Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-441/2025 22.09.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək rayon Sirab kəndində yerləşən ona məxsus fərdi yaşayış evində qalan əşyalarla birlikdə nikah dövründə alınaraq cavabdeh tərəfindən aparılmış cəmi əşyalar üzərində 1/2 hissədə payı müəyyən olunmaqla, həmin əşyaların ümumi dəyərinin 22330 (iyirmi iki min üç yüz otuz) manatın yarısı olan 11165 (on bir min bir yüz altmış beş) manat pul məbləğinin, o cümlədən də tərəfindən ödənilmiş mediasiya xərci olan 50 (əlli) manat və iş üzrə ödəmiş olduğu 74.00 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən- İddiaçı Cavabdeh ilə 07 iyun 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikah münasibətlərinə daxil olmuşııq. Birgə nikahımızdan iki övladımız dünyaya gəlmişdir. Cavabdehlə aramızda bir sıra anlaşmazlıqlar olduğundan ailə münasibətlərimizin davam etməsi qeyri-mümkiin olduğundan Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-437/2024 saylı qətnaməsi əsasında aramızda olan nikah pozulmuşdur. Cavabdeh ilə rəsmi nikah münaibətlərimiz sonlanmasına baxmayaraq sözügedən şəxs Babək rayon Sirab kəndində olan, xx.xx.2020-ci il tarixdə JN-520A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və Sirab bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 40 nömrəli Qərarı əsasında verilmiş, 3090 kv.m torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 106.94 kv.m olan fərdi yaşayış evində yaşamağa davam etmiş, sözürgdən evin birgə nikah dövründə əldə olunmuş əmlak kimi tanınmasını özündə ehtiva edən Babək Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş, 2(079)-102/2025 saylı, xx.xx.2025-ci il taridi Qətnaməsinin qəbul edilməsindən qısa müddət sonra - 26-27 fevral tarixlərində mənim bəhsi keçən fərdi yaşayış evində olmamağımı fürsət bilərək bir sıra qohumlarının da ''köməyi” ilə birgə nikah dövründə əldə olunmuş, ər-arvad kimi birgə vəsaitimiz hesabına alınmış ev əşyalarını özü ilə götürməklə evdən çıxmışdır. Aşağıda adlarım qeyd edəcəyim daşınmaz əmlakların hər birinin məhz nikah dövründə ümumi büdcə hesabına alınması faktının və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsində birbaşa təsbit olunmuş müddəaları nəzərə alınaraq Cavabdeh mənim razılığım olmadan əşyalara sözün əsl mənasında yiyələnməsini mənim mülkiyyət hüququmun pozulması kimi hesab etdiyimdən cavabdehlə məhkəməyə qədərki prosesdə ortaq məxrəcə gəlmək üçün X1 müraciət etsəm də, Təşkilat tərəfindən ünvanlanmış xx.xx.2025-ci il taıixli Arayışın da təsdiq etdiyi üzrə mediasiya prosesində cavabdehin iştirak etməməsi səbəbindən arayış verilməklə məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Cavabdeh tərəfindən evdən götürülmüş əşyalar və onların qiymətləri aşağıdakı kimidir: bir ədəd divan, iki ədəd kreslo- 1200 manat, bir ədəd yataq otağı mebeli (iki nəfərlik taxt. 1 ədəd tirmo, 2 ədəd dolab, bir ədəd şfaner) - 1500 manat, bir ədəd yataq dəsti (təkli)-150 manat, bir ədəd ıışaq şfaneri (uşaqlar üçün) - 300 manat, bir ədəd tirmo (150 manat), 4 ədəd tumba (1 x 50 manat) (uşaq üçün)- 350 manat, 4x2 m ölçüdə 1 ədəd paltar şkafı (böyük) - 1500 manat, 2 ədəd oturacaq - (1x10 manat) cəmi 20 manat, 2 ədəd ayaqqabı şkafı - (1 x 100 manat) - 200 manat, 2 ədəd stol (şüşə və taxta olmaqla) - cəmi 300 manat, 1 ədəd uşaq üçün çalışma masası - 250 manat, 5 ədəd 4x4 m ölçüdə xalça (1 x 300 manat) - cəmi 1500 manat, 5 ədəd 3x3 ölçüdə xalça (1 x 250 manat) - cəmi 1250 manat, 3 ədəd 3x2 ölçüdə xalça (1 x 150 manat)- cəmi 450 manat, 2 ədəd 4 metr (cəmi 8 metr) uzunluqda xalça (1 m x 35 manat) cəmi - 280 manat, 1 ədəd 12 metr xalça (1 metr x 35 manat) cəmi 420 manat, 2 ədəd kiçik ölçülü stol (1 x 150 manat) cəmi 300 manat, 1 ədəd paltar asılan ağ dolab - 200 manat, 1 ədəd dxovka - 150 manat, 3 dəst tək nəfərlik yorğan-döşək (1 dəst x 100 manat)-300 manat, 15 ədəd tək və cüt nəfərlik adyal - cəmi 1000 manat, 10 dəst mələfə/çxol/dəsmal seti- 300 manat, 2 ədəd taxt döşəyi (1 x 150 manat) - cəmi 300 manat, 15 qutu qab qacaq və mətbəx dəsti (boşqab çəngəl-qaşıq, salat qabı və s) - 1500 manat. Cəmi 13720 (on üç min yeddi yüz iyirmi) manat təşkil edir. Tələb olunan məbləğ 6860 (altı min səkkiz yüz altmış) manatdır. Birgə nikah dövründə alınmış və hazırda da fərdi yaşayış evində calan əşyalar və onların dəyəri aşağıdakı kimidir: 1 ədəd divan - 1000 manat, 1 ədəd təkli yataq - 150 manat, 1 ədəd kitab rəfi - 400 manat, televizor və altlığı (250 + 50 nanat) - 300 manat, 2 ədəd oturacaq (1x10 manat) cəmi 20 manat, 4 ədəd stul (1 x 20 manat) cəmi 80 manat, 1 ədəd masa- 150 manat, 3 ədəd 3x2 ölçüdə xalça (1 x 150 manat) cəmi -150 manat, 2 ədəd 3x4 ölçüdə xalça (1 x 300 manat) cəmi 600 manat, 1ədəd ütü masası- 40 manat, 4x2 və 1.7 x 2 ölçüdə mətbəx mebelləri- 1800 manat, 1 ədəd iran şopeni, stolüstü qaz respirator- cəmi 200 manat, 1 ədəd qəhvəyi dolab-120 manat, 1 ədəd kondisioner- 1000 manat, 1 ədəd soyuducu - 750 manat, pataryuyan - 600 manat, 15 metr ölçüdə pərdə - 100 manat, 3 dəst tək nəfərlik yorğandöşək-300 manat, 1 ədəd dəmir çarpayı- 50 manat, hamam otağı dəsti-500 manat. Cəmi: 8610 (səkkiz min altı yüz on) manat təşkil edir. Tələb edilən məbləğ: 4305(dörd min üç yüz beş) manatdır. Əşyaların ümumi qiyməti 22330(iyirmi iki min üç yüz otuz) manat təşkil edir. İddia tələbinin həcmi 11165 (on bir min bir yüz altmış beş) manatdır. Yuxarıda qeyd etdiyim əşyaların birgə nikah dövründə alınması laktını bir daha yüksək diqqətinizə çatdırmaqla həmin daşınar əşyaların ümumi mülkiyyətdə olduğunu (bəhsi keçən əşyaların mövcudluğunu təsdiq edən müvafiq fotoşəkillər CD formatda məhkəməyə təqdim ediləcəkdir), bir çox əşyanın cavabdeh tərəfindən götürüldüyünü və mənim ümumiyyətlə əşyaların naturada bölünməsi tərəfdarı olmadığımı bildirməklə, evdə qalan əşyalarla birlikdə nikah dövründə ahnmış cəmi əşyaların yuxarıda qeyd etdiyim qiymətdə dəyərinin məhkəmə tərəfindən nəzərə alınaraq sözügedən əşyaların ümumi dəyərinin yarısının cavabdeh tərəfindən mənə ödənilməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət edirəm. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, mülki iş üzrə hazırlıq iclasları keçirilərək məhkəmə baxışı iclası 22 sentyabr 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçı xx.xx.2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə bağlı məhkəməyə müraciət etdiyini, iddia tələbindən imtina etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, bu səbəbdən də bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iddiadan imtinasını nəzərə alan məhkəmə qeyd edir ki, MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (MPM-in 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (MPM-in 5.4, 52.1-52.3-cü maddələri). MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM-in maddə 52.5-ci maddəsi). Məhkəmə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsinə əsas verən MPM-in 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. MPM-in 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırılarkən ”Kapital Bank” ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 17291 nömrəli qəbzlə (GPP qəbz nömrəsi – **********) ödədiyi 74 (yetmiş dörd) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 17291 nömrəli qəbzlə (GPP qəbz nömrəsi – **********) ödədiyi 74 (yetmiş dörd) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-441/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-441/2025
22.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver