Məhkəmə qərarları › İş №2(079)-117/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-117/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-117/2025 25.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi X13 və Şahid iştirakları ilə, Ərizəçi şəxsin (bacısı X4) vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “06” yanvar 2025-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum bacısı 19 sentyabr 1958-ci il təvəllüdlü X4 05 dekabr 1958-ci il tarixdə Babək rayonu, Nehrəm kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müraciətini əsaslandıraraq qeyd etmişdir ki, mərhum bacım 19 sentyabr 1958ci il təvəllüdlü X10 doğuşdan bir neçə ay sonra 05 dekabr 1958-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. O Babək rayonu, Nehrəm kənd qəbristanlığında dəfn olunmuşdur. Mərhum bacım X10 xəstəlikdən ev şəraitində vəfat etmiş və həmin vaxt ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Mərhum bacım 19 sentyabr 1958-ci il təvəllüdlü X10 vəfat edən zaman uşaq olmuşdur, onun Nehrəm kənd qəbristanlığında qəbr yeri xeyli müddət keçdiyindən itmişdir. Bu səbəbdən də qəbr baş daşının fotosunu çəkib ərizəyə əlavə etmək mümkün olmamışdır. Babək rayon Qeydiyyat şöbəsinin 26 noyabr 2024-cü il tarixli çıxarışına əsasən mərhum X10 19 sentyabr 1958-ci il tarixdə doğulmuş və 02 noyabr 1968ci il tarixdə doğum akt qeyd kitablarının 161-ci səhifəsində qeydiyyat aparılmışdır. Babək rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 06 yanvar 2025-ci il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm aktı qeydinin aşkar olunmadığı bildirilmişdir. Babək rayon Qeydiyyat şöbəsinin 06 yanvar 2025-ci il tarixli 3-16-5/8-xxxx/2025 nömrəli məktubunda X4 ölümü haqqında arxivdə heç bir məlumatın tapılmadığı, ölüm haqqında qeydiyyatın aparılmasının mümkün olmadığını və ölüm faktının təsdiqi üçün məhkəməyə müracət edilməsi izah olunmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR X7 Birliyi Babək rayon Mərkəzi Xəstəxanansının 29 noyabr 2024-cü il tarixli məktubunda Mərhum 1958-ci il təvəllüdlü X4 ölümü haqqında heç bir sənədin aşkar olunmadığı bildirlmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Nehrəm qəsəbə xəstəxanası Publik hüquqi şəxsin 29 noyabr 2024-cü il tarixli arayışında 2016-cı ilə qədər bütün sənədlərin arxivə verildiyi üçün X4 ölümü ilə bağlı arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 03 dekabr 2024cü il tarixli məktubunda Babək rayonu, Nehrəm kəndi üzrə 1958-ci ilə dair ölüm akt qeydi kitabları Dövlət Arxivinə təhvil verilmədiyindən X4 vəfat etməsi haqqında məlumatın mövcud olmadığı bildirilmişdir.Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 10 dekabr 2024-cü il tarixli məktubunda 1958-ci il təvəllüdlü X4 doğuşdan bir neçə ay sonra vəfat etməsi haqqında məlumatın mövcud olmadığı bildirilmişdir. Mən müvafiq dövlət orqanlarına müraciət edib mərhum bacımın ölüm haqqında şəhadətnaməsini indiyədək almamışam. Bu səbəbdən də mərhum bacımı ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Mən mərhum bacım X4 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmirəm. Haliyədə mənə mərhum atam X12 adına Babək rayon Aqrar islahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə ailə üzvləri qeyd olunmaqla mülkiyyətə verilmiş 0.19 ha torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən həmin torpaq sahəsini və fərdi yaşayış evinin sənədləşdirilməsi üçün mərhum bacım X4 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik hüquqi haqqında şəhadətnaməsini ala bilmirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında atasının ikinci evliliyindən doğulduğunu, belə ki, atasının anasından əvvəl Firuzə adlı xanımla evliliyindən ögey bacısı X4 1958-ci ildə doğulduğunu, bildiklərinə görə onun 1 yaşı olmadan da iki aylıq olarkən xəstəlikdən vəfat etdiyini, ölüm haqqında şəhadətnaməsinin olmadığını, eşitdiyinə görə bacısının xəstəlik səbəbindən vəfat etdiyini, həmin vaxt nəyə görə bacısın ölümünün qeydə alınmadığını bilmədiyini, bacısı uşaq olduğundan məzar daşının qoyulmadığını, bu səbəbdən də onun məzar yerini bilmədiyini, atasının sağlığında onun barəsində heç nə danışmadığını, ölüm kağızının alınması üçün məhkəməyə müraciət etdiyini, daha sonra atasının öz doğma anası Kübra ilə ailə qurduğunu və özünün həmin nikahdan doğulduğunu, ailədə 2 bacı, 3 qardaş olduqlarını, bacı və qardaşlarının hamısının sağ olduğunu, hazırda atasından miras qalmış yaşadığı torpaq sahəsini öz adına sənədləşdirmək istədiyini, lakin bacısı Güllərin ölüm haqqında şəhadətnaməsi olmadığından bunu həyata keçirə bilmədiyini, Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən torpaq sahəsinin atası X11 miras qaldığını, atasından qalmış mirası qəbul etmək istədiyini, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin sənədləşdirilmədiyini, anası Kübra xanımın da vəfat etdiyini bildirmiş, yekunda ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında atası Ərizəçi atası X11 qalmış mirası qəbul etmək və ondan miras qalmış torpaq sahəsini və onun üzərindəki evi sənədləşdirmək istədiyini, lakin Sadıq babasının birinci evliliyindən olan qızı Güllər Ələkbərovanın ölümü qeydə alınmadığından bu işləri həyata keçirə bilmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etdiklərini, Güllərin babasının birinci nikahından dünyaya gəldiyini, eşitdiyinə görə Güllər Ələkbərovanın 1958-ci ildə anadan olduğunu, 2 ay yaşadıqdan sonra vəfat etdiyini, bir müddət sonra babasının birinci nikahından olan arvadı Firuzənin vəfat etdiyini, babasının isə ikinci dəfə ailə qurduğunu, həmin nikahdan atası Ərizəçi və digər övladlarının dünyaya gəldiyini, Güllər Ələkbərovanın anasının adının Firuzə olduğunu, eşitdiyinə görə Güllərin və anasının xəstəlik səbəbindən vəfat etdiyini, onların hansı xəstəliklərinin olmasını bilmədiyini, babası Sadıq və Firuzənin birgə nikahından Güllərin dünyaya gəldiyini, babasının ikinci dəfə nənəsi X8 ilə ailə qurduğunu, bildiyinə görə Kübra Ələkbərovanın 2008-ci ildə vəfat etdiyini, babası Sadıq Ələkbərovun isə 2012-ci ildə vəfat etdiyini, Güllərin ölümünü görənlərdən yalnız onun qardaşı arvadı Şahid hazırda sağ olduğunu bildirmiş, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, 04 noyabr 2024-cü il tarixdə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid məhkəmə iclasında verdiyi izahatında ərizəçi ilə heç bir qohumluğunun və ədavətinin olmadığını, baldızı Firuzənin Sadığın birinci nikahından olan arvadı olduğunu, o, öldükdən sonra Sadığın yenidən ailə qurduğunu, Firuzə və Sadığın birgə nikahından 1 qız övladının olduğunu, uşağın 1 yaşından əvvəl qızılca xəstəliyindən vəfat etdiyini, onun qızılca tutmasını və ölümünü özünün görüb şahidlik etdiyini, həmin vaxt Firuzənin ata evində gəlin olduğu üçün uşağı ölümündən sonra qaldıqları evə gətirdiklərini, sonra Firuzənin də xəstəliyi səbəbindən ondan bir il sonra vəfat etdiyini, uşağın adını xatırlamadığını, onun həmin vaxt adının qoyulub-qoyulmadığını xatırlamadığını, uşağın yaşadıqları evdən qəbiristanlığa aparıldığını, onun Babək rayonu, Nehrəm qəsəbə qəbiristanlığında dəfn olunduğunu, balaca olduğundan onun qəbrinin üzərinə məzar daşı qoyulmadığını və balaca daş qoyulduğunu bildirdi. Mülki işin materiallarını ərizəçinin izahatı və şahid ifadəsi ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə X16 ilə Ələkbərova (İbrahimova) Firuzə Şükür qızının xx.xx.1957-ci ildə nikaha daxil olması, onların birgə nikahından xx.xx.1958-ci ildə X4 dünyaya gəlməsi, X5 xx.xx.1961-ci ildə vəfat etməsi, X16 ilə Ələkbərova (Səfərova) Kubra İsmayıl qızının xx.xx.1966-cı ildə nikaha daxil olması, onıarın bu nikahından Ərizəçi dünyaya gəlməsi, Ələkbərova (Səfərova) Kubra İsmayıl qızının xx.xx.2008-ci ildə, X12 isə xx.xx.2012-ci ildə vəfat etməsi, xx.xx.1958-ci il tarixdə doğulmuş X4 ölümünün isə qeydə alınmamasını müəyyən edir. Belə ki, ərizəyə əlavə edilən; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan X16 ilə Ələkbərova (İbrahimova) Firuzə Şükür qızının xx.xx.1957-ci ildə nikahlarının bağlanması, bunun nikah kitabında 10 nömrə ilə qeyd edilməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 513568 nömrəli çıxarışdan X16 ilə Ələkbərova (İbrahimova) Firuzə Şükür qızının birgə nikahından xx.xx.1958-ci ildə X4 dünyaya gəlməsi, bunun doğum kitabında 161 nömrə ilə qeyd edilməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan X5 xx.xx.1961-ci il tarixdə vəfat etməsi, bu barədə ölüm kitabında xx.xx.1961-ci il tarixdə 03 nömrə ilə qeyd aparılması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, İ-İE seriyalı, 240494 nömrəli çıxarışdan X16 ilə Ələkbərova (Səfərova) Kubra İsmayıl qızının xx.xx.1966ci ildə nikahlarının bağlanması, bunun nikah kitabında 14 nömrə ilə qeyd edilməsi; - Babək rayon Nehrəm kənd İƏDN tərəfindən verilən AZ-İ seriyalı, 331328 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X2 xx.xx.2008-ci ildə vəfat etməsi, bunun ölüm haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd olunması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 492639 nömrəli çıxarışdan X12 xx.xx.2012-ci il tarixdə vəfat etməsi, bu barədə ölüm kitabında xx.xx.2012-ci il tarixdə 20 nömrə ilə qeyd aparılması; - ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X17 ilə X3 birgə nikahından xx.xx.1968-ci ildə Ərizəçi Sadıx oğlunun dünyaya gəlməs müəyyən olunur. Məhkəmə iclasında tədqiq olunmuş sözügedən yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında subyektiv hüququ mövcuddur, şəxsin vəfat etməsi faktının müəyyən olunması ərizəçinin məqsədinə müvafiq hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə hüquqi şərait yaradacaqdır. Belə ki, faktın hüquqi əhəmiyyətini maddi hüquq normaları (mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini nizama salan normaları) və yuxarıda istinad olunan yazılı sübutların qarşılıqlı təhlili əsasında araşdırılması o nəticəyə gəlməyə imkan verir ki, mərhum X12 birinci növbə vərəsələri sırasında ərizəçi də olmuşdur və faktın təsdiq olunması onun üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Yuxarıda adı çəkilən Plenum qərarının 1.4-cü bəndinə əsasən lazmi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmçinin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Sözügedən hallar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlər əsasında araşdırılmışdır: - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 33 nömrəli arayışdan X6 ölümü barədə “X1 avtomatlaşdırılmış elektron informasiya sistemi”ndə və “X1 Arxivində heç bir məlumatın tapılmadığı; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13/1762 nömrəli arxiv arayışından Babək rayon Nehrəm kəndi üzrə 1958-ci ilə dair ölüm aktı qeyd kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X6 vəfat etməsinə dair məlumatın mövcud olmadığı; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-28-34-2-Ə-92-31-346/2024 nömrəli məktubdan “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin təqdim etdiyi məlumata əsasən ərizəçinin bacısı X6 rəhmətə getməsi haqqında heç bir məlumatın olmadığı; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xxxx/2025 nömrəli arayışdan Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1958-ci il tarixdə Naxçıvan rayonu, Nehrəm kəndində anadan olmuş X6 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və X6 ölüm haqqında akt qeydinin aşkar edilmədiyi müəyyən olunur. Göründüyü kimi faktın qeydiyyatı qaydasına əməl olunmamışdır və mövcud şəraitdə belə qaydadan istifadə olunması artıq qeyri-mümkündür. Belə ki, şəxsin vəfat etməsinə baxmayaraq onun ölümü qeydə alınmamış və bu barədə tibbi şəhadətnamə tərtib olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mərhum X6 ölüm faktının məhkəmə araşdırması gedişində öz təsdiqini tapıb-tapmaması ilə bağlı Şahid ərizəçinin izahatı ilə birlikdə tədqiq olunmasının nəticəsinə istinad edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlərdən 19 sentyabr 1958-ci ildə anadan olan X6 1958-ci ildə ölməsi faktı öz təsdiqini tapır. Məhkəmə ərizəçinin tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 100 (bir) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; - 19 sentyabr 1958-ci ildə Naxçıvan rayonu, Nehrəm kəndində anadan olmuş X6 1958ci ildə ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 19 sentyabr 1958-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş X6 1958-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar