşdirdiyi mülkiyyətinin satılmasından əldə etdiyi şəxsi vəsaiti hesabına alınması faktının məhkəmə tərəfindən qiymətləndirilməli olduğunun vacibliyini ifadə edir. İddiaçı1 həmin əmlakda yarı pay hüququnun tanınmasının həm onun əsassız varlanmasına, həm də biz vərəsələrin paylarını əhəmiyyətli dərəcədə azaltmaqla vərəsəlik hüquqlarının pozulmasına səbəb olacağını bildirməklə bu tələbin təmin olunmasının yolverilməzliyini bir daha məhkəmənin yüksək diqqətinə çatdırır, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən evin bütövlüklə(tam şəkildə) miras əmlak hesab olunmasını və bütün vərəsələr arasında bərabər bölünməsini xahiş edir. İş üzrə ən vacib məqam isə mərhum anası X5 ölməsi faktı ondan gizlədildiyi halda birgə iddiaçılar tərəfindən məhkəməyə yalan bəyan verilməsi, üstəlik də anasının sağlığında ona göstərdiyi qayğı və dəstəyin gizlədilməsidir. Belə ki; birgə iddiaçıların iddia ərizəsində ədalət mühakiməsini yanıltmaq üçün heç çəkinmədən “Ögey oğlum Cavabdeh isə anasının ölümündən əvvəl 1995-ci ildə ailə qurub öz ailəsi ilə bərabər Bakı şəhərinə köçərək orada yaşayır. Hətta anasının uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkərək vəfat etdiyini bildiyi halda anasının yasına belə gəlməmişdir” ifadələrini dəhşətə gələrək oxuduğunu və bunun heç bir halda həqiqəti əks etdirmədiyini qəti bir dillə ifadə edir, həqiqətdə mərhum anasının sağlığında Türkiyə Respublikasında birlikdə yaşadığını, onun müalicə dövründə yanında olduğunu bəyan etməklə (bu faktı təsdiq edən fotoşəkillər qoşma qismində əlavə olunmuşdur), ögey “atasının Türkiyə Respublikasında yaşadığı evə gəldikdən sonra mübahisə yaratdığını, bu səbəbdən də onun anasının yanından məcbur qalıb ayrılmalı olduğunu və 2019-cu ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasına qayıtdığını, o qayıtdıqdan bir ay sonra isə Covid 19 pandemiyası ilə əlaqədar bütün xarici gedişlər dayandırıldığından Türkiyəyə daha geri qayıda bilmədiyini bildirir. Naxçıvana gəldikdən sonra da anası ilə əlaqə yaratma cəhdləri telefonlarına cavab verilmədiyindən, qısa zaman sonra isə nömrəsi bloka atıldığından nəticəsiz qalmışdır. Anası ilə artıq əlaqə saxlaya bilməyəcəyini, hər halda ögey atasının bir şəkildə onu buna razı saldığını düşünərək, bir tərəfdən də övladlıq qüruruna yedirməyərək daha onunla əlaqə saxlamadığını, həmin müddət ərzində birgə iddiaçıların da öz növbələrində ona anasının rəhmətə getdiyini demədiklərini, hətta cidd-cəhdlə bu acı xəbəri ondan gizlətdiklərini ürək ağrısı ilə qeyd edir. Mərhumdan qalan evlə olduqca qısa məsafədə yaşayan qayınanasının belə ölüm faktından xəbərinin olmadığını diqqətə çatdırır. Yuxarıda qeyd etdiyi faktın mərhum anası X5 ölüm xəbərinin ona bildirilməməsi kimi deyil, birbaşa olaraq ondan qəsdən gizlədilməsi kimi qiymətləndirilməli olduğunu ifadə edir, anasının ölüm xəbərini məhkəmə prosesindən çox qısa müddət əvvəl İddiaçı1 ona zəng edərək “anan ölüb, ondan qalan evi gəl mənim adıma sənədləşdirək, sənin payının da pulunu verim” deməsilə öyrəndiyini (bu telefon danışığının bir qisminin səs yazısı mövcuddur) və dünyasının alt-üst olduğunu bəyan edir, iddiaçıların bunu etmələrinə müqabil onun mülki qanunvericiliklə təsbit olunmuş hüququndan istifadə edərək onların “ləyaqətsiz vərəsə” elan olunmaları üçün hüquq mübarizəsi aparmaq yerinə yalnız mərhumdan qalmış əmlakın bütün vərəsələr arasında bərabər bölünməsini və onun da vərəsə kimi ona çatası payını almasını istədiyini bir daha vurğulayır və konstitusion hüquqlarının müdafiəsinin təminatçısı kimi təmsil etdiyi məhkəmə hakimiyyətinin ədalətli qərar qəbul edəcəyinə dair sonsuz inamını ifadə edirəm. Yuxarıda qeyd etdiyim halları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən xahiş edirəm, iş üzrə yuxarıda qeyd etdiyi halların öz təsdiqini tapması üçün qoşma qismində şəxsiyyət vəsiqələrinin şəklini əlavə etdiyi X6, X10 və X15 məhkəmədə şahid qismində dinlənilmələri, Qoşma qismində əlavə etdiyi fotoşəkillərin sübut qismində qiymətləndirilməsi, mərhum anası X4 miras qalmış Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən evin bütövlüklə (tam şəkildə) miras əmlak hesab olunması, yəni birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakı deyil, mərhumun ayrıca mülkiyyəti hesab olunması və bütün vərəsələrin miras əmlakda bərabər paylarının müəyyən olunması barədə müvafiq qərar qəbul edəsiniz. İddiaçılar İddiaçı4 və İddiaçı2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və onların iştirakı olmadan məhkəmənin keçirilməsini xahiş etmişdirlər. İddiaçılar İddiaçı3 və İddiaçı4 təmsil etmək üçün İddiaçı2 məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə iclaslarının İddiaçı3 və İddiaçı4 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı1 izahatında məsələnin mirasla bağlı olduğunu, fotoşəkillərin məsələyə heç bir aidiyyatının olmadığını, yoldaşının qızıllarının olmasının normal olduğunu, mübahisə ilə bağlı bir aidiyyatının olmadığını, cavabdehin vicdanla davranmasını istədiyini, cavabdehin anasına heç nə etmədiyini, anasını başqa adamların xəstəxana apardığını, anasının yanında olmadığını, cavabdehin ömür boyu vicdan əzabı çəkəcəyini, Həqiqətlə ailə qurduqları vaxt Rəfailə öz övladı kimi davrandığını, digər övladlarının Rəfailin onların doğma qardaşları olmadığını bilmədiklərini, keçən məhkəmə iclasında bunu öyrəndiklərini, nə arvadına, nə Rəfailə heç bir əziyyət vermədiyini, haqqı itirdiyini, arvadının Türkiyə Respublikasında vəfat etdiyini, xərçəng xəstəliyindən əziyyət çəkdiyini, gözü yolda qaldığını, Rəfailin onun xəstə olduğunu bildiyi halda anası ilə maraqlanmadığını, necə ola bilər ki, 5 ildir ki, anasının vəfat etməsindən məlumatının olmadığını bildirməsinin yalan olduğunu, Rəfailə bununla bağlı məlumat verildiyini, lakin anasının yasında iştirak etmədiyini, bu gün anası harda dəfn olunub bilmədiyini, sözügedən evi yoldaşı ekizlər doğulduğu üçün növbədənkənar verildiyini, ailə üzvlərinin sayına görə verildiyini, hər hansı evin satılıb bu evin alınmasının düzgün olmadığını, evi nikah dövründə aldıqlarını, yarı hissəsinin ona aid olduğunu, bu gün həmin evdə özü və oğlu Ravilin və Zamiqin ailəsi ilə yaşadığını, qızı Pərvanənin Türkiyədə yaşadığını, anasının vəfatından sonra 1 il burada onlarla yaşadığını, evi tam təmir etdirdiklərini bildirib məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı2 vəkili və nümayəndəsi qismində izahat verən X20 iddianı müdafiə edərək bildirmişdir ki, Həqiqətin vəfat etdikdən sonra qızılları vəsiyyət etdiyini, gəlini və qızları arasında paylanılmasını istədiyini, ölümündən sonra qızının o evdə yaşadığını, Zamiqin evinin olmadığını, Zamiqin tez tez Tükiyəyə gedib işləyib gəldiyini, qazanc dalınca gedib qayıtdığını, şahid qismində izahat verən Rahilənin yasda iştirak etdiyini, qapıda onun özünə başsağlığı verdiyini, iddia ərizəsinə uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 nümayəndəsi İddiaçı2 izahatında bacı qardaşının əvvəllər Naxçıvan yaşadığını, sonra Türkiyəyə getdiyini, anasının 2020-ci ildə vəfat etdiyini, Türkiyədə vəfat etdiyini, Türkiyədə dəfn olunduğunu, bacısı Pərvanənin Türkiyədə yaşadığını, qardaşının da Türkiyədə yaşadığını, lakin indi işinə görə Bakıda olduğunu, anası vəfat etdikdən sonra 1 il Naxçıvanda yaşadıqlarını, yasdan sonra evdən təmir getdiyi vaxtlarda bacısının 1 il orada yaşadığını sonra Türkiyəyə getdiyini, anasının qızıllarının bacısında olduğunu, bəzilərinin sağlığında bacısına, onun yoldaşına və Zamiqin yoldaşına verdiyini, qızı və gəlini arasında böldüyünü, qalan qızılları da Pərvanədə olduğunu, anası vəfat etdikdən sonra Pərvanənin qızılları ona və Zamiqə verdiyini, onlar da xatirə qalsın deyə yoldaşlarına verdiklərini, bu gün də həmin qızıl əşyalarını xatirə saxladıqlarını, özünün atası ilə birlikdə daim o evdə yaşadığını, bacısı və qardaşının hazırda Naxçıvanda olmadığını, lakin anası vəfat etdikdən sonra 1 il bir evdə yaşadıqlarını bildirərək, çıxışında idia ərizəsinin təmin edilməsini xahiş etmişdir Məhkəmə baxışı iclasında Cavabdeh izahatında anasının bütün qızıllarının iddiaçılara qaldığını, 2019-cu ildə anasının xəstəxanada qolundakı özünün düzəltdiyi bilərziyi çıxarıb qızıllarını qızı Pərvanəyə verdiyini, təqdim etdiyi foto şəkillərlə anasının qızılları olduğunu göstərmək istədiyini, özünün payını istədiyini, evin 5 yerə bölünməsini istədiyini, 1983-cü ildə ekiz uşaqlar olduğunda o evə köçdüklərini, 1984-cü ildən orada yaşadıqlarını, özünün 1995-ci ilə qədər anası ilə yaşadığını, sonra 2000-ci ildə Bakıya köçdüyünü, hal-hazırda Bakıda yaşadığını, anası ilə münasibətinin yaxşı olduğunu, lakin anası ilə gizlin görüşdüklərini, başqalarının bilməsini istəmədiyini, o zamanlar heç kimlə əlaqə saxlaya bilmədiyini, şəkillərdə də göründüyü kimi anasının xəstəxanada olduğu zaman anasının yanında olduğunu, anasının qəbrinin Türkiyədə olduğunu, o zamanlar pandemiya vaxtı olduğu üçün gedə bilmədiyini, anası vəfat etdikdə kimsənin ona heç nə demədiyini, günahın iddiaçılarda olduğunu, onun qapısını döyüb kimsənin ay Rəfail sənin ana ölüb demədiyini, o səbəbdən özünün xəbərinin olmadığını, onunla kimsənin əlaqə saxlamadığını, hər yerdən onu bloka atdıqlarını, anasının qəbrinə hələ də getmədiyini, özünün əvvəllər nə zaman əlaqə yaratmaq istəsə dava dalaş yarandığını, o səbəbdən əlaqə saxlaya bilmədiyini, onu kənarlaşdırdıqlarını, Yaqutun yalandan şahidlik etdiyini, yalan dediyini, dediklərinin heçbiri ilə razı olmadığını, onun yoldaşının ona zəng etmədiyini, onun nömrəsini belə bilmədiklərini, çıxışında payına düşəni istədiyini, payın 5 yerə bölünməsini istədiyini, qızıllardan da pay tələb etdiyini, özünün uçotdan çıxsa havada qalacağını, özünün başqa yerdən gəlirinin olmadığını, bir ev alıb ora uçota düşməli olduğunu, bu səbəbdən ona düşən payın müəyyən edilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X16 izahatında Həqiqət xala ilə qonşu olduqlarını, onun xəstə olduğunu, xəstəxanada olduğunu, gəlinlərinin Həqiqət xalaya çox gözəl baxdığını, Rəfaili əvvəllər gördüyünü, yoldaşının Rəfailə zəng edib anan ölüb gəl dediyini, o zaman gəlmədiyini, yoldaşının əvvəllər daima Rəfaillə əlaqə saxladığını, nömrəsini yoldaşının bildiyini, özünün haqqın tərəfində olduğunu, cavabdehin anasının xəstəxanada olduğunu, digər oğullarının orada olduğunu, ölümündən sonra cənazəni götürdüklərini, Rəfailin heç bir hal baş verdikdə orada olmadığını, ölümündən sonra o evdə Abbas və Zamiqin yaşadığını, Pərvanənin evi təmir etdiyini, 1 ildən sonra evi hazır edib çıxıb getdiyini, kimsə Rəfailin ora gəldiyini deyə bilməyəcəyini, heç anasının ölümündən sonra da o evə gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında Həqiqət xalagillə qonşu olduqlarını 1997-ci ildən orada yaşadıqlarını, Rəfaili görmədiyini, tanımadığını, görsə belə tanımayacağını, Abbası, Ravili tanıdığını, özünün Rəfaili tanımadığını, ilk dəfə gördüyünü, Həqiqətxalagillə qapı qonşu olduqlarını, yasdan sonra Pərvanənin gəlib orada 1 il yaşadığını, Abbas və Zamingilin evi təmir etdiklərini əşyalar aldıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında Mirvarinin o zamanlar onu Rəfailin babasıgilin evin uçotuna saldığını, sonra özünün çıxıb getdiyini, onu uçotdan çıxardıqlarını, o zamanlar növbəyə durub ev aldıqlarını, evləri pulsuz verdiklərini, özünə 20-ci binadan, onlara isə 15-ci binadan ev verdiklərini, evi aldıqları zaman Həqiqətin evli olduğunu, uşaqları olduğunu, özünün hal hazırda o evdə yaşamadığını, köçdüyünü, Həqiqətin öldüyünü bilmədiyini, yasda iştirak etmədiyini, bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X30 izahatında özünün yasda iştirak etmədiyini, yasa getmədiyini, ölümünü eşitmədiyini, yasdan xəbərinin olmadığını, Rəfailin sonralar zəng edib ona anam ölüb mənim xəbərim yoxdur dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X19 izahatında qonşu olduqlarını Həqiqət xalanın rəhmətə getdikdən sonra Pərvanənin və Zamiqin də orada yaşadığını, ev ilə maraqlandığını, özünün Bakıda yaşadığını, yasda o səbəbdən iştirak etmədiyini, Həqiqətin ölümündən sonra orada Rəfaili görmədiyini, sonralar orada Ravilin, Abbasın yaşadığını başqalarını görmədiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş: ünvan 5əfindən tərəfindən verilmiş 962 nömrəli, 16 oktyabr 2024-cü il tarixli arayışın surətinə əsasən, mərhum X5 aşağıdakı vərəsələri vardır:
1. Atası X32 vəfat edib;
2. X2 vəfat edib;
3. Əri İddiaçı1 1954-cü il təvəllüdlü;
4. Oğlu Cavabdeh 1977-cı il təvəllüdlü;
5. Oğlu İddiaçı2 1977-ci il təvəllüdlü;
6. Oğlu İddiaçı4 1983-cü il təvəllüdlü;
7. Qızı İddiaçı3 1982-ci il təvəllüdlü; Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı1 ilə X14 arasında 09 dekabr 1977-ci il tarixdə nikah bağlanmışdır. 13 dekabr 1977-ci il tarixli 350066 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı2 xx xxx 1977-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası X12r. Naxçıvan Şəhər Nikah evininn xx.xx.2024-cü il tarixli çıxarışına əsasən X14 xx.xx.1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Şəhər Nikah evininn xx.xx.2024-cü il tarixli çıxarışına əsasən İddiaçı3 xx.xx.1982-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Atası İddiaçı1, anası X12r. Naxçıvan Şəhər Nikah evininn xx.xx.2024-cü il tarixli çıxarışına əsasən İddiaçı4 xx.xx.1983-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Atası İddiaçı1, anası X12r. Kəngərli Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən Cavabdeh xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası X12r. AZ-İ 702198 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X14 11 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. AZ-İ 279258 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X32 18 sentyabr 1968-ci il tarixdə vəfat etmişdir. AZ-İ 702560 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X21 08 fevral 2017ci il tarixdə vəfat etmişdir. ünvan 5əfindən verilmiş xx.xx.2024-cü il tarixli 963 nömrəli arayışa əsasən, Novruzov X18 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 5əfindən verilmiş xx.xx.2024-cü il tarixli 965 nömrəli arayışa əsasən, Novruzov X23 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 5əfindən verilmiş xx.xx.2024-cü il tarixli 967 nömrəli arayışa əsasən, İddiaçı3 Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 5əfindən verilmiş xx.xx.2024-cü il tarixli 966 nömrəli arayışa əsasən, Novruzov X24 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 5əfindən verilmiş xx.xx.2024-cü il tarixli 964 nömrəli arayışa əsasən, Əhmədov X25 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81.34 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz alınmışdır. əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3739 nömrəli vərəqində qeydiyyata alınmışdır. (reyestr nömrəsi: **********40-05101-093041, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017). Naxçıvan şəhər 3 saylı notariat ofisinin Naxçıvan şəhəri,Babək məhəlləsi ev 15 mənzil 57 ünvanında qeydiyyatda olan İddiaçı2 ünvanladığı xx.xx.2024-cü il tarixli 264 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Naxçıvan şəhəri, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmisiniz. Azərbaycan Respublikası Mülki məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sizin sənədlərə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan sənədlər ofisə təqdim olunmadığından məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Naxçıvan şəhər 3 saylı notariat ofisinin Naxçıvan şəhəri,Babək məhəlləsi ev 15 mənzil 57 ünvanında qeydiyyatda olan İddiaçı1, İddiaçı3 və İddiaçı4 ünvanladığı xx.xx.2024-cü il tarixli 309 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Naxçıvan şəhər,Babək məhəlləsi,ev 15,mənzil 57 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənir verilməsini xahiş etmisiniz. Azərbaycan Respublikası mülki məcəlləsinin 1246-с1 maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olciuğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sizin sənədlərə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Naxçıvan MR Dövlət Energetika Xidməti. Naxçıvan Regional "ASAN xidmət" mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışda bildirilir ki, həqiqətən Naxçıvan şəhəri Babək məhəlləsi ev 15 mənzil 57 ünvanında xx.xx.2015-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70425912 olan smart tipli elektrik sayğacın müqaviləsi mərhum X5 adına bağlanmışdır, İddiaçı2 tərəfindən ödənilmişdir və son ödəniş xx.xx.2024-cü il tarixinə qədər borcu yoxdur. Naxçıvan Regional “ASAN xidmət” mərkəzi. Kommunal (Qaz) Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışda bildirilir ki, həqiqətən Naxçıvan şəhər Babək məhəlləsi bina 15 mənzil 57-də sayğac nömrəsi 26088069 olan smart tipli qaz sayğacı müqaviləsi X14 adına bağlanmışdır və xx.xx.2020-cu ildə vəfat etmiş, ödənişlər övladı İddiaçı2 tərəfindən ödənilmiş, sayğac göstəricisi- 2369 m³-dək borcu yoxdur. Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Sukanalizasiya idarəsi Naxçıvan Regional "ASAN xidmət" mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışda bildirilir ki, həqiqətən Naxçıvan şəhəri Babək məhəlləsi ev15\57 ünvanında 12 oktyabr 2017-ci il tarixdə 18843 mexaniki tipli su sayğacının müqaviləsi X31 adına bağlanmışdır və Həmin tarixdən ödənişlər övladı İddiaçı2 tərəfindən ödənilir və 974m³-a borcu yoxdur. İş materiallarında olan BA seriyalı 007575 nömrəli Daşınmaz Əmlakın İcbari Siğortası Şəhadətnaməsinə əsasən (siğortaçı) Naxçıvan Şəhər Siğorta İdarəsi ilə İddiaçı1 (siğortalı) arasında xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək 1 il müddətinə siğorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan HPİ seriyalı 008635 nömrəli Əmlakların İcbari Siğortası Şəhadətnaməsinə əsasən (siğortaçı) Naxçıvan MR Dövlət Siğorta Xidməti ilə İddiaçı2 (siğortalı) arasında xx.xx.2021-ci ildə siğorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan RQA seriyalı ********** nömrəli Daşınmaz Əmlakın İcbari Siğortası Şəhadətnaməsinə əsasən (siğortaçı) Qala Siğorta ASC ilə İddiaçı2 (siğortalı) arasında xx.xx.2023ci ildən xx.xx.2024-cü il tarixədək 1 il müddətinə siğorta müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli 162 nömrəli arayışından aydın olur ki, Cavabdeh məhkumluğu yoxdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.1971-ci il təvəllüdlü X17 xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət arxivi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 19 yanvar 1984-cü il tarixli, 2/30 nömrəli qərarın və Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 18 fevral 1993-cü il tarixli 61 nömrəli qərarinın və əlavələrinin təsdiq olunmuş surətini məhkəməyə göndəririk. İş Materiallarına əlavə edilən Naxçıvan Şəhər XDMİK-nin 1993-cü il tarixli 61 nömrəli qərarında Naxçıvan şəhəri, ünvan 1 X5 adına qeydə alınmışdır. İş Materiallarına əlavə edilən Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 19 yanvar 1984-cü il tarixli 2/30 nömrəli qərarında Naxçıvan şəhəri, ünvan 1 X5 adına qeydə alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 15 ünvanında yerləşən 57 nömrəli mənzilin texniki pasportun surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki prosessual qanunvericiliyin bu normasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə həm qüvvədə olan, həm də qüvvədən düşmüş mülki qanunvericiliyin əmlak və vərəsəlik hüquq normalarına əsaslanmaqla hüquqi qiymətləndirmə aparılmalıdır. İstər iddia tələbi, istərsə də iddia tələbinə etiraz üzrə mübahisələndirilən ilkin hal miras əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmamasıdır. Məhkəmə bu halın qiymətləndirilməsi üçün qeyd edir ki, iddia tələbinin bu hissədə əsasını həmin vaxt qüvvədə olan Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsi təşkil edir. Həmin maddəyə görə ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri payları onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququnamalikdirlər... Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazılmasından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. 28-ci maddəyə görə ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir Azərbaycan SSRİ Mülki Məcəlləsinin 101-ci maddəsinə görə bir yerdə yaşayan ərarvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının şəxsi mülkiyyətində şəxsi mülkiyyət hüququ və onların birinə məxsus və ya onların ümumi mülkiyyətində olan bir yaşayış evi (və ya evin bir hissəsi) ola bilər. Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 19 yanvar 1984-cü il tarixli, 2/30 nömrəli qərarın və Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 18 fevral 1993-cü il tarixli 61 nömrəli qərarinın surətlərindən aydın olur ki, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 19 yanvar 1984-cü il tarixli 2/30 nömrəli qərarında Naxçıvan şəhəri, ünvan 1 X5 adına müvafiq orderlə qeydə alınmışdır. Naxçıvan Şəhər XDMİK-nin 1993-cü il tarixli 61 nömrəli qərarında isə Naxçıvan şəhəri, ünvan 1 X5 adına pulsuz mülkiyyətinə verilmişdir. Buradan belə aydın olur ki, miras əmlak mərhum X8 birgə nikah dövründə mülkiyyətinə verilsə də ər-arvadın birgə nikahları dövründə ailənin birgə büdcəsi hesabına əldə edilməmişdir. Əmlak pulsuz olaraq miras qoyanın mülkiyyətinə verildiyindən sözügedən əmlak ər-ravadın ümumi əmlakı hesab edilməməlidir və İddiaçı1 həmin əmlakda ½ hissədə pay hüququnun müəyyən edilməsi qanuni və əsaslı deyildir. Həmin hissədə iddia tələbi əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Məhkəmə X1 miras qalan mübahisə predmeti olan daşınmaz əmlak üzərində vərəslərin payını müəyyən edərkən bu hissədə tələbin hüquqi əsasını miras qoyanın vəfat etdiyi qüvvədə olan yəni hazırki Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüquq normaları əsasında müəyyən edilməli olmasını nəzərə alır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə miras qoyan X5 vərəsələrinin mirasın faktiki və formal əsaslarla qəbul edib-etməmələrini iş materiallarında olan sübutlarla araşdırmışdır. Araşadırılmış sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mərhum X5 vəfatından sonra həmin miras əmlak dörd vərəsə-iddiaçılar tərəfindən qəbul edilmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 miras qoyandan qalan evdə yaşamaqla, ondan qalan daşınar və daşınmaz əmlaklara sahiblik etməklə mirası faktiki qəbul etmişdir. Digər vərəsə Cavabdeh izahatından, iddiaçıların izahatından mərhum anasının vəfatından sonra həmin əmlakın formal olaraq-notarial qaydada ərizə verməklə qəbul etməməsi aydın olmuş, faktiki olaraq miras əmlakı qəbul etməsi isə sübuta yetirilməmişdir. Belə ki, cavabdeh miras əmlakda payını tələb etsə də həmin miras əmlakı faktiki qəbul etməsinə dair hər hansı sübut təqdim etməmiş, bu halı anasının vəfat etməsinə dair məlumatı olmadığını bildirməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin bildirdiyi bu hal inandırıcı deyildir. Ona görə ki, cavabdeh anasının ağır xəstə olması barədə məlumatlı idi və bu halı təsdiq edən sübutu-yəni anasının xəstəxanada olarkən onunla birlikdə çəkilmiş şəklini təqdim etmişdir. Cavabdehin anasının səhhəti ilə maraqlanmaq bir övlad olaraq mənəvi borcu-vəzifəsi idi ki, özünün bildirdiyinə görə 5 il əvvəl vəfat edən anasının səhhəti ilə, onun sağalması və ya sağalmaması ilə maraqlanmamışdır. Məhkəmə cavabdehin, onun qohumlarının bir şəhərdə yaşamasını nəzərə alıb valideyninin vəfatı barədə məlumatının olmamasına dair qeyd etdiyi halları inandırıcı hesab etmir. Ona görə də hesab edir ki, cavabdeh anasından qalan miras əmlakı qəbul etmədiyindən ona pay verilə bilməz. Nəticə: Yuxarıda qeyd edilən halları ümumiləşdirib məhkəmə aşağıdakı nəticəyə gəlir: -İddia qismən əsaslı olduğundan qismən təmin edilməli, - X1 miras qalan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras qalmış əmlakın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, və İddiaçı4 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmaqla hər birinin payı ¼ hissədə müəyyən edilməli, -İddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə məsrəflərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialı vasitəsilə 2727 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. X1 miras qalan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras qalmış əmlakın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, və İddiaçı4 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmaqla hər birinin payı ¼ hissədə müəyyən edilsin. İddia qalan hissədə rədd olunsun. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialı vasitəsilə 2727 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissə Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.