Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-367/2021 31.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə inşa edilmiş yaşayış evinə çəkilən xərclərin və alınmış ev əşyalarının bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 12 iyul 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Babək rayonu, Cəhri qəsəbəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Cavabdeh ilə birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evinə çəkilən 40000 (qırx min) manat məbləğində xərcin ona çatacaq hissəsi olan 20000 (iyirmi min) manatın, həmçinin ev əşyalarının və ya onların dəyərinin yarısı olan 4422 (dörd min dörd yüz iyirmi iki) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh ilə 09 oktyabr 2003-cü il tarixdə ailə qurub, 03 iyun 2005-ci il tarixdə nikahımızı rəsmiləşdirdik. Bizim həmin nikahdan üç övladımız doğulub. Lakin müəyyən səbəblərdən aramızda olan nikah T.Hüseynovun iddiası əsasında Babək Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(079)-40/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Biz birgə nikahda olarkən 2004-cü il tarixdə yaşadığımız Babək rayonu, Cəhri qəsəbəsində bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi üzərində özülündən başlayaraq 3 otaq, 1 salon, 1 mətbəx, hamam tualet və digər qeyri-yaşayış sahələrindən ibarət (tövlə, toyuq hini və 17 metr uzunluğunda açıq balkon) tikililər inşa edib, təmir edərək ayrıldığımız bir günə kimi orada yaşamışıq. Turab məqsədli şəkildə həmin üzərində ev tikdiyimiz bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini və evi adına rəsmiləşdirmir. Biz birgə nikahda olduğumuz müddətdə təxminən həmin evin və qeyri-yaşayış sahələrinin tikintisinə 40000 (qırx min) manatadək xərc çəkmişik. Hazırda Turabla aramızda bağlanmış nikah pozulduğuna görə biz ayrı yaşadığımızdan onunla birgə nikah dövrü tikdiyimiz həmin evə çəkilmiş xərclərin yarısı olan, yəni 20000 (iyirmi min) manat məbləğində pul cavabdehdən alınıb mənə verilməlidir. Mən Turabla birgə nikah dövrü inşa etdiyimiz evə çəkilən xərclərin mənə çatacaq hissəsini və aldığımız_ev əşyalarının dəyərinin yarısını cavabdehdən dəfələrlə tələb etsəm də mənə çatacaq payın verilməsindən qəti olaraq imtina edib. Ona görə də mən məcbur qalıb bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edirəm. Həmin ev əşyaları dəyəri 8.844 (səkkiz min səkkiz yüz qırx dörd) manat təşkil edən 1500 manat dəyərində bir ədəd BEKO markalı soyuducu, 750 manat dəyərində bir ədəd ARÇELİK markalı paltaryuyan maşın, 900 manat dəyərində BEKO markalı 107 ekran plazma televizor, 2700 manat dəyərində Baymak markalı isitmə sistemi (pətəklərlə birlikdə), 500 manat dəyərində 5 x 3.50 sm ölçüdə 2 ədəd Türkiyə istehsalı xalça, 1100 manat dəyərində mətbəx mebel dəsti, 200 manat dəyərində 1 ədəd qonaq stolu, 200 manat dəyərində 1 ədəd uşaq yataq dəsti, 84 manat dəyərində 180 ədəd (üç qutu) stəkan, 75 manat dəyərində 150 ədəd nəlbəki, 180 manat dəyərində 300 ədəd aş üçün boşqab, 165 manat dəyərində 400 ədəd plov üçün boşqab, 150 manat dəyərində 500 ədəd dolma üçün boşqab, 215 manat dəyərində 500 ədəd çəngəl-bıçaq, 75 manat dəyərində 15 ədəd məcməyi, 50 manat dəyərində 150 ədəd salat qabından ibarətdir. “31” avqust 2021-ci ildə keçirilən məhkəmə baxışı iclasında İddiaçı ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı birgə nikah dövründə inşa edilmiş yaşayış evinə çəkilən xərclərin və alınmış ev əşyalarının bölünməsi tələbinə dair iddianın baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə inşa edilmiş yaşayış evinə çəkilən xərclərin və alınmış ev əşyalarının bölünməsi tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 06 iyul 2021-ci il tarixli, 10646 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə inşa edilmiş yaşayış evinə çəkilən xərclərin və alınmış ev əşyalarının bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 06 iyul 2021-ci il tarixli, 10646 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Həmçinin qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-367/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-367/2021
31.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver