Məhkəmə qərarları › İş №2(079)-180/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-180/2024

29.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-180/2024 29.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ev əşyalarının ya özünün, ya da dəyəri olan 3961 (üç min doqquz yüz altmış bir) manat məbləğin və iş üzrə ödəmiş olduğu 59.60 (əlli doqquz manat altmış qəpik) pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh Nehrəm qəsəbəsində özünə məxsus olan evi satmaq istədiyinə görə onunla razılaşıb, həmin evi almaq istədim. Aramızda olan razılaşmaya görə evi 16500 (on altı min beş yüz) manata qiymətləndirib, ilkin olaraq 6000 (altı min) manat, sonrakı aylar üzrə isə 2800 (iki min sakkiz yüz) manat məbləğində ona pul ödədim. Qalan məbləği isə iki il müddətində ödəyəcəyimə dair onunla razılığa gəldik. Mən evi alandan sonra özümə məxsus olan adları aşağıda göstərilən əşyaları aparıb həmin evə yığdım. 4 ay həmin evdə yaşadım. Lakin Eldar sonradan aramızda olan razılaşmanı pozaraq pulun hamısının qısa müddətdə bir dəfəyə ödənilməsini tələb etdiyinə görə mən bir dəfəyə pulu ödəyə bilmədim. Eldar isə narazılıq əlaməti olaraq qapıya ikinci bir qıfıl da vurub, məni evə buraxmadığı üçün məcbur qalıb, evi qaytarmaq istədim. Lakin o həmin pulu qaytara bilmədiyi üçün məhkəməyə müraciət etdim, bununla bağlı məhkəmə qətnaməsi qəbul olundu. Eldar 6000 (altı min) manat mənə qaytarıb, qalan məbləğ isə onun aylıq olaraq pensiyasından tutulub mənə ödənilir. Lakin bütün bunlara baxmayaraq Eldar mənim evi alarkən ora yığdığım adları aşağıda göstərilən ev əşyalarımı qaytarmaq istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Əşyaların adı və siyahısı: 1 ədəd servant - 100 manat, 1 ədəd otaq stolu 50 manat, 1 ədəd yataq dəsti – 80 manat, 1 ədəd dəmir yataq dəsti – 20 manat, 1 ədəd balaca xalça – 60 manat, 1 ədəd böyük xalça – 100 manat, kilim 30 manat, 10 ədəd yorğan – 550 manat, 10 ədəd döşək dəsti - 1200 manat, 25 ədəd balınc 300 manat, 70 ədəd diz döşəyi 300 manat, 8 ədəd adyal 180 manat, 3 ədəd çexol-mələfə 15 manat, 1 ədəd pərdə 24 manat, 4 ədəd qasturka – 60 manat, 5 ədəd ləyən 10 manat, 1 ədəd soba – 30 manat, 1 ədəd samovar 10 manat, 200 ədəd boşqab 40 manat, 200 ədəd salat qabı – 15 manat, 200 ədəd nəlbəki- 30 manat, 50 ədəd salat qabı- 14 manat, 200 ədəd stəkan 35 manat, 70 ədəd balaca stəkan 7 manat, 55 qənd qabı – 18 manat, 300 ədəd qaşıq – 25 manat, 120 ədəd vilka – 9 manat, 14 ədəd padnus- 12 manat, 100 ədəd çay nəlbəkisi 20 manat, 25 ədəd kül qabı- 6 manat, 4 ədəd gül qabı- 10 manat, 8 ədəd meyvə qabı – 16 manat, 8 ədəd paltar səbəti- 8 manat, 2 ədəd çaydan 6 manat, 14 ədəd çaynik 15 manat, 1 ədəd qasturka çaydan dəsti – 18 manat, 3 ədəd qasturka 7 manat, 1 ədəd ətçəkən 4 manat, 1 ədəd ütü – 6 manat, 2 ədəd süzgəc 2 manat, 44 ədəd mürəbbə qabı- 16 manat, 2 ədəd tort qabı- 8 manat, 3 ədəd meyvə qabı- 5 manat, 3 dəst rumka 11 manat, 50 ədəd meyvə bıçağı 9 manat, 55 ədəd duz qabı 8 manat, 1 dəst çömçə dəsti 5 manat, 30 ədəd limon qabı 6 manat, 24 ədəd kanfet qabı 12 manat, 4 ədəd servis dəsti 22 manat, 1 ədəd kuxna qab dəsti 8 manat, 3 ədəd kəfkir 3 manat, 1 ədəd xalça üstü- 10 manat, 1 ədəd divar saatı- 5 manat, 6 ədəd meyvə qabı 5 manat, 2 ədəd çərəz qabı 5 manat, 2 ədəd su qabı 5 manat, 6 ədəd şirniyyat qabı 6 manat, 1 ədəd şifanyer 30 manat, 1 ədəd televizor altı 30 manat, 24 ədəd su stəkanı 5 manat, 2 ədəd kanfet qabı 3 manat, 15 ədəd turşu bankası 6 manat, 1 ədəd soba 10 manat, 1 ədəd soba şlankı 12 manat, 4 ədəd dəmir vedrə 8 manat, 2 ədəd stolüstü örtük 5 manat, 25 metrlik şal 8 manat, 1 ədəd tozsoran 30 manat, 1 ədəd tava 3 manat, stəkan-nəlbəki dəsti 6 manat, 1 ədəd çörək qabı 3 manat, 30 ədəd qənd qabı 25 manat. Ev əşyalarının cəmi dəyəri 3961 (üç min doqquz yüz altmış bir) manat təşkil edir. Mülki iş üzrə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə 08 may 2024- cü il tarixdə saat 10°°-da cavabdehə məxsus Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən yaşayış evində aparılan yerində müayinə zamanı 1 ədəd servant, 1 ədəd stol, 1 ədəd iki nəfərlik taxta yataq, 1 ədəd dəmir yataq, 10 ədəd müxtəlif ölçü və rənglərdə xalça, 2 ədəd kilim, 6 ədəd böyük yorğan, 7 ədəd böyük döşək, 20 ədəd balınc, 46 ədəd balaca döşəkcə, 7 ədəd adyal, 3 ədəd çexol, 2 ədəd pərdə, 4 ədəd müxtəlif ölçülərdə alüminium qazan, 2 ədəd qapaqlı plastik böyük ləyən, 1 ədəd soba və şlankı, 1 ədəd samovar, 177 ədəd sovuz boşqabı, 200 ədəd müxtəlif rənglərdə plastik salat qabı, 83 ədəd nəlbəki, 108 ədəd açıq və hər birində 6 ədəd olmaqla 13 bağlamda (78 ədəd) çay stəkanı, 12 ədəd armudu stəkan, hər birində 6 ədəd olmaqla 2 qutuda 12 ədəd xrustal çay stəkanı, 75 ədəd balaca stəkan (rumka açıq), 137 ədəd dolma nimçəsi, 30 ədəd plov nimçəsi, 58 ədəd açıq və hər birində 12 ədəd olmaqla 12 bağlam (144 ədəd) yemək qaşığı, hər birində 12 ədəd olmaqla 5 bağlam (60 ədəd) çay qaşığı və 95 ədəd açıq çay qaşığı, hər birində 12 ədəd olmaqla 8 bağlam (96 ədəd) çəngəl və 17 ədəd açıq çəngəl, 13 ədəd padnus, 54 ədəd qırmızı zolaqlı limon qabı, 7 ədəd dəmir və 10 ədəd şüşə kül qabı, 1 ədəd gül qabı, 12 ədəd plastik meyvə qabı, 4 ədəd paltar səbəti, 2 ədəd çaydan(biri aliminium, digəri isə sarı rəngdə şirli), 13 ədəd gil çaynik, 4 ədəd qazan və 1 ədəd çaydandan ibarət qırmızı zolaqlı dəst, 1 ədəd əl ilə işləyən ətçəkən, 1 ədəd ütü, 4 ədəd plastik rəngli müxtəlif ölçülü süzgəc, 24 ədəd mürəbbə qabı, 1 ədəd tort qabı, 3 ədəd meyvə qabı, 71 ədəd meyvə bıçağı, 46 ədəd duz qabı, 3 ədəd çömçə, 4 ədəd müxtəlif rənglərdə servis dəsti, 1 bağlam su stəkanı (6 ədəd), 6 ədəd taxta qapaqlı bankadan ibarət ədviyyat qabı dəsti, 1 ədəd xalça üstü, 1 ədəd divar saatı, 1 ədəd çərəz qabı, 1 ədəd plastik qırmızı su qabı, 4 ədəd şüşə şirniyyat qabı, 1 ədəd şifonyer, 1 ədəd televizor altlığı, 2 ədəd göy rəngli plastik kanfet qabı, 15 ədəd banka (turşuluq), 4 ədəd dəmir vedrə, 1 ədəd stol üstü örtük, 12 ədəd plastik örtük (cəmi 25 metrlik), 1 ədəd tava, 1 ədəd çörək qabı və 30 ədəd qənd qabının olmasının müəyyən edildi, bu səbəbdən iddia tələbinin həcmini dəyişdirərək mülki işə sözügedən əşyaların cavabdehdən alınıb mənə verilməsi həddində baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Məhkəmənin qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi barədə 08 may 2024-cü il tarixli ərizəsi nəzərə alınmaqla mülki işə sözügedən əşyaların cavabdehdən alınıb iddiaçıya verilməsi tələbi həcmində baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Cavabdehla 2022-ci ildə aralarında ona məxsus olan Babək rayonu Nehrəm qəsəbəsində yerləşən yaşayış evinin 17000 manata şifahi alqı-satqısı olduğunu, puun 8700 manatını ilkin ödədiyini, daha sonra pulu ödəməkdə çətinliklər yarandığını və 1 il içində aralarında mübahisə başladığını, evdə yaşamadıqlarını, lakin həmin evi gələcəkdə yaşamaq niyyətilə aldığından öz əşyalarını aparıb oraya yığdıqlarını, qardaşı əsgərlikdən gələndə həmin evdən qab-qacaq götürmək məqsədilə oraya getdiklərini, cavabdehin qapıya qıfıl vurduğunu görüb geri qayıtdığını, bundan sonra verdiyi pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etdiyini və iddianın təmin olunduğunu, pulun 6000 manatının qaytarılıdığını, qalan 2000 manatının isə cavabdehin pensiyasından aybaay tutulub kartına köçürüldüyunü, lakin oraya yığdığı əşyaların 2 ildən artıqdır ki, həmin evdə baxımsız vəziyyətdə qaldığını, əşyaların bir qisminin artıq məhv olduğunu, daha sonra Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun da pul tələbi barədə qətnamənin icrası zamanı həmin evdə çəkiliş etdiyini, bütün əşyaların həmin vaxt orada olduğunu, əşyaları əvvəllər yaşadığı Nehrəmdəki digər evdən gətirdiklərini, 3-4 ildir mübahisənin davam etdiyini, bu illər ərzində müraciət etməmə səbəbinin məsələni öz aralarında böyükləri vasitəsilə həll etməyə çalışmaları olduğunu, lakin bunun bir faydası olmadığını, hazırda həmin evin boş olduğunu, yaşayış olmadığını, əşyaları aparanda həmin evin boş olduğunu, həmin evdə xalası Şahid2 bir neçə ay ərzində yaşadığını, bunun müqabilində cavabdehin həmin əşyaları götürməsi ilə bağlı aralarında heç bir razılıq olmadığını, qapıya qıfıl vurduğu üçün anlaşılmazlıq yarandığını, cavabdehin güya mənim də onun əşyalarını götürməyimə dair bildirdiklərinin tamamilə yalan olduğunu, belə ki, həmin evdən çıxarkən ona aid heç nə götürmədiyini, özünə və ona aid nə varsa yerində olduğunu bildirmiş, yerində müayinə zamanı müəyyən olunan əşyalarının cavabehin qanunsuz sahibliyindən alınıb özünə qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçının evi ondan 2020-ci ilin iyun ayında aldığını, həmçinin orada 1 ay yox, 9 ay yaşadıqlarını, ona məxsus olan əşyaları belə apardıqlarını, 2 ədəd şopen, 2 ədəd nasos, 2 ədəd sədəfçə, 1 ədəd dəmirçə, 1 ədəd 30 metrlik şlank və 40 ədəd turbasını götürdüklərini, həmçinin orada qaldıqları müddətin kirayə pulunu vermədiklərini, evi özünün də X2 aldığını, iddiaçının evi alarkən 2023-cü ilin mart ayına qədər bütün borcu ödəyəcəyini bildirsə də ödəmədiyini, 1-2 il sonra pulunu istədikdə telefonda ona qarşı nalayiq ifadələr işlətdiyini, evi əslində iddiaçı yox, onun xalası Şəfiqənin aldığını, alqı-satqını iddiaçının dayısı Sabirlə etdiyini, iddiaçının isə orada olmadığını, iddiaçının həmin evdə əşyalarının həqiqətən də qaldığını, həmin əşyaları qaytarmaq niyyətində olmadığını, iddiaçının onun əşyalarını qaytardıqdan sonra əşyalarını götürmələrinə icazə verə biləcəyini, orada dəqiq şəkildə hansı əşyaların olmasını bilmədiyini, evi geri aldıqdan sonra qapını kilidlədiyini və ondan sonra evə girmədiyini, həmin evdə iddiaçının xalasının 9 ay ərzində yaşadığını, vurulan zərərin əvəzinin ödənilməsini tələb etdiyini, cavabdehə olan borcunun ödənilməsi ilə bağlı Babək rayon İcra və Probasiya şöbəsindən işçilərin gəlib evə baxdıqlarını, daha sonra pulun ödənilməsini pensiya kartına yönləndirdiklərini, həmin vaxt onlarla birlikdə evə daxil olanda iddiaçının əşyalarının orada olduğunu görüdüyünü, onların qoyduğu heç bir əşyaya əlini vurmadığını, ona dəyən zərərin ödəniləcəyi və kirayə haqqının verildiyi halda əşyaların iddiaçıya qaytarılmasına etirazı olmadığını bildirib iddianın rədd edilməsini xahiş etmişdir. Şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində Babək rayonu Nehrəm qəsəbəsindəki evi Eldara 2016-cı ildə 17000 manata satdığını, lakin Eldarın 16000 manat verdiyini, qalan 1000 manatı isə hədə-qorxu gələrək vermədiyini, evi satarkən üzərindəki bir neçə əşyanı ona pay verdiyini, lakin üzərindən 8 il keçdiyinə görə konkret olaraq hansı əşyaları evdən götürmədiyini xatırlamadığını, covid-19 qripi keçirdikdən sonra yaddaşında problem yarandığını, yalnız divardakı kondisionerin qaldığını dəqiq xatırladığını, evi satmazdan əvvəl bir müddət ailəsi ilə birlikdə həmin evdə yaşadıqlarını, amma çıxanda əşyalarının hamısını götürdüyünü, yalnız kondisioner və antenanın qaldığını, digər, yəni Eldarın evi satarkən orada qaldığını qeyd etdiyi əşyalarla bağlı nəsə deyə bilməyəcəyini, həmin əşyaları orada saxladığını xatırlamadığını qeyd etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Nehrəm qəsəbəsində Eldarın Kamrana satdığı evi alarkən ilk öncə bacısı ilə birlikdə gedib oraya baxdıqlarını, Kamranın onun bacısı oğlu olduğunu, nimçə, stəkan, nəlbəki, qoşa və tək yataq, xalçalar, qab-qacaq və s. kimi əşyaların daşınmasına da yardım etdiyini, ev hazır olduqdan sonra 3-4 ay orada qaldığını, cavabdehin bildirdiyi əşyaların heç birinin orada olmadığını, yalnız kondisioner, lyüstur və köhnə servantın Eldarın əşyaları olduğunu və satarkən götürmədiyini, Kamranın qardaşı, bacısının digər oğlunun əsgərlikdən qayıdanda qab götürmək üçün o evə getdikdə qapının bağlı olduğunu gördüyünü, 3-4 ildir əşyaların orada qaldığını, Kamranın əşyaları gedib götürə bilmədiyini, qapı qıfıllandıqdan sonra əşyaların heç birini götürmədiyini, 4 ay ərzində orada yaşadığı müddətdə əşyaları işlətdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 2(079)-23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən daşınmaz əmlakın alqı-satqısı barədə tərəflər arasında razılıq əldə edilməsi, Cavabdeh tərəfindən İddiaçı 16500 manata daşınmaz əmlakın satılması, Cavabdeh İddiaçı satmağı nəzərdə tutduğu əmlakın hazırda Cavabdeh sahibliyində olması, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış şifahi razılaşmanın etibarsız olması, daşınmaz əmlakın alqı-satqısı üçün İddiaçı pul alıb əmlakı özündə saxlayan Cavabdeh hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olmaması müəyyən edilmişdir. Preyudisial qaydada artıq tərəflərin alqı-satqı edilməsinə dair razılaşdığı əmlakın müəyyən müddət ərzində İddiaçı sahibliyində qalması müəyyən edilmişdir. Mülki iş üzrə məhkəmə araşdırması gedişində isə tərəflərin izahatları və yerində müayinə nəticəsində iddiaçının tələb etdiyi və ona məxsus daşınar əşyaların hazırda cavabdehin sahibliyində olduğu müəyyən edilmişdir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Mülki işin mübahisəli halı olan sözügedən əşyaların cavabdehin sahibliyində qalmasına haqq qazandıran qanuni əsasın olub-olmamasıdır. Cavabdeh tərəf bununla bağlı olaraq iddiaçının da orada yaşadığı müddətdə ona məxsus olan əşyaları götürüb qaytarmadığına, həmçinin iddiaçının xalasının orada yaşadığı müddət qarşılığında ona kirayə haqqı ödəmədiyinə istinad etmişdir. Birinci hal məhkəmə iclasında öz təsdiqini tapmamış, sözügedən halı təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, əksinə iddiaçının məhkəməyə dəvət etdiyi şahid X3 ifadəsində sözügedən əmlakı Cavabdeh satarkən orada yalnız antena və kondisionerin qaldığını qeyd etmişdir. Həmin əşyalar isə mübahisə predmetinə aid deyildir. Orada yaşadıqları müddət ərzində ona kirayə haqqının ödənilməməsinə dair cavabdehin etirazlarına münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında kirayə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin olması müəyyən edilməmişdir. Bununla belə əmlakın iddiaçının sahibliyində olduğu müddət ərzində sonuncunun əmlaka sahibliyinin qanunsuz olduğunu bilməsi və ya bilməli olmasına və bununla da əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılması və ya əvəzinin ödənilməsinə dair tələbinin əsası ola biləcək hallar müəyyən edilməmişdir. Belə olan halda cavabdehin iddia tələbinə etirazlarının əsası kimi istinad etdiyi hallar sübuta yetirilməmiş və əsaslılığı müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. İddia tələbinin qanuni əsasını təşkil edən əsassız varlanma qaydalarını tənzimləyən “MM”-in: - 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.1-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əsassız varlanmanın əsas dispozitiv şərtini - cavabdehin iddiaçının hesabına varlanıb-varlanmadığını yoxlayan məhkəmə hesab edir ki, sözügedən hal məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada öz təsdiqini tapmışdır. Belə ki, 08 may 2024-cü il tarixdə saat 10°°-da cavabdehə məxsus Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən yaşayış evində aparılan yerində müayinə zamanı 1 ədəd servant, 1 ədəd stol, 1 ədəd iki nəfərlik taxta yataq, 1 ədəd dəmir yataq, 10 ədəd müxtəlif ölçü və rənglərdə xalça, 2 ədəd kilim, 6 ədəd böyük yorğan, 7 ədəd böyük döşək, 20 ədəd balınc, 46 ədəd balaca döşəkcə, 7 ədəd adyal, 3 ədəd çexol, 2 ədəd pərdə, 4 ədəd müxtəlif ölçülərdə alüminium qazan, 2 ədəd qapaqlı plastik böyük ləyən, 1 ədəd soba və şlankı, 1 ədəd samovar, 177 ədəd sovuz boşqabı, 200 ədəd müxtəlif rənglərdə plastik salat qabı, 83 ədəd nəlbəki, 108 ədəd açıq və hər birində 6 ədəd olmaqla 13 bağlamda (78 ədəd) çay stəkanı, 12 ədəd armudu stəkan, hər birində 6 ədəd olmaqla 2 qutuda 12 ədəd xrustal çay stəkanı, 75 ədəd balaca stəkan (rumka açıq), 137 ədəd dolma nimçəsi, 30 ədəd plov nimçəsi, 58 ədəd açıq və hər birində 12 ədəd olmaqla 12 bağlam (144 ədəd) yemək qaşığı, hər birində 12 ədəd olmaqla 5 bağlam (60 ədəd) çay qaşığı və 95 ədəd açıq çay qaşığı, hər birində 12 ədəd olmaqla 8 bağlam (96 ədəd) çəngəl və 17 ədəd açıq çəngəl, 13 ədəd padnus, 54 ədəd qırmızı zolaqlı limon qabı, 7 ədəd dəmir və 10 ədəd şüşə kül qabı, 1 ədəd gül qabı, 12 ədəd plastik meyvə qabı, 4 ədəd paltar səbəti, 2 ədəd çaydan(biri aliminium, digəri isə sarı rəngdə şirli), 13 ədəd gil çaynik, 4 ədəd qazan və 1 ədəd çaydandan ibarət qırmızı zolaqlı dəst, 1 ədəd əl ilə işləyən ətçəkən, 1 ədəd ütü, 4 ədəd plastik rəngli müxtəlif ölçülü süzgəc, 24 ədəd mürəbbə qabı, 1 ədəd tort qabı, 3 ədəd meyvə qabı, 71 ədəd meyvə bıçağı, 46 ədəd duz qabı, 3 ədəd çömçə, 4 ədəd müxtəlif rənglərdə servis dəsti, 1 bağlam su stəkanı (6 ədəd), 6 ədəd taxta qapaqlı bankadan ibarət ədviyyat qabı dəsti, 1 ədəd xalça üstü, 1 ədəd divar saatı, 1 ədəd çərəz qabı, 1 ədəd plastik qırmızı su qabı, 4 ədəd şüşə şirniyyat qabı, 1 ədəd şifonyer, 1 ədəd televizor altlığı, 2 ədəd göy rəngli plastik kanfet qabı, 15 ədəd banka (turşuluq), 4 ədəd dəmir vedrə, 1 ədəd stol üstü örtük, 12 ədəd plastik örtük (cəmi 25 metrlik), 1 ədəd tava, 1 ədəd çörək qabı və 30 ədəd qənd qabının olması müəyyən edilmişdir. Cavabdeh həmin əşyaların hər birinin iddiaçının olduğunu və onun tərəfindən hımin evə gətirilib yığıldığını etiraf etmişdir. Cavabdehin izahatına istinad edilmiş sözügedən hal onun iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilmiş, məhkəmə iclaslarının fasiləsiz audio yazısı ilə aparılan məhkəmə iclasında verdiyi izahatı əsasında müəyyən olunmuşdur. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Tərəflər aralarında daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamaq niyyətində olmuş, lakin sözügedən müqavilənin bağlanması baş tutmamışdır. Belə olan halda cavabdeh iddiaçının hesabına baş tutmamış əsasa görə sözügedən əmlak hesabına varlanmışdır və varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmağa borcludur. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh sahibliyində olan 1 ədəd servant, 1 ədəd stol, 1 ədəd iki nəfərlik taxta yataq, 1 ədəd dəmir yataq, 10 ədəd müxtəlif ölçü və rənglərdə xalça, 2 ədəd kilim, 6 ədəd böyük yorğan, 7 ədəd böyük döşək, 20 ədəd balınc, 46 ədəd balaca döşəkcə, 7 ədəd adyal, 3 ədəd çexol, 2 ədəd pərdə, 4 ədəd müxtəlif ölçülərdə alüminium qazan, 2 ədəd qapaqlı plastik böyük ləyən, 1 ədəd soba və şlankı, 1 ədəd samovar, 177 ədəd sovuz boşqabı, 200 ədəd müxtəlif rənglərdə plastik salat qabı, 83 ədəd nəlbəki, 108 ədəd açıq və hər birində 6 ədəd olmaqla 13 bağlamda (78 ədəd) çay stəkanı, 12 ədəd armudu stəkan, hər birində 6 ədəd olmaqla 2 qutuda 12 ədəd xrustal çay stəkanı, 75 ədəd balaca stəkan (rumka açıq), 137 ədəd dolma nimçəsi, 30 ədəd plov nimçəsi, 58 ədəd açıq və hər birində 12 ədəd olmaqla 12 bağlam (144 ədəd) yemək qaşığı, hər birində 12 ədəd olmaqla 5 bağlam (60 ədəd) çay qaşığı və 95 ədəd açıq çay qaşığı, hər birində 12 ədəd olmaqla 8 bağlam (96 ədəd) çəngəl və 17 ədəd açıq çəngəl, 13 ədəd padnus, 54 ədəd qırmızı zolaqlı limon qabı, 7 ədəd dəmir və 10 ədəd şüşə kül qabı, 1 ədəd gül qabı, 12 ədəd plastik meyvə qabı, 4 ədəd paltar səbəti, 2 ədəd çaydan(biri aliminium, digəri isə sarı rəngdə şirli), 13 ədəd gil çaynik, 4 ədəd qazan və 1 ədəd çaydandan ibarət qırmızı zolaqlı dəst, 1 ədəd əl ilə işləyən ətçəkən, 1 ədəd ütü, 4 ədəd plastik rəngli müxtəlif ölçülü süzgəc, 24 ədəd mürəbbə qabı, 1 ədəd tort qabı, 3 ədəd meyvə qabı, 71 ədəd meyvə bıçağı, 46 ədəd duz qabı, 3 ədəd çömçə, 4 ədəd müxtəlif rənglərdə servis dəsti, 1 bağlam su stəkanı (6 ədəd), 6 ədəd taxta qapaqlı bankadan ibarət ədviyyat qabı dəsti, 1 ədəd xalça üstü, 1 ədəd divar saatı, 1 ədəd çərəz qabı, 1 ədəd plastik qırmızı su qabı, 4 ədəd şüşə şirniyyat qabı, 1 ədəd şifonyer, 1 ədəd televizor altlığı, 2 ədəd göy rəngli plastik kanfet qabı, 15 ədəd banka (turşuluq), 4 ədəd dəmir vedrə, 1 ədəd stol üstü örtük, 12 ədəd plastik örtük (cəmi 25 metrlik), 1 ədəd tava, 1 ədəd çörək qabı və 30 ədəd qənd qabı ondan alınaraq İddiaçı qaytarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 59.60 manat (əlli doqquz manat altmış qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh sahibliyində olan 1 ədəd servant, 1 ədəd stol, 1 ədəd iki nəfərlik taxta yataq, 1 ədəd dəmir yataq, 10 ədəd müxtəlif ölçü və rənglərdə xalça, 2 ədəd kilim, 6 ədəd böyük yorğan, 7 ədəd böyük döşək, 20 ədəd balınc, 46 ədəd balaca döşəkcə, 7 ədəd adyal, 3 ədəd çexol, 2 ədəd pərdə, 4 ədəd müxtəlif ölçülərdə alüminium qazan, 2 ədəd qapaqlı plastik böyük ləyən, 1 ədəd soba və şlankı, 1 ədəd samovar, 177 ədəd sovuz boşqabı, 200 ədəd müxtəlif rənglərdə plastik salat qabı, 83 ədəd nəlbəki, 108 ədəd açıq və hər birində 6 ədəd olmaqla 13 bağlamda (78 ədəd) çay stəkanı, 12 ədəd armudu stəkan, hər birində 6 ədəd olmaqla 2 qutuda 12 ədəd xrustal çay stəkanı, 75 ədəd balaca stəkan (rumka açıq), 137 ədəd dolma nimçəsi, 30 ədəd plov nimçəsi, 58 ədəd açıq və hər birində 12 ədəd olmaqla 12 bağlam (144 ədəd) yemək qaşığı, hər birində 12 ədəd olmaqla 5 bağlam (60 ədəd) çay qaşığı və 95 ədəd açıq çay qaşığı, hər birində 12 ədəd olmaqla 8 bağlam (96 ədəd) çəngəl və 17 ədəd açıq çəngəl, 13 ədəd padnus, 54 ədəd qırmızı zolaqlı limon qabı, 7 ədəd dəmir və 10 ədəd şüşə kül qabı, 1 ədəd gül qabı, 12 ədəd plastik meyvə qabı, 4 ədəd paltar səbəti, 2 ədəd çaydan(biri aliminium, digəri isə sarı rəngdə şirli), 13 ədəd gil çaynik, 4 ədəd qazan və 1 ədəd çaydandan ibarət qırmızı zolaqlı dəst, 1 ədəd əl ilə işləyən ətçəkən, 1 ədəd ütü, 4 ədəd plastik rəngli müxtəlif ölçülü süzgəc, 24 ədəd mürəbbə qabı, 1 ədəd tort qabı, 3 ədəd meyvə qabı, 71 ədəd meyvə bıçağı, 46 ədəd duz qabı, 3 ədəd çömçə, 4 ədəd müxtəlif rənglərdə servis dəsti, 1 bağlam su stəkanı (6 ədəd), 6 ədəd taxta qapaqlı bankadan ibarət ədviyyat qabı dəsti, 1 ədəd xalça üstü, 1 ədəd divar saatı, 1 ədəd çərəz qabı, 1 ədəd plastik qırmızı su qabı, 4 ədəd şüşə şirniyyat qabı, 1 ədəd şifonyer, 1 ədəd televizor altlığı, 2 ədəd göy rəngli plastik kanfet qabı, 15 ədəd banka (turşuluq), 4 ədəd dəmir vedrə, 1 ədəd stol üstü örtük, 12 ədəd plastik örtük (cəmi 25 metrlik), 1 ədəd tava, 1 ədəd çörək qabı və 30 ədəd qənd qabı ondan alınaraq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 59.60 manat (əlli doqquz manat altmış qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar