Məhkəmə qərarları › İş №2(079)-799/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-799/2025

04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-799/2025 04.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Şahid1 iştirakları ilə, Ərizəçi (oğlu X6) vəfat etmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “03” dekabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Babək rayon Nehrəm qəsəbəsində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X6 xx.xx.1992-ci il tarixdə Babək rayon Nehrəm qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X10 mənim oğlumdur. О, 16 noyabr 1991-ci il tarixdə Babək rayon Nehrəm qəsəbəsində anadan olmuş, xx.xx.1992-ci il tarixdə Babək rayon Nehrəm qəsəbəsində vəfat etmiş, Nehrəm Qəbiristanlığında dəfn olunmuşdur. Babək rayon Mərkəzi xəstəxanasının 23 oktyabr 2025-ci il tarixli, 3-28-34- 22/203/2025 nömrəli arayışına əsasən mərhum 1992-ci il təvəllüdlü X6 ölümü haqqında hec bir sənəd aşkar olunmadığı qeyd olunmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr şöbəsinin 24 oktyabr 2025-ci il tarixli, 73 nömrəli arayışına əsasən mərhum X6 ölümünün müəyyən edilməsi məqsədi ilə Naxçıvan MR vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırilmış clektron informasiya sistemi'nə xx.xx.2025-ei qədər daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir ölüm akt qeydi müəyyən edilmədiyi qeyd olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyinin 27 oktyabr 2025-ci il tarixli, arayışına əsasən mərhum 1992-ci il təvəllüdlü X6 ölümü ilə bağlı sənəd aşkar olunmadığı qeyd olunmuşdur. Babək Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 581/2025 nömrəli məktuba əsasən X7 adına ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün Babək rayon qeydiyyat şöbəsi müvafiq məhkəməyə müraciət etməyimiz tövsiyə olunmuşdur. Mən müvafiq dövlət orqanlarına müraciət edib oğlum X6 ölüm haqqında şəhadətnaməsini indiyədək almamışıq. Bu səbəbdən də oğlum X6 ölümü haqqında qeyd qeydiyyat şöbəsi tərəfindən aparılmamışdır. X6 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmirəm. Mərhum həyat yoldaşım X4 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir, ölümündən sonra Babək rayon Nehrəm qəsəbəsində ev və torpaq sahəsi miras qalmışdır, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etdim, X6 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədi. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X6 ölüm haqqında şəhadətnaməsi tələb olunur. X6 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik hüquqi haqqında şəhadətnaməsini ala bilmirəm. Məcbur qalıb məhkəməyə müraciət edirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında X4 ilə 23 may 1990-cı ildə Nehrəm İƏDN-də nikaha daxil olduğunu, birgə nikahdan 3 övladlarının anadan olduğunu, oğlu Əli və Məhəmmədin əkiz olduğunu, oğlu Əlinin 1991-ci ildə anadan olub, 1992-ci ildə 5 aylığında vəfat etdiyini, Əlinin epilepsiya xəstəsi olduğunu və o səbəbdən də rəhmətə getdiyini, digər oğlanları Məhəmməd və Rzaqulunun isə hazırda yaşadığını, yoldaşının onkoloji xəstəlikdən vəfat etdiyini, ondan miras qalan əmlakı öz adına sənədləşdirmək istəyəndə oğlu Əli Məmmədovun ölümü ilə bağlı heç bir qeydiyyat aparılmadığının müəyyən edildiyini, həmin vaxt məlumatsızlıqdan onun ölümünün qeydə alınması ilə bağlı müraciət edilmədiyini, yoldaşından miras qalan həyəti öz adına sənədləşdirmək istədiyini, oğlunun məzarına yoldaşını basdırdıqlarını və ona görə onun yerində ərinin baş daşı olduğunu, buna görə oğlunun ölüm faktının müəyyən edilməsini istədiyini, ərizəni müdafiə etdiyini bildirib ərizənin təmin olunmasını xahiş etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində ərizəçinin atası ilə dost olduğunu, özünün də Nehrəm qəsəbəsində yaşadığını, hadisənin çoxdan olduğunu, uşağın 5 aylıq ikən vəfat etdiyini, amma nə səbəbdən rəhmətə getdiyini bilmədiyini, ərizəçinin yoldaşı Əliqulunun isə təzəlikcə vəfat etdiyini, Əlidən başqa Nazlı və Əliqulunun daha iki oğlu olduğunu, Əlinin dəfnində iştirak etdiyini, həmin vaxtlar uşaqları qucagda aparıb tanış adamlarla dəfn edib gəldiklərini, həmin uşağı da bu qaydada dəfn etdiklərini bildirmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Baək rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, xx.xx.2026-cı il tarixli 3-16-5/8-xx-xx/2026 nömrəli məktubla məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Mülki işin materiallarını ərizəçinin izahatı və şahid ifadəsi ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, ərizəçinin oğlu X6 xx.xx.1991-ci il tarixdə anadan olması, ərizəçinin həyat yoldaşı X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi, X1 vərəsələrinə arvadı Ərizəçi, övladları- X3, X10 və X2 daxil olması, X1 ölümündən sonra Babək rayon Nehrəm qəsəbəsində torpaq sahəsinin miras qalması, X6 ölümünün qeydə alınmaması müəyyən olunmuşdur. Belə ki, ərizəyə əlavə edilən: - Babək rayon Nehrəm kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-T seriyalı, 078118 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X4 ilə Ərizəçi arasında xx.xx.1990-cı il tarixdə nikahın bağlanması, bunun nikah akt qeydləri kitabında 26 nömrə ilə qeydə alınması; - xx.xx.1991-ci il tarixli, XVİ-JQ seriyalı, 401538 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunum surətindən atası X4, anası Ərizəçi olan X6 xx.xx.1991-ci il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 324 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 675635 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 239 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/091S/126079-25 nömrəli arayışdan mərhum X1 vərəsələrinə arvadı Ərizəçi, övladları - X3, X10 və X2 daxil olması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqí Şəxs Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.0824 ha torpaq sahəsinin X1 tam mülkiyyətində olması müəyyən olunur. Məhkəmə iclasında tədqiq olunmuş sözügedən yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında subyektiv hüququ mövcuddur, şəxsin vəfat etməsi faktının müəyyən olunması ərizəçinin məqsədinə müvafiq hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə hüquqi şərait yaradacaqdır. Belə ki, faktın hüquqi əhəmiyyətini maddi hüquq normaları (mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini nizama salan normaları) və yuxarıda istinad olunan yazılı sübutların qarşılıqlı təhlili əsasında araşdırılması o nəticəyə gəlməyə imkan verir ki, mərhum X1 birinci növbə vərəsələri sırasında ərizəçi də olmuşdur və faktın təsdiq olunması onun üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Yuxarıda adı çəkilən Plenum qərarının 1.4-cü bəndinə əsasən lazmi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmçinin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Sözügedən hallar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlər əsasında araşdırılmışdır: - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Babək Rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-28-34-22/203/2025 nömrəli məktubdan Babək Rayon X8 hüquqi şəxsin arxivində 1991-ci il təvəllüdlü X6 ölümü haqqında heç bir sənədin aşkar olunmadığı; - Notariat, qeydiyyat və reyestr şöbəsinin Arxiv bölməsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 73 nömrəli arayışdan Babək rayonu, Nehrəm kəndində xx.xx.1991-ci ildə doğulmuş X6 ölümünün müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi"nə xx.xx.2025-ci ilə qədər daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və heç bir ölüm akt qeydinin müəyyən edilməməsi; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 3-28-34/2-M-1054-31-659/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan X6 1992ci ilə aid ölümü ilə bağlı sənədlərin müəssisədə aşkar olunmadığı,qeyd olunan dövr üçün müvafiq sənədlərin qanunauyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə təhvil verildiyindən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməsinin tövsiyə olunması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-581/2025 nömrəli arayışdan X6 adına ölüm haqqında akt qeydi tərtib olunmadığı, buna görə də ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı müəyyən olunur. Göründüyü kimi faktın qeydiyyatı qaydasına əməl olunmamışdır və mövcud şəraitdə belə qaydadan istifadə olunması artıq qeyri-mümkündür. Belə ki, şəxsin vəfat etməsinə baxmayaraq onun ölümü qeydə alınmamış və bu barədə tibbi şəhadətnamə tərtib olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mərhum X6 ölüm faktının məhkəmə araşdırması gedişində öz təsdiqini tapıb-tapmaması ilə bağlı şahid ifadəsini ərizəçinin izahatı ilə birlikdə tədqiq olunmasının nəticəsinə və yazılı sübutlara istinad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlərdən X6 xx.xx.1992-ci ildə ölməsi faktı öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1991-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş X6 xx.xx.1992-ci ildə ölməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq. qətetdi: Ərizə təmin olunsun. xx.xx.1991-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş X6 xx.xx.1992-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar