Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-378/2021 18.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı “17” iyul 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan “Daimler Benz 124” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınıb özünə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, 17 fevral 2017-ci il tarixdə Sədərək rayonu, Heydərabad kənd sakini X3 mülkiyyətində olan, etibar edilən Cavabdeh alqısatqı müqaviləsi əsasında “Daimler Benz 124” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışam. 13 mart 2017-ci il tarixdə həmin avtomobili idarə etmək üçün atam Cavabdeh etibar etdim. Həmin gündən avtomobili hər ikimiz idarə edirdik. 2021-ci ilin mart ayında atamla anamın ailə münasibətləri pozulduğundan atam Nizami avtomobili sənədlərlə birlikdə aparıb gizlətdi və məni maşın sürməyə icazə vermədi. Mən dəfələrlə atamdan həmin avtomobili qaytarmasını tələb etsəm də vermək istəmir. Mən məcbur qalıb 04 iyun 2021-ci il tarixdə Cavabdeh verdiyim etibarnamənin qüvvəsinə xitam verilməsi barədə Babək Rayon Notariat ofisinə müraciət etdim və bu barədə atama bildirdim. Atam bütün bunlara baxmayaraq mənə məxsus avtomobili yenə özümə qaytarmadı. Hesab edirəm ki, mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı 16 avqust 2021-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək Ordubad rayonunda işlədiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsaslanaraq məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, Cavabdeh X1 etibarnamə əsasında idarə etdiyi “Daimler Benz 124” markalı maşını alqı-satqı müqaviləsi əsasında oğlu, yəni İddiaçı mülkiyyətinə verdiyini, bir müddət sonra iddiaçının da atasına, yəni Cavabdeh 13 mart 2017-ci il tarixdə etibarnamə verdiyini, tərəflərin bir müddət həmin maşını birgə istifadə etdiklərini, daha sonra onların arasında baş verən ailə-məişət problemləri zəminində Cavabdeh maşının açarını və onun sənədlərini götürüb gizlətdiyini, iddiaçının həmin maşından istifadəsinə maneçilik yaratdığını, bunun qarşılığında İddiaçı da cavabdehə verdiyi etibarnaməni 04 iyun 2021-ci ildə ləğv etdiyini, iddiaçının məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında 17 fevral 2017-ci ildə Sərvər adlı şəxsdən “Daimler Benz 124” markalı maşını etibarnamə ilə aldığını, əvəzində “015” markalı maşını Sərvərə verdiyini, Sərvərin bunun əvəzində həmin “Daimler Benz 124” markalı maşının üzərində ona 3000 manat əlavə pul verdiyini, Sərvərdən aldığı “Daimler Benz 124” markalı maşının buraxılış ilinin köhnə olduğunu, özünün isə Sərvərə verdiyi “015” markalı maşının yeni olduğunu, həmin gün aldığı maşını mülkiyyətinə keçirmək üçün X8 İdarəsinə müraciət etdiyini, orada ona maşını etibarnamə əsasında aldığı üçün öz adına keçirə bilməyəcəyini bildirdiklərini, buna görə də maşını oğlu Siyamətin adına keçirərək onunla alqı-satqı müqaviləsi bağladığını, həmin maşını almaqda məqsədləri əkin-biçin etmək üçün olduğunu, ona verilən 3000 manat pul ilə əlavə Qazel markalı maşın aldığını, oğlunun 13 mart 2017-ci il tarixdə ona verdiyi etibarnamə əsasında həmin “Daimler Benz 124” markalı maşını birgə istifadə etməyə başladıqlarını, bunun 2021-ci ilin mart ayına kimi davam etdiyini, 2021-ci ilin mart ayında arvadı ilə aralarında olan nikahın pozulduğunu, bundan sonra uşaqlarının ondan soyumağa başladıqlarını, münasibətlərinin korlandığını, oğlunun maşınla əldə etdiyi qazancın bir qismini ondan istədiyini, həmçinin gecə saat 2-də zəng edərək ona qarşı nalayiq ifadələr işlətdiyini, bu səbəbdən də onun həmin maşının sənədlərini və açarını götürdüyünü, həmin vaxtdan avtomobili ona idarə etməyi qadağan etdiyini qeyd edərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, “Daimler Benz 124” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında 17 fevral 2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alması, həmin avtomobili idarə etmək üçün İddiaçı Cavabdeh etibarnamə verməsi, iddiaçının 04 iyun 2021-ci ildə isə həmin etibarnaməni ləğv etməsi, iddiaçının valideynləri X4 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması və bundan sonra tərəflər arasında mübahisə predmeti olan əşya ilə bağlı mübahisənin yaranması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 İdarəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1/585 nömrəli məktubdan, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan buraxılış ili 1986-cı il, rəngi “Yaş asfalt”, mühərrik nömrəsi **********2767, ban nömrəsi WDB1241251A284299 olan, sedan tipli, “Daimler Benz 124 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı mülkiyyətində olması; -iddia tələbindən və işdə iştirak edən şəxslərin izahatlarından, həmçinin İddiaçı Babək rayon notariat ofisinə ünvanlandığı 04 iyun 2021-ci il tarixli **********768 nömrəli ərizədən “Daimler Benz 124” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İddiaçı 13 mart 2017-ci ildə Cavabdeh etibarnamə verməsi və 04 iyun 2021-ci ildə həmin etibarnaməni ləğv etməsi; -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan X4 ilə Cavabdeh iddiaçının valideynləri olması; -iş materiallarına əlavə edilən və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 19 aprel 2021-ci il tarixli, AZ-İ seriyalı, 221842 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X4 arasında bağlanmış nikahın pozulması; -iddia tələbindən və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan Cavabdeh ilə X4 arasında ailə münasibətlərinin pozulmasından sonra tərəflər arasında mübahisə predmeti olan əşya ilə bağlı mübahisənin yaranması aydın olur. İddiaçı etibarnamə əsasında Cavabdeh sahibliyinə verdiyi “Daimler Benz 124” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz sahibliyinə geri qaytarılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 139.2-ci maddəsi ilə müəyyən edilir ki, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 İdarəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1/585 nömrəli məktubdan, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan buraxılış ili 1986-cı il, rəngi “Yaş asfalt”, mühərrik nömrəsi **********2767, ban nömrəsi WDB1241251A284299 olan, sedan tipli, “Daimler Benz 124 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz hallarından öz təsdiqini tapır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Mülki işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan əmlakın mülkiyyətçisi İddiaçıdur və o həmin avtomobili atası Cavabdeh etibarnaməli idarəçiliyinə vermişdi. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. İddiaçı isə mübahisə predmeti olan əşyaya sahiblik hüququnun pozulmasını, yəni atasına onu etibarnaməli idarəçiliyə verməsinə baxmayaraq onu geri qaytarılmadığını bildirir. Onun tələbinin hüquqi əsası ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 161-ci maddəsinə görə əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Həmin Məcəllənin 152.8-ci maddəsinin tələbinə görə isə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşyahüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər. Bunlardan da biri vindikasiya iddiasıdır ki, bu da Mülki Məcəllənin 157.2-ci maddəsində öz əksini tapıb. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh isə oğlunun maşınla əldə etdiyi qazancın bir qismini ondan istədiyini, həmçinin gecə saat 2-də zəng edərək ona qarşı nalayiq ifadələr işlətdiyini, bu səbəbdən də onun həmin maşının sənədlərini və açarını götürdüyünü, həmin vaxtdan avtomobili ona idarə etməyi qadağan etdiyini qeyd etsə də, iddiaçıya məxsus olan avtomobilin öz sahibliyində saxlanılması ilə bağlı məhkəməyə qanuni əsas təqdim edə bilməmişdi. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı sayıldığından təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - Buraxılış ili 1986-cı il, rəngi “Yaş asfalt”, mühərrik nömrəsi **********2767, ban nömrəsi WDB1241251A284299 olan, sedan tipli, “Daimler Benz 124 minik” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı sahibliyinə geri qaytarılmalı; - Cavabdeh Qəhraman oğlundan 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin edilsin. Buraxılış ili 1986-cı il, rəngi “Yaş asfalt”, mühərrik nömrəsi **********2767, ban nömrəsi WDB1241251A284299 olan, sedan tipli, “Daimler Benz 124 minik” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı sahibliyinə geri qaytarılsın. Cavabdeh Qəhraman oğlundan 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-378/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-378/2021
18.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver