Məhkəmə qərarları › İş №2(079)-102/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-102/2025

19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-102/2025 19.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və iddiaçının vəkil-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə ½ payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 23 dekabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Hadi oğlunun adına xx.xx.2020-ci il tarixdə JN-520A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə və Sirab bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 40 nömrəli qərarı əsasında 3090 kv.m torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 106.94 kv.m olan fərdi yaşayış evinin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə X1 çatan 1/2 payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi iddianı əsaslandıraraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyim İddiaçı dediklərinə əsasən Cavabdeh ilə 07 iyun 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmişlər, birgə nikahdan iki övladları dünyaya gəlmişdir, xasiyyətləri uyğun gəlmədiyindən nikahları Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-437/2024 nömrəli qətnaməsi əsasında pozulmuşdur, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2003-cü il təvəllüdlü X7 iddiaçı ilə birlikdə yaşayırlar. Qeyd etmək istəyirəm ki, Cavabdeh adına xx.xx.2020-ci il tarixdə JN-520A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və Sirab bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 40 nömrəli qərarı əsasında 3090 kv.m torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 106.94 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. İddiaçı dediklərinə əsasən 2002-ci il tarixində cavabdehlə ailə həyatı quranda Hüseynin adına olan torpaq sahəsinin üzərində iki natamam otaq tikildiyini bildirmişdir, nikahdan sonra üç otaq, bir salon, mətbəx, dəhliz, hamam, bir böyük salon, balkon, həyətdə dörd yardımçı tikili, həyətin hər tərəfi divarla hasarı alındığını qeyd etmişdir. Əlavə olaraq İddiaçı 18 ildir müəllimə işlədiyini və aldığı bütün məvacibi evin tikilməsinə və evin içərisinə alınan əşyalara xərcləndiyini bildirmişdir. Əlavə olaraq İddiaçı dediklərinə əsasən Cavabdeh 2018-ci il tarixindən İddiaçı qardaşı X2 14.145 (on dörd min yüz qırx beş) manat pul alıb damın örtüyünü tamamı ilə dəyişdirdiklərini qeyd etmişdir. Babək rayon Sirab bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 40 nömrəli qərarı əsasında torpaq alınmışdır və həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməklə X4 adına xx.xx.2020-ci il tarixdə JN-520A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və Sirab bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 40 nömrəli qərarı əsasında 3090 kv.m torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 106.94 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Bələdiyyə qərarı əsasında alınmış torpaq sahəsi və evin ümumi tikilişi cavabdehlə iddiaçının birgə nikah dövründə əldə etdikləri əmlakdır. Bu əmlaklar da birgə nikah dövründə qazanılmış əmlaklardır. Mediasiyaya müraciət olundu, mediasiya prosesində cavabdeh iştirak etmədiyindən mediasiya arayış verərək məhkəməyə müraciət etməli olduğumuz bildirildi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə 2002-ci ildə ailə qurduqlarını, birgə nikahdan qızı Aysu Hacılının 2003-cü ildə, oğlu Turan Hacılının isə 2006cı ildə dünyaya gəldiyini, 2024-cü ilin avqust ayında nikahlarının pozulduğunu, cavabdehlə 22 il birlikdə yaşadıqlarını, ailə quran vaxt torpaq sahəsi üzərində ölçüləri uzunluğu 4 metr, eni 3 metr və uzunluğu 4 metr, eni 4 metr olan 2 balaca otağın olduğunu, ailə qurduqdan sonra əlavə otaq, salon, mətbəx, hamam, tualet, dəhliz, 4 yardımçı tikili və balkonun inşa etdiklərini, evin hasarını çəkdiklərini, torpaq sahəsinin 1200 kvadrat metr olduğunu və həmin sahənin islahat zamanı cavabdehə verildiyini, nikah dövründə 2020-ci ildə 1900 m2 sahənin isə əlavə olunduğunu, 1900 m2 sahənin əvvəl bələdiyyənin mülkiyyətində olduğunu, həmin torpaq sahəsini hansı qiymətə özəlləşdirdiklərini xatırlamadığını, hazırda torpağın ümumi sahəsinin 3090 kvadrat metr olduğunu, 2007-ci ildən işlədiyini və həmin vaxtdan qazancının 90 faizini evə sərf etdiyini, birgə nikah dövründə əldə etdikləri əmlakın 1/2 payın müəyyən olunmasını xahiş etdiyini bildirmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında isə iddia tələbini müdafiə etdiyini, qardaşı Nizaminin cavabdehə evin tikilməsi üçün 14145 manat pul verdiyini, lakin cavabdehin həmin pulu qaytarmadığını və hissə-hissə ödəyəcəyini bildirdiyini, lakin verdiyi sözə əməl etmədiyini, qardaşının isə həmin pulu istəmədiyini, bu səbəbdən də son günlərdə həyətdəki tikinti materiallarını satıb övladının təhsil haqqı ödədiyini, tikinti materiallarının evin təmirindən artıq qalmış şifer və dəmir parçaları olduğunu, özünün oğluna həmin tikinti materiallarını satmasını dediyini, cavabdehlə 2002-ci ildə ailə qurduqlarını, həmin vaxt cəmi 2 otağın hazır olduğunu, evin təmirini ailə qurduqdan 6 il sonra etməyə başladıqlarını, yəni özü işləməyə başlayanadək evdə heç bir iş aparılmadığını, işlədikdən sonra özünün qazancını yığmaqla evi təmir etdiklərini və əlavə olaraq digər tikiləri inşa etdiklərini, özünün 500 manat əmək haqqı aldığını, cavabdehin isə 1500 manat əmək haqqı aldığını, özünün hər il istisnasız olaraq lotereya oynayaraq evin təmir işlərini həyata keçirdiyini, cavabdehin isə nə onun, nə də uşaqların ehtiyacları ilə maraqlanmadığını, nəsə tələb edəndə ”get özün işləyirsən, özün al” dediyini, illərdir aldığını həmin evi qurmağa və uşaqların təhsilinə xərclədiyini bildirmiş, yekunda isə tələbin təmin edilməsini xahiş xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında tərəflərin ailə qurarkən cavabdehin mülkiyyətində 2 ədəd-ölçüləri 4 metr uzunluğu, 3 metr eni və 4 metr uzunluğu və 4 metr eni olan otağın olduğunu, digər tikililəri isə tərəflərin ailə qurduqdan sonra inşa etdiklərini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə evlənən vaxt onun təhsil alması və işləməyəcəyi barədə şərt qoyduqlarını, çətinliklə onu oxutduğunu və işə qoyduğunu, iddiaçının izahatında 18 il ərzində qazandığı pulu evə xərclədiyini bildirsə də halbuki evin ərzağını və digər xərclərini məhz özünün qarşıladığını, kredit götürüb bunları etdiyini, ailə qurarkən uzunluğu 6.60 metr olan evin tikildiyini və dam örtüyünün hazır olduğunu, evin içərisində bəzi işlərin qaldığını, balkonun da hazır olduğunu, sadəcə suvağının vurulmadığını, iddiaçının dediyi kimi 2 otağın hazır olduğunu, 2 otaqlı evi 1997- 2000-ci illər arası inşa etdiyini, ailə quranda iddiaçının həmin evə gəlin köçdüyünü, digər işləri isə 2002-2016-cı illər arasında etdiyini, evin döşəmə və tavanını düzəltdiyini, 4 dəfə evin şiferini dəyişdirdiyini, iddiaçının həmin müddətdə uşaqlara baxdığını və aldığı əmək haqqı ilə lotereya oynadığını, lotereyeadan əldə olunan pulu evin təmir işlərinə xarclədiklərini, 2002-2020-ci illər arası aldığı əmək haqqını iddiaçıya verdiyini, bir yerə getdikdə iddiaçıdan pul alıb getdiyini, eyni zamanda iddiaçı ilə birlikdə özünün də lotereyaya pul verdiyini, həmin pulun götürülüb evin ehtiyaclarına sərf olunduğunu, iddiaçının evin ölçüsünü belə bilmədiyini, otaqlardan birinin uzunluğunun 4 metr, eninin isə 3.40 metr olduğunu, evin ümumi uzunluğunun isə 6.40 metr olduğunu, evin balkonunun da hazır olduğunu, 1900 metr kvadrat torpaq sahəsinin ona məxsus pay torpağının üzərində olduğunu və kənddə kanal çəkilərkən pay torpağı kanalın üzərinə düşdüyündən onun əvəzində həyətinin ətrafındakı topraq sahəsini öz mülkiyyətinə qatmağı təklif etdiklərini, pay torpağının əvəzində torpaq sahəsinin ətrafında olan 1900 metr kvadrat torpaq sahəsini öz torpaq sahəsinə birləşdirdiyini, torpaq sahəsinin 1 kvadrat metrini 4 manatdan aldığını, 2020ci ildə isə torpaq sahəsini sənədləşdirmək üçün kredit götürdüyünü, 10000 manat xərci çıxdığını və buna görə 3000 manat da banka faiz ödədiyini, ümumi sənədləşdirməyə 13000 manat, evin təmirinə isə 18000 manat pul xərclədiyini, lakin iddiaçının bunların heç birindən xəbərdar olmadığını, mağazadan hər ay evin ehtiyacları üçün 400-600 manatlıq alış-veriş etdiyini, iddiaçının isə evin ehtiyaclarına 20 qəpik belə pul xərcləmədiyini, 15 ildir ki, iddiaçı ilə ayrı yaşadıqlarını, iddiaçının evin əşyalarının alınmasında kömək etdiyini, lakin evin digər xərclərinin qarşılanmasında ona kömək etmədiyini, yaşayış evini 2020-ci ildə öz adına rəsmiləşdirdiyini, evin çıxarışının öz adına olduğunu, evin 1 mətbəx, 1 balkon, 4 otaq, hamam, qovşaq və eyvandan ibarət olduğunu, evin ümumi ölçülüsünün 194 kvadrat metr olduğunu, hazırda evdə iddiaçı ilə ayrı yaşadıqlarını, övladlarının da həmin evdə yaşadığını, mülkiyyəti olan yaşayış evinin texniki pasportunu da 2020-ci ildə aldığını, evin təmirinin 2016-cı ildə bitdiyini, təmir xərclərinə öz əmək haqqısının xərcləndiyini, iddiaçının isə evin təmirinə pul xərcləmədiyini, iddiaçının iş məhkəmənin icraatında olduğu vaxt həyətdə olan tikinti materiallarını söküb aparıb satdığını, iddiaçının da adına islahat vaxtı torpaq sahəsinin verildiyini, özünün də həmin yaşayış və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və evin tikintisinə sərf etdiyi hazırda ödədiyi krediti tələb etdiyini bildirmiş, Nizami adlı iddiaçının qardaşına borcunun olmadığını, əksinə iddiaçının ata evini özünün təmir etdirdiyini bildirmiş, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını tədqiq edən zaman məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında 07 iyun 2002-ci il tarixdə nikahın bağlanması, onlar arasında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli qətnaməsi ilə pozulması, mübahisə predmeti olan 3090 kv.m torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 106.94 kv.m olan fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Qeyd edilən faktlar mülki iş materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə təsdiq olunur: - Naxçıvan “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-Vİİ seriyalı, 428627 nömrəli nikah haqqında arayışdan İddiaçı və Cavabdeh arasında 07 iyun 2002-ci il tarixdə nikahın bağlanması, bunun akt qeydləri kitabında 132 nömrə ilə qeydə alınması; - Babək Rayon Məhkəməsinin 2(079)-437/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı ilə Cavabdeh arasında 07 iyun 2002-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 24 avqust 2006-cı il təvəllüdlü X5 anası İddiaçı yanında qalması; - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 04/950 nömrəli, 20 sentyabr 2024-cü il tarixli məktubundan Cavabdeh adına xx.xx.2020-ci il tarixdə JN-520A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə və Sirab bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 40 nömrəli qərarı əsasında 3090 m2 torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 106.94 m2 olan fərdi yaşayış evi və JN-215 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında 0.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 09 aprel 2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan Babək rayonu, Sirab kəndində 0.309 ha torpaq sahəsi üzərində yerləşən 106.94 m2 fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olması müəyyən olunur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə iddiaçının birgə nikah dövründə qazanılmış əmlakdan payın müəyyən olunması tələbinin əsaslı olub-olmamasının araşdırılması ilə bağlı aşağıdakı normaların qeyd olunmasını vacib hesab edir. Hüquqi dövlətdə mülkiyyət hüququ toxunulmaz olmaqla, subyekti qismində bir şəxs, habelə iki və daha çox şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyətin birgə mülkiyyət və paylı mülkiyyət kimi növləri fərqləndirilir. Belə ki, Mülki Məcəllənin 213.2 və 213.5-ci maddələrinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ərarvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiyyətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir. İddiaçının tələbi ilə bağlı məhkəmə bildirir ki, qeyd edilən əmlak üzərində payların müəyyən olunması üçün ilkin olaraq həmin əmlakın birgə nikah dövründə qazanılıbqazanılmamasına hüquqi aydınlıq gətirilməlidir. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan və tərəflərin izahatlarından iddiaçının müəllim vəzifəsində çalışdığı və tərəflərin birgə nikahda olduğu 20 ildən artıq müddətin əksər hissəsində işləyib əmək fəaliyyətinin nəticəsində gəlir əldə etdiyi müəyyən olunmuşdur. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 09 aprel 2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan Babək rayonu, Sirab kəndində 0.309 ha torpaq sahəsi üzərində yerləşən 106.94 m2 fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olması müəyyən olunur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı “ 12 ” mart 2024-cü il tarixli qərarının (bundan sonra – “Plenum qərar”ı) 1.4-cü bəndinə görə əmlakın ümumiliyi dedikdə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Ona görə də, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın ümumi əmlakı qanuni rejimə tabe olan ümumi birgə mülkiyyət sayılır (Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələri). Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Plenum qərarının 3.1-3.11-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ərarvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünü tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (payların bərabərliyi prezumpsiyası). Plenum qərarının 6.13-cü bəndində göstərilir ki, tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ər-arvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının niyyətinin həmçinin pay bölgüsünü aparılması yönündə olması halı müəyyən olunmamış, qarşılıqlı iddia irəli sürülməmişdir. Plenum qərarının 6.18-ci bəndində göstərilir ki, məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında nikah müqaviləsi bağlanmadığından ər-arvadın birgə mülkiyyətinin qanuni rejiminin fəaliyyət göstərməsi, mübahisəli daşınmaz əmlakın tərəflərin birgə nikahı dövründə əldə edilməsi, birgə nikah dövründə qazanılmış əmlakın tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsinə dair ümumi prezumsiyadan fərqli halın müəyyən olunmaması nəzərə alınmaqla mübahisəli əmlak üzərində hüquqi vəziyyətin və pay nisbətinin müəyyən olunması haqqında iddia əsaslı olduğundan təmin olunmalı, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 09 aprel 2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Babək rayonu, Sirab kəndində 0.309 ha torpaq sahəsi üzərində yerləşən 106.94 m2 fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış hesab edilməklə İddiaçı həmin əmlakın ½ hissəsinə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 09 aprel 2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Babək rayonu, Sirab kəndində 0.309 ha torpaq sahəsi üzərində yerləşən 106.94 m2 fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə qazanılmış hesab olunmaqla İddiaçı həmin daşınmaz əmlakın ½ hissəsinə payı müəyyən edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar