Məhkəmə qərarları › İş №2(079)-228/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-228/2020

15.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-228/2020 15.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxx 2020-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət 1560 (bir min beş yüz altmış) manat dəyərində bir ədəd iribuynuzlu heyvanın - 4 illik inəyin özünün və ya dəyərinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, 1560 (bir min beş yüz altmış) manat dəyərində bir ədəd iribuynuzlu heyvanı (4 illik inəyi) xx xxxxx 2020-ci il tarixdə Cavabdeh satmışam. Aramızdakı razılığa əsasən cavabdeh həmin malın pulunu xx xxxxx 2020-ci il tarixdə mənə ödəməyi öhdəsinə götürsə də, bu günə qədər həmin pulu mənə ödəməmişdir. Dəfələrlə onunla görüşərək və telefonla danışaraq pulu ödəməsini tələb etsəm də heç bir nəticə verməmişdir. Ricay hər dəfə “pulu ödəyəcəyəm” deyərək məni aldadır. İddiaçı məhkəmədə verdiyi izahatında özünün bir baş dörd illik inəyi olduğunu, valideynləri və arvadının müalicə alması ilə bağlı olaraq onu satmaq qərarına gəldiyini, lakin bir çox qəssaba buna dair müraciət etsə də koronovirus pandemiyasının yayılması ilə bağlı olaraq bunu həyata keçirə bilmədiyini, həmçinin inəyi kəsib satmaq istəsə də yenə də pandemiya ilə bağlı olaraq onun kəsilib-satılması üçün verilən bir satlıq müddətin buna yetmədiyini, Ricayla qohumluq münasibətlərində olduğunu, yəni onun qayınatasının xalası nəvəsi olduğunu, bu səbəbdən də cavabdehi əvvəlcədən tanıdığını, cavabdehə zəng etdiyini, Ricayın qəssablıqla məşğul olduğunu, inəyi satmaq istəyini ona dediyini, cavabdehin isə əvvəl ona inəyin hər çəkisi üçün 5 manat verə biləcəyini dediyini, özünün isə bununla razılaşmadığını, bundan sonra Ricayın deməsinə görə Şərur rayonunda yaşayan bir nəfərlə əlaqə saxladığını və heyvanın bir kiloqramı üçün ona 10 manat təklif etdiyini, daha sonra isə inəyin çəkisini dəqiq müəyyən etmək mümkün olmadığından özünün əvvəlcə Ricaya ondan 170 kiloqram ətin pulunun verməsini təklif etdiyini, yekunda isə cavabdehin inəyin çəkisi ilə deyil, ümumilikdə həmin inək üçün ona 1560 manat pul verməsi ilə razılaşdıqlarını, xx xxxxx 2020-ci ildə inəyi Ricaya verdiyini, onun dəyərini 10 gün sonra qaytarmaq barədə aralarında danışıq olduğunu, xx xxxxx 2020-ci ildə cavabdehin ona zəng edərək inəyi kəsib satdığını, daha sonra isə inəyin çəkisinin 200 kiloqramdan artıq olduğunu ona bildirdiyini və 16 apreldə pulu verəcəyini desə də bu günədək onu müxtəlif bəhanələr gətirərək 1560 manat məbləğində pulun ödənilməsindən imtina etdiyini qeyd edib yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdi. Cavabdeh xx xxxxxxxx 2020-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı ona qarşı əmlak tələbinə dair iddia qaldırdığını, həqiqətən də İddiaçı bir baş iri buynuzlu heyvanı 1530 (bir min beş yüz otuz) manata aldığını, həmin borcu ödəməyə hər ay hissəhissə ödəməyə etiraz etmədiyini qeyd etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. İşdə işdə iştirak edən şəxsinizahatını, dindirilmiş şahidlərin ifadələrini, ümumilikdə məhkəmədə tədqiq edilmiş sübutları bir-biri ilə qarşılıqlı və müqayisəli şəkildə yoxlayan məhkəmə müəyyən edir ki, İddiaçı bir baş iribuynuzlu heyvanı Cavabdeh satması işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması əsasən iddia tələbindən, iddiaçının məhkəmədə verdiyi izahatından, cavabdehin məhkəməyə təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə öz təsdiqini tapır. İşin mübahisəli halı isə İddiaçı cavabdehə inəyi 1560 manata satdığını qeyd etsə də, Cavabdeh məhkəməyə təqdim etdiyi ərizənin məzmunundan inəyi iddiaçıdan 1530 manata aldığı aydın olur. İşin mübahisəli halını ümumilikdə məhkəmədə tədqiq edilmiş sübutlarla bir-biri ilə qarşılıqlı və müqayisəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə aşağıdakıları qeyd edir. İlkin olaraq cavabdehin iddia tələbini qismən etiraf etməsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqedən yola çıxaraq məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə ilik olaraq onu bildirir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İşin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdi ki, İddiaçı özünə məxsus olan inəyi satmaq barədə təklifini Cavabdeh qəbul etməsi ilə tərəflər arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdı. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmçinin məhkəmədə işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən özünə məxsus olan inək xx xxxxx 2020-ci ildə cavabdehə verilsə də, tərəflər arasında alıcının alınan malın dəyərini xx xxxxx 2020-ci ildə ödənilməsi barədə razılıq əldə edilib, yəni İddiaçı məxsus olan inək Cavabdeh nisyə satılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Lakin məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, onlar arasında müqavilənin bağlanması hər bir tərəfin müqavilədən irəli gələn öhdəliyini icra etməsini özündə ehtiva etmir. Mülki qanunvericiliyin tələbinə görə hər bir müqavilənin özünə məxsus öhdəliyi və tərəflər üçün ondan irəli gələn hüquq, vəzifələri mövcuddur. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından məhkəmə bildirir ki, tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddi hüquq normasının tələbindən də göründüyü kimi hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə İddiaçı əsas öhdəliyi alqı-satqı müqaviləsi üzrə müəyyən edilən əşyanı-inəyi alıcının, yəni Cavabdeh mülkiyyətinə vermək, sonuncunun isə müqavilədən irəli gələn əsas öhdəliyi əşyanı qəbul edib əvəzində müqavilə üzrə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməkdir. Tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsində gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Qeyd edilən maddənin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçı müqavilədən irəli gələn öhdəliyinin icrasının yerinə yetirməsi ilə bağlı məhkəməyə sübut qismində şahid X4 və X2 təqdim etmişdi. Məhkəmədə dindirilmiş şahid X7 ifadəsində özünün əməliyyat keçirməsinə pul lazım olduğundan Ricaya verilən inəyi satmaq üçün kökəltdiklərini, lakin koronovirusla bağlı olaraq bunu həyata keçirməkdə müəyyən çətinliklər yarandığını, Ricayın isə qudasının qohumu olduğunu, Muradın xx xxxxx 2020-ci ildə ona zəng edərək inəyi satmaq fikrini ona dediyini, cavabdehin də gəlib inəyə baxaraq onun təqribən 200-220 kiloqram ətinin olduğunu, inəyin dəyəri ilə bağlı Murad və Ricay arasında danışığın tövlədə olduğunu, həmin vaxt Ricayla inəyin ətinin hər kiloqramı 9 manatdan olmaqla ümumilikdə 170 kiloqram ətin pulunu verməsi barədə razılığa gəldiklərini, cavabdehin Murada Şərur rayonunda bir nəfərlə danışdıqdan sonra xəbər edəcəyini bildirdiyini, təqribən yarım saat sonra isə Ricayın maşınla gələrək inəyi apardığını, onunla qohum olduğu üçün cavabdehə inandığını, inəyin maşına qoymasında özünün, oğlu Muradın, Ricayın və maşının sürücüsünün iştirak etdiyini, sürücünü tanımadığını, həmçinin cavabdehin 10 gün müddətində inəyin pulunu Murada verəcəyini dediyini qeyd etdi. Digər şahid X6 isə məhkəmədə verdiyi ifadəsində Ricayın onun atasının xalası nəvəsi olduğunu, Muradın inəyi satmaq üçün Ricaya zəng etdiyini, cavabdeh isə gəlib inəyə baxdıqdan təqribən yarım saat sonra maşınla gələrək inəyi apardığını, inəyin maşına qoyulmasında Ricayın, qayınatası İsmayılın, Muradın, maşın sürücüsünün və özünün iştirak etdiyini, Muraddan və onun atasından eşitməsinə görə inəyinin dəyəri üçün əvvəlcə Racaya 1700 manat təklif edildiyini, lakin cavabdehin həmin məbləği qəbul etmədiyini, yekunda isə inəyin qiyməti ilə bağlı 1500 manata razılıq əldə etdiklərini qeyd etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Yuxarıda qeyd edilən şahid ifadələrindən iddiaçının özünə məxsus olan bir baş inəyi cavabdehə pul müqabilində verilməsi öz təsdiqini tapır. Yəni cavabdehin etirafı ilə üst-üstə düşür. Lakin dindirilmiş şahid ifadələrinin inəyin dəyəri barədə tərələr arasında əldə edilmiş razılığın müəyyən edilməsinə dair hissədə sübut kimi mötəbərliyinə qiymət verən məhkəmə bildirir ki, X3 baxılan mübahisə ilə bağlı işin hər bir halını təfsilatı ilə, dəqiq ifadə etdiyindən və ifadəsində hər hansı bir ziddiyyətli hal müəyyən edilmədiyindən onun ifadəsi qeyd edilən halla bağlı sübut kimi qəbul ediləndir. Çünki onun inəyin dəyəri ilə bağlı qeyd etdiyi məbləğ cavabdehin məhkəməyə təqdim etdiyi ərizədə qeyd edilən məbləğlə eynilik təşkil edir. Yəni 170 kiloqram ətin bir kiloqramının dəyərini 9 manata razılaşdıqda, onun ümumi dəyəri 1530 manat təşkil edir. Digər şahid X1 ifadəsi isə inəyin dəyəri barədə tərəflərin razılığının müəyyən edilməsi hissəsində məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Çünki onun ifadəsindən aydın olur ki, o, tərəflər arasından inəyin qiyməti ilə bağlı razılaşmanın birbaşa şahidi olmamış, iddiaçı və onun atasından inəyini hansı qiymətə satmasını eşitmişdi. Beləliklə məhkəmə tədqiq edilmiş sübutların yekunu olaraq İddiaçı özünə məxsus olan bir baş inəyi 1530 (bir min beş yüz otuz) manat müqabilində Cavabdeh satması, sonuncunun isə inəyin dəyərini onun alınmasından on gün sonra, yəni xx xxxxx 2020-ci ildə ödəməsi barədə tərəflər arasında razılıq əldə edilməsi, lakin cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək iddiaçının hüququnu pozması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müqavilədən irəli gələn öz öhdəliyi icra etməməsi öz təsdiqini tapdığından məhkəmə İddiaçı cavabdehdən özünə məxsus olan bir baş inəyin və ya onun dəyəri olan 1560 (bir min beş yüz altmış) manat məbləğində pulun alınıb ona verilməsini tələbini, qismən yəni 1530 (bir min beş yüz otuz) manat məbləğində pulun alınıb verilməsinə dair hissədə əsaslı sayır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinin tələbinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmədə araşdırılmış sübutlardan isə mübahisə predmeti olan əmlakın hazırda mövcud olmaması müəyyən edildiyindən məhkəmə belə hesab edir ki, Cavabdeh inəyin dəyəri barədə tərəflərin razılığa gəldiyi 1530 (bir min beş yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbi qismən əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib hissəsi, yəni 29,40 (iyirmi doqquz manat, qırx qəpik) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - Cavabdeh 1530 (bir min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -həmçinin Cavabdeh 29,40 (iyirmi doqquz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1530 (bir min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 29,40 (iyirmi doqquz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar