Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-278/2020 21.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikah dövründə qazanılmış birgə əmlakın bölünməsi” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, birgə əmlakları sayılan “Lifan” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdehlə onun arasında bölünməsi, həmin avtomobil bölünərkən birgə nikahlarından xx xxxxxx 2016-cı il tarixdə doğulmuş oğlanları X3 və xx xxxxxx 2018-ci il tarixdə doğulmuş qızları X2 mənafeləri nəzərə alınaraq “Lifan” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 3/2 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı bildirdi ki, Cavabdeh ilə onun arasında xx xxxxxx 2014-cü il tarixdə nikah bağlanıbdır, birgə nikahlarından onların xx xxxxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxx 2018-ci il təvəllüdlü X6 doğulubdur. Cavabdeh ilə yola gedə bilmədikləri üçün Kəngərli Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, övladları Hüseyn və Tellinin onun yanında qalması və hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat aliment cavabdehdən alınaraq ona verilməsi qət edilibdir. Cavabdeh ilə birgə nikah dövründə xx xxxxxx 2016-cı il tarixdə “Lifan” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı minik avtomobil alınıbdır, həmin avtomobil bu gündə cavabdehin istifadəsindədir. O iki uşağı ilə atasına məxsus evdə yaşayır, onun maddi imkanı yoxdur ki, özü və uşaqları üçün ev tikib ayrı yaşasın, atasının yanında on nəfər ailə üzvləri ilə yaşayır, evə qazanc isə tək atası işləyib gətirir, həmin avtomobili isə onlar 25000 manata alıblar, o uşaqlarının da nəzərə alınaraq avtomobilin dəyərinin üçdə ikisi ona verilməsini istəyir, hal-hazırda taksi fəaliyyəti göstərən avtomobillərin qiyməti 30000 manatdır. Sonda iddiaçı göstərilənləri nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, birgə nikah dövründə alınan “Lifan” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı minik avtomobil il əlaqədar onunla cavabdeh arasında paylar məhkəmə və ya digər qaydada müəyyən olunmayıbdır, o uşaqlarının mənafelərinin nəzərə alınaraq avtomobilin dəyərinin üçdə iki hissəsinin ona verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, İddiaçı ilə o 2012-ci ildə ailə qurubdur, onların nikahlarından xx xxxxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxx 2018-ci il təvəllüdlü X6 doğulubdur, iddiaçı ilə yola getmədikləri üçün onların nikahı Kəngərli Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə pozulubdur, həmin qərarla övladları Hüseyn və Telli ananlarının yanında saxlanılıbdır və uşaqlarının saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin iddiaçıya ödənilməsi qərar verilibdir. O halhazırda alimenti vaxtı-vaxtında ödəyir, lakin iddiaçı onun uşaqları ilə görüşməsinə maneçilik törədir, o da uşaqlarını düşünür, uşaqlarının gələcəyi üçün əlindən gələni etməyə hazırdır, hal-hazırda onun maddi imkanı yoxdur ki uşaqları üçün əlavə nəyisə etsin. Əlavə olaraq Cavabdeh bildirdi ki, iddiaçının tələb etdiyi avtomobili o almayıbdır, həmin avtomobilin pulunu onun atası ödəyibdir, lakin buna baxmayaraq qanunla iddiaçıya düşən payın dəyərini hissə-hissə ödəməyə etiraz etmir, onun iddiaçının tələb etdiyi məbləğdə pulu yoxdur. Həmin avtomobili alqı-satqı müqaviləsi ilə atası alıbdır iddiaçının dediyi kimi avtomobilin qiyməti 30000 manat deyil. Sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, onun adına qeydiyyata alınan avtomobil tərəflər arasında paylar müəyyən olunmayıbdır, lakin qanunla tərəflərə düşən payın iddiaçıya verilməsinə etiraz etmir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Kəngərli rayonu, Xok kəndidə qeydiyyatdadır. İş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 114 №-li arayışdan məlum olur ki, Cavabdeh Babək rayonu Babək şəhərində qeydiyyatdadır. İş materiallarında olan Kəngərli Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(111)-38/2020 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə Babək rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 215 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx xxxxxx 2016-cı il tarixdə doğulmuş oğlanları X3 və xx xxxxxx 2018-ci il tarixdə doğulmuş qızları X6 anaları İddiaçı yanında saxlanılmış və uşaqların saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat pul tutularaq İddiaçı verilməsi qət edilibdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X8 Babək Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2020-ci il tarixli, 1/842 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər ilə müəyyən olunur ki, Cavabdeh adına “Naz Lifan LF 7162C620“ markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X5 Sistemində qeydiyyata alınıbdır. Məhkəmə toplanmış sübutlara, tərəflərin izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin- 213.1.-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1.-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4.-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. 223.2.-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə, məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında birgə nikah dövründə qazanılmış əmlaka dair paylar müəyyən olunmadığından, cavabdeh isə birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin 2/3 hissəsinin ona verilməsini tələb etdiyindən iddiaçının tələbi təmin edilə bilməz. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia rədd edildiyinə görə iş üzrə iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Çünki Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı birgə əmlakları sayılan “Lifan” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdehlə onun arasında bölünməsi, həmin avtomobil bölünərkən birgə nikahlarından xx xxxxxx 2016-cı il tarixdə doğulmuş oğlanları X3 və xx xxxxxx 2018-ci il tarixdə doğulmuş qızları X2 mənafeləri nəzərə alınaraq “Lifan” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 3/2 hissəsinin ona verilməsi barədə tələbi rədd edilsin.- İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-278/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-278/2020
21.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver