Məhkəmə qərarları › İş №2(079)-102/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-102/2021

01.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-102/2021 01.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyə n etdi: İddiaçı xx xxxxxx 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Babək rayonu, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 azyaşlı qızı X2 məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayonu, Şəkərabad kəndində yerləşən ümumi sahəsi 0.0343 kvadrat metr olan torpaq sahəsi üzərində yerləşən 133.45 kvadrat metr yaşayış sahəsindən ibarət ayrı-ayrı tikililər olmaqla cəmi 5 otaq, 2 salon və qeyri-yaşayış sahələrindən ibarət fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx xxxxxxx 2018-ci il tarixli, **********26-10301 dövlət reyestr nömrəsi ilə qeydiyyatdan keçirməklə adıma qeydiyyata alınmışdır. Hazırda həmin əmlak tam mülkiyyət hüququ ilə mənə məxsusdur. Qeyd edirəm ki, həmin tikililərin yerləşdiyi torpaq sahəsini 2010-cu ildə almışam. Təxminən bir il müddətinə həmin evləri tikərək 2011-ci ildən orada yaşayıram. X1 2015-ci ildə Naxçıvan şəhərində işləyirdi, hər gün kəndə gedibgəlməsi çətin olduğundan belə razılaşdıq ki, həyətimdə olan evdə yaşasın. Atam bir müddət evdə yaşadıqdan sonra bacım Cavabdeh2 da Naxçıvan şəhərində işə düzəldi və o, da azyaşlı qızı ilə birlikdə mənim razılığımla gəlib atamla birlikdə həmin həyətdəki evdə yaşadılar. Bu minvalla atamla bacım mənim mülkiyyətimdə olan evdə yaşamağa davam etdilər. Təxminən 2017-ci ildə bacım Esmira Cavabdeh1 ilə ailə həyatı qurdu və Asəf də bacımın yaşadığı evdə yaşamağa başladı. Bacım evləndikdən 1- 2 ay sonra atam kəndə qayıtdı. Bacım yoldaşı və qızı ilə birlikdə bugünədək həmin evdə yaşayırlar. Artıq mənim uşaqlarım böyüyüb. Bacımın yoldaşının qeyri-etik hərəkətləri məndə və oğlumda qıcıq yaradır. Qızım ailə həyatı qurub. Kürəkənim qızımı Asəfin hərəkətlərinə görə bizə gəlməyə icazə vermir. Mən özüm də həmin evi satıb başqa yerdən ev almaq istəyirəm. Bütün bunlara görə dəfələrlə bacımdan və Asəfdən mənim evimdən çıxmalarını xahiş etsəm də mülkiyyətimdə olan evimdən çıxmaq istəmirlər. İddiaçı məhkəmədə verdiyi izahatında Hacı adlı şəxslə ailə qurduqdan sonra 7 ay Naxçıvan şəhərində kirayədə yaşadıqlarını, əri ilə Naxçıvan Dövlət Universitetində işləyib pullarını yığaraq 2010-ci ildə hazırda qonşusu olan Babək rayonu, Şəkərabad kənd sakini Məhəmməddən 3200 kvadrat metr torpaq sahəsi aldıqlarını, bələdiyyə və icra nümayəndəliyinin iştirakı ilə sənədləşdirdiklərini, torpağı alan zaman onun üzərində ev olmadığını, 5-6 ağac əkildiyini, torpaq sahəsini aldıqları il orada 4 otaq və bir salondan ibarət tikilinin təməlinin qazıldığını, onların himinin töküldüyünü, iki otağln isə tikintisini apardıqlarını, təqribən bir il yarım iki il müddətində isə bütün tikililəri başa çatdırdıqlarını, evin 2 otaq, 1 salon, mətbəx, hamam və tualetdən ibarət olduğunu, bundan əlavə 1 otaq da tikdiklərini, həmin otağın da evə bitişik olduğunu, hazırda həmin evdə bacısının qaldığını, Esmiranın əvvəlki əri Müseyib rəhmətə getdiyindən onun əvvəllər atası ilə birlikdə Gülşənabad kəndində atasa ilə birlikdə qaldığını, atasının ondan şəhərdə tikinti idarəsində işə girdiyindən və onun kəndə gedibqayıtması çətin olduğundan öz razılığı əsasında hazırda yaşamaq üçün bacısı Esmiraya verdiyi otağı atasına verdiyini, təqribən 2-3 ay sonra bacısının da şəhərdə işə düzəldiyini, onun da atası ilə birlikdə ona məxsus evdə yaşamağa başladığını, bacısının ikinci dəfə Asəflə ailə qurduqdan sonra atasının yaşamaq üçün kəndə qayıtdığını, Esmiranın əvvəlki evliliyindən Səhnə adlı bir qız övladının olduğunu, bacısı ilə Asəfin ailə qurmasından sonra onlarla 4-5 ay normal yola getsə də, sonralar münasibətlərinin pozulduğunu, bacısının ailəsi ilə onun evində yaşayaraq ona rahatlıq vermədiyini, həyətinə gələn qonaqların yanında nalayiq ifadələr işlətdiyini, atası Əhmədlə birlikdə ona böhtan atdığını, dəfələrlə Asəfin onu polisə şikayət etdiyini, Esmiranın və onun ailəsinin yaşadığı evlə onun yaşadığı evin arasında hasar çəkildiyini, həmin torpaqda əvvəllər evin olmadığını, evi özlərinin tikdiyini, atası və qardaşının həmin evdə usta kimi işləyib pul aldıqlarını, evin bacısı və onun ailəsi tərəfindən istifadə edilməsi ilə bağlı aralarında hər hansı müqavilənin olmadığını, əgər Esmira əri ilə boşanarsa onu evdən çıxarmayacağını qeyd edərək yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh1 məhkəmədə verdiyi izahatında 2009-cu ildə Esmira ilə ailə qurduğunu, birgə nikahlarından uşağının olmadığını, Esmiranın əvvəlki nikahından Səhnə adlı bir qız övladının dünyaya gəldiyini, hazırda onlarla birlikdə yaşadığını, onunla evləndikdən sonra Esmiranın əvvəlcədən qaldığı Babək rayonu, Şəkərabad kəndində yerləşən evində yaşadığını və ailə qurduğu vaxtdan həmin evin Esmiraya aid olduğunu bildiyini, özünün iddiaçı elə də ciddi probleminin olmadığını, sadəcə əvvəllər onun oğlunun öz dostları ilə həyətdə oturub danışarkən söyüş söydüyündən onunla bir dəfə mübahisə etdiyini, qayınatası Əhmədlə Məlahətin yola getmədiyini, onu polisə şikayət etdiyini, bu səbəbdən də iddiaçının onu prinsipini bacısı Esmira ilə apardığını, buna görə onları evdən çıxardığını, Məlahətlə aralarında yaşayış evindən istifadə hüququnun olması ilə bağlı yazılı müqavilə bağlanmadıqlarını qeyd edərək yekunda məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdi. Cavabdeh2 məhkəmədə verdiyi izahatında torpağın və onun üzərində tikilən evin bacısının adına olsa da, həmin torpağın yarısını özü aldığı, torpağın alındığı vaxt 3 sot torpağa 1 çıxarış verirdilər deyə hamısını bacısının adına sənədləşdirdiyini, torpaq sahəsini qonşusu Məhəmməddən aldığını, onun pulunun 2000 manatını özünün Babək rayonu, Gülşənabad kəndində olan torpaq sahəsini satıb ödədiyini, qalan 1800 manatını isə Məlahətin verdiyini, həmin vaxt iddiaçının kirayədə yaşadığını, təxminən 10 il qabaq atası və qardaşının Məlahətə ev tikdiyini və usta haqqı almadıqlarını, bundan əlavə həmin torpaq sahəsində onun özünə də ev tikildiyini, evlərin hər ikisinin atası Əhmədin tikdiyini, əvvəlcə Məlahətə, sonra da ona ev tikildiyini, 8 ildir ki, həmin evdə yaşadığını, kommunal xidmətlərinin ayrı olduğunu, hər iki evin ayrıca hasarlandığını, bir il öncə iddiaçıya özünün yaşadığı evə ayrıca çıxarış alması üçün 470 manat pul verdiyini, Məlahətin onların hər birinə ayrıca çıxarış almalı olduğu halda, torpaq komitəsindən gəlib torpağı ölçdükdən sonra bacısının bütün evi adına keçirdiyini öyrəndiyini, onun qaldığı evin 2 otaq, salon, hamam, tualet və mətbəxdən ibarət olduğunu, Asəflə üç ildir ki, ailə qurduğunu, onunla evlənənə qədər bacısı ilə probleminin olmadığını, həmçinin hazırda özünün yaşadığı evi Asəflə ailə qurana kimi tikdiyini, həmin evdən istifadə hüququ ilə bağlı müqavilənin olmadığını, Asəflə olan evliliyindən uşağının olmadığını, əvvəlki evliliyindən isə Səhnə adlı bir qızının olduğunu və özü ilə bərabər yaşadığını qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, mübahisə predmeti olan Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.343 hektar torpaq sahəsinin üzərində olan 133.45 kvadrat metr fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması, həmin yaşayış evinə olan hüquqların hazırda yüklü olmaması, cavabdehin ailəsi ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evində yaşaması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş MH seriyalı, ******* nömrəli, xx xxxxxxx 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.343 hektar torpaq sahəsinin və onun üzərində olan 133.45 kvadrat metr fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin “31” mart 2021-ci tarixli, 04/216 nömrəli məktubundan Babək rayonu, Şəkərabad kəndində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə olan hüquqların hazırda yüklü olmaması; - iddia tələbindən və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan Cavabdeh2 ailəsi ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evində yaşaması aydın olur. İşin mübahisəli halı isə iddiaçının Cavabdeh1, Cavabdeh2 və onun azyaşlı qızı Cavabdeh2 öz mülkiyyətində olan Babək rayonu, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını tələb etməsidir. Belə ki ,Cavabdeh2 iddianı qəbul etməyərək hazırda yaşadıqların ev özləri tərəfindən tikildiyindən onlara məxsus olmasını bildirir. İşin mübahisəli halını, yəni mülkiyyətçi ilə onun evində yaşayan şəxslər arasında yaranmış mübahisəni iş materialları, onları isə qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından Babək rayonu, Şəkərabad kəndində yerləşən ümumi sahəsi 0.0343 hektar olan torpaq sahəsi və onun üzərində olan 133.45 kvadrat metr fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması isə məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Hazırda mülkiyyətçi İddiaçı isə özünə məxsus olan Cavabdeh2 ailəsi ilə birlikdə yaşadığı Babək rayonu, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlərin və Cavabdeh2 uşağının çıxarılmasını tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri neqator iddiadır. Yəni mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Cavabdehlər isə qeyd edilən torpaq sahəsinin bir hissəsini özləri almaları və orada tikilən 2 otaq, salon, hamam, tualet və mətbəxdən ibarət tikililərin özlərinə aid olmasını bildirdiyindən, həmin əsaslara hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası öz əksini tapmışdır. Həmin maddəyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan əlavə bu norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16.6-cı maddəsində öz əksini tapıb. Bu prezumpsiyaya görə əksi sübut edilməyincə dövlət orqanının aktı qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlaka dair dövlət reyestrində nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamlığına dəlalət edir. Daşınmaz əmlakın reyestrinin qeyri-dəqiq olması isə daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və ya reyestr məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Bunun qeyri-dəqiq olmasını sübut etmə yükü isə iş bunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Reyestrin qeyri-dəqiqliyi sübuta yetirildikdə mülkiyyətçinin mülkiyyət hüququ təkzib edilmiş olur. Cavabdeh tərəf isə reyestrin qeyri-dəqiqliyi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə onu da bildirir ki, istər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsindən, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsindən aydın olur ki, mülkiyyət hüququ mütləq hüquq deyil, o məhdudlaşdırıla bilən hüquqdur. Bu məhdudiyyət isə qanuni və əsaslı olmalıdır. Cavabdeh tərəf isə İddiaçı məxsus olan torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etməsinin hüquqi əsasının olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və məhkəmədə verdiyi izahatlarından onların torpaq sahəsi və fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı iddiaçı ilə arasında yazılı razılaşmanın olmaması müəyyən edilmişdi. Həmçinin məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin “31” mart 2021-ci tarixli, 04/216 nömrəli məktubundan Babək rayonu, Şəkərabad kəndində yerləşən daşınmaz əmlakın və həmin əmlaka dair hüquqların yüklü olmaması müəyyən edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, hazırki vəziyyətdə İddiaçı məxsus olan fərdi yaşayış evində cavabdehlərin yaşaması üçün qanuni əsas olmadığından iddiaçının tələbi əsaslı sayılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - MH seriyalı, ******* nömrəli, xx xxxxxxx 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan və Babək rayonu, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh1 və X4 məcburi qaydada çıxarılmalı; - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməli; Yekunda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. MH seriyalı, ******* nömrəli, xx xxxxxxx 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan və Babək rayonu, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh1 və X4 məcburi qaydada çıxarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar