Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-131/2024 14.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı və iddiaçıların nümayəndəsi Muradova (Əsgərova) Sara Yusifəli qızı, onun vəkil-nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Babək Rayon Məhkəməsinə müraciət edərək Muradova (Əsgərova) Sara Yusifəli qızının, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyətçisi olduqları Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha torpaq sahəsi üzərində paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının əsaslandıraraq bildirmişdir ki, iddiaçılar Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh ilə birgə ailə olaraq yaşamışdırlar. İddiaçı Muradova (Əsgərova) Sara Yusifəli qızı Cavabdeh ilə aralarındakı nikah 19 oktyabr 2022-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. İddiaçılar Cavabdeh ilə ailə kimi birlikdə yaşadıqları dövrdə Babək rayon Nehrəm kəndində toıpaq sahəsi əldə etmişdirlər. Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(079)-383/2023 nömrəli qətnaməsi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Toıpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışı əsasında mülkiyyətlərinə verilərək Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində Muradova (Əsgərova) Sara Yusifəli qızının, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin payları müəyyən olunmuşdur. İddiaçılar buna dair Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Toıpaq Məsələləri üzrə Dövlət Komitəsindən həmin torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdilər. Həmin sənəddən də göründüyü kimi, hər bir ailə üzvünün həmin əmlakda mülkiyyət hüququ (payları) mövcuddur. Ailə üzvləri həmin torpaq sahəsi üzərində birgə yaşadıqları dövrdə geniş ev tikmişdirlər. İddiaçılar Muradova (Əsgərova) Sara Yusifəli qızının, İddiaçı2, İddiaçı4 və İddiaçı3 həmin torpaq sahəsində paylarının naturada ayrılmasını istəyirlər. Hal-hazırda cavabdeh mübahisəli toıpaq sahəsi və yaşayış evi üzərində iddiaçıların mülkiyyət hüquqlarını sərbəst həyata keçirməklərinə imkan vermir və beləliklə də iddiaçıların Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilən mülkiyyət hüquqları pozulur. Hazırda həmin yaşayış məntəqəsi təyinatlı toıpaq sahəsinin hansı hissəsinin iddiaçıların, hansı hissəsinin isə cavabdehə məxsus olması ziddiyyətli olduğundan və məhkəmə qaydasında naturada bölünmədiyindən aralarında mübahisə davam edir. Beləliklə də, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha toıpaq sahəsində faktiki olaraq cavabdeh tərəfindən istifadə olunduğuna görə toıpaq sahəsindən iddiaçılara çatacaq payın naturada ayrılaraq iddiaçılara verilməsini tələb edirlər. Göstərilən tələb ilə bağlı olaraq mediasiyaya müraciət edilərək ilkin mediasiya sessiyasında iştirak edilsə də, orada tələb öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarı verilmişdir. 26 fevral 2024-cü ildə il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək hazırda iddia tələbində dəqiqləşdirmə apararaq iddiaya Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha torpaq sahəsi üzərində hər bir iddiaçının 1/5 hissədə payının naturada bölgüsünün aparılması deyil, həmin əmlakın 4/5 hissədə naturada ayrılması şəklində baxılmasını, yəni mülkiyyətçisi olduqları Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha torpaq sahəsi üzərində 4/5 hissədə paylarının naturada ayrılması həddində baxılmasını xahiş etmişlər. Babək Rayon Məhkəməsinin 2(079)-131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçilarin ərizəsi təmin edilmiş, iddia tələbinə Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyətçisi olduqları Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha torpaq sahəsi üzərində 4/5 hissədə paylarının naturada ayrılması həddində baxılması qərara alınmışdır. İddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0, 0773 ha torpaq sahəsi üzərində payımın müəyyən edilməsini xahiş edirəm. Mən 1987-ci ildə sovxozda işləyib həmin torpağı əldə etmişəm. Həmin vaxt sovxozda işləyənlərə torpaq verilirdi. Birlikdə həmin torpaqda ev tikib həmin ildən orada yaşamışıq. 5 il bundan əvvələ qədər daimi olaraq Nehrəmdəki həmin torpaqda yerləşən evdə yaşamışam. 5 il əvvəl isə Bakıya uşaqların yanına getmişəm, daha sonra isə cavabdehlə ayrılmışıq. Həmin vaxtdan mənim o evə girməyimə icazə vermir. Mən orada illərlə əziyyət çəkmişəm. Son iki ildir oğlumun, qızımın evində yaşamağa məcbur qalmışam. Uşaqların məqsədi mənim orada yaşayışımı təmin etməkdir, onların həmin ev və torpaqdan faktiki istifadə etmək niyyəti yoxdur. Mən artıq öz evimə köçüb yaşamaq istəyirəm, payım ayrılıb verilsin başqa heç nə istəmirəm. Cavabdeh evin bir tərəfində, mən özüm isə bir tərəfində yaşaya bilərik. Necə ola bilir ki, iddiaçının bir payı olduğu halda həmin torpaqda tikilmiş evdə yaşaya bilir, lakin mən və övadlarım həmin evə ayağımızı qoya bilmirik? Mən artıq övladlarımın evində yaşamaqdan yorulmuşam, öz mülkiyyətimə köçüb orada yaşamaq istəyirəm. Dövlətin mənim mülkiyyət hüquqlarımı bərpa etməsini tələb edirəm. Əks halda zorla köçüb öz evimdə yaşayacağam. Cavabdehin ailə qurmasına etirazım yoxdur. Mən evin 2 otağı və bir mətbəxdə rahat yaşaya bilərəm, qalan hissədə isə cavabdehin yaşamasına etiraz etmirəm. İddianın təmin olunmasını məhkəmədən xahiş edirəm. İddiaçının vəkil-nümayəndəsi Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçıların özlərinin iştirak etmələri şərtilə torpağın naturada bölünməsinə etirazım yoxdur. Əgər gəlməsələr mən buna razılıq verməyəcəyəm. Mən bu problem həllini tapmadığından ayrıldıqdan sonra tək yaşamağa məcbur qalmışam, ailə qura bilmirəm. İddianın təmin olunmasına etiraz etmirəm. Amma torpağa mülkiyyət hüququ üzrə payları olsa da ev sənədləşdirilməmişdir və iddiaçının evə hüququ yoxdur. İddiaçının məhkəmə qətnaməsi olmadan həmin evə köçüb yaşamasına qətiyyən razı deyiləm, gəlsə də ona icazə vermərəm. Əgər bölünə bilirsə məhkəmə tərəfindən müəyyən edilmiş qaydada bölünməlidir. İddianı isə qəbul edirəm. Məhkəmə tərəfindən müəyyən olunmuş qaydada naturada ayrılmasına heç bir etirazım yoxdur. İddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsini rəhbər tutan məhkəmə mülki işə iddiaçıların iştirakı olmadan nümayəndələri vasitəsilə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan belə məlum olur ki, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi paylar müəyyən olunmadan X2, Cavabdeh, İddiaçı2, İddiaçı4 və İddiaçı3 xüsusi mülkiyyətindədir. Babək Rayon Məhkəməsinin 2(079)-383/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarış əsasında mülkiyyətə verilmiş Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin 1/5 hissədə payı müəyyən olunmuşdur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyadan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Mülki işin mübahisəli halının - torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması gedişində iddiaçının vəsatəti əsasında tikinti-texniki ekspertizası təyin olunmuş, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 hektar torpaq sahəsinin 4/5 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən olan Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilməsi texniki cəhətdən mümkün olub-olmaması barədə ekspert qarşısında sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2024-cü il tarixli, 339 nömrəli ekspert rəyi ilə o nəticəyə gəlmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarış əsasında mülkiyyətə verilmiş Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 hektar torpaq sahəsinin 4/5 hissəsinin təcrid olunmuş qaydada texniki cəhətdən ayrılaraq (bölünərək) onun mülkiyətçilərindən olan Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilmesi texniki cəhətdən məqsədəmüvafiq hesab olunmur. Ekspert rəyini onunla əsaslandırmışdır ki, tədqiq olunan həyətyanı torpaq sahəsi iki hissədən qonşu torpaq sahələri ilə iki tərəfdən isə küçə yolu ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinin aşağı və yuxarı hissələrində müxtəlif tikinti materiallarından inşa olunmuş bir mərtəbəli fərdi yaşayış evləri və köməkçi təyinatlı tikililər yerləşir. Həyətyanı sahənin yuxarı tərəfində yerləşən fərdi yaşayış evi təyinatlı tikililərin xarici ölçülərinə əsasən təqribən uzunluğu 19.50 metr, eni isə ona birləşik köməkçi tikilinin ön divarına kimi təqribən 2.80 metrdir. Tədqiq olunan həyətyanı torpaq sahəsi bir tərəfdən fərdi yaşayış evi təyinatlı tikili olmaqla üç tərəfdən də daş hasarlarla əhatə olunmuşdur. Həyətyanı torpaq sahəsinə tək giriş-çıxış yolu isə həyətin yuxarı hissəsindən metal alaqapı vasitəsilə olduğu müəyyən edilmişdir. əgər nəzərə alınsa ki, mübahisəli həyətyanı torpaq sahəsinin sənəd üzrə ümumi sahəsi 0,077 ha təşkil edir, bu zaman iddiaçının 4/5 (beşdə dörd) paylarına düşən həyətyanı torpaq sahəsi aşağıdaki kimi müəyyən olunur: 0,077 ha həyətyanı torpaq sahəsinin 4/5 (beşdə dörd) hissəsi üzrə - 0 0616 ha (0,077:5)X4. Ekspert tərəfindən qeyd olunur ki, həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün girişçıxış yolu olmalıdır. Yuxarıda göstərilənlərlə torpaq sahəsinin faktiki (mövcud) vəziyyəti üzrə 0,077 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, hazırda həmin torpaq sahəsinə iki hissədən gediş-gəliş yollarının olduğu, həmin həyətyanı torpaq sahəsinin müxtəlif hissələrdən qonşu torpaq sahələri ilə əhatə olduğunu, həyətyanı torpaq sahəsinin daxilində həyətin yuxarı və aşağı hissələrində hazırda cavabdehin istifadəsində olan fərdi yaşayış evi və müxtəlif təyinatlı köməkçi tikililərin yerləşdiyi, torpaq sahəsinin yuxarısında yerləşən fərdi yaşayış evinin torpağın eni boyu istiqamətdə inşa edildiyi, bölgü zamanı həmin fərdi yaşayış evinin və onun köməkçi təyinatlı tikililərin istifadəçilərdən birinin sərəncamına düşməsi, belə olan halda ayrılan torpaq sahələrine gediş-gəliş yollarına həmin tikililərin mane yaratması və tədqiqat obyektinin digər zəruri olan göstəricilərini nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin, bu baxımdan naturada texniki cəhətdən ayrılmasının (bölünməsi) mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Babək rayonu Nehrəm kəndində yerləşən yaşayış məntəqəsi təyinatı torpaq sahəsinin plan ölçüsündən belə məlum olur ki, torpaq sahəsinin qonşu sərhədləri iki tərəfdən 00Z3D nömrəli və 00Z3E nömrəli qonşu torpaq sahələri ilə, iki tərəfdən isə yolla əhatə olunmuşdur. Məhkəmə mübahisəni tənzimləyən normalarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında sözügedən hallara ətraflı şərh verilərək bildirilmişdir ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə mülkiyyətçilərin payının naturada ayrılmasının mümkünsüzlüyü ilə bağlı ekspertin rəyini mülki iş üzrə müəyyən olunmuş işin faktiki halları ilə əlaqəli şəkildə hərtərəfli şəkildə qiymətləndirərək rəyi hərtərəfli tədqiqatın nəticəsi hesab etmiş və sübut kimi nəzərə almışdır. Sonuncu qeyd edilən halı nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi mülkiyyətçilərinin payının naturada ayrılması texniki cəhətdən mümkün olmadığından Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası əsaslı sayıla bilməz və rədd olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iş üzrə iddia əsaslı sayılmadığından iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. MPM-in 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. MPM-in 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 20 (iyirmi) manat miqdarında məhkəmə xərci iddiaçılar Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd edilsin. İddiaçı1 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 20 (iyirmi) manat miqdarında məhkəmə xərci iddiaçılar Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-131/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-131/2024
14.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver