Məhkəmə qərarları › İş №2(079)-182/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-182/2025

30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-182/2025 30.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə X1 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş daşınar əmlakın dəyərinin yarısının ödənilməsi və qızıl zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək müəyyənetdim: İddiaçı X3 “28” yanvar 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Qaz 31105 120” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə qazanılmış əmlak hesab olunması və sonradan satılmış həmin avtomobilin bazar qiymətinə uyğun qiymətlədilərək dəyərinin yarısının ona ödənilməsini, ona məxsus olan və hədiyyə şəklində verilmiş dəyəri 400 (dörd yüz) manat olan qızıl sep, 700 (yeddi yüz) manat dəyərində bilərzik və 350 (üç yüz əlli) manat dəyərində qızıl üzüyün Cavabdeh alınaraq ona qaytarılması və birgə nikah dövründə əldə edilmiş daşınar əşyaların- 1.300 (min üç yüz) manat dəyərində soyuducu və 250 (iki yüz əlli) manat dəyərində tozsoranın dəyərinin yarısı olan 775 (yeddi yüz yetmiş beş) manat pulun Cavabdeh alınaraq ona qaytarılmasını barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 26.1-ci maddəsinin müvafiq bəndlərinə əsasən nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. MPM-in 150.1 və 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. MPM-in 152.1 və 152.1.6-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – “Qanun”) uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə münasibətdə mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə olunsa da, qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə münasibətdə tərəflərin mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə olunmamışdır. Qanunun: - 3.2-ci bəndinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 28.1-ci bəndinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 28.2-ci bəndinə görə bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Göründüyü kimi qanun məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirakın məcburiliyini nəzərdə tutur. Hazırki vəziyyətdə isə iddiaçının yalnız birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə mediasiya sessiyasında iştirakını təsdiq edən sənəd əlavə edilmişdir. İddia ərizəsinə əlavə olunmuş 9852 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən məlum olur ki, dövlət rüsumu (qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə (iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda)) kəsir ödənilmişdir. Belə ki, qiymətləndirilən iddianın qiyməti 2225 manat olmasına və ödənilməli dövlət rüsumu 42.25 manat olmasına baxmayaraq 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-in: - 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 108.1 və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. - 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, X1 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş daşınar əmlakın dəyərinin yarısının ödənilməsi və qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə olan halda ərizə geri qaytarılmalı olduğundan iddiaçı X2 izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda X1 "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsi ilə 27 yanvar 2025-ci il tarixli, 1327 nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat və 27 yanvar 2025-ci il tarixli, 9852 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 152.1, 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş daşınar əmlakın dəyərinin yarısının ödənilməsi və qızıl zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsi ilə 27 yanvar 2025-ci il tarixli, 1327 nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat və 27 yanvar 2025-ci il tarixli, 9852 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu X2 geri qaytarılsın. X2 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırılaraq ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar