Məhkəmə qərarları › İş №2(079)-298/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-298/2020

21.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-298/2020 21.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı daşınmaz əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ payda mülkiyyət hüququnun tanınması, mərhum ərinin ½ payının faktiki qəbulu faktının və qəbul olunmuş hissədə payın müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayonu, Nəzərabad kəndində yerləşən mərhum X2 adına xx xxxxxx 2019-cu il tarixdə reyestrdə ********** nömrə ilə qeydiyyata alınmış 0.2633 ha torpaq sahəsi və ümumi sahəsi 126.03 kv.m olan daşınmaz əmlak birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla İddiaçı ½ payda mülkiyyət hüququnun tanınması, mərhum X2 ümumi mülkiyyətdə olan ½ payına münasibətdə İddiaçı tərəfindən faktiki qəbulu faktının müəyyən olunması, İddiaçı mərhum X2 adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alınmış daşınmaz əmlakda payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizəsində işin məhkəmədən kənar həll edilməsi üçün hazırda iddia ərizəsinin qaytarılmasını və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələri barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 56215 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı daşınmaz əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ payda mülkiyyət hüququnun tanınması, mərhum ərinin ½ payının faktiki qəbulu faktının və qəbul olunmuş hissədə payın müəyyən olunması tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 56215 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar