Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-473/2024 08.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X15 məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “27” iyun 2024-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 30 noyabr 1992-ci il tarixdə Babək rayonu, Nehrəm kəndində anadan olmuş bacısı X5 03 iyul 1993-cü ildə Babək rayonu, Nehrəm kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müraciətini əsaslandıraraq qeyd etmişdi ki, X11 30 noyabr 1992-ci il tarixdə Babək rayonu, Nehrəm kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında 28 mart 1993-cü il tarixdə, 94-cu səhifədə qeydiyyat aparılmışdı. X11 mənim bacımdır. O, 1993-cü ilin iyul ayının 03-də vəfat etmiş və Babək rayonu, Nehrəm qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Nehrəm qəsəbəsində dəfn bürosu yoxdur. Ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid şəhadətnamə X3nun adınadır. Babək rayon qeydiyyat şöbəsinin 04 iyun 2024-cü il tarixli, 3-16-5/8-69- 248/2024 saylı arayışına əsasən X5 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 04 iyun 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Babək rayon qeydiyyat şöbəsinin 05 iyun 2024-cü il tarixli, 3-16-5/8-15-157/2024 saylı arayışına əsasən X5 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Babək Rayon Mərkəzi X20 Şəxsin 05 iyun 2024-cü il tarixli məktubunda X5 adına ölüm haqqında heç bir sənəd aşkar olmadığı göstərilir. X2 vəfat edərkən biz müvafiq dövlət orqanlarına müraciət edib, onun ölüm haqqında şəhadətnaməsini almamışıq. Bu səbəbdən də bacımın ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Mən bacımın X5 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmirəm. Haliyyədə mərhum X3nun, X2nın və ailə üzvlərimizin mülkiyyətinə verilmiş torpaq sahəsinin miras qaydasında sənədləşdirilməsi üçün bacımın ölüm haqqında şəhadətnaməsi tələb olunur. X3 03 aprel 2011-ci ildə vəfat etmişdir və bu barədə ölüm akt qeydləri kitabında 15 nömrə ilə qeydiyyat aparılmışdır. Atamdan Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi miras qalmışdır. Miras qalmış paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Babək rayon notariat ofisinə ərizə ilə müraciət etdim. Babək rayon notariat ofisinin 27 iyun 2024-cü il tarixli 161 nömrəli məktubunda qeyd edilir ki, mərhum X4 miras qalmış paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinizlə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən nəzərdə tutulmuş müddət (altı ay) keçdiyi üçün və tələb olunan sənədlər notariat ofisinə təqdim olunmadığı üçün Babək rayon notariat ofisində sizin miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xahişiniz təmin olunmaması bildirilir. Eyni zamanda X5 ölümü ilə bağlı 13 iyun 2024-cü il tarixdə akt tərtib olunmuşdur. Ərizəçi məhkəmədə verdiyi izahatında ərizəsini müdafiə etdiyini, atasından qalan mirası qəbul etmək üçün Babək rayonu, Notariat ofisinə müraciət etdiyini, notariusun ona digər vərəsələrin və mülkiyyətçilərin razılıq ərizələrinin verilməli olduğunu bildirdiyini, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən bacısı Türkanənin də adının olduğunu, buna görə də notariusa onun öldüyünü bildirdiyini, həmin vaxt notariusun bacısının ölüm haqqında şəhadətnaməsini verməli olduğunu dediyini, bundan sonra özünün bacısı Türkanənin ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Babək rayon qeydiyyat şöbəsinə müraciət etdiyini, qeydiyyat şöbəsindən isə ona bacısının ölümü haqqında qeyd aparmadıqlarını bildirdiklərini və ona məhkəməyə müraciət etməli olduğunu izah etdiklərini, valideynlərinin 7 uşağı olduğunu, onlardan bacısı Türkanənin rəhmətə getdiyini, hazırda 6 uşaq olduqlarını, evin böyük uşağının bacısı Zeynalova Xanımın olduğunu, onunla ölən bacısı Türkanənin arasında 9 yaş fərq olduğunu, Türkanəni bacılarından Xanım və Günelin xatırladığını, anasının deməsinə görə bacısı Türkanənin 03 iyul 1993-cü ildə rəhmətə getdiyini, onun necə və hansı şəraitdə ölməsini özünün bilmədiyini, bacısı balaca olduğundan onun məzarı üzərində adının yazıldığı qəbir daşı qoyulmadığını, Türkanənin babası Məhərrəmin yanında dəfn olunduğunu, onun dəfnində babası, atası, anası və qonşularından Dilarənin getdiyini, hazırda həmin şəxslərdən atasının öldüyünü, babasının isə yaşlı olduğunu və bir çox şeyi xatırlamadığını, həmçinin bacısının harada ölməsini özünün dəqiq bilmədiyini qeyd edərək, yekunda ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinin rəisi əvəzi 06 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları və şahid ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə Ərizəçi ilə Şahid1 ailə qurması, X17, X18, X19, X16, X13, X11 və Ərizəçi onların övladı olması, Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsinin Ərizəçi, Şahid1, X17, X18, X19, X16, X13, X11 və Ərizəçi ümumi mülkiyyətində olmasını, X6 ölməsi, ərizəçinin X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Babək rayon notariat ofisinə müraciət etməsini, qeyd edilən orqanın isə tələb olunan sənədlər məhkəməyə təqdim edilmədiyindən şəhadətnamənin verməsindən imtina etməsini müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: -ərizəyə əlavə edilən Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli, 947 nömrəli arayışdan Ərizəçi ilə Şahid1 ailə qurması; -ərizəyə əlavə edilən 11 oktyabr 1984-cü il tarixli, X-JQ seriyalı, 347766 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 17 iyul 1984-cü ildə anadan olması və Ərizəçi onun atası, Şahid1 onun anası olması; -ərizəyə əlavə edilən 15 oktyabr 1985-ci il tarixli, Xİ-JQ seriyalı, 289198 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X10 08 sentyabr 1985-ci ildə anadan olması və Ərizəçi onun atası, Şahid1 onun anası olması; -ərizəyə əlavə edilən 04 iyun 2024-cü il tarixli, AZ-V seriyalı, 215181 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X14 08 noyabr 1986-cı ildə anadan olması və Ərizəçi onun atası, Şahid1 onun anası olması; -ərizəyə əlavə edilən 14 oktyabr 1988-ci il tarixli, XİV-JQ seriyalı, 256714 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 29 sentyabr 1988-ci ildə anadan olması və Ərizəçi onun atası, Şahid1 onun anası olması; -ərizəyə əlavə edilən 05 iyun 2024-cü il tarixli, Xİİİ-JQ seriyalı, 405735 nömrəli akr qeydindən çıxarışdan X7 31 dekabr 1989-cu ildə anadan olması və Ərizəçi onun atası, Şahid1 onun anası olması; -ərizəyə əlavə edilən 28 mart 1993-cü il tarixli, XVİİ-JQ seriyalı, 352131 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X5 30 noyabr 1992-ci il ildə, Babək rayonu, Nehrəm kəndində anadan olması və Ərizəçi onun atası, Şahid1 onun anası olması; -ərizəyə əlavə edilən 03 iyun 2024-cü il tarixli, AZ-V seriyalı, 215174 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi xx xxxxx 1994-cü ildə anadan olması və Ərizəçi onun atası, Şahid1 onun anası olması; -ərizəyə əlavə edilən JN seriyalı, 1333A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsinin Ərizəçi, Şahid1, X17, X18, X19, X16, X13, X11 və Ərizəçi ümumi mülkiyyətində olması; - ərizəyə əlavə edilən Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2011-ci il tarixli, AZ-İ seriyalı, 435498 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 03 aprel 2011-ci ildə ölməsi; - ərizəyə əlavə edilən Babək rayon notariat ofisinin 27 iyun 2024-cü il tarixli, 161 nömrəli məktubundan Ərizəçi atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Babək rayon notariat ofisinə müraciət etməsi, qeyd edilən orqanın isə tələb olunan sənədlər təqdim edilmədiyindən şəhadətnamənin verməsindən imtina etməsi aydın olur. Ərizəçinin müraciəti isə 30 noyabr 1992-ci il təvəllüdlü X5 03 iyul 1993-cü il ildə Babək rayonu, Nehrəm kəndində ölməsi faktının müəyyən edilməsindən ibarətdir. Ərizəçinin tələbinin hüquqi həlli ilə bağlı məhkəməyə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk olaraq bildirir ki, ölüm faktının müəyyən olunması dair ərizələrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat-hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ərizəyə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş sutərindən X5 Babək rayonu, Nehrəm kəndində anadan olması və Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 iyun 2024-ci il tarixli aktında isə onun Babək rayonu, Nehrəm qəsəbə qəbirstanlığında dəfn olunması qeyd edilir. Ərizəçilərin məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq bölməsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli, 15 nömrəli və Naxçıvan Muxtar Respublikası Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 04 iyun 2024-cü il tarixli, 3-16-5-8-69-248/2024 nömrəli arayışlarından görünür ki, X5 adına ölüm haqqında akt qeydi tərtib edilməmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2018-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin Qaydanın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Babək Rayon Mərkəzi X20 şəxsin 05 iyun 2024-cü il tarixli, 151 nömrəli, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin25 iyun 2024-cü il tarixli, 5/192 nömrəli məktublarından və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 12 iyun 2024-cü il tarixli, 13/868 nömrəli arayışından X5 ölümünə dair məlumat və ya sənədin olmaması müəyyən edilir. Ərizəçilər X5 03 iyul 1993-cü il ildə Babək rayonu, Nehrəm kəndində öldüyünü qeyd edərək bu faktının müəyyən edilməsini istədiyindən, məhkəmə onun nəzərinə çatdırır ki, həmin faktın müəyyən olunmasına dair sübutetmə vəzifəsi buna maraqlı olan ərizəçinin üzərinə düşür. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir, həmçinin mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ərizəçi bu faktın təsdiq edilməsi ilə bağlı məhkəməyə Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 iyun 2024-cü il tarixli aktını təqdim etmiş, həmçinin Şahid1 və Şahid2 şahid kimi dindirilməsini xahiş etmişdi. Ərizəçi Zeynalov Ərizəçi Türkanə Hüseyn qızı balaca olduğu üçün ona qəbir daşı qoyulmadığını bildirmişdi. Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 iyun 2024-cü il tarixli aktında isə X5 Babək rayonu, Nehrəm qəsəbə qəbirstanlığında dəfn edilməsi qeyd edilir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində Babək rayonu, Nehrəm qəsəbəsində kəndində yaşadığını, əri Hüseynlə 1982-ci ildə ailə qurduğunu, birgə nikahlarından altı qız, bir oğlan uşağı olduğunu, uşaqlarından qızı Türkanənin öldüyünü, onun evin sonuncu qızı olduğunu, ondan sonra oğlu Hüseynin dünyaya gəldiyini, Türkanənin 1992-ci ili noyabrın 30da anadan olduğunu, onun 1993-cü ilin yeddinci ayınının 3-də öldüyünü, onun qızdırmadan vəfat etdiyini, qızını ölməmişdən bir gün öncə istiliyi olduğu üçün həkimə apardığını, uşağa şirə qoşulduğunu, daha sonra Nehrəm kəndində yerləşən evlərinə gəldiklərini, səhər əzan vaxtı yuxudan oyananda qızının öldüyünü gördüyünü, ərinı oyadıb ona uşağın öldüyünü dediyini, daha sonra anasının uşağı yuduğunu, özü, əri, qonşusu Dilarə və atasının uşağı dəfn etməyə getdiyini, həmin vaxt ərinin maşını ilə getdiklərini, normalda qadınlar dəfnə getməsə də, həm ölən balaca uşaq olduğundan, həm də yaşadıqları məhəllə yeni olduğundan və orada çox adam yaşadığından qızını qayınatasının məzarının sol tərəfində dəfn etdiklərini bildirmişdi. Digər Şahid2 qız məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Nehrəm qəsəbəsində yaşadığını, Ərizəçi onun həm qonşusu olduğunu, həm də bacısı Günelin onun gəlini olduğunu, Türkanə ölən zaman yaşadıqları məhəlləni yeni məhəllə olduğunda orada az adam yaşadığını, ərizəçinin anası ilə həm eyni yaşda, həm də yaxın münasibətləri olduğundan uşağın dəfninə özün də getdiyini, uşağı basdırmağa özünün, Xalidənin, onun ərinin və atasının getdiyini, kimin maşını ilə getməsini xatılmadığını, Türkanəni babasının ayağının altında basdırdıqlarını, çünki yaşadıqları yerdə bunun adət olduğunu, öz övladını da bu şəkildə basdırdıqlarını, Türkanəni Nehrəm qəbiristanlığında dəfn etdikərini, onun əvvəlcədən nasazladığını, yəni istiyə düşdüyünü, Xalidənin altı övladı olduğunu, Türkanənin öldüyü tarixi xatırlamadığını, onun yaşadığı evdə öldüyün qeyd etmişdi. Şahidlərin ifadələrinin sübut kimi qəbul edilənliyi ilə bağlı məhkəmə bildirir ki, onların hər ikisinin ifadəsindən X5 ölməsi və Nehrəm qəsəbə qəbirstanlığında dəfn etməsini müəyyən etmək olur. X1 03 iyul 1993-cü ildə Babək rayonu, Nehrəm qəsəbəsində ölməsi faktının müəyyən edilməsində Şahid1, yəni mərhumənin ifadəsi daha dəqiq və inandırıcıdır. Çünki Şahid1 məhkəmə tərəfindən ona verilmiş yeddi övladının doğum tarixi və ərinin ölüm vaxtı ilə bağlı sualların hamısına düzgün cavab vermişdi. Bu isə onun həm bir ana, həm də övladı X5 ölməsi ilə bağlı faktları birbaşa iştirakçısı kimi bildirdiklərinə sübhə yaratmır. Yuxarıda qeyd edilənlərdən 30 noyabr 1992-ci ildə anadan olan X5 03 iyul 1993-cü ildə Babək rayonu, Nehrəm qəsəbəsində ölməsi öz təsdiqini tapır. Məhkəmə ərizəçinin tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 100 (bir) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; - 30 noyabr 1992-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş X5 03 iyul 1993-cü ildə Babək rayonu, Nehrəm kəndində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 30 noyabr 1992-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş X5 03 iyul 1993-cü ildə Babək rayonu, Nehrəm kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-473/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-473/2024
08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver