Məhkəmə qərarları › İş №2(079)-68/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-68/2021

23.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-68/2021 23.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “24” dekabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qızıl, cehiz əşyaları və yaxud onların ümumi dəyəri olan 5675 (beş min altı yüz yetmiş beş) manat məbləğində pulun, birgə nikah dövründə əldə edilmiş qiyməti 2760 (iki min yeddi yüz altmış) manat təşkil edən əmlakın naturada yarısının və yaxud qiymətinin yarısı olan 1380 manat (bir min üç yüz səksən manat) məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə xx xxxxxx 2018-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşam. Bizim birgə nikahımızdan bir övladımız dünyaya gəlmişdir. Ailə qurduğumuz ilk zamanlar ailədə münasibətlərimiz normal olmuşdur. Mən Cavabdeh inanaraq onunla ailə həyatı qurmuşdum. Sonradan münasibətlərimizdə problemlər yaşanmağa başlanmışdır. Ən son təxminən 5 (beş) ay bundan öncə həyat yoldaşım və onun ailəsi ilə mübahisəmiz oldu və evdə dava-dalaş baş verdi. Həmin zaman cavabdeh və onun valideynləri məni və azyaşlı övladımı evdən qovaraq küçəyə ötürdülər. Evdən getmə anım cavabdeh və onun ailəsinin mənə göstərdikləri təyziqlər nəticəsində aramızda başlayan dava-dalaş zəminində, qısa zaman kəsiyində baş verdiyindən imkan tapıb nə özümə, nə də oğluma aid heç bir əşya götürə bilmədim. Eyni zamanda mənə toy ərəfəsində hədiyyə alınmış bütün qızıl- zinət əşyaları və cehiz əşyalarım evi tərk edərkən götürə bilmədiyimdən cavabdehin yaşadığı evdə qaldı. Cavabdehdən bir neçə dəfə onlarda qalan əşyalarımı istəməyimə baxmayaraq mənə geri verməmişdir. Nişanda və toyda mənə hədiyyə alınan qızıllar cavabdehin yaşadığı evdə qalıb. İş üzrə xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı və Cavabdeh eyni tarixli ərizə ilə məhkəməyə müraciət edərək, aralarında razılığa gəldiklərini və məhkəmədən aralarında razılığa gəldikləri və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər: -iş üzrə Cavabdeh 2021-ci ilin oktyabr ayının 01-dək 1500 (bir min beş yüz) manat məbləğində pulu İddiaçı ödəməyi öhdəsinə götürür və İddiaçı bunu qəbul edir; - İddiaçı Cavabdeh tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində pul tam ödənildikdən sonra İddiaçı gələcəkdə Cavabdeh qarşı əmlak tələbi olmayacaq. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmçinin həmin Məcəllənin 191.1-ci maddəsinin mahiyyətindən görə tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_9.htm Bundan əlavə qeyd edilən Məcəllənin 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları xx xxxxxx 2021-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx xxxxxx 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İş üzrə Cavabdeh 2021-ci ilin oktyabr ayının 01-dək 1500 (bir min beş yüz) manat məbləğində pulu İddiaçı ödəməyi öhdəsinə götürür və İddiaçı bunu qəbul edir;

2. İddiaçı Cavabdeh tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində pul tam ödənildikdən sonra İddiaçı gələcəkdə Cavabdeh qarşı əmlak tələbi olmayacaq. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar