Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-304/2023 01.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak üzərində payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 02 may 2023-cü ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə Babək rayonu Qahab kəndində əldə etdikləri 0.2855 hektar torpaq sahəsindən, 155,08 kvadrat metr yaşayış evindən və “Vaz 2101” markalı, 67-BD516 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsindən ona çatan ½ , Babək rayonu Qahab kəndində əldə etdikləri 7092 kvadrat metr (389C-də sahəsi 2520 kvadrat metr, 389-da sahəsi 4572.00 kvadrat metr olan) kənd təsərrüfatı məhsulları istehsalı torpaqlarından isə ¼ pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh ilə 08 yanvar 1987-ci il tarixində rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurmuşam. Bizim birgə nikahımızdan iki övladımız dünyaya gəlmişdir. Babək Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(079)-117/2020 nömrəli qətnaməsi ilə nikahımıza xitam verilmişdi. Birgə nikahda olarkən cavabdehin adına Babək rayonu Qahab kəndində əldə etdiyimiz 0.2866 hektar torpaq sahəsi, 155,08 kvadrat metr yaşayış evi, “Vaz 2101”markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı və “YMZ-6L”markalı, Az85-T-205 dövlət qeydiyyat nişanlı traktor, Babək rayonu, Qahab kəndində 7092 kvadrat metr kənd təsərrüfatı məhsulları istehsalı torpaqları qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan əmlaklar cavabdehlə mənim birgə nikahda olduğumuz dövrdə əldə olunduğundan birgə mülkiyyət hesab olunur. Bu səbəbdən də Babək rayonu, Qahab kəndində 0.2855 hektar torpaq sahəsindən, 155,08 kvadrat metr yaşayış evindən, “Vaz 2101” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsindən ½ pay hüququmun, 7092 kvadrat metr kənd təsərrüfatı məhsulları istehsalı torpaqlardan isə ¼ pay hüququmun müəyyən olunmasını istəyirəm. Qeyd olunan iddia ərizəsi Babək Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 01 iyun 2023-cü il tarixə, saat 1600-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə 03 may 2023-cü il tarixli məhkəmə bildirişi ilə məlumat verilsə də, onlar məhkəmə hazırlıq iclasında iştirak etmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə bildirişinin iddiaçıya 06 may 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Cavabdehə göndərilmiş məhkəmə bildirişi onun Babək rayonu, Qahab kəndində yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılmışdı. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Qahab kəndində qeydiyyatda olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəməyə tərəflərin mobil telefon nömrəli təqdim edilmədiyindən onlara "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə SMS bildiriş verilməsi mümkün olmamışdı. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, o, iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 02 may 2023-cü il tarixli, 7272 (********** GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak üzərində payların müəyyən olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 02 may 2023-cü il tarixli, 7272 (********** GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-304/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-304/2023
01.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver