Məhkəmə qərarları › İş №2(078)-995/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-995/2025

08.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-995/2025 08.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Qurbanəliyeva Günel Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X11 xx.xx.1962ci tarixdə, mərhum bacısı X3 isə xx.xx.1966-cı il tarixdə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum valideynləri X4 və X5 birgə nikahlarından xx.xx.1961-ci il təvəllüdlü mərhum qardaşı X21 və xx.xx.1964-cü il təvəllüdlü mərhum bacısı X7 doğulmuşdur. Mərhum qardaşı X21 xx.xx.1962-ci il tarixdə, mərhum bacısı X7 isə xx.xx.1966-cı il tarixdə Naxçıvan şəhərində xəstəlik səbəbindən ölmüşlər və Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmişlər. Həmçinin mərhum valieynləri - atası X12 30 sentyabr 2001-ci il tarixdə, mərhum anası X13 29 aprel 1996-cı il tarixdə Naxçıvan şəhərində vəfat etmişdirlər. Təəssüf ki mərhum valideynləri sağlığında mərhum qardaşı X21 və mərhum bacısı X7 üçün ölüm haqqında şəadətnamə əldə edilməmişdir. Qeyd edir ki, mərhum bacısının və mərhum qardaşının ölümünə dair şəhadətnamələrin əldə edilməsi üçün Naxçıvan şəhər Nikah evinə müraciət etsə də, ona adıçəkilən dövlət qurumundan xx.xx.2025-ci il tarixli 3-16-5\8-14-561/2025 saylı və 3-16- 5\8-14-564/2025 saylı məktublarla cavab verilmişdir ki, mərhumların ölümünə dair tibbi şəhadətnamələr olmadığı üçün ölümə dair şəhadətnamə verilə bilmir və bu faktların təsdiq olunması üçün məhkəməyə müraciət edə bilərsiniz. Eyni zamanda mərhum bacısı və mərhum qardaşının ölümünə dair tibbi şəhadətnamələrin əldə edilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikasına müraciət etsə də, ona poliklinika tərəfindən xx.xx.2025-ci il tarixli 3-28-34-3\2-Q-17-31-8/2025 saylı və 3- 28-34-3\2-Q-18-42-9/2025 saylı məktublarla cavab verilmişdir ki, mərhumların adına ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi barədə Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikası PHŞ-də məlumat yoxdur. Ona görə də mərhum qardaşı X11 xx.xx.1962-ci tarixdə, mərhum bacısı X7 isə xx.xx.1966- cı il tarixdə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi zərurət yaranmışdır. Qeyd edir ki, mərhum qardaş və bacısının ölümlərinə dair şəhadətnamənin verilməsi onun mülkiyyətlə bağlı notariatda vərəslik işlərinin aparılması, miras əmlakın rəsmiləşdirlməsi işləri üçün zəruridir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək notariat qaydada bütün razılıqların verildiyi lakin miras üçün qardaşı və bacısının ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu, mərhumların birinin 1 digərinin 4 yaşında vəfat etdiyini bildirmiş, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində Rövşənlə qonşu olduqlarını, X30 Zeynəb, adlı bacısı, olduğunu, Gülşən və Əlinin öldüyünü, onların uşaq olduqlarını, xəstə olduqları üçün öldüklərini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X14 ifadəsində qonşu olduqlarını, 1957-ci ildən qonşu olduqlarını, bacısı və qardaşlarını gördüyünü, Əli və Gülşənin vəfat etdiyini, Zeynəlabdinin də vəfat etdiyini, Əli və Gülşənin uzun illər əvvəl rəhmətə getdiklərini, onların vəfat etdiyi zaman özünün təxminən 6-7 yaşının olduğunu bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciətiniə əsasən bildirirlir ki, Azərbaycan Respublikası Ailə Məcəllesinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 xx.xx.1966-cı ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir səned təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən sizə izah olunur ki, ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edəsiniz. Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciətiniə əsasən bildirirlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X11 xx.xx.1962-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən sizə izah olunur ki, ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edəsiniz. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli çıxarışına əsasən X1 Almas Məmməd qızı ilə xx.xx.1953-cü ildə nikah bağlamışdır. İş materiallarına əlavə edilmiş AZ 080483 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 30 sentyabr 2001-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan aydın olur ki, X13 29 aprel 1996-cı il tarixdə ölmüşdür. Naxçıvan Muxtar Respublikasının Səhiyyə nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubunda Ərizəçi xx.xx.2025-ci il tarixdə müraciətinə əsasən bildirilir ki, X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. Naxçıvan Muxtar Respublikasının Səhiyyə nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubunda Ərizəçi xx.xx.2025-ci il tarixdə müraciətinə əsasən bildirilir ki, X11 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. Naxçıvan şəhər 2 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 760 nömrəli arayışından aydın olur ki, Ərizəçi Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər Nikah Evindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, Naxçıvan şəhər sakini X4 aşağıdakı ailə üzvləri vardır.

1. Əri (arvadı): X13 (xx.xx.1939) (VƏFAT EDİB)

2. QıZı: X18 (xx.xx.1954)

3. QİZİ: X9 (xx.xx.1956)

4. QİZİ: X15 (xx.xx.1957)

5. Oğlu: X2 (xx.xx.1959) (VƏFAT EDİB)

6. Oğlu: X21 (xx.xx.1961)-

7. Oğlu: Ərizəçi (xx.xx.1963)

8. QİZİ: X7 (xx.xx.1964)

9. QİZL X19 (xx.xx.1966)

10. X6 (xx.xx.1968) (VƏFAT EDİB) Mülki iş materiallarına qəbirin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X11 xx.xx.1962-ci tarixdə, X7 isə xx.xx.1966-cı il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi X11 və X3 ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. X11 20 mart 1962-ci tarixdə, X7 isə 15 sentyabr 1966-cı il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar