Məhkəmə qərarları › İş №2(079)-190/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-190/2024

29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-190/2024 29.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi 12 fevral 2024-cü il tarixdə Babək rayon Məhkəməsinə müraciət edərək, Babək rayon, Cəhri kəndində yaşamış X3 1990-cı il tarixdə, Babək rayon Cəhri kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq bildirmişdir ki, atam X14 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Məmmədov Aydın vəfat edərkən biz müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almamışıq. Bu səbəbdən də ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Bununla bağlı mən Babək rayon X17 hüquqi şəxsinə ərizə ilə müraciət etdim. Babək rayon X17 hüquqi şəxsinin 08 yanvar 2024-cü il tarixli məktubunda bildirildi ki, Babək Rayon Mərkəzi Xəstəxanası X26n arxivi araşdırıldı. X2 ölümü haqqında heç bir sənəd aşkar olunmadı. Naxçıvan Muxtar Respublika Xəstəxanasi X22 19 yanvar 2024-cü il tarixli arayışında qeyd olundu ki, 1990-cı illərin sənədləri Dövlət Arxiv İdarəsinə verildiyindən X12 aid sənədlər Naxçıvan Muxtar Respublika Xəstəxanası X26ndə yoxdur. Babək rayon Qeydiyyat Şöbəsinə etdiyim müraciətə isə 10 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirildi ki, ilkin ölüm haqqında akt qeydi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmənin müvafiq qətnaməsinə əsasən tərtib edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyiniz üçün müvafiq məhkəməyə müraciət etməyiniz xahiş olunur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə X20 Hüquqi şəxsinə etdiyim müraciətə 29 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirildi ki, 22 dekabr 2002-ci ildə güclü qar yağması nəticəsində binanın Cardı çökmüş xəstəxananın sənədləri binanın altında qaldığı üşün X12 aid heç bir sənəd bizim xəstəxanada yoxdur. Bununla bağlı mən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə müraciət etdim. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 30 yanvar 2024-cü il tarixli 13/133 nömrəli məktubunda bildirildi ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Qeydiyyat şöbəsinin 1990-cı ilə dair Naxçıvan şəhər üzrə və Babək rayon üzrə ölümün akt qeydi kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən X3 xx.xx.1990-cı il tarixdə vəfat etməsi haqqında məlumat mövcud deyil. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 30 yanvar 2024-cü il tarixli 13/132 nömrəli məktuunda isə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR X6 şöbəsinin 1988-1990-cı illərə dair sənədlərində X3 müalicə alması haqqında hər hansı bir məlumata rast gəlinmədiyi qeyd olundu. X4 1990-cu il tarixdə vəfat etmiş və Babək rayon Cəhri kənd qəbirstanlığında dəfn olunmuşdur. (qəbirin fotoşəkili ərizəyə əlavə olunacaq) Mərhumdan miras qalan əmlakı sənədləşdirmək üçün onun ölüm haqqında şəhadətnaməsi tələb olundu. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə etdiyim müraciətə 31 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirildi ki, atanız X24ın ölümü haqqında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində heç bir məlumat yoxdur. Məmmədov Aydının ölümü haqqında məlumatın verilməsi üçün aidiyyəti orqanlara müraciət etməyiniz xahiş olunur. Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etdim. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 12 fevral 2024-cü il tarixli cavab məktubunda qeyd olundu ki, müraciətiniz və əlavə edilmiş sənədlər araşdırılarkən X9 adma verilmiş mənzili tutmaq hüququna dair 21 iyul 1936-cı il tarixli 1603 nömrəli orderin, X10 24.07.201 8-ci il tarixli ölümü haqqında şəhadətnaməsinin, Ərizəçi doğumu haqqında şəhadətnaməsinin surətlərinin əlavə edildiyi, lakin X9 ölümü haqqında şəhadətnaməsinin surətinin əlavə edilmədiyi müəyyən olunmuşdur. Nəzərinizə çatdırılır ki, orderdə adları qeyd edilən mənzildən istifadə etmək hüququ olan ailə üzvlərinin razılıq ərizələri və X2 ölümü haqqında şəhadətnaməsi ərizəyə əlavə edilmədiyi üçün mənzilin icarə müqaviləsinin sizin adınıza dəyişdirilməsi imkan xaricindədir. X14 vəfat edərkən biz müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almamışıq. Bu səbəbdən də ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. X9 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmirəm. Bu səbəbdən də məhkəməyə müraciət etməli oluram. Ərizəçi izahatında atası X9 04 noyabr 1990-cı il tarixdə ürək iflici səbəbindən 49 yaşında vəfat etdiyini, özünün həmin vaxt Bakı şəhərində təhsil aldığını, gəlib yasda iştirak etdiyini, atasının yas mərasiminin Cəhri qəsəbəsindəki evdə baş tutduğunu, atasının 1 ay xəstəxanada qaldıqdan sonra 2 il evdə müalicə aldığını və ondan sonra vəfat etdiyini, lakin bununla bağlı xəstəxanalarda heç bir qeydiyyatın olmadığını, bununla bağlı müxtəlif orqanlara müraciət etsə də, heç bir nəticə əldə edə bilmədiyini, atasının ölümü qeydə alınmadığı üçün vaxtında azyaşlı qardaşının da ailə başçısını itirməyə görə pensiya ala bilmədiyini, vaxtında ailə üzvlərindən heç kimin maraqlanmadığına görə ölümün qeydə alınmadığını, atasının adına Naxçıvan şəhərində ev olduğunu, həmin evi hazırda özünün istifadə etdiyini, lakin atasının ölümü ilə bağlı rəsmi sənəd olmadığına görə adına sənədləşdirə bilmədiyini, atasının adına olan mülkün öz adına rəsmiləşdirməsi üçün ölüm faktının təsdiq olunmasını xahiş etdiyini, bununla bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrinə, Arxiv idarəsinə, Səhiyyə nazirliyinə, xəstəxanalara müraciət etdiyini, tibbi şəhadətnamə olmadığından qeydiyyatın baş tutmadığını, atasının məzarının Cəhri qəsəbəsində köhnə məzarlıqda olduğunu, hər il 07 noyabr tarixində atasının qəbrini ziyarət etdiklərini bildirmiş, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə icraatın gedişində maraqlı şəxs qismində cəlb olunmuş Babək rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iştirakları olmadan müvafiq qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə sözügedən hallara qiymət verilməsi ilə bağlı mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sübutlara istinad etmişdir: - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Naxçıvan rayonu Cəhri kəndində doğulmuş, həmin şəhadətnamədə ata adı X14, ana adı isə X5; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-İE seriyalı 240583 nömrəli, xx.xx.2024-cü il tarixli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X14 ilə X10 nikahlarının bağlandığı; - Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 1603 nömrəli orderinə əsasən X9 7 nəfər ailə üzvü ilə mənzil sahəsi tutmaq hüququnun olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sözügedən yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında subyektiv hüququ mövcuddur, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması ərizəçinin məqsədinə müvafiq hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə hüquqi şərait yaradacaqdır. Belə ki, faktın hüquqi əhəmiyyətini maddi hüquq normaları (mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini nizama salan normaları) və yuxarıda istinad olunan yazılı sübutların qarşılıqlı təhlili əsasında araşdırılması o nəticəyə gəlməyə imkan verir ki, X3 birinci növbə vərəsələri sırasında Ərizəçi da olmuşdur və faktın təsdiq olunması müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Yuxarıda adı çəkilən Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmçinin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X7 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Sözügedən hallar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlər əsasında araşdırılmışdır: - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2024-cü il tarixli 5/20 nömrəli cavab məktubundan məlum olur ki, Məmmədov Aydının ölümü haqqında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində heç bir məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Babək Rayon Mərkəzi Xəstəxanası X22 sorğuya cavab məktubundan aydın olur ki, X9 ölümü ilə əlaqədar Babək Rayon Mərkəzi Xəstəxanası X22 arxivi araşdırılmış, ölümü haqqında heç bir sənəd aşkar olunmamışdır. - Babək rayon Cəhri qəsəbə sahə Xəstəxanası tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli, 03 nömrəli arayışından aydın olur ki, X9 ölümü haqqında xəstəxanada heç bir məlumat yoxdur. - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01 nömrəli Forma № 14-dən məlum olur ki, X7 X1 sistemi üzrə 1990-1997-ci illər üzrə aparılmış yoxlamanın nəticəsi olaraq Babək rayon Qeydiyyat Şöbəsində və Babək rayon Qeydiyyat şöbəsinin arxivində X9 ölüm akt qeydi tapılmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13/132 nömrəli arxiv arayışında qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası X6 Şöbəsinin 1988-1990 illərə dair sənədlərindən X3 müalicə alması barədə məlumata rast gəlinmədiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13/133 nömrəli arxiv arayışında qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin X7 Qeydiyyat Şöbəsinin 1990-cı ilə dair Naxçıvan şəhəri və Babək rayon üzrə ölümünün akt qeydləri kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən X3 xx.xx.1990-cı il tarixdə vəfat etməsi haqqında məlumatın mövcud olmadığı bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03 nömrəli arayışda X3 ölümünün müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin X7 Arxivi və “X7 avtomatlaşdırılmış elektron informasiya sistemi”nə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığı və sözügedən mənbələrdə heç bir məlumat tapılmadığı müəyyən olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Xəstəxanası X26 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 72 nömrəli arayışdan 1990-cı illərin sənədləri Dövlət Arxiv İdarəsinə verildiyindən X12 aid sənədlərin Naxçıvan Muxtar Respublikası Xəstəxanası X26ndə olmadığı müəyyən olunur. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-5/2-M-xx-xx/2024 nömrəli məktuba əsasən müraciət və əlavə edilmiş sənədlər araşdırılarkən X9 adına verilmiş mənzili tutmaq hüququna dair 21 iyul 1936-cı il tarixli 1603 nömrəli orderin, X10 xx.xx.2018-ci il tarixli ölümü haqqında şəhadətnaməsinin, Ərizəçi doğumu haqqında şəhadətnaməsinin surətlərinin əlavə edildiyi, lakin X9 ölümü haqqında şəhadətnaməsinin surətinin əlavə edilmədiyi qeyd edilərək, orderdə adları qeyd edilən mənzildən istifadə etmək hüququ olan ailə üzvlərinin razılıq ərizələri və X9 ölümü haqqında şəhadətnaməsi ərizəyə əlavə edilmədiyi üçün mənzilin icarə müqaviləsinin Ərizəçi adına dəyişdirilməsinin imkan xaricində olduğu, qeyd edilən sənədlər təqdim edildikdə müraciətə yenidən baxılacağı bildirilmişdir. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xxxx/2024 nömrəli məktubuna əsasən ilkin ölüm haqqında akt qeydi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmənin müvafiq qətnaməsinə əsasən tərtib edildiyi, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün müvafiq məhkəməyə müraciət edilməsinin xahiş edildiyi müəyyən olunur. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Cəhri qəsəbə X20 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03 nömrəli tibbi yoxlamaya əsasən 22 dekabr 2002-ci ildə güclü qar yağması nəticəsində binanın Cardının çökdüyü, xəstəxananın sənədlərinin binanın altında qaldığı üçün X12 aid heç bir sənədin xəstəxanada olmadığı müəyyən edilmişdir. Göründüyü kimi faktın qeydiyyatı qaydasına əməl olunmamışdır və mövcud şəraitdə belə qaydadan istifadə olunması artıq qeyri-mümkündür. Belə ki, şəxsin məhz xəstəxanada vəfat etməsinə baxmayaraq onun ölümü qeyd alınmamış və bu barədə tibbi şəhadətnamə tərtib olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Məhkəmə son olaraq X3 ölüm faktının məhkəmə araşdırması gedişində öz təsdiqini tapıb-tapmamasının araşdırılması ilə bağlı məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlara istinad edir: - Məzar daşının şəkillərinin üzərində “X14 – “1941 – 1990” sözləri yazılmışdır. - Cəhri qəsəbə İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 501 nömrəli arayışda Babək rayonu Cəhri kəndində yaşamış X9 1990-cı ildə vəfat etməsi və Cəhri qəsəbəsində aşağı qəbiristanlıqda mərhum qardaşı X8 məzarı yanında dəfn olunduğu yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması gedişində iş üzrə toplanmış yazılı sübutlar əsasında yoxlanılıb qiymətləndirilmiş ərizəçinin izahatı, həmçinin hərtərəfli tədqiq olunmuş yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, X14 07 noyabr 1990-cı ildə Babək rayonunun Cəhri kəndində vəfat etmişdir. Həmçinin məhkəmə araşdırması gedişində faktın təsdiq olunmasını istisna edəcək heç bir hala rast gəlinməmiş, mübahisənin olmadığı müəyyən olunmuşdur. Məhkəmə qanunvericiliyin mülki işə baxılmasını tələblə, həmin tələbi müəyyən edən hallarla və həmin halları təsdiq edən sübutlarla məhdudlaşdırdığını nəzərə alaraq belə hesab edir ki, ərizə təmin olunmalı, X9 07 noyabr 1990-cı il tarixdə Babək rayonunun Cəhri kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız ərizəçinin təqdim etdiyi sübutları araşdırmış və onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmışdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. X9 07 noyabr 1990-cı il tarixdə Babək rayonunun Cəhri kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar