Məhkəmə qərarları › İş №2(079)-662/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-662/2025

24.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-662/2025 24.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi vəkil-nümayəndəsi vasitəsilə “30” sentyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası vətəndaşı X1 19 avqust 1986-ci il tarixdə (ünvan ünvan 1tnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anam X6, 19 avqust 1931-ci il tarixdə Kəngərli rayon Qarabağlar (əvvəllər bu kənd Şərur Rayonunun inzibati ərazi vahidinə daxil idi) kəndində doğulmuşdur. xx.xx.1949-cu il tarixində X10 ilə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan beş övladları olmuşdur. X4 xx.xx.1986-сı il tarixdə Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi 6/9 ünvanında vəfat etmiş Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Lakin ölüm haqqında şəhadətnamə alınmamışdır. Hal-hazırda X1 həyat yoldaşı X5 ünvan 3 ünvanında yerləşən əmlak miras qalmışdır. Ondan qalan miras əmlakın taleyinin həlli baxımından qeyd edilən şəxsin ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. X7 birinci növbəli vərəsəsi X8 vərəsəlik şəhadətnamənin alınması ilə bağlı notariat kontoruna şifahi olaraq müraciət etmiş, vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı X1 ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. X1 ölüm haqqında şəhadətnaməsi qeydiyyata alınmadığı üçün ölüm haqqında şəhadətnamənin alınması üçün sənədləri toplayan zaman, məlum oldu ki, X1 ölüm haqqında şəhadətnaməsi yoxdur. Bundan sonra X1 ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Naxçıvan şəhər nikah evinə, Naxçıvan MR Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinkasına, Naxçıvan MR Ədliyyə nazirliyinin arxivinə müraciət olundu, hər biri imtina məktubu verərək X1 ölüm faktı qeydinin tapılmadığı bildirildi. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. X4, xx.xx.1986-сı il tarixdə ünvan 4 ünvanında vəfat etmiş və Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında hüquqlarını müdafiə etdiyi Ərizəçi anası X2 19 avqust 1986-cı ildə ölüm faktının müəyyən olunmasını məhkəmədən xahiş etdiyini, X2 həyat yoldaşı X5 Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi 6/9 ünvanında yerləşən torpaq sahəsinin miras qaldığını, həmin əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət edildiyini, lakin ərizəçinin anası X2 ölüm haqqında şəhadətnaməsi mövcud olmadığından bununla bağlı qeydiyyat şöbəsinə müraciət edildiyini, lakin qeydiyyat şöbəsi tərəfindən də həmin şəhadətnamənin mövcud olmaması barədə imtina məktubu verildiyindən məhkəməyə müraciət edildiyini, X2 Naxçıvan şəhərində vəfat etdiyini və orada dəfn edildiyini bildirmiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində Ərizəçi ilə həmkəndli olduqlarını, öz atası ilə Meyxanımın əri Qibləli kişinin dost olduqlarını, onların əvvəl başqa yerdə yaşadığını, sonradan Kəngərli rayonu, Böyükdüz kəndinə gəldiklərini, ataları dost olduqlarından Meyxanımın yas məclisində iştirak etdiyini, onun 1986-cı ildə yay aylarında vəfat etdiyini, yas mərasiminin Çuxur məhhəlləsində həyət evində olduğunu, dəfndə iştirak etməsə də, yas mərasiminin ikinci və üçüncü günü iştirak etdiyini, atasının həmin vaxt yaşamadığını, hazırda da ailəvi münasibətlərinin davam etdiyini bildirmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində Kəngərli rayonu, Böyükdüz kəndində yaşadığını, Qibləli ilə qonşu olduqlarını, 1986-cı ilin avqust ayında Qibləlinin arvadı Meyxanımın yas mərasimində iştirak etdiyini, Meyxanımın Naxçıvan şəhər qəbiristanlğında dəfn edildiyini, dəfndə iştirak etdiyini, yas mərasiminin Qibləli tərəfindən təşkil olunduğunu, hansı səbəbdən ölməsini xatırlamadığını, yas məclisində iştirak etmədiyini, xəstəlik səbəbindən dəfndən sonra evə getdiyini, amma yas məclisinin “Çuxur”da olduğunu bildirmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, 23 dekabr 2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Mülki işin materiallarını ərizəçinin vəkili-nümayəndəsinin izahatı və şahid ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, X10 ilə Həsənova (Məmmədova) Meyxanım Süleyman qızı arasında nikahın bağlanması, onların nikahından ərizəçi Hüseynova (Məmmədova) Xədicə Qibləli qızının dünyaya gəlməsi, X7 vərəsələrinə arvadı X4, övladları- X11, X15, X13, Ərizəçi, X3 daxil olması, X7 vəfat etməsi, X1 ölümünün isə qeydə alınmaması müəyyən olunmuşdur. Belə ki, ərizəyə əlavə edilən: - Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikah akt qeydləri kitabından çıxarışdan X10 ilə X4 arasında xx.xx.1949-cu il tarixdə nikah bağlanması, bunun nikah akt qeydləri kitabında 115 nömrə ilə qeydə alınması; - Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydləri kitabından çıxarışdan atası X10, anası X4 olan Hüseynova (Məmmədova) Xədicə Qibləli qızının xx.xx.1959-cu il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 191 nömrə ilə qeydə alınması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X24 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan Nəcməddin Naxçıvani küçəsi, 6/9 ünvanında yerləşən 0.1417 ha torpaq sahəsinin X7 tam mülkiyyətində olması; - Naxçıvan şəhər İcra Hakimiyyəti 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 801 nömrəli arayışdan mərhum X7 vərəsələrinə arvadı X4, övladları- X11 (vəfat edib), X15, X13, Ərizəçi, X3 daxil olması müəyyən olunur. Məhkəmə iclasında tədqiq olunmuş sözügedən yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında subyektiv hüququ mövcuddur, şəxsin vəfat etməsi faktının müəyyən olunması ərizəçinin məqsədinə müvafiq hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə hüquqi şərait yaradacaqdır. Belə ki, faktın hüquqi əhəmiyyətini maddi hüquq normaları (mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini nizama salan normaları) və yuxarıda istinad olunan yazılı sübutların qarşılıqlı təhlili əsasında araşdırılması o nəticəyə gəlməyə imkan verir ki, mərhum X1 birinci növbə vərəsələri sırasında ərizəçi də olmuşdur və faktın təsdiq olunması onun üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Yuxarıda adı çəkilən Plenum qərarının 1.4-cü bəndinə əsasən lazmi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmçinin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Sözügedən hallar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlər əsasında araşdırılmışdır: - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən verilmiş 3-28-34-3/2-135/2025 nömrəli, 23 sentyabr 2025-ci il tarixli məktubdan 1986-cı ildə vəfat etmiş X1 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib - verilməməsi barəsində Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumatın olmaması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 3-16-33-4/2-1405/2025 nömrəli, "15" sentyabr 2025-ci il tarixli məktubdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və X1 ölüm haqqında akt qeydinə dair heç bir məlumatın tapılmadığı; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 3-16-5/8-15-838 /2025 nömrəli, "22" sentyabr 2025-ci il məktubdan X1 xx.xx.1986-cı ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumatın tapılmadığı; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 3-28-34/2-2353/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli məktubdan Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X23 təqdim etdiyi məlumata görə 1986-cı il tarixdə vəfat etmiş ünvan 6 ünvanında qeydiyyatda olmuş X1 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi barədə heç bir məlumatın tapılmadığı; - Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti bürosu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 179 nömrəli arayışdan mərhum X1 1986-cı il tarixdə Naxçıvan şəhər qəbiristanlığında dəfn olunduğu müəyyən olunur. Göründüyü kimi faktın qeydiyyatı qaydasına əməl olunmamışdır və mövcud şəraitdə belə qaydadan istifadə olunması artıq qeyri-mümkündür. Belə ki, şəxsin vəfat etməsinə baxmayaraq onun ölümü qeydə alınmamış və bu barədə tibbi şəhadətnamə tərtib olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mərhum X1 ölüm faktının məhkəmə araşdırması gedişində öz təsdiqini tapıb-tapmaması ilə bağlı şahidlər Şahid1 və Şahid2, ərizəçinin vəkil-nümayəndəsinin izahatı ilə birlikdə tədqiq olunmasının nəticəsinə və Dəfn Xidməti bürosu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 179 nömrəli arayışa istinad edir. Həmçinin ərizəyə əlavə olunmuş məzar daşının fotoşəklinin üzərinə “X4 “1931-1986” qeydlərinin yazıldığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlərdən X1 1986-cı ildə ölməsi faktı öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X1 1986-cı ildə ölməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq. qətetdi: Ərizə təmin olunsun. X1 1986-cı ildə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar