Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-225/2025 17.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Tağıyeva (İbrahimova) Fatma Vidadi qızının Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş daşınar əmlakın dəyərinin yarısının ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Tağıyeva (İbrahimova) Fatma Vidadi qızı 31 yanvar 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə edilmiş“Qaz 31105 120”markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə qazanılmış əmlak hesab olunması və sonradan satılmış həmin avtomobilin bazar qiymətinə uyğun qiymətləndilərək dəyərinin yarısının ona ödənilməsi; birgə nikah dövründə əldə edilmiş daşınar əşyaların-. 1.300 (min üç yüz) manat dəyərində soyuducu və 250 (iki yüz əlli) manat dəyərində tozsoranın dəyərinin yarısı olan 775 (yeddi yüz yetmiş beş) manat pulun Cavabdeh alınaraq ona qaytarılması, məhkəməyə müraciət üçün ödənilmiş olan 92.25 (doxsan iki manat iyirmi beş qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona - X3 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən X5 Cavabdeh ilə xx.xx.2019-cu ildə Naxçıvan Şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşuq. Bizim birgə nikahımızdan 1 övladımız dünyaya gəlmişdir. Sonradan münasibətlərimiz korlanmış və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)- 691/2024 saylı qətnaməsi ilə nikahımız pozulmuşdur. Biz birgə nikahda olan zaman xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında Qaz 31105 12” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmiş, həmin avtomobil isə cavabdehin adına müvafiq reystrdə qeydiyyata alınmışdır. Sonradan həmin avtomobil mənim razılığım və məlumatım olmadan xx.xx.2024-cü il tarixdə cavabdehin övladı (mənim ögey övladım) X4 adına alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Lakin müvafiq müqavilədə alğı-satqının dəyəri qeyd olunmamışdır. Halbuki qanunverciliyin tələbinə görə həmin avtomobil satılarkən rəsmi reyestrdə qeydə alınmalı daşınar əmlak kimi avtomobilin alqı-satqı prosesində mütləq şəkildə mənim yazılı razılığım alınmalı idi. Mən mülkiyyət hüququmun kobud şəkildə pozulduğunu düşünürəm və 1/2 pay hüququ ilə mənə məxsus olan avtomobilin dəyərinin avtomobil bazar qiymət ilə qiymətləndirilməklə mənə çatan pulun mənə ödənilməsini istəyirəm. Bundan əlavə biz birgə nikah dövründə kreditlə bir neçə adda 4 yol Ticarət Mərkəzindən müxtəlif adda ev əşyaları almışıq. Həmin əşyalar 1.300 (min üç yüz) manat dəyərində soyuducu və 250 (iki yüz əlli) manat dəyərində tozsorandır. Həmin əmlaklarda da mənim 1/2 pay hüququmun olduğumu düşünür və həmin əşyaların dəyərinin yarısının mənə ödənilməsini istəyirəm (həmin əşyaların alınmasına dair müvafiq sənəd iddia ərizəsinə əlavə olunur). Onu da qeyd etmək istəyirəm ki bundan əvvəl mənim keçmiş qayınanam X1 Rayon Məhkəməsində “cehiz əşyalarının evdən çıxarılması”tələbinə dair iddia qaldırmış və aramızda olan razılaşmaya əsasən mən mənə məxsus olan cehiz əşyalarını götürdüm. Lakin birgə nikah dövründə yuxarıda adları qeyd olunan əşyalar mənə verilmədi və mənim həmin əşyalar üzərində 1/2 pay haqqımın da dəyəri mənə ödənilmədi. Mən qeyd edilən birgə nikah dövründə əldə edilmiş əşyalar olan soyuducu və tozsoranın dəyərinin yarısı olan 775 (yeddi yüz yetmiş beş) manat pulun və avtomobilin qiymətləndirilərək bazar qiymətinə uyğun dəyərinin yarısının mənə ödənilməsini istəyirəm. Qeyd edilən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün tərəfimdən müvafiq mediasiya təşkilatına müraciət edilsə də, bunun bir nəticəsi olmamış və mən məcbur qalaraq məhkəməyə müraciət etməli oluram. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflər məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilib barışıq sazişinin təsdiqi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin 07 aprel 2025-ci il tarixdə tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər: - mən Cavabdeh iddiaçı Tağıyeva (İbrahimova) Fatma Vidadi qızının mənə qarşı olan birgə nikah dövründə əldə edilmiş “Qaz 31105 120” markalı avtomobilin 3000 (üç min) manat, soyuducunun 1300 (bir min üç yüz) manat və tozsoranın 250 (iki yüz əlli) manat olmaqla, əşyaların ümumi dəyərinin 4550 (dörd min beş yüz əlli) manat olması, Qaz 31105 120”markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, soyuducunun və tozsoranın məndə qalması, həmçinin həmin əşyaların ümumi dəyərinin yarısını, yəni 2275 (iki min iki yüz yetmiş beş) manat pulu iddiaçı Tağıyeva (İbrahimova) Fatma Vidadi qızına 01 may 2025-ci il tarixədək ödəməyim barədə onunla razılığa gəlmişik; - mən iddiaçı Tağıyeva (İbrahimova) Fatma Vidadi qızı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş “Qaz 31105 120”markalı avtomobilin 3000 (üç min) manat, soyuducunun 1300 (bir min üç yüz) manat və tozsoranın 250 (iki yüz əlli) manat olmaqla, əşyaların ümumi dəyərinin 4550 manat olması,“Qaz 31105 120” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, soyuducu və tozsoranın Cavabdeh qalması, həmin əşyaların ümumi dəyərinin yarısının, yəni 2275 (iki min iki yüz yetmiş beş) manat pulu 01 may 2025-ci il tarixədək mənə ödəməsini qəbul edirəm və Cavabdeh qarşı gələcəkdə birgə nikah dövründə qazanılmış əmlak tələbi irəli sürməyəcəyini bildirirəm. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 972 nömrəli qəbzlə ödədiyi 42.25 (qırx iki manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 07 aprel 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: Tağıyeva (İbrahimova) Fatma Vidadi qızının Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş daşınar əmlakın dəyərinin yarısının ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 07 aprel 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Cavabdeh iddiaçı Tağıyeva (İbrahimova) Fatma Vidadi qızının ona qarşı olan birgə nikah dövründə əldə edilmiş “Qaz 31105 120”markalı avtomobilin 3000 (üç min) manat, soyuducunun 1300 (bir min üç yüz) manat və tozsoranın 250 (iki yüz əlli) manat olmaqla, əşyaların ümumi dəyərinin 4550 (dörd min beş yüz əlli) manat olması, “Qaz 31105 120” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, soyuducunun və tozsoranın onda qalması, həmçinin həmin əşyaların ümumi dəyərinin yarısını, yəni 2275 (iki min iki yüz yetmiş beş) manat pulu iddiaçı Tağıyeva (İbrahimova) Fatma Vidadi qızına 01 may 2025-ci il tarixədək ödəməyi öhdəsinə götürür; - iddiaçı Tağıyeva (İbrahimova) Fatma Vidadi qızı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş “Qaz 31105 120”markalı avtomobilin 3000 (üç min) manat, soyuducunun 1300 (bir min üç yüz) manat və tozsoranın 250 (iki yüz əlli) manat olmaqla, əşyaların ümumi dəyərinin 4550 manat olması,“Qaz 31105 120”markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, soyuducu və tozsoranın Cavabdeh qalması, həmin əşyaların ümumi dəyərinin yarısının, yəni 2275 (iki min iki yüz yetmiş beş) manat pulu 01 may 2025-ci il tarixədək ona ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə birgə nikah dövründə qazanılmış əmlak tələbi irəli sürməyəcəyini bildirir. Tağıyeva (İbrahimova) Fatma Vidadi qızının Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş daşınar əmlakın dəyərinin yarısının ödənilməsi tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tağıyeva (İbrahimova) Fatma Vidadi qızının "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 972 nömrəli qəbzlə ödədiyi 42.25 (qırx iki manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-225/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-225/2025
17.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver