Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-383/2023 28.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı Muradova (Əsgərova) Sara Yusifəli qızı, Muradova (Əsgərova) Sara Yusifəli qızının vəkil-nümayəndəsi Nümayəndə, iddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı2 və Cavabdeh iştirakları ilə, Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar Muradova (Əsgərova) Sara Yusifəli qızı, X2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 hektar yaşayış məntəqələrinin torpaq sahəsindən və 1.06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, biz və cavabdeh Babək rayonu Nehrəm qəsəbəsində əldə etdiyimiz yaşayış məntəqələri təyinatlı torpaq sahəsi paylı şəkildə adlarımıza xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin dövlət reyestrində 21/45 nömrəli reyestr kitabının 8612 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu hal Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş çıxarış ilə öz təsdiqini tapmaqdadır. Həmçinin Babək rayonu Nehrəm kəndində 27 sentyabr 1999-cu il tarixli, Babək Rayon Aqrar İslahat Komissiyasının 81 nömrəli qərarı əsasında 1.06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi də əldə etmişik. Bu səbəbdən də hazırda Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 hektar yaşayış məntəqələrinin torpaq sahəsindən və 1.06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən pay hüquqlarımızın müəyyən olunmasını istəyirik. Qeyd edirik ki, hal-hazırda həmin torpaq sahəsi Cavabdeh istifadəsindədir və həmin torpaq üzərində illər öncə birgə nikah dövrü tikilmiş evimiz də mövcuddur. Həmin torpaq sahəsi və üzərində yerləşən ev və çöl torpaq sahəsi Cavabdeh nəzarəti altında olduğundan biz həmin torpaq sahələri üzərində öz mülkiyyət hüquqlarımızı həyata keçirə bilmirik və mülkiyyət hüquqlarımız cavabdeh tərəfindən pozulur. Göstərilən tələb ilə bağlı olaraq mediasiyaya müraciət edərək ilkin mediasiya sessiyasında iştirak edilsə də, orada tələb öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişik. İddiaçı Muradova (Əsgərova) Sara Yusifəli qızı izahatında Babək rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ümumi mülkiyyətlərinə verilmiş yaşayış təyinatlı torpaq sahəsi üzərində nikah dövrü yaşayış evi tikib birlikdə yaşadıqlarını, 2019-cu ilin fevralından etibarən münasibətlərinin pozulduğunu və 2022-ci ilin oktyabrında nikahlarının qeydiyyat orqanında razılıq əsasında pozulduğunu, ondan sonra özünün övladlarının yanında yaşamağa məcbur qaldığını, belə ki Adilin onu evə buraxmadığını, hazırda da həmin və çöl torpağının cavabdehin istifadəsində olduğunu, onun həmin torpaqda tikilmiş evdə yaşadığını və çöl torpağını istifadə etdiyini, halbuki hər iki torpaq sahəsinin övladları və özü də daxil olmaqla mülkiyyətə verildiyini, buna baxmayaraq heç birinin həmin torpaqlara girib-çıxa bilmədiyini, öz qazancı hesabına yaşayış təyinatlı torpağı 2023-cü ilin aprel ayında sənədləşdirib çıxarış aldığını, orada da hər birinin haqqı olduğunun göstərildiyini, çöl torpağının isə islahat dövrü verilmiş sənədlə mülkiyyətlərində olduğunu, bu səbəblərdən də payının müəyyən olunmasını bildirmiş, sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında mülkiyyətlərində olan hər iki torpaq sahəsinin atası yəni cavabdehin istifadəsində olduğunu, atası ilə anası arasında münasibətlər pozulduqdan, onlar ayrıldıqdan sonra atasının anası da daxil olmaqla heç birinin oraya daxil olmasına icazə vermədiyini, yaşayış torpağında tikilmiş evdə hazırda atasının təklikdə yaşadığını, anasının qardaşları və onun yanında yaşamağa məcbur qaldığını, çöl torpağının da həmişə atası tərəfindən istifadə olunduğunu, hazırda da onun istifadəsində olduğunu, onların mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün paylarının müəyyən olunmasının vacib olduğunu bildirib, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında iddianı qəbul etmədiyini, keçmiş arvadı və uşaqlarına verəcək heç nəyinin olmadığını, faktiki olaraq ayrılmazdan əvvəl Saranın Naxçıvana ondan əvvəl gəldiyini, onun evdə gedib yaşaya bilmək imkanı olduğu halda getmədiyini, boşanmazdan əvvəl 6 ay ərzində həmin torpaqda tikilmiş evdə səbrlə onu gözləsə də gəlmədiyini, indi isə heç həmin evin altındakı torpağın sənədinin mövcud olmadığını, özü bununla bağlı torpağın sənədinin verilməsi ilə bağlı Torpaq Komitəsinin Babək rayon şöbəsinə müraciət etsə də ona torpağın sənədinin olmadığını bildirdiklərini, çıxarışın isə saxta sənədlərlə alındığını, həmin torpağın isə islahatdan əvvəl onların istifadəsində olduğunu, özündə həmin torpağın şəhadətnaməsinin heç vaxt olmadığını, onda ancaq çöl torpağının dövlət aktının olduğunu, çöl torpağında payların bölünməsinə isə etirazının olmadığını, çöl torpağını münasibətləri pozulmadan öncə qızı Mehribanın kirayəyə verib ondan faydalandığını, həmin torpağda hazırda özünün arpa əkdirdiyini, yaşayış torpağında yerləşən evdə də hazırda tək yaşadığını, iddiaçıların oraya gəlməyə cəhd etmədiklərini, övladlarının onu təhqir etdiklərini, bütün bunlara görə onlara verəcək heç bir şeyin olmadığını bildirmiş və iddianın rədd olunmasını xahiş etmuşdir. İddiaçı Muradova (Əsgərova) Sara Yusifəli qızının vəkil-nümayəndəsi Nümayəndə izahatında yaşayış təyinatlı torpağa Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışda torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsinə əsas kimi Babək rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli, 49 nömrəli arayışına (600.00 kv.m) və Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarına (173.34 kv.m) istinad olunduğunu, Babək rayon Nehrəm qəsəbəsində yerləşən, tərəflərin ümumi mülkiyyətində olan yaşayış təyinatlı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin alınması üçün Daşınmaz Əmlaka müraciət etdiklərini, lakin sorğuya cavab olaraq belə bir şəhadətnamənin mövcud olmadığını bildirdiklərini, buna baxmayaraq Babək rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli, 49 nömrəli arayışında tərəflərin adına müvafiq əmrlə 600.00 kv.m yaşayış təyinatlı torpaq sahəsinin ayrıldığını bildirdiklərini, bundan əlavə faktiki istifadədə olan torpaq sahəsinin kəsirinin isə Dövlət Aktı ilə verilmiş çöl torpağının 173 kv.m hissəsi ilə tamamlanaraq 773 kv.m torpaq sahəsinə dair çıxarışın verildiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutan məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən etmişdir ki, İddiaçı1, Cavabdeh, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi vardır. Həmçinin Babək rayonu Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 1.06 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İddiaçı1, Cavabdeh, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmişdir. Tərəflər arasında ümumi mülkiyyətdə olan əmlaklardan payların müəyyən olunması ilə bağlı razılaşma mövcud deyildir. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan belə məlum olur ki, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi paylar müəyyən olunmadan İddiaçı1, Cavabdeh, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətindədir. - JN-2650 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından belə məlum olur ki, Babək rayonu Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 1.06 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İddiaçı1, Cavabdeh, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı1 və Cavabdeh daxil olmaqla adlarına ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə Babək rayonu Aqrar İslahat Komissiyasının 29 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə JN- 2650 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 10630.68 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilir. Torpağa mülkiyyət hüququna dair dövlət aktı isə ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilmişdir. Qanunvericilikdə ümumi əşyaya birgə mülkiyyət yaranmasının konkret olaraq nəzərdə tutulmadığı hallarda əşyaya ümumi mülkiyyətin paylı mülkiyyət olması prezumpsiyası nəzərdə tutulmuşdur. Məhkəmə belə hesab edir ki, hər iki ümumi əmlak üzərində mülkiyyətçilərin payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Hazırki vəziyyətdə ümumi əmlakın bölünməsi ilə bağlı tərəflər arasında yekdil razılaşmanın olmaması müəyyən edildiyindən və ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumsiyasını nəzərə alan məhkəmə hesab edir ki, onların mübahisəli torpaq sahələri üzərində payları bərabər sayılır. Qanunvericiliyin mülki işə baxılmasını tələblə, həmin tələbi müəyyən edən hallarla və həmin halları müəyyən edən sübutlarla məhdudlaşdırdığını nəzərə alan məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı, Babək rayonu Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-2650 nömrəli dövlət aktı əsasında mülkiyyətə verilmiş Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 1.06 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/5 hissədə, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarış əsasında mülkiyyətə verilmiş Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/5 hissədə payı müəyyən olunmalıdır. Məhkəmə cavabdehin yaşayış təyinatlı torpaq sahəsinə verilmiş çıxarışın saxta əsaslarla hazırlandığına dair dəlillərinə münasibətdə qeyd edir ki, həmin torpağa Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışda torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsinə əsas kimi Babək rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli, 49 nömrəli arayışına (600.00 kv.m) və Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarına (173.34 kv.m) istinad olunmuşdur. İddiaçının vəkil-nümayəndəsi verdiyi izahatında Babək rayon Nehrəm qəsəbəsində yerləşən, tərəflərin ümumi mülkiyyətində olan yaşayış təyinatlı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin alınması üçün Daşınmaz Əmlaka müraciət etdiklərini, lakin sorğuya cavab olaraq belə bir şəhadətnamənin mövcud olmadığını bildirdiklərini, buna baxmayaraq Babək rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli, 49 nömrəli arayışında tərəflərin adına müvafiq əmrlə 600.00 kv.m yaşayış təyinatlı torpaq sahəsinin ayrıldığını bildirdiklərini, bundan əlavə faktiki istifadədə olan torpaq sahəsinin kəsirinin isə Dövlət Aktı ilə verilmiş çöl torpağının 173 kv.m hissəsi ilə tamamlanaraq 773 kv.m torpaq sahəsinə dair çıxarışın verildiyini bildirmişdir. Həmçinin məhkəmə cavabdehin sözügedən dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin - daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası adlanan 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması adlanan 141-ci maddəsinə əsasən isə əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. -141.2-cı maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən Muradova (Əsgərova) Sara Yusifəli qızının iddia qaldırılarkən ödədiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Muradova (Əsgərova) Sara Yusifəli qızına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə baxışının ümumi prinsiplərini rəhbər tutmaqla işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək yekun nəticəyə gəlmişdir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Babək rayonu Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-2650 nömrəli dövlət aktı əsasında mülkiyyətə verilmiş Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 1.06 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/5 hissədə payı müəyyən olunsun. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarış əsasında mülkiyyətə verilmiş Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0773 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində Muradova (Əsgərova) Sara Yusifəli qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/5 hissədə payı müəyyən olunsun. Muradova (Əsgərova) Sara Yusifəli qızının iddia qaldırılarkən ödədiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Muradova (Əsgərova) Sara Yusifəli qızına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-383/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-383/2023
28.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver