Məhkəmə qərarları › İş №2(079)-111/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-111/2021

27.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-111/2021 27.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsini boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyə n etdi: İddiaçı xx xxxxxx 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Babək rayonu, Zeynəddin kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılaraq həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, xx xxxx 1974-cü ildə Babək rayonu, Zeynəddin kəndində anadan olmuşam. xx xxxxx 2003-cü ildə həmin kəndin sakini x xxxxx 1983-cü il təvəllüdlü Hacıyeva (Məmmədova) Rəmziyyə Etibar qızı ilə ailə həyatı qurmuşam. Birgə nikahımızdan 2002-ci il təvəllüdlü Hacıyeva İnci və 2004-cü il təvəllüdlü Hacıyev Sunay adlı iki övladımız var. Nikah bağladıqdan sonra xx xxxxxx 2007-ci ildə X1 reyestr nömrəsi **********76, qeydiyyat nömrəsi 5131 olan daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 1074 nömrəli vərəqində qeydiyyata alınmış 3058 kvadrat metr torpaq sahəsi almışam.xx xxxxxx 2020-ci ildə ailədə olan mübahisə görə evi tərk edərək Yuxarı Uzunoba kəndində yaşayan bacımgilə gedərək iddia ərizəsi yazmışam. xx xxxxxx 2020-ci ildə məhkəmə nikahımıza xitam verib. Xatırladım ki, hal-hazırda da həmin ünvanda yaşayıram. Mənim 6 aya yaxın mənə məxsus evdə qalmaq imkanım olmadığını nəzərə almağınızı xahiş edirəm. Xatırladım ki, həmin həyətdə keçmiş həyat yoldaşım yaşayır və valideynləri mütəmadi onu ziyarət edir. İddiaçı məhkəmədə verdiyi izahatında xx xxxxxx 2001-ci ildə el adəti ilə toy edərək cavabdehlə ailə qurduğunu, xx xxxxx 2003-cü ildə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından iki övladının dünyaya gəldiyini, Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulduğunu, birgə nikahlarından olan uşaqların isə cavabdehin yanında qalmasının müəyyən edildiyini, xx xxxxxx 2020-ci ildən isə Cavabdeh ilə ayrı yaşadığını, cavabdehlə nikahda olduğu müddətdə, yəni 2007-ci ildə X3 adlı şəxsdən 950 manata Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058 kvadrat metr torpaq sahəsi aldığını, hazırda həmin torpaq üzərində bir salon, bir otaq, hamam, tualet, mətbəxdən ibarət tikilinin olduğunu, bir otağın hələ hazır olmadığını, yəni yaşamaq üçün yararsız olduğunu, qeyd edilən tikililərin sənədləşdirilmədiyini, cavabdehlə ayrıldığından və özünün həmin evdən istifadə etməsi üçün şərait olmadığından orada yaşaya bilmədiyini, bu səbəbdən də özünün həmin evdən istifadə edə etmədiyini, hazırda bacısının yanında, yəni Babək rayonu, Aşağı Uzunoba kəndində yaşadığını, məhkəməyə müraciət etməkdə məqsədinin özünə aid torpaq sahəsindən istifadə etmək olduğunu, cavabdehi və uşaqlarını evdən çıxarmağa fikrinin olmadığını, torpaq sahəsinin bölünüb Cavabdeh verilməsinə etiraz etmədiyini, cavabdehlə ayrıldığından onunla ünsiyyət saxlamadığını və o, həmin torpaq sahəsində tikilmiş evdə yaşadığından həmin həyətə daxil olmadığını, hazırda həmin torpaq sahəsində artıq sahənin mövcud olduğunu, onun dəyərinin ödənilməsi ilə bağlı aralarında razılıq da olmadığından məhkəmədə iddia qaldırdığını bildirərək yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında İddiaçı ilə 2001-ci ildə birbirlərini sevib ailə qurduqlarını, 2003-cü ildə isə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından biri oğlan və biri qız olmaqla iki övladının dünyaya gəldiyini, iddiaçı ilə 2020-ci ilin avqust ayından ayrı yaşadığını, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə 2020-ci ilin dekabr ayında aralarında bağlanmış nikahın pozulduğunu, mübahisəli torpaq sahəsini isə 2007-ci ildə 950 manata aldıqlarını, Surxayla nikahda olduğu müddətdə həmin torpaq sahəsində ev tikdiklərini və iki övladı ilə birlikdə orada yaşadığını, orada tikilmiş evin isə dövlət qeydiyyatından keçmədiyini, yəni sənədləşdirilmədiyini, torpaqda özünün və övladlarının da payının olduğunu, iddiaçının mübahisəli torpaq sahəsində tikdikləri evdə gəlib qalmasına etiraz etmədiyini, lakin evin hazırki vəziyyətdə olan şəraiti Surxayın orada yaşaması üçün əlverişli olmadığını, evlilik müddətində alındığından həmin torpağın özünə də məxsus olduğunu və ə mülkiyyətçi sayıldığını qeyd edərək yekunda məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında xx xxxxx 2003-cü ildə nikah bağlanması, həmin nikahın Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulması, İddiaçı mülkiyyətində Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058.20 kvadrat metr torpaq sahəsinin olması, həmin torpaq sahəsinin 2007-ci ildə X1 alqı-satqı müqaviləsi əsasında əldə edilməsi, mübahisə predmeti olan torpaq sahəsində dövlət qeydiyyatdan keçməmiş tikilinin mövcud olması və cavabdehin iki övladı ilə birlikdə orada yaşaması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(079)-292/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2003-cü ildə nikah bağlanması və həmin nikahın qeyd edilən qətnamə ilə pozulması; -iddia ərizəsinə əlavə edilmiş MH seriyalı, ******* nömrəli, xx xxxxxx 2007ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058.20 kvadrat metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı xüsusi mülkiyyətinə verilməsi və onun üzərində fərdi yaşayış evinin olmaması; - iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin “19” aprel 2021-ci il tarixli, 388 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş “10” avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən Babək rayonu Zeynəddin kəndində yerləşən 0.31 hektar torpaq sahəsinin 2007-ci ildə X1 1000 (bir min) manat müqaviləndə alqı-satqı müqaviləsi əsasında əldə edilməsi; -tərəflərin məhkəmədə verdiyi izahatlardan Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058.20 kvadrat metr torpaq sahəsinin üzərində tikilinin mövcud olması və cavabdehin iki övladı ilə birlikdə orada yaşaması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin “23” dekabr 2020-ci il tarixli, 2(079)- 292/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İşin mübahisəli halı isə iddiaçı mülkiyyətində olan və Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.31 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmasını tələb etməsidir. Cavabdeh isə iddianı qəbul etməyərək həmin torpaq sahəsinin birgə nikah dövründə əldə edildiyindən onun da həmin daşınmaz əmlak üzərində hüququnun olmasını qeyd edir. İşin mübahisəli halını iş materialları, onları isə qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058.20 kvadrat torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması isə məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Hazırda mülkiyyətçi İddiaçı özünə məxsus olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri vindikasiya iddiasıdır. Yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan əlavə mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbindən yola çıxdıqda iddiaçının tələbinin əsaslı olması görünsə də, Cavabdeh həmin daşınmaz əmlakın birgə nikah dövründə əldə edildiyini, bu səbəbdən də mübahisə predmeti olan daşınmaz əmlakın onların birgə mülkiyyəti sayıldığını bildirərək iddianı qəbul etməmişdir. Onun iddia tələbinə qarşı etiraz kimi qeyd etdiyi əsasa hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Hazırki iş üzrə isə tərəflər məhkəməyə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi barədə hər hansı bir kontrakt və saziş təqdim etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsində ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan əmlak qeyd olunmuşdur. Həmin maddəyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan aydın olur ki, Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058.20 kvadrat metr torpaq sahəsi həqiqətən də tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Lakin qanunvericiliyin yuxarıda qeyd olunan normalarını rəhbər tutan məhkəmə bildirir ki, birgə nikah dövründə əldə edilmiş bütün əmlak üzərində birgə mülkiyyət hüququ yaranmır. Belə bir hüququn yaranması üçün bu əmlakın eyni zamanda əvəzli şəkildə əldə olunması da zəruridir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx xxxxx 2021-ci il tarixli, 388 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş “10” avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən aydın olur ki, Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.31 hektar torpaq sahəsini iş üzrə iddiaçı alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən aydın olur ki, alqısatqı müqaviləsi əvəzli müqavilədir. Belə ki, həmin Məcəllənin 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunanlardan aydın olur ki, Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058.20 kvadrat metr torpaq sahəsi həqiqətən birgə nikah dövründə qazanılmış və ər-arvadın ümumi mülkiyyətində olan əmlakdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsi ilə müəyyən edilir ki, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Hazırki iş üzrə isə tərəflər qeyd edilən halla bağlı məhkəməyə hər hansı bir kontrakt və saziş təqdim etməmişlər. Bu isə o deməkdir ki, İddiaçı həmin torpaq sahəsində olan mülkiyyət hüquqları eyni ilə Cavabdeh da məxsusdur. Yəni İddiaçı Cavabdeh Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058.20 kvadrat metr torpaq sahəsindən çıxarılması tələbi əsassızdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia rədd olunmalı; -İddiaçı Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058.20 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılaraq həmin torpaq sahəsinin boşaldılması tələbi əsassız olduğundan təmin edilməməlidir. Yekunda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia rədd olunsun. İddiaçı Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058.20 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılaraq həmin torpaq sahəsinin boşaldılması tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar