Məhkəmə qərarları › İş №2(078)-996/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-996/2022

27.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-996/2022 27.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi İman qızının iştirakı ilə, Ərizəçi İman qızının ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi İman qızı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 06 iyun 1981-ci il tarixdə Ordubad rayon Behrud kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi İman qızı ərizəsini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, mərhum həyat yoldaşı X6 06 iyun 1981-ci ildə Ordubad rayonunda vəfat etmiş və onu Ordubad rayon Behrud kənd qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimi yoldaşının yaşadığı- Ordubad rayon Behrud kəndində saxlanılmış, yas mərasimində yaxın qohumları və qonşuları iştirak etmişdir. Lakin həmin vaxt müəyyən səbəblərdən müvafiq dövlət orqanlarına müraciət edilmədiyindən ölüm haqqında şəhadətnamə vaxtında alınmamışdır. Daşınmaz əmlakla bağlı müəyyən sənədləşmə işləri aparılması üçün müvafiq qurumlar tərəfindən həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi tələb olunur ki, buna görə də ölüm sənədini almaq zərurəti yaranmışdır. Ərizəçi sonda qeyd olunanlara əsasən mərhum həyat yoldaşı X3 06 iyun 1981-ci il tarixdə Ordubad rayon Behrud kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusu olub. X1 06 iyun 1981-ci il tarixdə Ordubad rayon Behrud kəndində vəfat etmiş, Ordubad rayon Behrud kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhumun yas mərasimində də yaxından iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusu olub. X1 06 iyun 1981-ci il tarixdə Ordubad rayon Behrud kəndində vəfat etmiş, Ordubad rayon Behrud kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhumun yas mərasimində də yaxından iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusu olub. X1 06 iyun 1981-ci il tarixdə Ordubad rayon Behrud kəndində vəfat etmiş, Ordubad rayon Behrud kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhumun yas mərasimində də yaxından iştirak etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan məlum olur ki, X6 ilə Ərizəçi arasında xx.xx.1975-ci il tarixdə nikah bağlanmış və bu barədə 43 nömrəli akt qeydi icra edilmişdir. Ordubad Rayon İcra Hakimiyyəti Biləv kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 19 avqust 2022-ci il tarixdə verilmiş 76 nömrəli arayışda qeyd olunmuşdur ki, xx.xx.1951-ci il təvəllüdlü X6 06 iyun 1981-ci il tarixdə Ordubad rayon Behrud kənd qəbiristanlığında dəfn edilmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q- 359/15 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də X3 ölüm qeydiyyatının aparılması mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X3 06 iyun 1981-ci il tarixdə Ordubad rayon Behrud kəndində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 06 iyun 1981-ci il tarixdə Ordubad rayon Behrud kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar