Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-390/2021 22.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, X4 Cavabdeh qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə qazanılmış əmlaka payın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 27 iyul 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarının ya özünü, ya da dəyəri olan 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində pulun alınıb ona verilməsi, həmçinin 01 iyun 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə edilmiş “Vaz 21074” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində birgə mülkiyyət hüququnun müəyyən olunub, payların müəyyən olunması və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh ilə 27 avqust 2014-cü il tarixdə Babək rayonu, Cəhri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmi nikah qeyd etdirib ailə qurmuşam. Bizim həmin nikahdan Hüseyn və Sevinc adlı övladımız doğulub. Cavabdeh iddiası əsasında aramızda olan nikah Babək Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2(079)-280/2020 saylı qətnaməsi ilə pozulduğundan mən onunla ailə quran zaman valideynlərim tərəfindən mənə verilmiş cehiz əşyalarımı 6 ay keçəndən sonra gedib götürdüm, lakin valideynlərim tərəfindən qızıma verilmiş qızıl-zinət, o cümlədən də cavabdeh tərəfindən mənə hədiyyə alınmış qızıl-zinət əşyalarımı vermədilər. Bundan başqa biz birgə nikahda olarkən 01 iyun 2020-ci il tarixdə Cavabdeh adına alqısatqı müqaviləsi əsasında “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil almışıq. Hal-hazırda Cavabdeh adınadır və onun tərəfindən də idarə olunur. Mən qızıl-zinət əşyalarımı və birgə nikah dövrü aldığımız “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildən mənə çatacaq 1/2 hissədə payı dəfələrlə Samirdən tələb etsəm də o, həm qızıl-zinət əşyalarımın mənə qaytarılmasından, o cümlədən də avtomobildən çatacaq 1/2 hissədə payın verilməsindən qəti olaraq imtina edir. Ona görə də mən məcbur qalıb bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edirəm. Qızıl-zinət əşyalarım ümumi dəyəri 2840 (iki min səkkiz yüz qırx) manat təşkil edən Türkiyə istehsalı, 585 əyar, 21 qram, 1850 (bir min səkkiz yüz əlli) manat dəyərində qızıl boyunbağı, qolbaq, Türkiyə istehsalı, 585 əyar, 8 qram, 700 (yeddi yüz) manat dəyərində brilyant qaşlı üzük, Nərimanın aldığı Türkiyə istehsalı, 585 əyar, 1.8 qram, 170 (bir yüz yetmiş) manat dəyərində qızıl nişan üzüyü və atamın qızıma aldığı Türkiyə istehsalı, 585 əyar, 1.5 qram, 120 (bir yüz iyirmi) manat dəyərində mavi qaşlı qızıl sırğadan ibarətdir. İddiaçı 25 avqust 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə qazanılmış əmlaka payın müəyyən olunması barədə Babək Rayon Məhkəməsində iddia qaldırdığını, mülki işə baxılması zamanı cavabdeh tərəfindən ona bir ədəd 585 əyar qızıl boyunbağı, bir ədəd 585 əyar brilyant qaşlı qızıl üzük və qızına alınmış bir ədəd 585 əyar mavi qaşlı qızıl sırğa təhvil verildiyindən həmin hissədə iddia tələbindən imtina etdiyini bildirmişdi. Məhkəmənin 25 avqust 2021-ci il tarixli qərardadı ilə qeyd edilən sonuncu əşyalara münasibətdə iddiaçının tələbindən imtinası qəbul edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdi. İddiaçı məhkəmədə iddiasını müdafiə edərək verdiyi izahatında cavabdehlə 27 avqust 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, cavabdehin atasına məxsus Cəhri qəsəbəsində yerləşən evdə yaşamağa başladıqlarını, aralarında olan bəzi problemlərə görə nikahları 15 dekabr 2020-ci il tarixdə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə pozuluduğunu, həmin qətnamə ilə uşaqların öz yanında qalmalarının müəyyən edildiyini, ata evində uşaqların saxlanılması üçün şərait olmadığından onların cavabdehin yanında qalmalarına dair razılıq ərizəsi verdiyini, evdən çıxarkən özü ilə birlikdə heç bir cehiz əşyası götürmədiyini, nikahın pozulmasından 6 ay sonra gedib evdəki bütün cehiz əşyalarını götürdüyünü, lakin qızıllarını tələb etsə də cavabdehin qızılların onda olmadığını bildirdiyini, iddia ərizəsində qeyd etdiyi qızıl boyunbağı və qolbağının komplektini cavabdeh tərəfindən toydan qabaq Cahan Ticarət Mərkəzindən ona hədiyyə alındığını, nişanlandıqdan gündən sonra həmin dəstin özündə olduğunu, brilyant qaşlı nişan üzüyünü cavabdehin qohumları ilə birlikdə gedərək 2014-cü ilin avqust ayının 3-də nişandan əvvəl aldıqlarını, həmin qızılın qiymətinin 700 manat olduğunu, Samirin kirvəsi Nərimanın isə 170 manata hədiyyə olaraq ona başqa tək qaşlı üzük aldığını, Nərimanın toydan sonra onların evinə qonaq gələn zaman həmin üzüyü ona hədiyyə etdiyini, mavi qaşlı qızıl sırğanın isə qızının ad günündə atasının hədiyyə olaraq aldığını, evdən çıxanda həmin qızılların heç birini götürə bilmədiyini, evdən çıxma şəraitinin qızıllarını özü ilə götürməyin mümkün olmadığını deməyə haqq verdiyini, həmin gün spazma keçirdiyini, qızıl-zinət əşyalarından qızıl dəstinə daxil olan bir ədəd 585 əyar qızıl boyunbağını, bir ədəd 585 əyar brilyant qaşlı qızıl üzüyü və qızına alınmış bir ədəd 585 əyar mavi qaşlı qızıl sırğanı məhkəmə işə baxılması zamanı Cavabdeh məhkəmədə ona təhvil verdiyini, lakin qızıl dəstinə daxil olan Türkiyə istehsalı, 585 əyar qolbağın və cavabdehin kirvəsi Nərimanın aldığı Türkiyə istehsalı, 585 əyar, 1.8 qram, 170 manat dəyərində qızıl nişan üzüyünün ona qaytarılmadığını, həmin üzüyün digər qızıl sırğaüzüklə birlikdə müalicə olunmaq üçün Bakı şəhərinə getdikləri zaman birgə nikah dövründə Samir tərəfindən 430-450 manata satıldığını, həmin pulun 200-250 manatını həkimə, 100 manatını isə yol pulu olaraq biletə verildiyini, qalan puldan isə xəbərinin olmadığını, qızıl qolbağın satılmasından isə ümumiyyətlə məlumatsız olduğunu, əlavə olaraq cavabdehin birgə nikah dövründə 3500 manata Vaz “2106” markalı maşın aldığını, həmin maşını qızının anadan olanda alındığını, 2 il sonra həmin maşını satdıqlarını, üzərinə 2300 manat pul qoyub Vaz “2107” markalı maşını aldıqlarını, həmin maşının da dəyərinin yarısının ona ödənilməsini istədiyini, nikah dövründə heç bir yerdə işləmədiyini, uşaqların qayğıları ilə məşğul olduğunu, cavabdehin VAZ “2107” markalı maşını heyvanları sataraq və atasının götürdüyü kreditin hesabına aldığını, ikinci, yəni hazırda istifadəsində olan maşını isə əvvəlki maşını 4000 manata sataraq üzərinə 2300 manat qoyaraq ümumilikdə 6300 manata nikah dövründə satın aldıqlarını bildirərək, yekunda iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı vəkili Vəkil iddiaçının dediklərinə əlavəsinin olmadığını bildirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında həqiqətən də 27 avqust 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə iddiaçı ilə ailə həyatı qurduğunu, Babək Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulduğunu, buna səbəb iddiaçının ona xəyanət etməsi olduğunu, Ayşənin uşaqlardan imtina etdiyini və hal-hazırda uşaqlara özünün baxdığını, onun iddia ərizəsində qeyd etdiyi qızılların bir qisminin, yəni qızıl dəstinə daxil olan bir ədəd 585 əyar qızıl boyunbağı, bir ədəd 585 əyar brilyant qaşlı qızıl üzüyü və qızına alınmış bir ədəd 585 əyar mavi qaşlı qızıl sırğanın özündə olduğunu və işə baxılması zamanı onları iddiaçıya geri qaytardığını, qızıl qolbağı isə Ayşənlə boşandıqdan sonra uşaqların ehtiyacını ödəmək üçün təxminən 2021-ci ilin fevral-mart aylarında satdığını, komplektə daxil olan sırğa-üzüyü, kirvəsi Nərimanın iddiaçıya hədiyyə olaraq aldığı tək qaşlı nişan üzüyünü 430 manata Ayşənlə birlikdə yaşadığı vaxt onun müalicəsi üçün Bakı şəhərinə aparmaq üçün satdığını və iddiaçının bundan xəbəri və razılığı olduğunu, əldə edilmiş pulu isə həkimə və yol xərcinə verdiyini, birinci aldığı Vaz “2107” markalı maşını atasının heyvanlarını satması və bankdan götürdüyü kredit hesabına 3500 manata aldığını, sonra 4000 manata həmin maşını satdığını və üstünə işləyib yığdığı 2300 manat pulu qoyaraq aldığını, yəni həmin maşının 4000 manatının atasına məxsus olduğunu, əgər yerdə qalan 2300 manatın bölünməsini istəyirsə, özünün buna razı olduğunu qeyd etmişdi. Mülki iş materiallarının işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflərin 27 avqust 2014-cü ildə nikaha daxil olması, onlar arasında bağlanmış nikahın pozulması, tərəflərin ayrı yaşaması, mübahisə predmeti olan qızıl-zinət əşyalarından Nəriman adlı şəxsin iddiaçıya hədiyyə olaraq aldığı tək qaşlı nişan üzüyünün tərəflərin birlikdə yaşadığı vaxt iddiaçının müalicə olunması üçün satılması, Cavabdeh mülkiyyətində “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması və onun 01 iyun 2020-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə edilməsi mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla öz təsdiqini tapır: -iş materiallarına əlavə edilən Babək Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2(079)-280/2020 nömrəli qətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə İddiaçı arasında 27 avqust 2014-cü ildə nikah bağlanması; -iddia ərizəsinə əlavə edilən Babək Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2(079)-280/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 12 iyul 2021-ci il tarixli, AZ-İ seriyalı, 400225 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması və nikahın pozulması zamanı iddiaçının özünə əvvəlki soyadını, yəni “Novruzova” soyadını seçməsi; -tərəflərin məhkəmədə verdiyi izahatlardan onların ayrı yaşaması, mübahisə predmeti olan qızıl-zinət əşyalarından Nəriman adlı şəxsin iddiaçıya hədiyyə olaraq aldığı tək qaşlı nişan üzüyünün tərəflərin birlikdə yaşadığı vaxt İddiaçı müalicə olunması məqsədi ilə satılması; - iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 İdarəsi tərəfindən verilmiş 03 iyul 2021-ci il tarixli, 1/638 nömrəli məktubdan, həmçinin ona əlavə edilmiş 01 iyun 2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqısatqısı müqaviləsinin surətindən “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh mülkiyyətində olması və onun 01 iyun 2020-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə edilməsi aydın olur. İddiaçının “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində birgə mülkiyyət hüququnun müəyyən olunub, payların müəyyən olunmasını, həmçinin cavabdehdən Türkiyə istehsalı, 585 əyar, qızıl qolbaq və Türkiyə istehsalı, 585 əyar, çəkisi 1.8 qram olan 170 (bir yüz yetmiş) manat dəyərində qızıl nişan üzüyünün dəyərinin və ya özünün ona qaytarılmasını tələb etməsi mülki işin mübahisəli hallarıdır. İşin mübahisə halının həlinə keçməzdən öncə məhkəmə bildirir ki, iddiaçı tələbində soyadını “Hüseynova” kimi qeyd etsə də, mülki işin mübahisəli hallarından onun soyadını dəyişdirərək “Novruzova” olması öz təsdiqini tapır. Bu səbəbdən də mülki işə X4 Cavabdeh qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə qazanılmış əmlaka payın müəyyən olunması tələbin kimi baxılmalıdır. Mülki işin mübahisəli halının həllinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Mülki işin mübahisəsiz hallarından müəyyən olur ki, dövlət reyestrində qeydə alınması zəruri olan daşınar əşya - avtomobil cavabdehin mülkiyyətindədir. İddiaçı isə həmin əşyanın birgə nikah dövründə əldə edildiyini bildirərək avtomobil üzərində öz payının müəyyən olunmasını istəyir. İddiaçının tələbi ilə bağlı məhkəmə bildirir ki, qeyd edilən əmlak üzərində payların müəyyən olunması üçün ilkin olaraq həmin əşyanın birgə nikah dövründə qazanılıbqazanılmamasına hüquqi aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Hazırki iş üzrə isə tərəflər məhkəməyə bu barədə hər hansı bir kontrakt və saziş təqdim etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsində isə ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan əmlak qeyd olunmuşdur. Həmin maddəyə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan aydın olur ki, “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən də tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Lakin qanunvericiliyin yuxarıda qeyd olunan normalarını rəhbər tutan məhkəmə onu da qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş bütün əmlak üzərində birgə mülkiyyət hüququ yaranmır. Belə bir hüququn yaranması üçün bu əmlakın eyni zamanda əvəzli şəkildə əldə olunması da zəruridir. Qeyd edilən halın araşdırılması zamanı müəyyən olunmuşdur ki, “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil əvəzli olaraq əldə edilmişdi. Belə ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 İdarəsinin 03 iyul 2021-ci il tarixli 1/638 nömrəli məktubundan aydın olur ki, “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh alqı-satqı müqaviləsi əsasında əldə etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən aydın olur ki, alqı-satqı müqaviləsi əvəzli müqavilədir. Yuxarıda qeyd olunanlardan görünür ki, mübahisə predmeti avtomobil həqiqətən birgə nikah dövründə qazanılmış əmlakdır və o tərəflərin ümumi mülkiyyətində olmuşdur. Mübahisə predmeti olan əmlak üzərində iddiaçının payının müəyyən olunmasına gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin əmlak üzərində olan payına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbinə görə mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213.1 və 213.2.-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Tərəflər arasında isə hazırki vəziyyətdə bu əmlakın bölünməsi ilə bağlı məhkəməyə razılıq təqdim edilməmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının “Vaz 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində birgə mülkiyyət hüququnun müəyyən olunub, payların müəyyən olunması tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələb etdiyi qızıl zinət əşyalarına gəldikdə isə məhkəmə onun tələbini bu hissəsinin hər bir əşyaya münasibətdə hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, tərəflərin məhkəmədə verdiyi izahatlardan aydın olur ki, İddiaçı iddia tələbində qeyd edilən nişan üzüyü cavabdehin kirvəsi Nəriman adlı şəxs tərəfindən ona hədiyyə alınmış və tərəflərin birlikdə yaşadığı dövrdə iddiaçının müalicə olunması məqsədi ilə satılmışdı. İddiaçının isə bundan xəbəri olmuş və onun razılığı ilə həmin əşya özgəninkiləşdirilmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddi hüquq normasının da tələbindən göründüyü kimi əşyanın alqı-satqı müqaviləsi əsasında alıcıya verilməsi şəxsin-satıcının həmin əşya üzərində mülkiyyət hüququnun itirməsinə, alıcının isə onun üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olur. İddiaçı isə mübahisə predmeti olan qızıl əşyasını öz iradəsi ilə satılması üçün Cavabdeh verməsi, sonuncunun isə onu satması ilə iddiaçı həmin əşya üzərində olan mülkiyyət hüququnu itirmişdi. Yəni hazırda İddiaçı Cavabdeh iddia ərizəsində qeyd etdiyi, Nəriman adlı şəxsin ona aldığı qızıl üzüyü tələb etmək hüququ yoxdur. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli qərarına əsasən subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarında qeyd olunanları nəzərə alan məhkəmə bildirir ki, mülkiyyət hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsində öz əksini tapıb. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə həmin Məcəllənin 157.8-ci maddəsinin tələbinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilən maddi hüquq normalarının tələbindən görünür ki, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı subyektiv hüquqa mülkiyyətçi və ya əmlaka sahiblik edən şəxs mənsubdur. İddiaçının isə hazırda qeyd edilən əşyaya münasibətdə bu hüquqlarının mövcudluğu təsdiq edilmir. Bundan başqa o, məhkəmədə verdiyi izahatında Cavabdeh qızıl üzüyü onun müalicə olunması məqsədi ilə satsa da, onun satılmasından əldə edilən pulun hamısını həmin məqsəd üçün xərcləmədiyi bildirmişdi. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı isə yuxarıda qeyd edilən halın təsdiqi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdi. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini Nəriman adlı şəxsin aldığı qızıl üzüyə münasibətdə əsaslı hesab etmir. İddiaçı tələbində qeyd etdiyi qızıl dəstinə daxil olan Türkiyə istehsalı, 585 əyar qızıl qolbağın özü və ya dəyərinin ona ödənilməsinin hüquqi həllinə gəldikdə məhkəmə bildirir ki, tələbin qeyd edilən hissəsinin məhkəmədə araşdırılmasından, həmin qızıl zinət əşyasının cavabdeh tərəfdən İddiaçı hədiyyə verilməsi öz təsdiqi tapır. Bu fakt tərəflərin izahatları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsində isə qeyd edilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qeyd edilən maddi hüquq normalarını işin halları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, hüquqi həllindən söz açılan qızıl zinət əşyası üzərində İddiaçı mülkiyyət hüququnun yaranmasının hüquqi əsası bağışlama müqaviləsi təşkil edir. Cavabdeh isə həmin əşyanı iddiaçı ilə boşandıqdan sonra uşaqların ehtiyacı üçün satdığını bildirir. Məhkəmə Cavabdeh nəzərinə çatdırır ki, qızıl qolbağın mülkiyyətçi İddiaçı olduğundan həmin əşya barəsində onun xəbəri və razılığı olmadan, yəni mülkiyyətçinin idarə ifadəsi olmadan satılması, barəsində müqavilə bağlanması mülkiyyətçinin hüquqlarının pozulması, onun maddi cəhətdən itkiyə məruz qoyması, yəni mülki məsuliyyətin yaranması ilə nəticələnən hərəkətdir. Belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərə əsaslanaq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qızıl üzüyün dəyərinin və ya özünün qaytarılması tələbi əsaslıdır. Məhkəmədə araşdırılmış sübutlardan iddiaçının tələbində qeyd etdiyi qızıl qolbağın özgəninkiləşdirilməsi öz təsdiqini tapdığından onun dəyəri cavabdehdən alınaq İddiaçı verilməlidir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin əşyanın dəyərinə gəldikdə isə qızıl-zinət əşyası naturada mövcud olmadığından onun çəkisini, ölçüsünü, istehsal yerini və dəyərinin müəyyən edilməsi üçün həmin sahə üzrə X1 işə cəlb edilmiş və ondan müvafiq məsləhətin verilməsi tələb olunmuşdur. X1 15 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı verdiyi şifahi və məhkəməyə təqdim etdiyi 16 sentyabr 2021-ci il tarixli yazılı məsləhətində qızıl qolbağın Türkiyə istehsalı olmaqla, çəkisinin təqribən 6 (altı) qram təşkil etməsi, onun 585 əyar olması, hazırda 585 əyar qızılın orta bazar qiymətinin 85 (səksən beş) olduğunu, bu qiymətlə hesabladıqda çəkisinə əsaslanmaqla qızıl üzüyün dəyərinin 510 (beş yüz on) manat ola biləcəyini bildirmişdi. Məhkəmə belə hesab edir ki, hazırda mübahisə predmeti naturada mövcud olmadığından və bu səbəbdən də qızıl-zinət əşyalarının çəkisini, ölçüsünü, istehsal yerini və dəyərinin müəyyən edilməsinin başqa formada müəyyən edilməsinin mümkünsüzlüyü baxımından mütəxəssisin məsləhəti sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 22 (iyirmi iki) manat, 50 (əlli) qəpik hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə işə baxılması zamanı məhkəmənin təşəbbüsü ilə qızıl-zinət əşyasının qiymətləndirilməsi üçün cəlb edilmiş mütəxəssisin çəkdiyi xərclərlə əlaqədar yaranmış 30 (otuz) manat məbləğində məhkəmə xərcinin 22 (iyirmi iki) manat, 50 (əlli) qəpik miqdarı Cavabdeh, 7 (yeddi) manat, 50 (əlli) qəpik məbləği isə X4 üzərinə qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -buraxılış ili 2006-cı il, rəngi “Göy”, mühərrik nömrəsi 8334235, həcmi 1600 kub santimetr, ban nömrəsi XTA**********1806 olan, sedan, “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə qazanılmış hesab olunub, onun ½ hissəsi Cavabdeh mülkiyyətində saxlanılmaqla, digər ½ hissəsinə İddiaçı mülkiyyət hüququ müəyyən olunmalı; - Çəkisi 6 (altı) qram, dəyəri 510 (beş yüz on) manat olan, Türkiyə istehsalı, 585 əyar qızıl qolbağın dəyəri Cavabdeh alınıb İddiaçı verilməli; -iddia qalan hissədə əsassız olduğundan rədd edilməli; -Cavabdeh 22 (iyirmi iki) manat, 50 (əlli) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməli; -30 (otuz) manat məbləğində məhkəmə xərcinin 22 (iyirmi iki) manat, 50 (əlli) qəpik məbləği Cavabdeh və 7 (yeddi) manat, 50 (əlli) qəpik miqdarı isə X2 alınaraq X1na verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia qismən təmin edilsin. Buraxılış ili 2006-cı il, rəngi “Göy”, mühərrik nömrəsi 8334235, həcmi 1600 kub santimetr, ban nömrəsi XTA**********1806 olan, sedan, “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə qazanılmış hesab olunub, onun ½ hissəsi Cavabdeh mülkiyyətində saxlanılmaqla, digər ½ hissəsinə İddiaçı mülkiyyət hüququ müəyyən olunsun. Çəkisi 6 (altı) qram, dəyəri 510 (beş yüz on) manat olan, Türkiyə istehsalı, 585 əyar qızıl qolbağın dəyəri Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Cavabdeh 22 (iyirmi iki) manat, 50 (əlli) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində məhkəmə xərcinin 22 (iyirmi iki) manat, 50 (əlli) qəpik məbləği Cavabdeh və 7 (yeddi) manat, 50 (əlli) qəpik miqdarı isə X2 alınaraq X1na verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-390/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-390/2021
22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver