Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-250/2024 02.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka olan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “28” fevral 2024-cü ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayonu, Hacıvar kəndində yerləşən sahəsi 0,1189 hektar olan həyətyanı torpaq sahəsindən ona məxsus olan 1/2 payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh qarşı Babək rayonu, Hacıvar kənd ərazisində yerləşən 0.1189 hektar torpaq sahəsindən mənə çatan payın müəyyən olunması tələbinə dair Babək Rayon Məhkəməsində iddia qaldırmışdım. Məhkəmənin 2(079)-22/2019 nömrəli, 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə Babək rayonu, Hacıvar kənd ərazisində yerləşən 0.1189 hektar torpaq sahəsindən ½hissə pay mənə və ½ hissədə pay isə Cavabdeh ayrılmaqla hüquq sahiblərinin payları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 04 noyabr 2019-cu il tarixdə 21/2 nömrəli reyestr kitabının 231 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin həyətyanı torpaq sahəsində payımızın hansı hissəsində olması və ondan istifadə ilə bağlı aramızda narazılıqlar yaranmışdır. Buna görə payımın naturada ayrılmasını istəyirəm. Bununla bağlı mən X1 müraciət etdim, lakin cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehlə 1984-cü ildə ailə qurduğunu, 10 il olar ki, nikahlarının pozulduğunu, birgə nikahlarından 5 uşaq olduğunu, torpaq sahəsini evləndikdən təqribən 8-10 il sonra aldıqlarını, onu alarkən üzərində ev olmadığını, evi sonradan özlərinin tikdiyini, torpaq sahəsini aldıqdan sonra 4 il qayınanası ilə birlikdə yaşadıqlarını, sonra torpaq sahəsində ev tikib ora getdiklərini, evin iki otaq, hamam, tualet və aynabənddən ibarət olduğunu, evi təqribən 30 il bundan əvvəl tikdiklərini, cavabdehlə boşanandan sonra özünə evdə bir il yaşamaq hüququ verildiyini, həmin vaxt bir il evdə qaldığını, lakin sonra iddiaçının spirtli içki içərək onu evə qoymadığını, əlinə balta alıb onu öldürəcəyi ilə hədələdiyini, buna görə də Bakı şəhərində oğlunun evində qaldığını, bu səbəbdən də torpaq sahəsində paylarının müəyyən olunmasını istəydiyini, onun üzərində payların 2019-cu ildə müəyyən edildiyini, evin bölünməsini, həmçinin ondan özünə pay verilməsini istəmədiyini, onun qarşısında boş torpaq sahəsindən payının ayrılmasını istədiyini, bununla bağlı qarşı tərəflə danışdığını, cavabdehin ona 2 sot torpaq təklif etdi, lakin özünə düşən pay 6 sot olduğundan, onun təklifini qəbul etmədiyini, cavabdehin “oğluna ananı at gəl, evi sənə verim” dediyini qeyd edərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında 1985-ci ildə Aypara ilə ailə qurduğunu, birgə nikahlarından 6 uşaq dünyaya gəldiyini, uşaqlardan birinin dörd yaşında ikən öldüyünü, 11 ildir ki, iddiaçı ilə boşandığını, hazırda ev tikdiyi torpaq sahəsini atasının ona verdiyini, boşanan vaxt hakimin iddiaçıya deyil, oğluna iki sot torpaq sahəsi verdiyini, özünün Ayparaya həyətindən bir çöp belə verməyəcəyini, əgər oğlu gəlib onunla yaşasa hər şeyini ona verəcəyini, gəlməzsə isə qızına verəcəyini bildirmişdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, Babək rayonu, Hacıvar kəndində yerləşən 0.1189 hektar torpaq sahəsinin tərəflərin paylı mülkiyyətində olması və həmin daşınmaz əmlakın bölünməsi ilə bağlı tərəflər arasında razılıq olmaması işin mübahisəsiz halıdır. Qeyd edilənlərin mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 04 noyabr 2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Hacıvar kəndində yerləşən 0.1189 hektar torpaq sahəsinin 1/2 hissəsinin Zeynalova (Həsənova) Aypara Qulu qızı, 1/2 hissəsinin Cavabdeh mülkiyyətində olması; - tərəflərin məhkəmədə verdiyi izahatından, həmçinin iddia ərizəsinə əlavə edilmiş X2 tərəfindən verilmiş arayışdan Babək rayonu, Hacıvar kəndində yerləşən 0.1189 hektar həyətyanı torpaq sahəsi üzrə paylarının ayrılması barədə mülkiyyətçılər arasında razılıq olmaması aydın olur. İddiaçının ümumi paylı mülkiyyətə olan torpaq sahəsi üzrə öz payının naturada ayrılmasını tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. İşin mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki işin mübahisəsiz hallarından mübahisə predmeti olan daşınmaz əmlakın tərəflərin ümumi paylı mülkiyyətində olması və onların hər birinin payının müəyyən edilməsi öz təsdiqini tapır. İddiaçı isə mübahisə predmeti üzrə özünün payının naturada ayrılmasını tələb etdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələrində isə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki işin məhkəmədə baxışı zamanı isə mülkiyyətçilər arasında ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair razılığın əldə olunması müəyyən olunmur. Bütün bu yuxarıda qeyd edilənləri ümumiləşdirdikdə məhkəmə iddiaçının öz mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməsində hər hansı bir qanuna zidd hal müəyyən etmir. Lakin yuxarıda qeyd edilən maddi hüquq normasının tələbindən də göründüyü kimi ümumi mülkiyyətin iştirakçısı olan mülkiyyətçinin öz payının naturada ayrılması tələbinin əsaslı sayılmasının zəruri olan şərtlərindən biri həmin əşyanın naturada ayrılmasının mümkünlüyüdür. Mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölünməsinin mümkün olubolmamasının müəyyən edilməsi isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə iddiaçının vəsatəti əsasında 04 aprel 2024-cü il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 23 may 2024-cü il tarixli, 399 nömrəli məhkəmə tikinki-texniki ekspertizasının rəyinin nəticə hissəsində qeyd edilmişdi ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04 noyabr 2019-cu il qeydiyyat tarixli, MH seriyalı, ******* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Hacıvar kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,1189 hektar torpaq sahəsinin 1/2 hissəsi təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı texniki cəhətdən verilməsi məqsədə müvafiq hesab olunmur. Ekspert bu qənaətə gəlməsini onunla əsaslandırmışdır ki, mülki iş materiallarında öz əksini tapmış Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən hüquq sahibləri olan Cavabdeh və X4 adına tərtib edilmiş 16 oktyabr2019-cu il tarixli reyestr nömrəsi **********32 olan çıxarışının plan-sxeminə əsasən sahəsi 0,12 hektar olan həyətyanı torpaq sahəsinin döngə nöqtələri arasındakı məsafələri (1-2) 26.80 metr, (2-3) 50.78 metr, (3.4) 6.05 metr, (4.5) 15.41 metr və (5-1) 48.86 metr olduğu müəyyən edilmişdi. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan həyətyanı torpaq sahəsi üç hissədən qonşu torpaq sahələri ilə bir tərəfdən isə küçə yolu ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinin yuxarı hissələrində müxtəlif növ tikinti materiallarından inşa olunmuş bir mərtəbəli fərdi yaşayış evi təyinatlı tikili yerləşir. Həyətyanı sahənin yuxarı tərəfində yerləşən fərdi yaşayış evi təyinatlı tikilinin xarici ölçülərinə əsasən uzunluğu 19.40 metr, eni isə 9.00 metrdir. Tədqiq olunan həyətyanı torpaq sahəsi bir tərəfdən fərdi yaşayış evi təyinatlı tikili olmaqla üç tərəfdən tor çəpər hasarlarla əhatə olunmuşdur. Həyətyanı torpaq sahəsinə tək giriş-çıxış yolu isə həyətin yuxarı hissəsindən açıq meydança vasitəsilə olduğu müəyyən edilmişdir. Əgər nəzərə alınsa ki, mübahisəli həyətyanı torpaq sahəsinin sənəd üzrə ümumi sahəsinin 0,1189 hektar təşkil edir, bu zaman iddiaçı və cavabdehin 1/2 (ikidə bir) paylarına düşən həyətyanı torpaq sahəsi aşağıdakı kimi müəyyən olunur: - 0,1189 hektar həyətyanı torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsi üzrə - 0,05945 hektar (0,1189 : 2). Həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Yuxarıda göstərilənlərlə əlaqədar, tədqiq olunan sənəd üzrə 0,1189 hektar həyətyanı torpaq sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini, hazırda həmin həyətyanı torpaq sahəsinə bir hissədən gediş-gəliş yollarının olduğu, həmin həyətyanı torpaq sahəsinin müxtəlif hissələrdən qonşu torpaq sahələri ilə əhatə olduğunu, həyətyanı torpaq sahəsinin daxilində həyətin yuxarı hissələrində hazırda cavabdehin istifadəsində olan fərdi yaşayış evi və müxtəlif təyinatlı köməkçi tikililərin yerləşdiyi, torpaq sahəsinin yuxarısında yerləşən fərdi yaşayış evinin torpağın eni boyu istiqamətdə inşa edildiyi, bölgü zamanı həmin fərdi yaşayış evinin və onun köməkçi təyinatlı tikililərinin istifadəçilərdən birinin sərəncamına düşməsi, belə olan halda ayrılan torpaq sahələrinə gediş-gəliş yollarına həmin tikililərin maneə yaratması və tədqiqat obyektinin digər zəruri olan göstəricilərini nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin, bu baxımdan naturada texniki cəhətdən ayrılmasının (bölünməsi) mümkün olmadığı müəyyən edilmişdir. Mülki işin məhkəmədə baxılması zamanı iddiaçı ekspertin rəyi ilə razılaşmamış və məhkəmə ekspert və tərəflərin iştirakı ilə mübahisə predmeti olan daşınmaz əmlaka baxış keçirmişdi. Daşınmaz əmlakın yerində müayinə edilməsi zamanı torpaq sahəsinin naturada bölünə bilməsinin mümkünlüyü aşkar müşahidə edildiyindən, məhkəmə tərəfindən bunun səbəbləri araşdırılmış və məhkəmənin 04 aprel 2024-cü il tarixli məhkəmə-tikinti texniki ekspertizası təyin edilməsi haqqında qərardadının nəticə hissəsində daşınmaz əmlak bölünməsinin mümkünlüyü məsələsinin müəyyən edilməsi zamanı torpaq sahəsinin üzərində yaşayış evinin olması və iddiaçının həmin əmlakla bağlı tələbinin olmamasının ekspert tərəfindən nəzərə alınması göstərilsə də, ekspertin qeyd edilən halı nəzərə almaması müəyyən edilmişdi. Yəni ekspert məhkəmə tərəfindən onun qarşısında qoyulmuş sualları tam cavablandırılmamışdı. Bu səbəbdən də məhkəmə 27 iyun 2024-cü il tarixli qərardadla əlavə ekspertiza keçirilməsini qərara almışdı. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 31 iyul 2024-cü il tarixli, 787 nömrəli məhkəmə tikinki-texniki ekspertizasının rəyinin nəticə hissəsində göstərilir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04 noyabr 2019-cu il qeydiyyat tarixli, MH seriyalı, ******* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Hacıvar kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,1189 hektar torpaq sahəsinin 1/2 hissəsi təcrid olunmuş qaydada onun üzərində olan yaşayış evi ilə bağlı iddiaçının tələbinin olmaması nəzərə alınmaqla, yəni həmin tikili cavabdehin istifadə və sahibliyində qalmaqla ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan həyətyanı torpaq sahəsindən ayrıayrılıqda 1/2 hissələrinin payın ayrılması (bölünməsi) zamanı, həmin torpaq sahələri üzrə hansı dəyişikliklərin aparılması, tərəflərin sərəncamına düşən hansı sahələrdən ibarət olması, eləcə də onların paylarına nə qədər sahənin düşdüyü rəyin tədqiqat hissəsində, həmçinin rəyə əlavə olunmuş plan- sxemdə ətraflı göstərilmişdir. Ekspert rəyinin tədqiqat hissəsində daşınmaz əmlakın bölünməsinin mümkünlük şərtləri ilə qeyd edilmişdi ki, həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdınlması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir. Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,50-2,75 metr olmalıdır. Sənəd üzrə bölgü aparılması üçün tədqiq olunan həyətyanı torpaq sahəsinin daxilində 1-ci və 2-ci mənzilin yaradılması zamanı həyətyanı torpaq sahəsinin magistral yol tərəfə düşən hissəsindən 7,08 metr sola doğru istiqamətdən və onun son nöqtəsindən həyətin yuxarısına doğru (fərdi yaşayış evi təyinatlı tikilisinə) 33,95 metr uzunluğunda, onun son nöqtəsindən sağ istiqamətə doğru isə 32,86 metr sərhəd hasarı çəkilməklə mübahisə olunan həyətyanı torpaq sahənin 1/2 paylara təcrid sahələr şəklində ayrılaraq bölünməsi (narıncı və mavi rənglərdə ştrixlənmiş sahələr) mümkündür. Mövcud vəziyyət üzrə bölgü aparılması üçün tədqiq olunan həyətyanı torpaq sahəsinin daxilində 1-ci və 2-ci mənzilin yaradılması zamanı həyətyanı torpaq sahəsinin magistral yol tərəfə düşən hissəsindən 8,0 metr sola doğru istiqamətdən və onun son nöqtəsindən həyətin yuxarısına doğru (fərdi yaşayış evi təyinatlı tikilisinə) 29.86 metr uzunluğunda, onun son nöqtəsindən sağ istiqamətə doğru isə 17,0 metr sərhəd hasarı çəkilməklə mübahisə olunan həyətyanı torpaq sahənin 1/2 paylara təcrid sahələr şəklində ayrılaraq bölünməsi (narıncı və mavi rənglərdə ştrixlənmiş sahələr) mümkündür. Belə bölgü nəticəsində iş üzrə tərəflərdən sənəd üzrə hər birinin 1/2 payının mülkiyyətçinin sərəncamına düşən həyətyanı torpaq sahəsi 1-ci və 2-ci mənzilləri üzrə 594,54 kvadrat metr, mövcud vəziyyətdə isə 615,05 kvadrat metr olmaqla bərabər düşdüyü müəyyən olunur. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Ekspertin rəyindən müəyyən edilir mübahisə predmeti olan daşınmaz əmlakın hazırda cavabdehin sahibliyində olan faktiki ölçüləri ilə, daşınmaz əmlakın dövlət reyestrində olan ölçüləri arasında ziddiyyət mövcuddur, yəni faktini ölçülər qanuni ölçülərdən artıqdır. Məhkəmə daşınmaz əmlakın dövlət reyestri məlumatlarının həqiqiliyi prezumpsiyasını, iddiaçının buna əsaslanan payının miqdarını nəzərə alaraq belə hesab edir ki, torpaq sahəsinin naturada bölgüsünün həyata keçirilməsi daha düzgün olar. Çünki bu qanunilik prinsipinə cavab verməklə yanaşı, gələcəkdə tərəflərin əlverişsiz vəziyyətə düşməsinin də qarşısını almış olar. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka olan payın naturada ayrılması tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia əsaslı sayıldığından iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş mediasiya xərci ilə birlikdə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir (115.0 və 115.0.1-ci maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin məhkəməyə təqdim etdiyi ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertin işə baxılması ilə bağlı çəkdiyi xərcin miqdarı 50 (əlli) manat təşkil edir. Hazırki tələb üzrə məhkəmə tələbi əsaslı saydığından Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanmaqla belə nəticəyə gəlir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 04 noyabr 2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Hacıvar kəndində yerləşən, sahəsi 0.1189 hektar təşkil edən, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan torpaq sahəsi naturada bölünməli; - Mübahisə predmeti olan daşınmaz əmlakdan İddiaçı aid 1/2 hissə torpaq sahəsinin giriş tərəfi olan magistral yol tərəfə düşən hissəsindən, yəni onun qərb divarının cənub hissəsinin başlanğıcından 7,08 (yeddi metr, səkkiz santimetr) metr şərqə (üzü həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evə durarkən sağa) doğru istiqamətinin son nöqtəsindən həyətin yuxarısına-şimalına doğru (fərdi yaşayış evi təyinatlı tikilisinə) 33,95 (otuz üç metr, doxsan beş santimetr) metr, son nöqtədən şərq (sağ-fərdi yaşayış evi ilə paralel) istiqamətə doğru 16.14 (on altı metr, on dörd santimetr) metr, son nöqtədən doxsan dərəcə bucaq altında həyətin aşağısına-cənuba doğru 32,86 (otuz iki metr, səksən altı santimetr) metr, son nöqtədən qərbə doğru 19.72 (on doqquz metr, yetmiş iki santimetr) metr sərhəd hasarı çəkilməklə (ümumilikdə həyətin cənub şərq və ya sağ və aşağı hissəsi olmaqla 594,54 kvadrat metr) təcrid olunmuş qaydada ayrılaraq verilməli; - İş üzrə Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməli; - İşə baxılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 04 noyabr 2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Hacıvar kəndində yerləşən, sahəsi 0.1189 hektar təşkil edən, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan torpaq sahəsi naturada bölünsün. Mübahisə predmeti olan daşınmaz əmlakdan İddiaçı aid 1/2 hissə torpaq sahəsinin giriş tərəfi olan magistral yol tərəfə düşən hissəsindən, yəni onun qərb divarının cənub hissəsinin başlanğıcından 7,08 (yeddi metr, səkkiz santimetr) metr şərqə (üzü həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evə durarkən sağa) doğru istiqamətinin son nöqtəsindən həyətin yuxarısına-şimalına doğru (fərdi yaşayış evi təyinatlı tikilisinə) 33,95 (otuz üç metr, doxsan beş santimetr) metr, son nöqtədən şərq (sağ-fərdi yaşayış evi ilə paralel) istiqamətə doğru 16.14 (on altı metr, on dörd santimetr) metr, son nöqtədən doxsan dərəcə bucaq altında həyətin aşağısına-cənuba doğru 32,86 (otuz iki metr, səksən altı santimetr) metr, son nöqtədən qərbə doğru 19.72 (on doqquz metr, yetmiş iki santimetr) metr sərhəd hasarı çəkilməklə (ümumilikdə həyətin cənub şərq və ya sağ və aşağı hissəsi olmaqla 594,54 kvadrat metr) təcrid olunmuş qaydada ayrılaraq verilsin. İş üzrə Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İşə baxılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-250/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-250/2024
02.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver