Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-107/2025 19.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı “25” dekabr 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 2011-ci il tarixdə Cavabdeh ilə ailə quraraq yaşadığı Babək rayonu, Çeşməbasar kəndində yerləşən yaşayış evinin içərisində olan cehiz əşyalarının geri qaytarılması və ya qeyd olunan cehiz əşyalarımın dəyəri olan 8240 (səkkiz min iki yüz qırx) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 53 (əlli üç) manat pulun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, mənimlə Cavabdeh arasındakı nikah Babək rayon Məhkəməsinin 2(079)-22/2024 nömrəli qətnaməsi əsasında pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 43 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikah dövründə xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə qətnaməsi ilə övladlarım mənim yanımda qalır. Babək rayon Məhkəməsinin 2(079)-22/2024 nömrəli qətnaməsi ilə övladlarıma 360 (üç yüz altmış) manat miqdarında aliement kəsilsə də, cavabeh alimenti ödəmir. Üç azyaşlı övladıma tək qadın olaraq mən baxıram. Cehiz gətirdiyim daşınar əşyalar bunlardır: Abetni servis dəsti-300 ( üç yüz) manat, konfet qabı - 6 dəst-50 ( əlli) manat , meyvə qabı-6 dəst - 50 ( əlli) manat, qaşıq dəsti (22 çəngəl, 22 bıçaq, 22 xörək qaşığı, 22 çay qaşığı) - 50 ( əlli) manat, çay stəkanı (72 ədəd) - 80 (səksən) manat, nəlbəki (50 ədəd) -70 (yetmiş) manat, boşqab dəsti (60 ədəd) - 60 (altmış) manat, armudu stəkan (24 ədəd) - 30 (otuz) manat, xurma qab (12 ədəd) - 20 (iyirmi) manat, gül qabı (6 ədəd) - 50 (əlli) manat, güldan -20 (iyirmi) manat, balınc (6 dənə)- 60 manat, qazan (6 dəst)- 50 (əlli) manat, kabab peçi-60 (altmış) manat, listur-50 (əlli) manat, çıxol dəsti - 180 (yüz səksən) manat, mələfə (12 ədəd)-60 (altmış) manat, balınc üzü (6 ədəd) - 30 (otuz) manat, döşək cüt nəfərlik- 20 (iyirmi) manat, döşək tək nəfərlik (4 ədəd) - 30 (otuz) manat, yorğan (5 ədəd)- 50 ( əlli) manat, soba-150 (yüz əlli) manat, ət maşını- 180 (yüz səksən) manat, sok maşını - 70 (yetmiş) manat, tozsoran - 70 (yetmiş) manat, üç ədəd xalça - 210 (iki yüz on) manat, pakrival pərdə dəsti - 300 (üç yüz) manat, uşaq çarpayısı - 100 (yüz) manat, bir ədəd şirli vedrə- 20 (iyirmi) manat, çaydan (2 ədəd) - 50 manat, mikser - 30 (otuz) manat, aşsüzən dəsti - 50 (əlli) manat, altus markalı paltaryuyan - 700 (yeddi yüz) manat, boş markalı soyuducu - 1500 (bir min beş yüz) manat, yeddi ədəd əl dəsmalı-30 (otuz) manat, dörd ədəd hamam dəsmalı - 50 (əlli) manat, altı ədəd süfrə - 60 (altmış) manat, yataq dəsti - 1500 (min beş yüz) manat, servis dəsti-1000 (bir min) manat, televizor - 600 (altı yüz) manat, xalça - 200 (iki yüz) manat. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu mənə geri qaytarmaqdan imtina etmişdir. Mənə məxsus olan daşınar əşyaların ümumi dəyəri 8240 (səkkiz min iki yüz qırx) manat edir. Hesab edirəm ki, mənim mülkiyyətimdə olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən mənə geri qaytarılmalıdır. Bununla bağlı ilkin mediasiya sessiyasında iştirak etsəm də, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, Babək Rayon Məhkəməsində Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsində qeyd edilən kabab peçi (60 manat), soba (150 manat), tozsoran (70 manat), uşaq çarpayısı (100 manat), Altus markalı soyuducu (1500 manat), televizor (600 manat) istisina olmaqla digər cehiz əşyaları cavabdehə məxsus Babək Rayonu, Çeşməbasar kəndində yerləşən evdən götürülmüşdür. Ona görə də, iddia tələbimi azaldaraq iddiaya kabab peçi, tozsoran, soba, uşaq çarpayısı, “Altus” markalı paltaryuyan, “Bosch” markalı soyuducu, televizor vo ya onun dəyəri 3180 manatın ödənilməsi həddində baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında cehizləri aparan bibisinin orada iştirak etdiyini, cehizlərinin yarısının Bakıda olduğunu, Bakıda soyuducu, tozsoran və s. əşyalarının qaldığını, uşaqla birlikdə Naxçıvana gəldiyini, gələndə də heç nə gətirmədiyini, hər şeyin orada qaldığını, məhkəməyə müraicət etməmişdən qabaq öz aralarında razılığa gəlməyə çalışsalar da cavabdehin razı olmadığını, 2011-ci ildə nikaha daxil olduqlarını, 2024-cü ildə isə nikahlarının məhkəmə qətnaməsi əsasında pozulduğunu, birgə nikahdan doğulan uşaqların onunla qaldığını, 2023-cü ildən ayrıldıqlarını, ailəli olanda Bakı şəhəri Binə qəsəbəsində kirayədə qaldıqlarını, cehizlərini də orada qoyduğunu, hazırda tələb olunan əşyaların bir qisminin oradakı əşyalar olduğunu, bir qisminin isə qayınanasıgilin Çeşməbasardakı evlərində qaldığını, xalçaların ikisinin Çeşməbasarda, birinin isə Bakıdakı evdə olduğunu, cavabdehin mediasiyada iştirak etmədiyini, qalan əşyaların burada olduğunu, hazırda həmin evdə kimin yaşadığını bilmədiyini, buradakı evi kirayə verdiklərini, cavabdehin valideynlərinin isə Bakıda qaldığını,cavabdehin oranın da kirayə verildiyini bildirdiyini, ayrılıb gəldikdən sonra həmin evə getməyə icazə vermədiklərini, cavabdehin əmisi və bibisigilin burada olduğunu, hazırda Piri adlı əmisinin burada olduğunu, Bakıda olan evin də onun evi olduğunu, hazırda həmin evdə kimin yaşamasını bilmədiyini, əşyaların orada qaldığını qonşuların da bildirə biləcəyini, həmin əşyaların ilk olaraq Çeşməbasardakı evə aparıldığını, həmin əşyaların nikah dövründə alınmadığını, o evin də qayınatasının evi olduğunu, ərizədə qeyd edilən əsas dəyərli əşyaların soyuducu, paltaryuyan və baqşalarının olduğunu, onların Bakıdakı evdə olduğunu, yataq dəsti, düzmə mebelin də Çeşməbasardakı evdə olduğunu, 1000 manatlıq servis dəstinin, 600 manatlıq televizorun Çeşməbasardakı evdə olduğunu, onların istifadə olunmadığını, servis dəstini xalasının Məşəddən gətirdiyini, televizoru isə anasının Mehman adlı şəxsdən aldığını, onu da cehiz kimi gətirdiyini, hazırda televizorun Bakıda olduğunu, televizor, paltaruyuyan, soyuducu Bakıya göndəriləndə özünü də orada olduğunu, onları 2 ay istifadə etdiyini, lakin eşitdiyinə görə hazırda əşyaların çölə töküldüyünü və evin kirayə verildiyini, soyuducunu qardaşının Türkiyədən aldığını, rənginin qırmızı olduğunu, markasını bilmədiyini, Altus markalı paltaryuyanı da qardaşının Türkiyədən aldığını, üzərindəki yazılara fikir vermədiyini, xalçalardan burada 3 ədəd olduğunu, ikisinin isə sonradan alınaraq Bakıya göndərildiyini, lakin iddia ərizəsində nə üçün 1 ədəd yazıldığının səbəbini bilmədiyini, ət maşınını işlətmədiyini, onun da Çeşməbasarda olduğunu, sok maşını, listur, uşaq çarpayısı, pərdə dəstinin Çeşməbasardakı evdə qaldığını, dəstin içində yastıq və mələfə pərdəsinin olduğunu, təkcə soba, soyuducu, paltaryuyanı istifadə etdiyini, listurun da Çeşməbasardakı evdə qaldığını, Türkiyə malı olduğunu, işlətmədiyini, abedni servis dəstini Məşəddən xalasının gətirdiyini və onun da kənddə olduğunu, nəlbəki, boşqab dəsti, armudu stəkan, xurma qabı, meyvə və konfet qabının da Çeşməbasardakı evdə olduğunu, Bakıdakı əşyaları istəmədiyini, sadəcə döşək dəstinin Bakıda qaldığını, Bakıda olanların yorğan-döşək, tozsoran, soyuducu, televizor, paltaryuyan və soba olduğunu, 6 ədəd süfrənin isə burada olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də tərəflər məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı “11” mart 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə “24” dekabr 2024-cü il tarixli, 12715 nömrəli qəbzlə ödədiyi 53 (əlli üç) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə “24” dekabr 2024-cü il tarixli, 12715 nömrəli qəbzlə ödədiyi 53 (əlli üç) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-107/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-107/2025
19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver