Məhkəmə qərarları › İş №2(079)-277/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-277/2024

31.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-277/2024 31.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 14 mart 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə paylı mülkiyyətində olan, Babək rayon Zeynəddin kəndində yerləşən 0.3058 ha həyətyanı torpaq sahəsindən 1/2 hissədə olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayonunun Zeynəddin kəndində 0.3058 ha həyətyanı torpaq sahəsindən 1/2 hissəsi mənə, 1/2 hissəsi isə Cavabdeh ayrılmışdır. Hüquq sahiblərinin payları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmışdır. Lakin həyətyanı torpaq sahəsində paylarımızın həyətyanı torpaq sahəsinin hansı hissəsində olması, paylarımızdan istifadə ilə bağlı aramızda narazılıqlar yaranmışdır. Buna görə payımın naturada ayrılmasını istəyirəm. Mübahisənin həlli məqsədilə mediasiya təşkilatına müraciət etdim. Lakin cavabdeh mediasiya prosesində iştirak etmədi. Mediasiya ilə bağlı müvafiq arayış əldə olunaraq işə əlavə olunmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 2001-ci ildə cavabdehlə ailə həyatı qurduqlarını, Babək rayonu Zeynəddin kəndində yerləşən torpaq sahəsinin də həmin dövrdə əldə olunduğunu, 2020-ci ildə nikahlarının pozulduğunu, həmin torpaq sahəsi üzərində Babək Rayon Məhkəməsinin qətnaməsi ilə ½ paylarının müəyyən edildiyini, bununla bağlı qətnaməni Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə verdiyini və torpaq sahəsinə ½ payının olması ilə bağlı çıxarış verildiyini, torpaq sahəsindən ona düşən payın naturada ayrılmasını xahiş etdiyini, hazırda həmin torpaq sahəsindən cavabdehin istifadə etdiyini, həmin torpaq sahəsi üzərində tikilən yaşayış evində cavabdehin yaşadığını, uşaqların da orada cavabdehlə birlikdə yaşadıqlarını, evin rəsmiləşdirilmədiyini, cavabdehin razılığı olarsa 1000 m2 torpaq sahəsinin evlə birlikdə ona, qalan 2000 m2 torpaq sahəsinin cavabdehə verilməsini və ya əksinin həyata keçirilməsini təklif etdiyini, əks halda iddiaya baxılıb təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsindən iddiaçıya düşən payın ayrılıb ona verilməsinə etirazının olmadığını, əgər razı olarsa evdən ona düşən payı verməsi müqabilində torpaq sahəsindən özünə düşən paydan iddiaçının xeyrinə imtina edə biləcəyini, evi oğlunun adına rəsmiləşdirmək istədiyini, əks halda iddianın təmin olunmasına etirazının olmadığını, həmin torpaq sahəsi üzərində faktiki heç bir bölgü aparılmadığını, hazırda orada özünün yaşadığını, torpaq üzərində 3x6 və 4x5 ölçülərində iki otaq və 4x6 ölçüsündə bir salondan ibarət ev və yardımçı sahələr olduğunu, evin torpağın bir kənarında yerləşdiyini, bunun torpaq sahəsinin bölünməsinə maneə yaratmadığını bildirmişdir. Mülki iş üzrə məhkəmə baxışı iclasında tərəflər əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə bölgünün mümkünlüyünə dair ekspertin rəyi ilə razı olduqlarını, iddiaçı iddia tələbini müdafiə etdiyini, cavabdeh isə iddianın təmin olunmasına, ekspert rəyi ilə müəyyən edilmiş şəkildə naturada ayrılmanın aparılmasına etiraz etmədiyini bildirmişdir. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Babək rayonu Zeynəddin kəndində yerləşən 0.3058 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin ½ hissəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı, ½ hissəsi isə Cavabdeh məxsusdur. Qeyd edilən fakt mülki iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 6 nömrəli reyestr kitabının 1074 nömrəli vərəqində qeyd olunmuş xx.xx.2024-cü il tarixli çıxarışla müəyyən olunur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyadan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Mülki işin mübahisəli halının - torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması gedişində tikinti-texniki ekspertizası təyin olunmuş, Babək rayonu, Zeynəddin kəndində yerləşən və paylı mülkiyyətdə olan 0.3058 hektar torpaq sahəsinin ½ hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsinin texniki cəhətdən mümkün olub-olmaması və mümkündürsə bunun hansı qaydada aparılması barədə ekspert qarşısında sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2024-cü il tarixli, 454 nömrəli ekspert rəyi ilə o nəticəyə gəlmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, **********22 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Zeynəddin kəndində yerləşən və paylı mülkiyyətdə olan 0.3058 hektar həyətyanı torpaq sahəsinin ½ hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi texniki cəhətdən mümkün deyildir. Ekspert rəyini onunla əsaslandırmışdır ki, tədqiq olunan həyətyanı torpaq sahəsi iki tərəfdən qonşu torpaq sahələri ilə iki tərəfdən küçə yolu ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinin yuxarı orta hissəsində but daşı, mişar daşı və müxtəlif növ tikinti materiallarından inşa olunmuş bir mərtəbəli fərdi yaşayış evi, müxtəlif növ köməkçi təyinatlı tikililər yerləşir. Həyətyanı sahənin yuxarı orta tərəfində yerləşən fərdi yaşayış evi təyinatlı tikilinin xarici ölçülərinə əsasən uzunluğu 10.0x10.0 metrdir. Tədqiq olunan həyətyanı torpaq sahəsi bir tərəfdən birket hasarlarla, üç tərəfdən isə sinklənmiş dəmir şiferlərlə hasara alınmışdır. Həyətyanı torpaq sahəsinə iki hissədən giriş-çıxış yollarının olduğu müəyyən edilmişdir. Əgər nəzərə alınsa ki, mübahisəli həyətyanı torpaq sahəsinin sənəd üzrə ümumi sahəsi 0,3058 ha təşkil edir, bu zaman iddiaçı və cavabdehin 1/2 (ikidə bir) paylarına düşən həyətyanı torpaq sahəsi aşağıdakı kimi müəyyən olunur: 0,3058 ha həyətyanı torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsi üzrə - 0,1529 ha (0,3058:2). Ekspertiza tərəfindən qeyd olunmuşdur ki, həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Tədqiq olunan sənəd üzrə 0.3058 ha həyətyanı torpaq sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini, həyətyanı torpaq sahəsinin daxilində həyətin yuxarı orta hissələrində hazırda cavabdehin istifadəsində olan fərdi yaşayış evi və müxtəlif növ təyinatlı köməkçi tikililərin yerləşdiyi, bölgü zamanı həmin fərdi yaşayış evinin və onun köməkçi təyinatlı tikililərinin istifadəçilərdən yalnız birinin sərəncamına düşməsi və tədqiqat obyektinin digər zəruri olan göstəricilərini nəzərə alaraq tədqiq olunan həyətyanı torpaq sahəsinin, bu baxımdan naturada texniki cəhətdən ayrılmasının (bölünməsi) mümkün olmadığı müəyyən edilmişdir. İddiaçı ekspertin rəyi ilə razılaşmamış, 21 iyun 2024-cü ildə məhkəmə hazırlıq iclasında ekpertə etiraz etdiyini, ekspertin oranın müayinəsinə iclasdan 46 gün sonra gəldiyini, həmin həyətin bölünə biləcəyini və bunu tələb etdiyini, ekspertin ona orada yerləşən evin rəsmi olaraq sənədləşmədiyinə görə torpağında bölünməsinin qeyri-mümkün olduğunu, evdən yox, torpaqdan payının naturada ayrılmasını tələb etdiyini, həmçinin torpağın uzunluğu istiqamətində yox, eninə bölünməsini, yardımçı tikilinin cavabdehin istifadəsində qalmasını istədiyini bildirmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə tərəflərin və ekspertin iştirakı ilə keçirilən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, Babək rayonu, Zeynəddin kəndində yerləşən və tərəflərin paylı mülkiyyətində olan 0.3058 hektar həyətyanı torpaq sahəsinin bir hissəsi 19 sentyabr 1973-cü il təvəllüdlü Babək rayonu, Zeynəddin kənd sakini X2 aralarında rəsmi alqısatqı müqaviləsi bağlanmadan satıldığı, həmin vaxtdan etibarən torpaq sahəsinin razılaşdırılmış hissəsinin çəpərlənərək həmin şəxsin faktiki sahibliyinə verildiyi, alınan pulun birgə nikah dövründə ailənin ehtiyaclarına sərf olunduğu müəyyən edilmiş, tərəflər faktiki olaraq sahibliyindən çıxan torpaq sahəsinin həmin hissəsinin hər birinin payından bərabər ölçüdə çıxılmaqla naturada bölgünün aparılmasına dair tərəflərin, həmçinin torpaq sahəsinin üzərindəki qeydiyyata alımamış tikilinin naturada bölgü zamanı nəzərə alınmamasına dair iddiaçının razılığının olduğu müəyyən edilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölünməsinin mümkünlüyünün yoxlanılması üçün məhkəmə tərəfindən işin faktiki hallarının nəzərə alınması ilə xx.xx.2024-cü il tarixli qərardadla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 976 nömrəli məhkəmə tikinki-texniki ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, tədqiqat hissəsində göstərilənləri əlavə baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatlara əsasən, Babək rayon Zeynəddin kəndində yerləşən və paylı mülkiyyətdə olan 0.3058 hektar həyətyanı torpaq sahəsindən X1 faktiki sahibliyində olan sahə tərəflərin hər birinin payına düşən torpaq sahəsindən bərabər ölçüdə çıxıldıqdan sonra yerdə qalan torpaq sahəsinin 1/2 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan həyətyanı torpaq sahəsindən ayrı-ayrılıqda 1/2 hissələrinin payın ayrılması (bölünməsi) zamanı, həmin torpaq sahələri üzrə hansı dəyişikliklərin aparılması, tərəflərin sərəncamına düşən hansı sahələrdən ibarət olması, eləcə də onların paylarına nə qədər sahənin düşdüyü rəyin tədqiqat hissəsində, həmçinin rəyə əlavə olunmuş plan-sxemdə ətraflı göstərilmişdir. İlkin ekspertiza tədqiqatı zamanı tədqiq olunan həyətyanı torpaq sahəsinin üzərində fərdi yaşayış evi təyinatlı tikili mövcud olduğundan orada aparılan 1/2 bölgü zamanı həmin tikilinin tərəflərdən birinə ayrılmış hissəyə düşməsi nəticəsində ilkin ekspertiza tədqiqatı zamanı tərəflərin sərəncamına ayrılan 1/2 hissənin texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Lakin əlavə ekspertiza tədqiqatı zamanı mülki iş materiallarıda olan zəruri məlumatlarda və əlavə baxış zamanı məhkəmənin hakiminə və ekspertə iddiaçı və cavabdeh tərəfindən verilən şifahi və yazılı izahatlarında mübahisəli torpaq sahəsinin ½ hissəyə texniki cəhətdən ayrılması zamanı həmin tikilinin hər hansı tərəfin sərəncamına düşməsinə etirazlarının olmadığını qeyd etmişlər. Belə olan halda qeyd olunanlara əsasən əlavə ekspertiza tədqiqatının aparılması zamanı tərəflərin 1/2 payına ayrılmış həyətyanı torpaq sahsinin texniki baxımdan ayrılmasının mümkün olduğu göstərilmişdir. Bunun üçün, tədqiq olunan həyətyanı torpaq sahəsinin daxilində 1-ci ve 2-ci mənzilin yaradılması zamanı torpaq sahəsinin aşağı hissəsindən təqribən eni 31,78 metr, yuxarı hissəsinden 23,86 metr olmaqla həyətyanı torpaq sahəsinin orta hissəsinden 49,06 metr uzunluğunda sərhəd hasarı çəkilməklə mübahisə olunan həyətyanı torpaq sahsinin 1/2 paylara təcrid sahələr şəklinde ayrılaraq bölünməsi (narıncı və yaşıl rənglərdə ştrixlənmiş sahələr) mümkündür. Belə bölgü nəticəsində iş üzrə tərəflərdən mövcud vəziyyət üzrə hər birinin 1/2 payının sərəncamına düşən həyətyanı torpaq sahəsi 1-ci və 2-ci mənzilləri üzrə 1407,41 m2 olmaqla bərabər düşdüyü müəyyən olunur. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Məhkəmə mübahisəni tənzimləyən normalarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında sözügedən hallara ətraflı şərh verilərək bildirilmişdir ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbi naturada ayırmannın mümkünlüyünün müəyyən olunması əsas götürülməklə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir (115.0 və 115.0.1-ci maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin məhkəməyə təqdim etdiyi ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertin işə baxılması ilə bağlı çəkdiyi xərcin miqdarı iki ekspertiza tədqiqi üzrə 60 (altmış) manat təşkil edir. Hazırki tələb üzrə məhkəmə tələbi əsaslı saydığından Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə əsaslanmaqla belə nəticəyə gəlir ki, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Babək rayonu Zeynəddin kəndində yerləşən Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan 0.3058 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi naturada ayrılmalı; - Mübahisə predmeti olan daşınmaz əmlakdan İddiaçı aid ½ hissə həyətyanı torpaq sahəsinin daxilində 1-ci və 2-ci mənzilin yaradılması zamanı torpaq sahəsinin aşağı hissəsindən təqribən eni 31,78 metr, yuxarı hissəsindən 23,86 metr olmaqla, həyətyanı torpaq sahəsinin orta hissəsindən 49,06 metr uzunluğunda sərhəd hasarı çəkilməklə, sahəsi 1407.41 m2 olan hissə təcrid sahə şəklində ayrılaraq verilməli; - İşə baxılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə xərci Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülməli; - Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Babək rayonu Zeynəddin kəndində yerləşən Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan 0.3058 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi naturada bölünsün. Mübahisə predmeti olan daşınmaz əmlakdan İddiaçı aid ½ hissə həyətyanı torpaq sahəsinin daxilində 1-ci və 2-ci mənzilin yaradılması zamanı torpaq sahəsinin aşağı hissəsindən təqribən eni 31,78 metr, yuxarı hissəsindən 23,86 metr olmaqla, həyətyanı torpaq sahəsinin orta hissəsindən 49,06 metr uzunluğunda sərhəd hasarı çəkilməklə, sahəsi 1407.41 m2 olan hissə təcrid sahə şəklində ayrılaraq verilsin. İşə baxılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə xərci Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar