Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-194/2020 15.07.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh cehiz əşyaları olan 1030 (bir min otuz) manat dəyərində yataq dəsti, 400 (dörd yüz) manat dəyərində divan-kreslo dəsti, 240 (iki yüz qırx) manat dəyərində “LG” markalı soyuducu, 250 (iki yüz əlli) manat dəyərində paltaryuyan maşın, hər biri 100 (bir yüz) manat olmaqla 5 (beş) ədəd xalça, 80 (səksən) manat dəyərində servis dəsti, anasının ona hədiyyə etdiyi 400 (dörd yüz) manat dəyərində qızıl qolbaq omaqla, həmin əşyaların özünün, yaxud dəyərinin 2500 (iki min beş yüz) manat pulun və qızıl qolbağın özünün yaxud dəyəri 400 (dörd yüz) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında izahatında bildirdirmişdir ki, Cavabdeh qarşı əmlak tələbinə iddia qaldırdığını, cavabdehin hal-hazırda Türkiyə Respublikasında olduğunu və eyni zamanda tələb etdiyi əşyalarının da Türkiyə Respublikasının Antalya şəhərində olan evdə olduğunu, bu səbəbdən də sübutların toplanmasında çətinlik çəkdiklərindən hazırki işin baxılmamış saxlanılmasını istədiyini, bu barədə məhkəməyə ərizə təqdim edərək məhkəmədən ərizənin nəzərə alınmasını, iddia ərizəsinin ona qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 5448 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh əmlak tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 5448 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-194/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-194/2020
15.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver