Məhkəmə qərarları › İş №2(079)-343/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-343/2025

18.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-343/2025 18.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış öhdəliyin və tikinti materiallarının dəyərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 25 aprel 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə birgə nikah dövründə bağlanılmış kredit müqaviləsi üzrə tərəfindən ödənilmiş 4480 manat (dörd min dörd yüz səksən manat) pulun yarısı olan 2240 (iki min iki yüz qırx) manatın cavabdehdən alınıb ona verilməsi, qalıq məbləğin (yəni 12792 manatın) ½ hissədə Cavabdeh ilə paylarının bölünərək Kapital Bank ASC-nin Naxçıvan Filialına ödənilməsi, həmçinin tikinti materiallarının dəyərinin yəni 3922 (üç min doqquz yüz iyirmi iki) manat pulun yarısının (1961 manat), o cümlədən də mediasiya xərci 50 (əlli) manat və tərəfindən ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(079)-437/2024 nömrəli qətnaməsi ilə mənimlə Cavabdeh arasında 07 iyun 2002-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində bağlanmış və 132 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Biz xx.xx.2024-cü il tarixdə boşanmışıq. Birgə nikah dövründə xx.xx.2024-cü il tarixdə “Kapital Bank" ASC-in Naxçıvan filialı ilə bağladığım kredit müqaviləsinə əsasən bankdan 15200 (on beş min iki yüz) manat 36 ay müddətinə kredit götürmüşəm. Krediti götürdüyüm vaxtdan etibarən hər ay aylıq kredit borcunu mən ödəmişəm. Yəni 8 aydır ki, hər ay mən kredit ödəniş cədvəli üzrə 552 manat 31 qəpik (beş yüz əlli iki manat otuz bir qəpik) olan borcu 560 manat (beş yüz altmış) manat olaraq ödəmişəm. Ümumilikdə 8 ay ərzində kredit müqaviləsi üzrə 4480 manat (dörd min dörd yüz səksən) manat pul ödəmişəm. Banka ödənilməmiş 12792 (on iki min yeddi yüz doxsan iki) manat məbləğində kredit borcu qalır. Biz boşandıqdan sonra bir müddət Babək rayonu Sirab kəndində eyni evdə yaşamışıq. Mən müəllim işlədiyim üçün hər gün səhər 07:30-da evdən çıxıb məktəbə gedirdim. Günorta saatlarında evə qayıdırdım. Bəzi günlərdə isə dərməkdə olduğum üçün evə gec saatda gəlirdim. Cavabdeh xx.xx.2025-ci il tarixə qəрел mənimlə eyni evdə yaşayıb. O getməzdən bir neçə gün əvvəl həyətdə evin təmir olunmasından sonra artıq qalan tikinti materiallarım hər gün hissə-hissə maşınlarla daşıyıb aparmış, lakin çox təssüflər olsun ki, mənim bundan an sonda xəbərim olmuşdur. xx.xx.2025-ci il tarixdə mən həyətdə olan tikinti materiallarının hamısının mənim xəbərim və razılığım olmadan Cavabdeh tərəfindən aparıldığını görüb polisə şikayət etdim, lakin oradan mənə məhkəməyə müraciət etməyim tüvsiyyə olunduğundan məcburiyyət qarşısında qaldığım üçün məhkəməyə müraciət edirəm. Həmin tikinti materiallarının siyahısı və dəyəri aşağıdakı kimidir: 1. Dəmir şifer (41 ədəd)-1476 manat 2. Parça şifer (25-30 ədəd)-600 manat 3. Profil 8x8 (10 ədəd)-600 manat

4. Dəmir boru 80-lik (2 ədəd)-120 manat 5. Su çəni 500 litrlik (1 ədəd)-200 manat 6. 4 metrlik 50-lik boru (12-15 ədəd)-176 manat 7. Hamam samovarı (1 ədəd)-150 manat 8. Armatur (1,5 ton)-500 manat 9. Çən altlığı (1 ədəd)-70 manat 10. Balaca borular-30 manat. Həmin əşyaların dəyəri 3922 (üç min doqquz yüz iyirmi iki) manat təşkil edir. Mübahisənin həlli məqsədilə X1 müraciət etdim, lakin eavabdeh mediasiya prosesində iştirak etmədi. Mediasiya ilə bağhı müvafiq arayış əldə olunaraq işə əlavə olunmuşdur. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası keçirilərək məhkəmə baxışı iclası 18 avqust 2025-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “22” iyul 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış öhdəliyin və tikinti materiallarının dəyərinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırdığını, iddiadan imtina etdiyini və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçının iddiadan imtinasını nəzərə alan məhkəmə qeyd edir ki, MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (MPM-in 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (MPM-in 5.4, 52.1-52.3-cü maddələri). Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış öhdəliyin və tikinti materiallarının dəyərinin ödənilməsi tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan branch filialı vasitəsi ilə 22 aprel 2025-ci il tarixli, ********** GPP nömrəli qəbzlə ödədiyi 90 (doxsan) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış öhdəliyin və tikinti materiallarının dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan branch filialı vasitəsi ilə 22 aprel 2025-ci il tarixli, ********** GPP nömrəli qəbzlə ödədiyi 90 (doxsan) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar