Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-706/2024 05.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər Şahid1, Şahid2 Məsumalı qızı və Şahid3 iştirakları ilə, Ərizəçi şəxsin (bacısı X7) vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “30” oktyabr 2024-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1986-cı il tarixdə Babək rayonu Nehrəm qəsəbəsində anadan olmuş X7 1987-ci il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müraciətini əsaslandıraraq qeyd etmişdir ki, anam X15 ilə mərhum atam X13 xx.xx.1983-cü il tarixdə rəsmi olaraq nikaha daxil olmuşdurlar. Birgə nikahlarından 4 övladları olmuşdur. Mərhum atam X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qeyd edim ki, bacım X16 xx.xx.1986-cı il tarixdə Babək rayonu Nehrəm qəsəbəsində anadan olmuşdur. X4 1987-ci ilin iyul ayında vəfat etmişdir. X2 1987-ci ildə Babək rayon Nehrəm kənd qəbirstanlığmda dəfn olunmuşdur. Qeyd edim ki, mərhum atamdan miras qalan əmlakı sənədləşdirmək üçün bacım X7 ölüm haqqında şəhadətnaməsi tələb olundu. X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün Babək rayon Qeydiyyat şöbəsinə müraciət etdim. Lakin mənə bildirildi ki, xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış, ölüm akt qeydi aşkar olunmamışdır. Mərhumə bacım vəfat edərkən biz müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almadığımız üçün ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Mən mərhumə bacım X7 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmirəm. Bu səbəbdən də məhkəməyə müraciət etmət qərarına gəlmişəm. Əlavə olaraq qeyd edim ki, bacımın vəfatından artıq 37 il keçib, ona görə də həmin qəbrin üzərində ad soyadı qeyd edilmədiyindən tapmağımız çox çətin olmuşdur. Bu səbəbdən də qəbrin fotoşəklini ərizəyə sübut qismində əlavə edə bilmirəm. Məhkəmədə şahid qismində aşağıdakı şəxslərin dinlənilməsini istəyirəm: Şahid1, Babək rayonu, Nehrəm qəsəbəsi, tel: ***-***-**-**; Şahid2, Babək rayonu, Nehrəm qəsəbəsi, tel:***-***-**-**; Şahid3, Babək rayonu, Nehrəm qəsəbəsi, tel: *** *** ** **. Mən mərhumə bacım X7 1987-ci il tarixdə, Babək rayon, Nehrəm kəndində vəfat etməsi faktının müəyyən olunmasını məhkəmə qaydasında təsdiq olunmasını istəyirəm. Ərizəçiı məhkəmə hazırlıq iclasında verdiyi izahatında 1985-ci ildə Nehrəm kəndində anadan olduğunu, fəhləliklə məşğul olduğunu, atasının motosikleti olduğunu, onu adına saldırmaq istədiyini, ailə tərkibi haqqında arayış alarkən sistemdə ölmüş bacısının ölümünün qeydə alınmadığını öyrəndiyini, ona görə də əmlakı adına saldıra bilmədiyini, bacısının ölüm kağızı lazım olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, atası X6 2021-ci ildə vəfat etdiyini, anasının isə yaşadığını, özündən başqa hazırda sağ olan bir qardaşı və bir bacısının olduğunu, qardaşının adının X19 və bacısının adının X16 olduğunu, ölmüş bacısının adını sonradan doğulan uşağa qoyulduğunu, atasından bir motosiklet və Nehrəm qəsəbəsində yerləşən evin miras qaldığını, mərhum bacısı Afətin 1986-cı ildə anadan olduğunu, 1987-ci ildə 10 aylıqkən vəfat etdiyini, özünün həmin vaxt 1 yaşında olduğunu, onun ölüm səbəbini bilmədiyini, qəbrinin olduğunu, təkcə baş daşının olduğunu, qəbrin üzərindı isə şəklin olmadığını, Nehrəm qəbiristanlığında dəfn edildiyini, qəbrinin yerini bildiklərini, ölüm faktı ilə bağlı araşdırma apardığını, ancaq bununla bağlı heç bir sənəd əldə etmədiyini, özündə olan məlumata görə xəstəxanada öldüyünü, lakin tibbi şəhadətnamə əldə edə bilmədiklərini, ölümünün qeydə alınmamasının səbəbini bilmədiyini bildirmiş, sonda ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon Qeydiyyat Şöbəsinin rəisi əvəzi 04 noyabr 2024-cü il tarixdə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid2 Məüsmalı qızı izahatında Nehrəm qəsəbəsində anadan olduğunu, ərizəçinin anasının adının Həkimə olduğunu, 1990-cı ildə onların qonşuluğuna ərə gəldiyini, ətrafdakı şəxslərdən eşitməsinə görə ərizəçinin bacısı X7 1986-cı ildə Nehrəm qəsəbəsində anadan olduğunu və 1987-ci ildə xəstəlikdən vəfat etdiyini, həmin vaxt özünün 22 yaşı olduğunu, gənc olduğu üçün özünün yox, anası Məsmənin yas mərasimində iştirak etdiyini, özünün ata evi ilə ərizəçinin yaşadığı ev arasında çox məsafə olmadığını, qohum-qonşuların yasda iştirak etdiklərini, yas mərasiminin evlərində olduğunu, hadisə uzun müddət qabaq olduğu üçün həmin vaxt Asəfin doğulub-doğulmamasını xatırlamadığını, uşağa qəbir götürülübgötürülmədiyini bilmədiyini qeyd etmişdir. Şahid1 izahatında Nehrəm qəsəbəsində anadan olduğunu, 1998-ci ildə 36 yaşında ərizəçinin qonşusu ilə ailə qurduğunu, lakin ata evi başqa məhəllədə olduğuna görə Afət Mirzəliyevanın 1986-cı ildə Nehrəm qəsəbəsində anadan olması və 1987-ci ildə 10 aylıqkən xəstəlikdən vəfat etməsini bildiyini, həmin vaxt yaxın qohum-qonşuların başsağlığna getdiyini, özünün də yasa gedib iştirak etdiyini, həmin vaxt Asəf və qardaşının olduğunu, bacısının isə hələ olmadığını, uşağın dəfn olunması üçün hazırlıandığını gördüyünü bildirmişdir. Şahid3 izahatında Nehrəm qəsəbəsində anadan olduğunu, 1984-cü ildən Mirzəliyeva Həkiməgilin qonşuluğuna köçdüklərini və həmin vaxtdan orada yaşadıqlarını, X10 1986-cı ildə Nehrəm qəsəbəsində anadan olduğunu və 1987-ci ildə 10 aylığında xəstəliyə görə vəfat etdiyini, qonşu kimi başsağılğına getdiklərini, həmin vaxt özünün 20 yaşının olduğunu, uşağın ölüm səbəbinin nə olduğunu bilmədiyini qeyd etmişdir. Mülki işin materiallarını ərizəçinin izahatı və şahid ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə X13 ilə Mirzəliyeva (Həsənova) Həkimə Əli qızının xx.xx.1983-cü ildə ailə qurmasını, onların birgə nikahından X19, Ərizəçi, X16 və X7 doğulmasını, xx.xx.1986-cı il tarixdə doğulmuş X7 ölümünün isə qeydə alınmamasını müəyyən edir. Belə ki, ərizəyə əlavə edilən; - Babək rayon Nehrəm kənd soveti tərəfindən verilən nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X13 ilə X22 arasında xx.xx.1983-cü il tarixdə 78 nömrə ilə nikahın bağlanması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/076213-24 nömrəli arayışdan X6 ailə tərkibinə X15, X19, Ərizəçi, X16 və X7 daxil olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, Xİİ-JQ seriyalı, 322158 nömrəli çıxarışdan X7 xx.xx.1986-cı ildə anadan olduğu, bu barədə doğum kitabında xx.xx.1987-ci ildə 04 nömrə ilə qeyd aparıldığı; - Babək rayon Nehrəm kənd soveti tərəfindən verilən Xİ-ЖГ seriyalı, 322035 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Ərizəçi atası X13, anası isə X15 olmaqla xx.xx.1985-ci ildə anadan olması, bunun doğum haqqında akt qeydləri kitabında 348 nömrə ilə qeyd olunması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 165990 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X6 xx.xx.2021-ci il tarixdə vəfat etməsi müəyyən olunur. Məhkəmə iclasında tədqiq olunmuş sözügedən yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında subyektiv hüququ mövcuddur, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması ərizəçinin məqsədinə müvafiq hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə hüquqi şərait yaradacaqdır. Belə ki, faktın hüquqi əhəmiyyətini maddi hüquq normaları (mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini nizama salan normaları) və yuxarıda istinad olunan yazılı sübutların qarşılıqlı təhlili əsasında araşdırılması o nəticəyə gəlməyə imkan verir ki, mərhum X6 birinci növbə vərəsələri sırasında ərizəçi də olmuşdur və faktın təsdiq olunması onun üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Yuxarıda adı çəkilən Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmçinin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Sözügedən hallar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlər əsasında araşdırılmışdır: - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 20 nömrəli arayışdan X7 ölümü barədə “X5 avtomatlaşdırılmış elektron informasiya sistemi”ndə və “X5 Arxivində heç bir məlumatın tapılmadığı; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13/1467 nömrəli arxiv arayışından Babək rayon Nehrəm xəstəxanasının 1987-ci ilə dair sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X7 1987-ci ildə Nehrəm kənd xəstəxanasında vəfat etməsinə dair məlumatın mövcud olmadığı; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-28-34/2-M-83-301/2024 nömrəli məktubdan Nehrəm qəsəbə sahə xəstəxanasının təqdim etdiyi məlumata əsasən ərizəçinin bacısı X14 rəhmətə getməsi haqqında heç bir məlumatın olmadığı; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Babək rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 240 nömrəli məktubdan Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində X7 ölümünə dair heç bir sənədin aşkar olunmadığı; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 69-365/2024 nömrəli arayışdan Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1986-cı il tarixdə Babək rayon Nehrəm kəndində anadan olmuş X7 ölümünün müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və X7 ölüm haqqında akt qeydinin aşkar edilmədiyi müəyyən olunur. Göründüyü kimi faktın qeydiyyatı qaydasına əməl olunmamışdır və mövcud şəraitdə belə qaydadan istifadə olunması artıq qeyri-mümkündür. Belə ki, şəxsin vəfat etməsinə baxmayaraq onun ölümü qeyd alınmamış və bu barədə tibbi şəhadətnamə tərtib olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Məhkəmə son olaraq mərhum X7 ölüm faktının məhkəmə araşdırması gedişində öz təsdiqini tapıb-tapmamasının araşdırılması ilə bağlı məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlara istinad edir: - Babək rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1693 nömrəli arayışdan mərhum X7 1987-ci ildə Nehrəm qəbiristanlığında dəfn olunduğu; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Nehrəm qəsəbə X24 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 035 nömrəli aktda X7 1986-cı ildə anadan olub, 1987-ci ildə rəhmətə getdiyi və Nehrəm qəsəbə qəbristanlığında dəfn olunduğu; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Nehrəm qəsəbə X24 Hüquqi Şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan baş tibb bacısı Zeynalova Hicran Zeynal qızı, tibb bacısı X8 və tibb bacısı X3 imzalayaraq həqiqətən 21 noyabr 1986-cı ildə təvəllüd etmiş X16 1987-ci il iyul ayında Nehrəm qəsəbə qəbristanlığında dəfn olunduğunu təsdiq etdiklərini; - 30 avqust 2024-cü il tarixli aktdan Nehrəm qəsəbə İƏD nümayəndəsi X18, Nehrəm qəsəbəsi sakinləri Şahid3, rəhmətə gedən uşağın anası X15, Şahid2 Məsumalı qızı, Şahid1 aktı imzalayaraq 21 noyabr 1986-cı ildə təvəllüd etmiş X7 1987-ci il iyul ayında Nehrəm qəsəbə qəbristanlığında dəfn olunduğunu, ancaq mərhumun valideynlərinin səhlənkarlığından X11 ölüm şəhadətnaməsinin alınmadığı təsdiq etdikləri aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlərdən 21 noyabr 1986-cı ildə anadan olan X7 1987-ci ildə ölməsi öz təsdiqini tapır. Məhkəmə ərizəçinin tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 100 (bir) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; - 21 noyabr 1986-cı ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş X7 1987-ci ildə ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 21 noyabr 1986-cı ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş X7 1987-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №2(079)-706/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-706/2024
05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver