Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-158/2021 12.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı oğlu və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və özbaşına tikilinin öz vəsaiti hesabına sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: İddiaçı oğlu “02” mart 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayonu, Zeynəddin kəndində yerləşən torpaq sahəsinin 42 kvadrat metr zəbt olunmuş hissəsinin ona qaytarılması və orada olan özbaşına tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 04 B nömrəli qərarı 0.17 hektar torpaq sahəsi X1, X4, X3 və mənim mülkiyyətimə verilmişdir. Torpaq sahəmizin qonşusu olan X5 yaşayış evimizin yan hissəsini zəbt etməklə ara məsafəsi saxlamadan orada qanunsuz olaraq tikili aparmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon idarəsi torpaq sahələrinin yenidən ölçülməsi işləri apardıqları zaman həqiqətən də həmin ara məsafəsinin bizim torpaq sahəsinə aid olmasını və qoşunun həmin sahəni zəbt etdiyini bildirdilər. İddiaçı “12” aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə ilə müraciət edərək, müraciətində Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və özbaşına tikilinin öz vəsaiti hesabına sökülməsi tələbinə dair iddia qaldırdığını, hazırda isə iddia tələbinə geri götürdüyünü qeyd edərək və ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçının məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və özbaşına tikilinin öz vəsaiti hesabına sökülməsi tələbinə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki mülki iş üzrə isə cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdi. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı iddia tələbi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, o, iddia qaldırılarkən “Kapital Bank”ın Babək filialı vasitəsi ilə xx xxxx 2021-ci il tarixli, 3373 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və özbaşına tikilinin öz vəsaiti hesabına sökülməsi tələbinə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Həmçinin İddiaçı “Kapital Bank”ın Babək filialı vasitəsi ilə xx xxxx 2021-ci il tarixli, 3373 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-158/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-158/2021
12.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver