Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-8/2023 17.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X16 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkil-nümayəndəsi Vəkil1, cavabdeh X13, cavabdehin nümayəndəsi X25 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçının X8 qarşı torpaq sahəsinin alınmasına və üzərində inşa edilmiş tikililərə çəkilən xərcin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 05 sentyabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək X5, Babək rayonu Yarımca kəndində almış olduğu 500 kv.metr torpaq sahəsi və üzərində inşa etdiyi tikililərə çəkilən xərcin qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Həsənova (Məmmədova) Şəfiqə Allahverdi qızı ilə 02 sentyabr 1985-ci il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurmuşam. Bizim həmin nikahdan övladımız olmayıb. Bu səbəbdən də biz Şəfiqənin bacısı Yuxsarənin oğlu Şahid5 5 yaşından qeyri-rəsmi olaraq övladlığımıza götürüb saxlamışıq. Həmin müddətdə biz Naxçıvan şəhərində və Babək rayonu, Şəkərabad kəndində kirayə mənzil tutub qalmışıq. Orada yaşadığımız müddətdə Şərur rayonu, Kosacan kəndində yerləşən həyətyanı torpaq sahəmi satıb, qardaşım Rövşəndən 1000 (bir min) dollar alaraq 2000 (iki min) dollar düzəldib, Babək rayonu, Yarımca kəndində həyətyanı torpaq sahəsi satan Şahid1 2000 (iki min) dollar şəxsən əlimdə pul verdim və həmin pulun qarşılığında mənə 500 kv.metr torpaq satacağını bildirdi, lakin mən evə gələndən sonra baldızım X13 da torpaq almaq istədiyini bildirdi, mən də ona Rizvanın qalan torpaq sahəsini də satmaq istədiyini bildirdim. O da gedib, Rizvanla razılaşdıqdan sonra pulunu verib, qalan torpaq sahəsini aldığını bildirdi. Biz bunun üçün Babək rayon DNK-a alqısatqıya getdik. Lakin həmin vaxt bizim razılığımız əsasında torpaq sahəsinin hamısı Nəcibənin adına keçirildi, ancaq Nəcibə də mənə 500 kv.metr torpaq sahəsini adıma rəsmiləşdirmək üçün 2 il müddətinə etibarnamə verdi. Mən həmin torpaq sahəsini alandan 3 ay sonra orada 13x13 ölçüsündə 2 otaq, 1 mətbəx, 1 hamamtualet, 1 salon və açıq balkon və qeyri-yaşayış sahələri olan 1 tövlə və həyətdə 27 metr dərinliyində quyu qazdırıb, istifadə etməklə 08 sentyabr 2017-ci il tarixə kimi həmin evdə həyat yoldaşımla birlikdə yaşadıq, ancaq arvadım X9 08 sentyabr 2017-ci il tarixdə onkoloji xəstəlikdən öldü. Mən onun qırx mərasimini verdikdən sonra baldızım X13, əri Nejdet Sarler və qardaşı Şahid10 mənə hədə-qorxu gəlib, məni ölümlə təhdid etdikləri üçün mən qorxduğum üçün məcburiyyət qarşısında qalıb, evi qeyri-rəsmi övladlığa götürdüyüm Altuna verib, evdən çıxmışam. Beş ilə yaxındır ki, Bakı şəhərində kirayədə yaşayıram. Nəzərinizə çatdırıram ki, biz torpaq sahəsini alanda yaxın qohumluq münasibətlərinə inanıb, X1 Respublikasında olduğundan vaxtında adıma rəsmiləşdirə bilmədim. Arvadım Şəfiqənin isə vaxtsız ölümündən istifadə edərək mənə hədə-qorxu gəlməklə məni qorxudub, evdən çıxardıqları üçün torpaq sahəsini və üzərində tikdiyim evi adıma rəsmiləşdirməkdən qəti olaraq boyun qaçırırlar. Mən aldığım 500 kv.metr həyətyanı torpaq sahəsinə görə Rizvana 2000 (iki min) dollar verib, həmin torpaq sahəsinin üzərində tikilmiş tikililərə isə 40000 (qırx min) manat xərc çəkmişəm. İndi tələb etsəm də Sarler Nəcibə nə oranı adıma sənədləşdirir, nə də ki, çəkdiyim xərci qaytarır. Hal-hazırda mən evimə gedib-gələ bilmirəm. Bütün ev əşyalarımı da orada olmaqla mənimsəyib, mənə hədə-qorxu gəlib, evimə buraxmırlar. Artıq bu səbəbdən də mən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Qeyd edirəm ki, torpaq sahəsini alaraq ona pul verdiyim, Babək rayon Yarımca kənd sakini Şahid1 pulu aldığını, Şahid2 pulun onun iştirakı ilə verildiyini və həmin kənddə qeydiyyatda olub yaşayan Şahid3, Şahid4, Şahid5 və Şahid6 məhkəmədə şahid qismində dindirilmələri üçün məhkəməyə dəvət olunmalarını istəyirəm. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsini mənə bacım Yuxsarənin əri Mətləb tapmışdı. O mənə dedi ki, kəndin yuxarısında Şahid1 torpaq satır. Mən ərim X25 ilə gedib Rizvanla görüşüb danışdıq ki, ondan torpaq alaq. Rizvan bizə 20 sot torpağını 4000 dollara satmağa razılaşdı. Sonra mən ərim Nejdetlə Türkiyəyə qayıdıb İzmir şəhərinə getdik. Oradan bank vasitəsilə cavabdeh İddiaçı adına İğdır şəhərindəki banklardan birinə 4000 dollar pul göndərdik ki, torpağı Rizvandan alsın. Biz Türkiyəyə qayıtmamışdan əvvəl notariusda İddiaçı adına 3 illiyinə etibarnamə vermişdik ki, mənim adıma torpağı alıb sənədləşdirsin. Pulu İddiaçı göndərəndən 2-2.5 ay sonra torpağı adıma alıb-almamasını öyrənmək üçün kəndimizə gəldim. Gördüm ki, İddiaçı 2000 kv.m torpaq sahəsini adıma alıb. Torpağın mənə alınmasını, pulun bizim tərəfimizdən İddiaçı göndərilməsini, İddiaçı isə həmin pulla mənim adıma torpağı almasını torpağı satan Şahid1 da təsdiq edər. Adıma torpaq alındığından qardaşım Cəfər, Telman, bacımın əri cavabdeh İddiaçı, bacım Nazlı, gəlinlərimiz Tamam və Nuranəyə pul verməklə, özüm də işləməklə beş mindən çox kərpic kəsdik. Kərpici kəsdiyimiz müddətdə qardaşlarım Cəfər, Telman, ərim Necdet başladılar evin himini açmağa. Himi açandan sonra evin tikintisinə başladıq. Ustalığını Cəfər edirdi, fəhləliyini isə Telman, Nejdet, Afət edirdilər. Arada Mətləb də gəlib işləyirdi. Bütün işləyənlərin pullarını özüm verirdim. Bundan başqa qardaşım Telmanın arvadı Şahid8 və qardaşım Cəfərin arvadı Şahid7 da evin tikilməsində gəcinin çəkilməsində iştirak ediblər. Evin şiferini qardaşım X32 kəndində yaşayan əmisi Şahid12 vurublar. Onların zəhmət haqqını isə özüm vermişəm qardaşım Cəfərə. Cəfər özü isə Nurəddinlə hesablarını kəsirdi. Sonra mən qayıtdım Türkiyəyə. Az bir müddətdə orada qalıb, təkrar qayıtdım kəndimizə. Gəldim ki, evin şiferi vurulub qurtarıb, qazı, işığı çəkilib. İstifadə etdiyimiz qazın pulunun qəbzi gələndə gördüm ki, qəbz İddiaçı adınadır. Afətdən soruşanda dedi ki, evi adına salanda işıq, qaz da adına keçəcək. O vaxt İddiaçı bacım Şəfiqə ilə Naxçıvan şəhərində kirayədə qalırdılar. Afət bacımı evdə tək qoyub çıxıb getdi ikinci arvadının yanına. Bacım onda xəstə idi, gedib bacımı kirayə qaldığı evdən götürüb gətirdim Yarımca kəndində tikdirdiyim öz evimə. Bacım bizimlə yaşamağa başladı. Onda bacımın oğlu Şahid5 qardaşım Telmanın yanında qalırdı. Mən bacım Şəfiqə ilə danışdım ki, mən Türkiyəyə qayıdacağam sən tək qalacaqsan. Qardaşımız Telmanla danış Altunu gətir yanına. Telmanla razılaşandan sonra Altunu gətirdik bacımın yanına və mən Türkiyəyə qayıtdım. Türkiyədəki evimizi satıb, əşyalarımızı tıra yığıb kəndimizə qayıtdıq və mən, həyat yoldaşım Nejdet, bacım Şəfiqə və Altun bizim evdə yaşamağa başladıq. Bacım Şəfiqənin yaşamağa evi olmadığı üçün, özü xəstə olduğuna görə onu evimdə saxlayırdım. Həmin vaxt bacım Şəfiqə arada telefonla əri İddiaçıla danışırdı. Tikdiyimiz evin kərpicdən olması, bəzi yerlərinin çatlaması, tikiliş forması məni qane etmədiyindən mən təxminən həmin evdən 3 metr aralıda yeni evin tikintisinə başladım. Təzə evi kubikdən tikirdik. Evin tikintisini qurtarmamış İddiaçı bacımın yanına qayıtdı. Ümumiyyətlə 2008-ci ildən, bacım ölənə kimi İddiaçı dəfələrlə gedib aylarla başqa yerlərdə qalıb təkrarən bacımın yanına qayıdırdı. 2-ci evi tikib qurtarandan sonra hər iki evi adıma sənədləşdirmək istədim. Lakin birinci tikdiyim ev qonşum Rəcəbin (Rəcəb bacımın oğludur) həyətinə keçdiyindən sənədləşdirə bilmədim. Həmin vaxtı evi sənədləşdirmək üçün Daşınmaz Əmlakın əməkdaşı Azər adlı şəxs də gəlmişdi ki, ölçmə işləri aparsın. Bacım vəfat edəndən sonra yasın 3-cü günü, gecə saat 2 radələrində İddiaçı işlətdiyi minik avtomaşınını da götürüb evdən çıxıb getdi. O vaxtdan da evə gəlməyib. Bacımın yasından sonra bacımın oğlu Altunu gətirdim öz yanıma, o biri evi isə bağladım. Altun bizdə qalanda kor bağırsağında ağrılar olduğundan xəstəxanaya aparıb əməliyyat elətdirdik. Sonra anası onun əməliyyat olduğunu bilib mənimlə savaşdı. Altun da xəstəxanadan çıxıb getdi öz anasının (bacım Yuxsarənin) yanına. Sonra isə oradan Türkiyəyə atası Zaman Əliyevin yanına getdi. Orda işləyirdi. Altun işlədiyi müddətdə Türkiyədə yaşayan bacımın qızı ilə nişanlandı. Altun toyu ərəfəsində ərim Nejdete zəng edib bizim birinci tikdiyimiz evdə qalmaq istədiyini bildirdi. 2018-ci ilin oktyabr ayında Altunun toyu oldu. Heç biz toyda iştirak edə bilmədik. 2019-cu ilin Novruz bayramını Altun arvadı ilə kənddəki evimizdə keçirib sonra Türkiyəyə qayıtdılar. Arvadının cehiz əşyaları evdə olduğundan qapını bağlayıb açarı da verdilər Yuxsarəyə. Onda biz Türkiyədə idik. Nejdet Altuna dedi ki, evdə qal, ancaq evdə heç nəyə toxunma. Lakin Altun bizim dediyimizə qulaq asmayaraq hamamın içərisinə kafel döşəyib, birdə evin mətbəxinin yerini dəyişmişdi. Sonra o Türkiyəyə qayıtdı, 3 il idi ki, atasının yanında qalırdı. Arvadı da öz anasının yanında. Bu il Altunun arvadının 18 yaşı tamam oldu. Altunun toyundan sonra o Türkiyəyə qayıdandan 3-4 ay sonra mən Nejdatla kəndimizə gəldim. 2022-ci ilin mart ayında Altun qaynanası Gülxarə, arvadı Cərən Naxçıvana gəldilər. Bir neçə gündən sonra onlar bizə gəldilər və dedilər ki, o evdə qalmaq istəyirik. Məndə dedim ki, əgər qalsanız kirayə haqqı ödəməlisiniz. Altun arvadı və qaynanası ilə evdə qaldılar. Kira haqqını vermədiyindən aramızda mübahisə oldu. Bu səbəbdən də Altun evdən çıxdı. Bu gün də mənim əşyalarım həmin evdədi. Evin mənim tərəfimdən tikilməsini Babək rayon Yarımca kəndində yaşayanlar Şahid7, Şahid8, X11, Şahid10, Şahid11, X26, Şahid1, Babək rayon Cəhri kənd sakini Şahid12 təsdiq edə bilərlər. İddiaçı torpağın alınmasına, evin tikilməsinə bir manat belə olsun xərci çıxmayıb. Onun yazdıqlarının hamısı yalan və iftiradır. Xahiş edirəm iddianın rədd olunması barədə qətnamə qəbul edəsiniz. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 02 sentyabr 1985ci ildə Nəcəfalı Dizə kənd sakini X7 ilə ailə həyatı qurmuşam. Onunla birgə nikah dövründə Naxçıvan şəhərində, daha sonra isə Şəkərabad kəndində kirayədə yaşamışıq, birgə nikahımızdan övladımız olmamışdır, bu səbəbdən də baldızım Yuxsarənin oğlu Altunu faktiki övladlığa götürmüşük, o, 5 yaşından etibarən bizimlə yaşayıb. Kirayədə yaşadığımız müddətdə bacanağım, Altunun ögey atası Şahid2 mənə Yarımca kəndində Şahid1 torpaq satdığını bildirdi, orada torpaq alıb ev tikməyi məsləhət gördü. Həmin vaxt Şərur rayonu, Kosacan kəndində yerləşən torpağımı X4, üzərinə də qardaşım X14 aldığım 1000 dolları əlavə edib 2000 dollar düzəltikdən sonra Mətləb, onun yoldaşı Yuxsarə və mən Rizvana pulu birlikdə nağd verib, 500 kvadrat metr torpaq sahəsini almışam. Alğı-satqı vaxtını dəqiq xatırlamadığım 2008-2010-cu illər arası şifahi şəkildə olub. Bundan sonra baldızım Nəcibəyə Rizvanın satmaq istədiyi torpaq sahəsinin qaldığını və istəsə ala biləcəyini bildirdim. Nəcibə türk vətəndaşı ilə evli idi və Türkiyədə İzmir şəhərində yaşayırdı, arabir Naxçıvana gedib-gəlirdilər, gələndə Yarımcada yaşayırdılar. 1 ay sonra mən bacanağım Mətləbdən Nəcibənin torpağın qalan hissəsini aldığını öyrəndim, amma neçəyə aldığını bilmədim, torpağın pulunu Rizvana cavabdeh özü vermişdir, mən cavabdehin adından ona pul verməmişəm. Bundan sonra Nəcibə ilə Notariat Kontoruna getdik, Nəcibə Türkiyədə yaşadığından həmin torpağa baxıb nəzarət etmək məqsədilə mənə etibarnamə verdi. Mən bundan sonra cavabdehə 500 m2 torpağın pulunu özüm verdiyimdən orada ev tikmək istədiyimi, Türkiyədən qayıtdıqdan sonra isə həmin torpağı mənim adıma rəsmiləşdirəcəyi barədə bildirdim. Nəcibə qayıtdıqdan sonra torpağı mənim adıma rəsmiləşdirəcəyini, orada ev tikməyimə razı olduğunu bildirdi. Bu səbəbdən də mən torpağı adıma rəsmiləşdirmədən orada ev tikməyə başladım. Mən 2009-cu ildə 3 ay ərzində öz aldığım hissədə 13x13 ölçüdə 2 otaq, 1 mətbəx, 1 hamam-tualet, 1 salon, açıq balkon və qeyri yaşayış sahəsi olmaqla ev tikdim. Həmin evin himini açanda qayınlarım Cəfər, Telman və bacanağım Mətləb gəlib mənə kömək etdilər. Onlar məndən bunun müqabilində pul almadılar. Himi qazıb betonu tökdükdən sonra mərhum yoldaşım Şəfiqə ilə kərpic kəsib evi tikməyə başladıq. Evin hörgüsü zamanı qaynım Cəfər mənə qarşılıqsız kömək edirdi. Həmin evin layihəsini özüm hazırlamışam, 1 otaq hazır olduqdan sonra həmin otaqda ailəmlə birlikdə yaşamağa başladım. Bundan sonra cavabdehin qardaşının arvadının əmisi olan Nurəddin şiferi vurdu, mən bunun müqabilində ona 100 dollar verdim. Nurəddin şiferin üstünü vura bilmədiyinə görə həmin hissəni Cəfər vurdu, Nurəddinin Cəfərə pul verib-vermədiyini bilmirəm. Qış aylarında həmin evin divarı çatladı, mən isə böyründən ev uçmasın deyə dirək vurdum. Həmin vaxt cavabdehlər burada deyildilər. Mənim evimdə ən çox işləyən Samil usta olubdur. Mətbəxin kafelini vuran isə Əşrəf və Samildir, cavabdeh isə kafeli kimin vurduğundan xəbərsizdir. Evin gəcini, alçıpanını, tavanını, döşəməsini Samil usta vurub. Hətta evin açıq balkonunu tikərkən də Samil usta işləyib. Ona 8000 manata yaxın pul vermişəm. Daha sonra 2016-cı ilin may-iyun aylarında həyətin aşağı hissəsində mal-heyvan saxlamaq üçün tövlə tikmişəm. Oranın himini cavabdehin qohumu olan Xudadanov Qədir açıb, özüm isə hörmüşəm. Həmin vaxt cavabdeh burada idi, yeni tikdikləri evdə yaşayırdılar. Mən orada ev və tövlə tikməyimə baxmayaraq onlar bununla bağlı mənə mane olmayıb, heç bir irad bildirməyib və hər hansı dövlət orqanına müraciət etməyiblər, çünki cavabdeh evin mənə aid olduğunu bilirdi. Altun həyətdə Aslan adlı ustaya 1500 manat xərc çəkərək artezian quyusu qazdırıb, evin 2 otaq və bir salonuna divar kağızı çəkdirib, evin qabağındakı açıq balkonun tavanına lambri vurdurub və yerinə daş döşədib, su quyusu və artezian quyusu qazdırıb, hamam və sanitar qovşağın kafel, metlax və lambrinini vurdurub, mətbəxin mebel arasına kafel vurdurub. Məhkəmədə iddia qaldırmazdan əvvəl Altun həmin hissədə tələbini mənə güzəşt etmişdir, belə ki, onun ailə vəziyyəti ilə əlaqədar olaraq tez-tez Türkiyəyə gedib-gəlməsi səbəbindən iddia qaldırmağa imkanı yoxdur. Aramızda bununla bağlı şifahi razılaşma mövcuddur. Bunu şahid qismində dindiriləndə özü də təsdiq edə bilər. Yoldaşımın xəstəliyi və müalicə alması, həmçinin Altun, mən və Şəfiqənin həmin evdə yaşamağımız bizdə arxayınçılıq yaratdığından, həmçinin qohumluğa da güvənib evi mübahisə olmayan vaxtlar adıma keçirmədim. Sonralar cavabdehdən dəfələrlə xahiş etsəm də, torpağı mənim adıma saldırmadı. Oranın kommunal xərclərini mən ödəmişəm. Bütün qəbzlər mənim adımadır. Daha sonra yoldaşım 08 sentyabr 2017-ci ildə rəhmətə getdi. Onun 40 mərasimi həmin evdə verildikdən sonra cavabdeh Nəcibə, onun yoldaşı Necdet və qaynım Cəfər məni hədələyərək evdən çıxardılar. Mən bundan sonra evi Altuna əmanət edib, Bakıda kirayədə qalmağa başladım. Ondan sonra evə qayıtmamışam. Evə qayıtmaq istəsəm də, oğlum Altun cavabdehin onu evə qoymayacağını dediyi üçün evə getməmişəm, Altunu isə hərdən şəhərdə görürdüm. Bütün bu qeyd edilənlər nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. İddiaçının vəkili Vəkil1 izahatında iddiaçının mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin alınmasına və onun üzərində yerləşən yaşayış evinin inşa olunmasına xərc çəkdiyi və hazırda həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğu nəzərə alınmaqla cavabdehin iddiaçının hesabına əsassız olaraq varlandığını, bunu şahid ifadələri və yazılı sübutların təsdiq etdiyini bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X13 məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, iddiaçı mənim mərhum bacım Şəfiqənin həyat yoldaşı olmuşdur. Mən türk vətəndaşı X27 ilə evliyəm, həm Türkiyədə, həm də Azərbaycanda yaşayırıq. 2007-ci ildə ərim X28 kəndinə ata evimə qonaq gəlmişdim. Həmçinin özümüzə də ev almaq istəyirdik. Biz ilk öncə Naxçıvan şəhərindən ev almaq istədik. Buna görə həmin il mərhum bacım Şəfiqə, iddiaçı Afət və ərim Necdetlə birlikdə Naxçıvan şəhərində, bazar tərəfdə yerləşən evlərə baxdıq. Lakin evlər dar olduğundan xoşumuza gəlmədi. Sonra bacım Yuxsarənin əri Mətləb mənə dedi ki, Yarımca kəndində Rizvan Əhmədov torpaq satır. Afət, mən, ərim Necdet və bacanağımız Mətləb birlikdə gedib Rizvanla danışdıqdan sonra bütün torpağın mənə satılması barədə razılaşdıq. Bacım xəstə olduğu üçün onunla deyil, Afətlə getdik. Rizvanla 4000 dollara 20 sot torpağın satılacağı barədə razılaşdıq. Rizvana yanımızda pul olmadığını, Türkiyədə qızılları satıb göndərəcəyimi bildirdik. Bundan 1 ay keçdikdən sonra bacımın yoldaşı Afətə sənəd işlərindən anlaması, həmçinin güvənəcək başqa şəxs olmadığından etibarnamə verdim və ərimlə birgə Türkiyəyə qayıtdıq. Etibarnamə Yarımca kənd sakini Rizvan Əhmədovdan torpaq sahəsinin mənim adıma alınması barədə idi. Türk istehsalı olan qızıllar Naxçıvanda ucuz olduğu üçün onları Türkiyədə satmaq qərarına gəldik. Qızılları satdıqdan sonra 4000 dollar pulu “Ziraat Bank” vasitəsilə X30 adına Rizvana verməsi üçün göndərdim. Amma mən Türkiyədə torpağın adımıza sənədləşib-sənədləşməməsi barədə rahat ola bilmədiyim üçün 1 ay sonra Naxçıvana qayıtdım. Həqiqətən də İddiaçı ona verdiyim etibarnamə əsasında 20 sot torpağı adıma rəsmiləşdirmişdi. Daha sonra orada özümüzə ev tikməyə başladıq. Bacım Nazlı, gəlinlərimiz Nuranə, Tamam və mən kərpic kəsdik, yoldaşım Necdet, qardaşlarım Cəfər, Telman və kürəkənimiz Mətləb evin himini açdılar. Şiferi qardaşım Cəfər və gəlinimiz Tamamın əmisi Şahid12 vururdular. Şiferi vuranda bizim pulumuz çatmadı. Bundan sonra Necdetlə İzmirdə kənddə yaşadığımız müddətdə saxladığımız mal-qaranı satıb pul əldə etmək üçün Türkiyəyə qayıtdıq. Mal-qaranı satıb, üzərinə də əlimizdə olanı əlavə edib 1 ay içində Naxçıvana qayıtdıq. Cəfər Nurəddinlə haqq-hesab etdi, mən isə pulu Nurəddinə verməsi üçün Cəfərə verdim. Tikilən evin içində qaz sobası yandıraraq kərpici qurudurdum. Evi 2007-ci ildə bitirdik. Həmin vaxt İddiaçı Şəkərabad kəndində kirayədə yaşadıqları evdə bacımı yalnız qoyaraq Naxçıvan şəhərinə ikinci ailəsinin yanına getmişdi. X33 ağır xəstə olduğundan onu bizimlə birlikdə yaşaması üçün yeni tikilən evə gətirdim. Bacım, mən və ərim Necdet orada yaşamağa başladıq. 1-2 ay sonra yenidən Necdetlə birlikdə Türkiyəyə qayıtmalı olduğumuzdan digər bacım Yuxsarənin birinci evliliyindən olan oğlu Altunu onun ikinci həyat yoldaşı Mətləb qəbul etmədiyindən qardaşım Telmangildən götürüb Şəfiqə ilə birlikdə yaşaması üçün evimizə gətirdim. Bundan sonra biz Türkiyəyə qayıtdıq, orada olanda iddiaçının bacımın yanına qayıtdığını eşitdim. 3-4 ay sonra Naxçıvana qayıtdıq və Afətin də bizim evdə yaşadığını gördük. Kommunal qəbzlərinin Afətin adına yazıldığını görəndə, bu barədə iddiaçıya bildirdim, o isə evin sənədləşdirilməsi zamanı problemin həll olunacağını bildirdi. Bir müddət orada yaşadıqdan sonra iddiaçı yenə çıxıb getdi, bundan sonra İzmirdəki evimizi satdıq, həmin evdəki malları tır vasitəsilə İğdıra göndərdik, özümüz də Naxçıvana qayıtdıq. Birinci tikdiyimiz evin divarları çatladığından, həmçinin İzmirdə satdığımız evin pulu dağılmasın deyə evdən 2 metr yarım aralıda ikinci bir ev tikməyə başladıq. Orada yaşadıqları müddətdə iddiaçı və Şahid5 mübahisəli evdə icazəsiz dəyişikliklər etmiş, divar kağızını dəyişdirmişdir. Altun həmin evdə yaşayarkən yoldaşıma zəng edərək toy edəcəyini, evdə dəyişiklik etmək istədiyini bildirmiş, həyat yoldaşım Necdet isə icazə verməmişdir. Lakin buna baxmayaraq Altun orada bir sıra dəyişikliklər etmiş, evin divarlarını gərək olmadığı halda oboylamış, həyətə artezian və su quyusu çəkdirmiş, hamam və sanitar qovşağın kafel-metlaxını vurmuş, açıq balkona lambri vurmuş, balkonda olan mətbəxi sökmüşdür. Halbuki biz ona bu dəyişiklikləri etməsi üçün icazə verməmişik. Lakin mətbəxi düzəltməyə hələ bacımın sağlığında mən icazə vermişəm, həmin vaxt 2017-ci ilin aprelində iddiaçı evə mətbəx mebeli yığdırmışdır. Çünki bacım ağır vəziyyətdə idi və mənə deyirdi ki, mən də sənin kimi mətbəx mebelim olsun istəyirəm. Mən də onlara mebeli yığmağa icazə vermişdim. Həmçinin 2017-ci ilin iyul ayında hava çox isti keçdiyindən və bacım Şəfiqə yaxşı olmadığından evə kondisioner alıb quraşdırmalarına razılıq vermişəm. Kondisioneri isə iddiaçı kreditlə almışdır. Həmin evi öz qazancımızla əziyyət çəkərək tikmişik, iddiaçı indi məndən həmin evi tələb edir. Həmçinin evin həyətində su quyusunun salınması zamanı bizdə pul olmadığından Altundan 1500 manat pul borc alıb indiyə qədər qaytarmamışam. İddiaçının həmin evin tikilməsində bir qəpik belə qatqısı olmayıb. Orada mənə görə usta-fəhlə kimi işləyən qardaş-bacılarımın da pulunu vermişəm. Bütün bu qeyd edilənlərin nəzərə alınmaqla iddianın rədd olunmasını məhkəmədən xahiş edirəm. Cavabdehin nümayəndəsi Nümayəndə Hilmi oğlu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh həyat yoldaşımdır, onunla 1997-ci ildə ailə qurub Türkiyə Respublikasında yaşamışıq, arabir Naxçıvana gəlib burada qalmışıq. Bu səbəbdən də Azərbaycan dilini ana dilim kimi danışıb başa düşürəm. Naxçıvan xoşuma gəldiyindən burada bir ev almaq istədik, bununla bağlı Nəcibənin qohumlarının məlumatı olduğundan baldızım Yuxsarənin əri Mətləb mənə Yarımca kəndində Rizvan adlı şəxsin torpaq satdığını bildirdi, Afət və Mətləblə birlikdə Rizvanla görüşdük. Rizvana mülkiyyətində olan 3200 m2 torpağı 6000 manata almaq istədiyimi bildirdim, o isə torpağın 1200 m2 hissəsində oğluna ev tikəcəyini, qalan 2000 m2 hissəsini sata biləcəyini bildirdi. Rizvan 2000 m2 torpağı 4500 manata satmağı təklif etsə də mənim xahişimlə 4000 dollara razılaşdıq. Yanımızda pul olmadığından Rizvana qızıllarımızı Türkiyədə satdıqdan sonra pulu ödəyəcəyimi bildirdim, Rizvan isə təcili pula ehtiyacı olduğunu bildirdi. Bundan sonra Afətə sənədləşmə işlərini yaxşı bildiyi üçün torpağı Nəcibənin adına rəsmiləşdirməsi məqsədilə etibarnamə verib, Nəcibə ilə Türkiyə Respublikasına qayıtdıq. Qızıllarımızı satıb 4000 dollar pulu “Ziraat Bank” vasitəsilə İddiaçı adına bankın İğdır filialına göndərdim, Afətə pulu götürməsini bildirdim, Afət torpağı adımıza sənədləşdirdiyini bildirdi. Həmin vaxtlar Afəti insan olaraq sevməsəm də ona inanırdım. Təxminən 45 gün sonra yenidən Afətin torpağı adımıza rəsmiləşdiribrəsmiləşdirmədiyindən əmin olmadığımız üçün Nəcibə ilə Naxçıvana qayıtdıq, həqiqətən də Afət 20 sot torpağı Nəcibənin adına keçirmişdi. Bundan sonra orada ev tikmək üçün him açdıq, mən 10-15 gün içində yenidən Türkiyəyə qayıtdım, Nəcibə isə Naxçıvanda qaldı. Mən Türkiyədə işləyib pul göndərirdim, qayınlarım Telman və Cəfər isə evin tikintisində işləyirdilər. 2-3 aydan sonra evin hörgüsü bitdi, evin dam örtüyü vurularkən pul kifayət etmədiyindən İğdıra gedib oradakı bank hesabımdan pulu çəkib gətirib evin hörgüsünə verdim. 2009-cu ildə Türkiyədəki evimi də Gəray Kaçaroğlu adlı şəxsə 50 milyard türk lirasına satdım. Evin əşyalarının Naxçıvana daşınması üçün qaynım Telmandan İzmirə gəlməsini xahiş etdim, Telman İzmirə gəldi, tır vasitəsilə evin yükünü Naxçıvana yola saldıq. Biz Naxçıvana gəldikdən 3-4 gün sonra yük gəlib çatdı, həmin yükü hazır olan evə yığdıq və orada yaşamağa başladıq. Evdə 6 ay yalnız özümüz yaşamışıq, daha sonra baldızım Şəfiqəni xəstəliyi ilə əlaqədar tək yaşamasın deyə mübahisəli evə gətirdik, Altunla birlikdə orada yaşamağa başladılar. Nəcibə ilə 6 ay həmin evdə baldızım Şəfiqə, Afət və Altunla birlikdə yaşadıq, 6 ay sonra isə Türkiyəyə qayıtdıq. Orada yaşadığımız müddətdə Afət arabir bizimlə qalırdı. Baldızım Şəfiqə 2017-ci ildə vəfat etdi, yas mərasimi həmin evdə oldu. Yas mərasiminin 3-cü günü iddiaçı evdən çıxıb digər ailəsinin yanına getdi, daha sonra biz Afəti görmədik. Birinci İddiaçı yaşadığı ev tikilib, evlər 2 il ara ilə tikilib, ikinci ev tikiləndə mən özüm daima burda olmuşam. Belə ki, 2009-cu ildə həmin həyətdə biz 2-3 metr ara məsafəsi ilə ikinci evi tikməyə başladıq, 2-3 aya həmin ev hazır oldu. Daha sonra Nəcibə ilə ikinci evə köçdük. Şəfiqə rəhmətə getdikdən sonra Altunu da ikinci evə öz yanımıza gətirdik, Altunu xəstəliyi ilə əlaqədar olaraq əməliyyat etdirdik. Altunun anası Yuxsarə bununla bağlı problem yaratdı və Altunu da götürüb evinə apardı, Altun bundan sonra bizimlə yaşamadı. Altun daha sonra Türkiyəyə gedib xalası Gülsarənin qızı ilə nişanlandı, toy etmək üçün Naxçıvana gəldilər. Biz baldızım Şəfiqə öldüyündən və içində onların əşyası olduğundan evlərə nəzarəti Altunun doğma anası Yuxsarəyə tapşırmışdıq, yəni evin açarı onda idi. Həmin vaxt aramızda ev mübahisəsi yox idi. Biz Türkiyədə olanda Altun mənə zəng edərək evdə toy edib müvəqqəti yaşamaq üçün icazə istədi. Mənə evin hamamına kafel döşəyəcəyini dedi. Mən də evdə heç bir dəyişiklik etməmək şərti ilə toy etdikdən sonra çıxacağını bildirdiyi üçün müvəqqəti yaşamağına icazə verdim, Altun da bununla razılaşdı. Biz toya getmədik, toy bitdikdən sonra Yarımcaya qayıtdıq. Həmin vaxt Altungil Türkiyəyə getmişdilər, Altunun arvadının cehizləri isə evdə qalmışdı. Qapıları kilidləyib açarı anası Yuxsarəyə vermişdilər. Mən əslində cehizləri ora gətirmələrinə icazə verməmişdim. Daha sonra evdən bir şey itər və bizim üstümüzə atarlar deyə gözlədik ki, Türkiyədən gəlib cehizləri evdən çıxarsınlar. Ona görə açarı istəmədik. Daha sonra onlar İstanbuldan qayıtdılar. Altun, yoldaşı və qayınanası Gülsarə də gəlmişdilər. Biz insanlıq xatirinə onlara həmin evdə qalmalarına icazə verdik. Altun içki içib bizi narahat edirdi. Bununla bağlı polisə ərizə verdim. Hətta yoldaşımın boğazından tutub evi adlarına keçirməyi tələb edirdi. 15 il evimi zəbt etmişdilər. Altun əvvəlcədən məndən ev tələb etmirdi, onu iddiaçı daha sonra bizə qarşı öyrədirdi. Polisə verdikən sonra Altungil əşyalarını götürdülər, bir-iki əşyası qalıb, hazırda evin açarı Yuxsarədədir. İddiaçı evin tikilməsində pul xərcləməyib. Birinci evin qaz sayğacı biz burda olmadığmız üçün Afətin adına olub. Amma ikinci evin qaz sayğacı biz burda olduğumuz üçün Nəcibənin adınadır. Borc yarandığından birinci evin sayğacını adımıza keçirə bilmədik. Hazırda orada Afətin borcu olduğundan oranın qazını kəsiblər. Bəli, Altun orada toy edib yaşamaq üçün məndən icazə istədi, Altun mənə toy etdikdən sonra çıxacağını bildirdiyi üçün ona yaşamağa icazə verdim. Bu hallar nəzərə alınmaqla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən alındığı iddia edilən torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğunu, iddiaçı tərəfindən həmin torpağın alınmasına görə torpağı satana 2000 manat pul ödəməsi ilə bağlı dəlilin öz təsdiqini tapmadığını, ümumiyyətlə isə iddianın sübuta yetirilmədiyini bildirmiş, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid1 ifadəsində Yarımca kəndində oğlu Zəka Məmmədova məxsus 20 sot torpaq sahəsinin olduğunu, həmkəndlisi Mətləbə əvvəldən həmin torpaq sahəsini satdığı barədə bildirdiyini, Mətləbin torpaq sahəsinə baxdığını, bir müddət sonra Mətləbin həmin torpağı almaq fikrindən dönüb-dönmədiyini soruşduğunu, ona torpağı satacağını bildirdiyini, Mətləbin isə həmin torpaq sahəsini Necdet və Nəcibənin almaq istədiklərini bildirdiyini, sonra Mətləb, Necdet və Nəcibənin həmin torpaq sahəsinə baxdıqlarını, Mətləbin torpağın yerini göstərib çıxıb getdiyini, Nəcibə və Necdetlə 20 sot torpağı 4000 dollara satmaları barədə razılaşdıqlarını, Türkiyədən pul göndərib torpaq sahəsini sənədləşdirəcəklərini bildirib getdiklərini, sonra Afətin ona Nəcibənin torpaq sahəsini Nəcibənin adına sənədləşdirmək barədə etibarnamə verməsi barədə dediyini, notariusda Afətin ona 4000 dollar pul verdiyini, torpağı Nəcibənin adına sənədləşdirdiklərini, həmçinin verilən suallara cavabında Mətləb, Şəfiqə və Afətin onun evinə gəlib 500 m2 torpağın Afətin öz adına alqı-satqısı barədə razılaşmaya girmədiklərini, Afətdən 500 m2 torpaq sahəsini ona satmaq müqabilində 2000 dollar pul almadığını, Babək Rayon Notariusunun həmin vaxt məzuniyyətdə olduğunu, bu səbəbdən də alqı-satqını Afət və özünün etibarnamə əsasında Naxçıvan şəhərində rəsmiləşdirdiklərini, alqı-satqı qiymətini uzun illər keçdiyindən unutduğunu, 4000 dollar aldığını təxminən xatırladığını, Afətin etibarnamə əsasında aldığı torpaqdan başqa torpaq sahəsi almadığını bildirmişdir. Şahid15 izahatında 2013-cü ildən Yarımca kəndində yaşadığını, 2014-cü ildən isə Yarımca kənd İcra nümayəndəsi vəzifəsində işlədiyini, mübahisəli evin qonşuluğunda yaşadığını, torpaq sahəsində iki ev tikildiyini, onlardan birində Afətlə Şəfiqənin, digərində isə Necdetlə Nəcibənin yaşadığını, həmin evin icra nümayəndəsi təyin edilənə qədər artıq tikilib hazırlandığını, 2017-ci il sentyabr ayında Şəfiqə rəhmətə gedənə qədər Afətlə birlikdə həmin evdə yaşadıqlarını, Şəfiqənin yas mərasimində iştirak etdiyini, cavabdeh Nəcibəgilin bacı-qardaş olaraq saylarının çox olduğunu, həmişə də birlikdə olduqlarını, bacıları Şəfiqənin yas mərasimində də bir yerdə olduqlarını, Şəfiqə xanım vəfat etdikdən sonra isə Afəti orada görmədiyini, evlə bağlı icra nümayəndəliyinə hər hansı müraciətin daxil olmadığını, iki evin arasında artezian quyusu vurulduğunu, həyətdə isə yardımçı tikililərin sonradan inşa olunduğunu, lakin onları kimin tikdiyini bilmədiyini, 4-5 ay bundan əvvələ qədər Altunun arvadı ilə birlikdə həmin evdə yaşadıqlarını, X29 oradan çıxarılması ilə bağlı polisə müraciət etdikdən sonra oradan çıxarıldıqlarını, hazırda evin bağlı olduğunu, 6-7 ay bundan əvvəl iddiaçının ona zəng edib evin qaz sayğacının söküləcəyini bildirib kömək etməsini xahiş etdiyini, özünün isə Qaz İstismar Xidməti ilə danışıb ona qaz sayğacını sökmədiklərini, müvəqqəti olaraq blomplandığı bildirdiyini qeyd etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində 2007-ci ildə bacanağı Afətin torpaq sahəsi almaq istədiyini ona bildirdiyini, Rizvanı həmkəndlisi olaraq tanıdığını və onun torpaq satdığını da bildiyini, həyat yoldaşı Şahid6 ilə birlikdə torpağın qiymətini danışmaq üçün Rizvanın Yarımcadakı evinə getdiklərini, Rizvanın torpağın 1200 m2-ni sata biləcəyini dediyini, gəlib bunu Afətə dediyini, Afətin isə razılaşıb həmin torpaq sahəsini almaq istədiyini bildirdiyini, Afətin torpağı almaq üçün çatışmayan pulu qardaşı Rövşəndən alacağını, qalanını isə özünün düzəldəcəyini dediyini, daha sonra Nəcibəyə Rizvanın qalan torpağını ala biləcəyini və həmin torpağı almaq istədiyini bildirdiyini, ikinci dəfə torpağı almaq üçün Afətlə birlikdə yenidən Rizvanın evinə getdiklərini, öz yanında Afətin Rizvana iki torpaq sahəsinə, yəni 0.20 ha torpaq sahəsinə birlikdə 2000 dollar pul verdiyini, bunun Rizvangilin həyətində baş tutduğunu, daha sonra verilən suallara cavabında şahid Afətin 1200 m2 torpağa görə Rizvana 2000 dollar pul verdiyini, Nəcibəyə Afətin aldığı torpaq sahəsinin yanında satılan əlavə torpaq sahəsinin olduğunu bildirdiyini, Nəcibənin də həmin torpağı almaq istədiyini dediyini, evi Afət və Şəfiqənin tikdiyini, özünün də orada işlədiyini, işinə görə görə Afətin arabir ona 3-5 şirvan pul verdiyini, Afətin qayınları Telman və Cəfərin də arabir gəlib onlara kömək etdiyini, onların nə qədər pul aldığını bilmədiyini, evin tikintisində həmçinin arvadı Yuxsarə və uşaqlarının da son vaxtlara qədər işlədiyini, evin tavan-döşəməsini Samil adlı ustanın vurduğunu, torpağın 5 sotunun Afətin olduğunu, Nəcibə və Necdetin onunla birlikdə Rizvangilə getmədiyini, evi Afət və baldızı Şəfiqənin tikdiyini, evi tikməyə başlayanda bacısının yoldaşı Vasifin də orada işlədiyini, ev tikiləndə Nəcibəgilin orada olmadığını, evin suyunu da bacısı Qəmzə Məmmədovanın həyətindən Afətin həyətə çəkdiyini, evin hörgüsündə, həmçinin gəc, döşəmə və tavan vurulanda iştirak etdiyini bildirmişdir. Şahid12 məhkəmə iclasında ifadə verərək təxminən 10 il bundan əvvəl qohumu olan Şahid10 şifer vurmaq üçün ona müraciət etdiyini, işi qarşılığında pulu özünün verəcəyini bildirdiyini, Yarımca kəndində yerləşən birmərtəbəli yaşayış evinin şiferini vurmaq üçün iki gün işlədiyini, həmin vaxt Tamam, Nejdet, Cəfər və Telmanın da orada olduğunu, qadınlardan Tamamın usta-fəhləyə qulluq etdiyini, Şəfiqə xanımın da orada olduğunu, işinə görə Cəfərin ona 100 dollar pul verdiyini, İddiaçı ona pul vermədiyini, həmçinin şahid verilən suallara cavabında şiferi vurub qurtardıqdan sonra o evə getmədiyini, bu səbəbdən də evdə kimin yaşadığını bilmədiyini, onu orada işləməyə Cəfərin apardığını, işinə görə pulu da ondan aldığını, Cəfərə pulun kim tərəfindən verildiyini bilmədiyini, şifer vurulanda həyətdə 1 ev tikildiyini, başqa tikilinin olmadığını, həyətdə çox adam olduğundan, kimlərin orada olduğunu dəqiq xatırlamadığını, şifer vurularkən Nejdet və Nəcibənin orada olduğunu xatırlamadığını bildirmişdir. Şahid10 izahatında evin tikintisində, evin bütün işlərinin görülməsində özünün iştirak etdiyini, evin 2 otaq, 1 salon və 1 mətbəxdən ibarət olduğunu, 4x4 və 5x4 iki otaq, 2,5x3 bir salondan ibarət olmaqla, hündürlüyünün isə 2,50 metr olduğunu, torpağı bacısı Nəcibənin aldığını, bunun üçün Afətə etibarnamə verdiyini, evi də bacısı Nəcibənin tikdirdiyini, evin tikildiyi vaxtlar orada Mətləb, Afət, Tamam, Nuranə və Şəfiqənin olduğunu, evdə usta olaraq özü və Samilin işlədiyini, Samilin evin gəcini vurduğunu, Nəcibənin isə onun haqqını verdiyini, Tamam və Nuranəyə isə işinə görə pulu Nəcibədən alıb özünün verdiyini, Telman və Nurəddinin evin şiferini vurduqlarını, Nəcibənin Türkiyədə olanda pulu onun adına poçt və bank vasitəsilə göndərdiyini, özünün isə həmin pulları alıb usta və fəhlələrə payladığını, Nurəddinə şiferi vurduğuna görə 100 dollar pul verdiyini, həmçinin şahid verilən suallara cavabında ev tikilərkən tikinti materialları satılan mağazalardan nisyə mal götürüb istifadə etdiklərini, sonra isə Nəcibə pul göndərdikcə ödədiyini, Əşrəfin sonradan orada işlədiyini, özü orada işləyərkən, ev tikilməyə başlayanda orada işləmədiyini, şiferi vurmağa başlayanda bacısının Türkiyəyə gedib, pul göndərdiyini, evin himi açılarkən özünün, Telman, Afət, Nejdet və Nəcibənin orada olduğunu, Tural və Əşrəfin sonradan orada işlədiyini, ilk vaxtlar orada işləmədiklərini, həmin şəxslərə kimin pul verdiyini bilmədiyini, evin himinin açılmasında özünün, həmçinin Telman, Afət, Nəcibə və Nejdətin iştirak etdiyini, evi Nəcibə üçün tikdiklərini, pulu da Nəcibənin verdiyini, özünün isə pulu işçilərə payladığını, evin tikilməsi zamanı Afətin ona pul vermədiyini, həmçinin bütün tikinti materiallarının da Nəcibə və Necdet tərəfindən alındığını, Afətə işinə görə fəhlə pulu verildiyini, ev yekunlaşdıqdan sonra orada Şəfiqə, Nəcibə, Necdet, Afət və Altunun yaşadığını, Altunun 2-ci sinfə gedənə qədər Telmanla, daha sonra orada Şəfiqə ilə yaşadığını, evi tikməyə payız fəslində başladıqlarını, evi tikəndə nəmişlik olduğuna görə evdə quruması üçün peç yandırdıqlarını, həmin vaxtlar nə Afətdə, nə də onların özündə pul olmadığını, Afətin isə işsiz olmaqla heç bir gəlirinin olmadığını, birinci ailəsindən ayrılıb heç nəsiz evdən çıxdığını, tikintinin tamamilə Necdet və Nəcibənin Türkiyədən gətirdiyi pul hesabına başa gəldiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi izahatında evin arxasında kanalizasiya üçün quyu qazıb, kalço saldığını, kanalizasiya quyusunu əvvəl evin önündə 1 metr qazdıqdan sonra bərk olduğu üçün yenidən evin arxa hissəsindən qazmağa başladığını, həmin vaxt evin artıq hazır olduğunu, həmin vaxt Şahid4 da evin içində hamamın kafellərini yenilədiyini, orada 2-3 gün işləyib, hamamın kafeli vurulub qurtardıqdan sonra isə hamamın duşlarını bağladığını, işinin qarşılığında ona 400 manat pul verildiyini, pulun 200 manatını özü üçün götürüb, qalan 200 manatı isə kalçolara görə kalço satana verdiyini, həmin pulu ona Altunun anası Yuxsarənin verdiyini, həmçinin elektrik şitlərini bərpa etdiyi üçün ona 20 manat əlavə pul verdiklərini, evin Altunun olduğunu bildiyini, lakin evi kimin tikdiyindən xəbərsiz olduğunu, həmin evdə vaxtında Altun və Şəfiqənin yaşadığını bildiyini, həmçinin verilən suallara cavab olaraq Necdet və Nəcibənin həmin evdə gördüyü işlərlə bağlı onunla danışmadıqlarını və ona pul vermədiklərini, kafeli Yuxsarənin Habil adlı şəxsdən kreditlə götürüb daha sonra hissə-hissə ödədiklərinə şahid olduğunu, Əşrəfin çağırışı ilə orada işlədiyini, kalçoları özünün alıb gətirdiyini, bu səbəbdən də kalçonun pulunu da ona verdiklərini, başqa materialları kimin alıb gətirdiyini bilmədiyini, Afəti orada görmədiyini, Altunun da həmin vaxt orada olmadığını, Yuxsarədən pulu Altunun ona göndərdiyini eşitdiyini bildirmişdir. Şahid17 məhkəmə iclasında verdiyi izahatında 2005-2008-ci illərdə Yarımca Kənd İcra nümayəndəsi vəzifəsində çalışdığını, mübahisəli evin 2007-ci ildə tikildiyini, həmin vaxt yalnız evdə tikinti getdiyinin şahidi olduğunu, evin kim tərəfindən tikildiyini bilmədiyini, tikildikdən sonra evdə Şəfiqə xanım və Afətin yaşadığını, təsərrüfatbaşına kitabda evin kim tərəfindən tikildiyi barədə məlumat olmadığını, hər hansı tərəfin həmin vaxt nümayəndəliyə evin tikintisi ilə bağlı şikayət etmədiyini, həmçinin verilmiş suallara cavab olaraq torpağın hamısını Rizvanın Nəcibəyə satdığını bildiyini, həyətdə iki evin mövcud olduğunu, hansı tərəfdə kimin yaşadığını bilmədiyini, işdən çıxdıqdan sonra da Yarımca kəndində yaşamağına baxmayaraq sonradan tikilən yardımçı tikililərin kimə aid olduğunu bilmədiyini, kimdən eşitdiyimi dəqiq xatırlamasa da, pulun Necdet və Nəcibə tərəfindən göndərildiyini eşitdiyini, təsərrüfatbaşına kitabda iddiaçı və ya cavabdehin adına 2005-2008-ci illər ərzində sözügedən evin qeydiyyata alınıbalınmadığını bilmədiyini bildirmişdir. Şahid5 məhkəmə iclasında verdiyi izahatında iddiaçı Afət və mərhum xalası Şəfiqənin onu 5 yaşından qeyri-rəsmi övladlığa götürüb saxladıqlarını, doğma atasının Hənifəyev Zaman, anasının isə Şahid6 olduğunu, anasının 2005-ci ildə Şahid2lə 2-ci dəfə ailə həyatı qurduğunu, həmin ildən Şəfiqə və Afətlə birlikdə yaşadığını, mübahisəli evə köçməzdən əvvəl Şəkərabad və Naxçıvan şəhərində kirayədə yaşadıqlarını, torpağın 2007-ci ildə alındığını, həmin vaxt 10 yaşı olduğunu, Afətin 2000 dollar verərək Rizvandan torpaq sahəsini aldığını, evi yavaşyavaş tikməyə başladıqlarını, sonra həmin evə köçdüklərini, Şəfiqə xalası rəhmətə gedənə qədər orada iddiaçı ilə birlikdə qaldıqlarını, 2018-ci ildə Türkiyəyə getdiyini, bu zaman açarı doğma anası Yuxsarəyə verdiyini, arabir Naxçıvana gələndə həmin evdə yaşadığını, həmin evin bəzi təmir işlərini gördüyünü, Türkiyədə olanda pul göndərib iki otağın və bir salonun divar kağızını dəyişdirdiyini, birgə hamam və sanitar qovşağın kafel-metlağını və lambri təbəqəsini vurdurduğunu, mətbəx mebeli üçün kafel vurdurduğunu, kanalizasiya quyusu qazdırıb içinə beton halqalar saldırdığını, açıq balkonun tavanına lambri vurdurub yerinə daş döşədiyini, inşaat materiallarının təxminən 3000 manat pul tutduğunu, inşaat materiallarını nisyə olaraq Şahid14 götürdüklərini, pulu Türkiyədən dayıoğlusu Məmmədov Tayfun və Yaşara, həmçinin əmiləri Hənifəyev Emin və Elvinə göndərdiyini, evin təmiri bitdikdən sonra 12 noyabr 2019-cu il tarixdə həmin evdə toyu olduğunu, toyda cavabdeh tərəfin iştirak etmədiyini, cehizlərin də həmin evə yığıldığını, aldığı mebellərin də orada olduğunu, təzə aldığı yataq dəstini də elə oraya qoyduğunu, əşyalardan bir qismini, yəni soyuducu və televizoru cavabdehin müvafiq orqanlara müraciətindən sonra məcbur qalaraq oradan çıxardığını, qalanların isə qaldığını, cavabdeh tərəfin heç vaxt o evdə yaşamadığını, həmin evi onun adına keçirəcəkləri barədə illərdir razılığa gəldiklərini, bu səbəbdən də evdə hər hansı dəyişiklik edəndə cavabdehdən icazə alıb məlumat vermədiyini, hamamın kafelini anası Yuxsarənin Habil adlı şəxsdən kreditlə aldığını, özünün isə onun pulunu ödədiyini, evin gəcini, alçıpanını, tavanını İddiaçı verdiyi pulla Cəfərin vurduğunu, 2022-ci ilin may ayında Necdetin ona həyətdə su olmadığından şərikli quyu vurdurmağı təklif etdiyini, belə ki, həmin su quyusunun iki həyətin ortasında yerləşdiyini və hər ikisinin ondan ortaq istifadə etmək niyyətində olduğunu, Aslan adlı şəxsin quyunu vurduğunu, oraya iki nasos qoyulduğunu, onun birini çıxarıb Aslana işi qarşılığında verdiyini, 1500 manat da pul verdiyini, həmçinin Nəcibəgillə quyunun xərcində ortaq iştirak etmək niyyətində olduğundan onlara 1500 manata yaxın əlavə pul verdiyini, lazım olan materialları 57 bazarında Firudin adlı şəxsdən aldığını, Türkiyədən 2022-ci ilin aprel ayında Naxçıvana gəlib xalası və ailə qurduğu qızı ilə birlikdə 2-3 ay Yarımca kəndindəki həmin evdə yaşadıqlarını, həmin vaxt Nəcibəgilin də öz evlərində qaldığını, cavabdehin evi onun adına keçirəcəyinə dair əvvəlcədən razılıq verdiyini, daha sonra anası Yuxsarə, ögey bacısı Cansu ilə Nəcibə xalası arasında problem çıxdığından evi adına keçirməkdən imtina etdiyini, həmçinin şahid verilmiş suallara cavabında 2018-ci ildə evin divar kağızlarını bəyənmədiyi üçün sökdürüb yenisi ilə əvəz etdiyini, orada Tural adlı ustanın işlədiyini, evdə dəyişikliklər etdikdə cavabdehdən heç vaxt icazə almadığını, fotoşəkillərdəki şəxsin xalaoğlusu Şahid4 olduğunu, həmin şəkillərin də Türkiyədə olduğu üçün baxıb fikrini bildirməsi üçün çəkilərək ona göndərildiyini, cavabdehin heç vaxt həmin evdə yaşamadığını, həmin evlə yaxın yerləşən öz evində yaşadığını, evi 2007-ci ildən tikməyə başladıqlarını, 2015-ci ildə isə tam hazır olduğunu, evin tikintisində eyni zamanda Şəfiqə və Nəcibə xalasının da qardaşı olan Cəfər və Telmanın iştirak etdiyini, amma onlara işinə görə pulu İddiaçı verdiyini, imkan olmadığından evi sənədləşdirə bilmədiklərini, Afətin torpağın pulunu Rizvanın həyətində öz yanında Rizvana verdiyini, tikiliyə qoyduğu xərclərlə bağlı tələb hüququnu iddiaçıya güzəşt etdiyini, özünün məhkəməyə uzun müddətli gəlib-getmək imkanında olmaması və İddiaçı onun mənəvi atası olması nəzərə alınmaqla iddia qaldırmazdan əvvəl cavabdehə qarşı olan əmlaka çəkdiyi xərclərlə bağlı tələb hüququnu iddiaçıya şifahi razılıqları əsasında güzəşt etdiyini bildirmişdir. Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində yoldaşı Şahid10lə birlikdə həmin mübahisəli evdə işlədiyini, gəc, şifer işini gördüyünü, ustalara yemək hazırladığını, bunun qarşılığında isə Nəcibənin ona pul verdiyini, Nəcibənin pulu əri Cəfərin adına göndərdiyini, materialları Cəfərin Nəcibənin verdiyi pulla alıb gətirdiyini, işinə görə Afətin ona pul vermədiyini, Afətin də orada işlədiyini, ona da işinin qarşılığında pulu yoldaşının verdiyini, baldızı olsa da, ehtiyacı olduğundan pulu aldığını, Şəfiqənin isə xəstə olduğunu və ara-sıra gəlib-getdiyini, ev tikilib başa çatdıqdan sonra Nəcibənin orada yaşadığını, Altun və onun yoldaşının, həmçinin Afətin orada yaşamadığını bildirmişdir. Həmçinin verilmiş suallara cavab olaraq him açılandan sonra orada işlədiyini, Telman, Nuranə, Cəfərin və Afətin də orada işlədiyini, Nəcibənin ev tikildikdən sonra Şəfiqənin gəlib orada yaşamasına icazə verdiyini, Afətin orada işləyən şəxslərə pul verdiyini görmədiyini, evin şiferini əmisi Nurəddinin vurduğunu, evin şiferini qurtarana yaxın Nəcibənin Türkiyəyə getdiyini, oradan 100 dollar pulu Cəfərə göndərdiyini, Cəfərin isə Nurəddinə verdiyini, Firudin adlı şəxsi tanımadığını bildirmişdir. Şahid9 ifadəsində cavabdehin baldızı olduğunu, həyat yoldaşı Məmmədov Vəkilin 2002-ci ildə rəhmətə getdiyini, Yarımca kəndində yaşadıqlarını, mübahisəli evin onların evinin qarşısında tikildiyini, özünün orada işləmədiyini, amma qohumluğa görə arabir gedib-gəldiyini, İddiaçı bir-iki dəfə orada gördüyünü, onun da evin tikintisinə kömək etdiyini, usta-fəhləyə əməyi qarşılığında pulu Necdetin verdiyini, Afətin isə onlara payladığını, ev tikilib yekunlaşdıqdan sonra orada Nəcibə və Necdet yaşadığını, onların digər baldızı Şəfiqəni də oraya gətirdiyini, Altunun da onlarla birlikdə yaşadığını, Afət isə arabir gedib-gəldiyini, son vaxtlar evin həyətində kimin işlədiyini bilmədiyini, Nəcibənin əvvəllər Altunun və Afətin orada yaşamasına icazə verdiyini, Altunun da toyunu orada etməyə icazə verdiyini, amma sonralar mübahisələri yarandığını və onu evdən qovduğunu, Şahid4 oğlu olduğunu, onun mübahisəli evdə gördüyü işə görə pulu Yuxsarəyə Nəcibənin göndərdiyini, Yuxsarənin də Əşrəfə verdiyini, Əşrəf həmin həyətdə son vaxtlar işlədiyini, Əşrəfin orada işlədiyi zaman evin hamam-kuxnasının təmir olunduğunu, balkona lambirin vurulduğunu, quyunun kim tərəfindən vurulması ilə bağlı məlumatı olmadığını, evin divar kağızlarını Nəcibənin vurdurduğunu, toy ərəfəsində cırılan divar kağızlarını dəyişdirdiklərini, evi Necdetin imkanı hesabına tikdiklərini, İddiaçı orada arabir, daimi olaraq isə Türkiyədə və Bakıda yaşadığını, Altun orada təmir-tikinti aparanda Nəcibəgilin Türkiyədə olduğunu bildirmişdir. Şahid6 ifadəsində Əliyev Zaman adlı şəxslə olan nikahından Altunun dünyaya gəldiyini, daha sonra Şahid2la ailə qurub Altunu 5 yaşında Afət və mərhum bacısı Şəfiqəyə qeyri-rəsmi övladlığa verdiyini, həmin vaxtlarlar Afət və Şəfiqənin Naxçıvan şəhərində kirayədə qaldığını, Afətin Mətləbdən torpaq almaq istədiyini, torpağı maraqlanıb ona xəbər etməsini xahiş etdiyini, Mətləbin də maraqlanıb torpağı tapdığını, sonra Rizvan adlı şəxslə Afətin torpağın alqı-satqısını etdiyini, Şəfiqənin torpağın pulunu onlara verdiyini, özü, Altun, Mətləb və Afətin isə pulu torpağın qarşılığında Rizvana verdiklərini, Afətin onun yanında 2000 dollar verib 5 sot torpaq aldığını, Afətin torpağı niyə öz adına almadığını bilmədiyini, Afətin həmin pulun bir qismini qardaşından aldığını, həm də Şərurda torpağını satdığını eşitdiyini, torpağın 2007-ci ildə alındığını və ondan sonra evi tikməyə başladıqlarını, ev tikilməyə başlayanda artıq payız fəsli olduğunu, özü və bacısı Şəfiqənin evi tikmək üçün kərpic kəsdiyini, kəsdiyi kərpici İddiaçı pul qarşılığında satdığını, orada qardaşı Cəfərin, həmçini Samil, Tamam, özü və Mətləbin işlədiyini, işinə görə pulu da bəzən Afətdən aldığını, hətta xəstə olanda Afətin onu buna görə İrana müalicəyə göndərdiyini, ev hazır olduqdan sonra bacısı Şəfiqə, Afət və oğlu Altunun o evdə yaşadığını, daha sonra bacısı Şəfiqənin rəhmətə getdiyini, Altunun bundan sonra Türkiyəyə getdiyini, evin açarının isə özündə olduğunu, 2022-ci ilin mart ayında Altunun gəlib evin açarını ondan götürdüyünü, Altunun toyunda cehiz əşyalarının həmin evə yığıldığını, əşyaların hazırda da həmin mübahisəli evdə olduğunu, evin açıq balkonuna daş düzüb, toydan əvvəl evin divarlarına divar kağızı, hamama kafel-metlax vurulduğunu, evin arxasının isə betonlandığını, evdə 2 otağın və bir salonun divar kağızı dəyişdirildiyini, son zamanlar aparılan təmir işlərinin pulunu Altunun göndərdiyini, belə ki, Tayfun adlı qohumla 400 dollar, əmiləri Emin və Elvinlə isə 300 dollar göndərdiyini, Turalın son zamanlar həyətdə işlədiyini, kanalizasiya quyusu qazıb kalço saldığını, onların pulunu da Altunun göndərdiyini, özünün isə usta-fəhləyə verdiyini, Turala min manatdan artıq pul verdiyini, bu işlərin görülməsinə görə Nəcibədən nə pul, nə də icazə almadıqlarını, belə ki, evi Afətin tikdirib, sonra isə oğlu Altuna verdiyini bildirmişdir. Şahid11 ifadəsində ailədə 10 uşaq olduqlarını, hər birinin evin tikilməsinə kömək etdiklərini, özünün də mübahisəli evdə fəhlə işlədiyini, arvadı Tamamın da orada işlədiyini, işinə görə qardaşı Cəfərin onlara pul verdiyini, həmin pulu da Nəcibənin türk vətəndaşı olan həyat yoldaşının hesabına Cəfərə verdiyini, Cəfərin usta olması səbəbilə nəzarətin də onda olduğunu, digər bacısı Şəfiqənın də mübahisəli evdə xəstəliyinə görə Nəcibənin xahişi ilə orada qaldığını, evdə Şəfiqə, Altun, Necdet və Nəcibənin yaşadığını, Afətin isə arabir gəlib-getdiyini, orada Afətin də, Mətləbin də fəhlə olaraq işlədiyini, həmin vaxtlar Afət də daxil olmaqla heç birinin imkanının olmadığını, bütün bu işlərin türk vətəndaşı Nəcibənin əri Necdetin hesabına baş tutduğunu, əvvəllər açıq eyvanda mətbəx olduğunu, son vaxtlar həmin mətbəxi söküb evdə mətbəx düzəltdiklərini bildirmişdir. Şahid4 ifadəsində 12 yaşından etibarən həmin evi İddiaçı tikdiyini gördüyünü, öz evləri ilə həmin ev arasında 100-150 metr məsafə olduğunu, xalası Şəfiqə ilə Afətin Böyükdüz kəndində yerləşən küllükdən dəmir, alüminium, mis və s. yığıb satıb ev düzəltdiklərini, özünün həyətdə evin himinin açılmasında kömək etdiyini, Afətgilin mübahisəli həyətdə əl damına qaraj qapısı salıb bir otaq hazır olana qədər orada yaşadıqlarını, xalası Şəfiqə rəhmətə gedəndə Türkiyədə olduğunu, orada Afət və Altunun yaşadığını, son illərdə həmin evdə evin iki otağı və bir salonunun divar kağızlarını vurduğunu, salonun cırılmış divar kağızını yenisi ilə əvəz etdiyini, hamam və sanitar qovşağın kafelini və metlağını vurduğunu, evin uçma təhlükəsinə görə arxa hissəsinə kolon atdığını, köhnə mətbəxin evin qarşısında yerləşdiyini, onun evə olan qapısını bağladıqlarını, həmin mətbəxi sökdüklərini, evin mətbəxinə içəridən sökülən yerə alçıpan vurduğunu, bundan əlavə açıq balkonun lambrinini vurduğunu, işinə görə pulu xalaoğlusu Altunun göndərib, xalası Yuxsarənin isə 700- 800 manat olmaqla ona verdiyini, həmin evdə cəmi 1 ay işlədiyini, Altunun həmin vaxt Türkiyədə işləyib toyqabağı evi düzəltmək üçün çalışdığını, həmin vaxt Qənbərov Turalın da kanalizasiya quyusu qazıb içinə beton kalçolar saldığını, Turala işinə görə 500 manatı Yuxsarə xalasının onun yanında verdiyini, şəkillərdəki şəxsin özü, yanındakı şəxsin isə xalası Yuxsarə olduğunu, həmçinin verilən suallara cavabında 2008-ci ildə dayısı Telman, Cəfər və digər ailə üzvlərinin işlədiyini, onlara kimin pul verdiyini görmədiyini, Şəfiqə xalası rəhmətə gedənə qədər Afət və Altunun həmin evdə onunla birlikdə yaşadığını, torpağı kimin neçəyə aldığını bilmədiyini, orada işlədiyi müddətdə xalası olmasına baxmayaraq cavabdehin ona zəng edib heç bir etiraz bildirmədiyini, yaxud işini görməyə mane olmadığını, Nəcibənin işinə görə ona heç vaxt pul vermədiyini, cavabdehə məxsus digər qonşu evdə işlədiyinə görə Nəcibənin ona telefon verdiyini bildirmişdir. Şahidlər Şahid13 və Şahid16 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 186.1-ci maddəsini rəhbər tutan məhkəmə işdə iştirak edən şəxslərin mülahizəsini nəzərə alaraq onların iştirakı olmadan məhkəmə araşdırılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. İddiaçı torpaq sahəsinə sərf etdiyi vəsaitin alınıb verilməsinə dair hissədə üzərində fərdi yaşayış evi tikdiyini iddia etdiyi torpaq sahəsinin dəyərinin özü tərəfindən ödənildiyinə və həmin torpaq sahəsinin cavabdehin adına dövlət qeydiyyatına alınmaqla onun hesabına əsassız olaraq varlandığına istinad etmişdir. Əsassız varlanma qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”): - 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.1-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Hazırki vəziyyətdə iddia tələbinin qanuni əsasını təşkil edən əsassız varlanmanın əsas dispozitiv şərtini - cavabdehin iddiaçının hesabına varlanıbvarlanmadığını yoxlayan məhkəmə hesab edir ki, sözügedən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan başqa torpaq sahəsini sataraq və qardaşından borc pul alaraq sözügedən torpağın mülkiyyətçisinə torpağın 500 m2 hissəsinə görə 2000 dollar pul verdiyini, həmin torpağın qalan hissəsini də cavabdehin aldığını, buna baxmayaraq aralarında olan razılıq əsasında bütün torpağın cavabdehin adına sənədləşdirildiyini, cavabdehin də gələcəkdə torpağın ona aid hissəsinin öz adına rəsmiləşdirilməsi üçün ona etibarnamə verdiyini, daha sonra isə cavabdeh Türkiyə Respublikasında olduğundan və yaxın qohumluq münasibətlərinə güvənərək torpağı adına rəsmiləşdirmədiyini bildirmişdir. Sözügedən halın araşdırılması zamanı şahid qismində dindirilmiş torpaq sahəsini etibarnamə əsasında satan Şahid1 ifadəsində oğlu Zəka Məmmədova məxsus 0.20 ha torpaq sahəsini cavabdeh və onun ərinə satacağına dair razılaşdıqlarını, razılaşmadan bir müddət sonra Sarler Nəcibə tərəfindən İddiaçı verilmiş etibarnamə əsasında ondan 4000 dollar alaraq torpağı oğlunun nümayəndəsi kimi cavabdeh Sarler Nəcibəyə notarial qaydada bağlanmış müqavilə əsasında satdığını, İddiaçı özünə torpaq sahəsi satacağına dair razılığa gəlmədiyini və ondan torpağın bir hissəsi müqabilində pul almadığını bildirmişdir. Məhkəməyə bununla bağlı iddiaçı tərəfindən təqdim olunmuş Şahid2, Şahid6 və Şahid5 ifadələrinin isə digər sübutlarla yanaşı yoxlanıb qiymətləndirilməsi zamanı ifadələrinin həmin hissədə həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. Həmçinin iddiaçı məhkəmə iclasında etibarnamənin digər sübutlarla birlikdə tədqiqi zamanı iddia ərizəsində qeyd olunmuş əsasdan fərqli faktiki hala istinad edərək etibarnamənin cavabdehə məxsus torpağı öz adına keçirmək məqsədilə deyil, cavabdeh özü Türkiyədə yaşadığından həmin torpağa baxıb nəzarət etmək məqsədilə verildiyinə istinad etmiş, sözügedən halla bağlı tutarlı mövqedə dayanmamışdır. Ümumiyyətlə isə cavabdeh tərəfindən etirazlarının əsası kimi istinad edilən və məhkəməyə təqdim olunmuş 30 oktyabr 2007-ci il tarixli notarial qaydada təsdiq olunmuş etibarnamənin mətni belədir: Babək rayonu Nəcəfalı Dizə kəndində yaşayan X2 rayonu Yarımca kəndində yaşayan İddiaçı mənə Babək rayonunun Yarımca kəndində həyətyanı torpaq almağı, sənədləşdirmədən sonra Daşınmaz Əmlakdan torpağın pasportunu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edirəm. Etibarnamə 3 (üç) il müddətinə verilib və 30 oktyabr 2010-cu ilədək qüvvədədir. İddiaçı sözügedən etibarnamənin cavabdeh tərəfindən aldığı torpağın gələcəkdə öz adına rəsmiləşdirilməsi məqsədilə verildiyinə istinad etsə də göründüyü kimi etibarnamə iddiaçıya cavabdehin adına torpaq sahəsini alıb rəsmiləşdirmək məqsədilə verilmişdir. Bunun davamı olaraq da 15 noyabr 2007-ci il tarixdə X22 ilə X13 arasında Şahid1 və İddiaçı təmsilçiliyi ilə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə ilə tərəflər razılığa gəlmişlər ki, satıcı Babək rayon Yarımca kəndində yerləşən ümumi sahəsi 3200 m2 olan torpaq sahəsinin 2000 m2 hissəsini alıcıya 3408 manata satır. İnternet informasiya resurslarından 2007-ci ildə 1 ABŞ dollarının manata nisbətdə məzənnəsinin 0.8553 manat olduğu müəyyən olunur. Belə olan halda cavabdehin etirazlarının əsası kimi istinad olunan, həmçinin Şahid1 ifadəsində 2000 m2 torpaq sahəsinin alqı-satqı qiyməti kimi istinad etdiyi 4000 ABŞ dollarının müqavilə qiymətinə birəbir uyğun gəldiyi müəyyən olunur. Bunun əksinə olaraq iddiaçı və ifadələrinə istinad etdiyi şahidlər tərəfindən torpağın 500 m2 hissəsinə iddiaçı tərəfindən 2000 ABŞ dollarının verilməsi ilə bağlı mövqeləri ağlabatan olmamaqla müqavilə ilə təkzib olunur. Beləliklə məhkəmə hesab edir ki, torpaq sahəsinə münasibətdə cavabdehin iddiaçının hesabına əsassız olaraq varlandığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddiaçı həmin hissədə iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia həmin hissədə əsassız sayılaraq təmin edilməməlidir. Məhkəmə iddia tələbinin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə çəkilən xərclərin qaytarılmasına dair hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını MM-in: - 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. - 157.7-cı maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. Mübahisəli hallar isə iddiaçı tərəfindən tikililərə xərcin çəkilib-çəkilməməsi və bu zaman iddiaçının vicdanlı olubolmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilini torpaq mülkiyyətçisinin razılığı əsasında xərc qoymaqla yaxşılaşdıran şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edən, yaxşılaşdıran şəxsin köçərək orada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikiliyə xərc qoymuş şəxsi torpaq sahəsindən çıxardıqda, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş, xərc qoymuş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş yaşayış evindən şəxs çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Baxılan işdə müəyyən olunmuşdur ki, cavabdeh özünə məxsus torpaq sahəsində bacısının ağır xəstəliyi ilə əlaqədar yaşayış yerinin olmadığına görə digər bacı-qardaşları və onların ailə üzvlərinin köməyi ilə tikili inşa etmiş, bacısını, bacısının əri olan iddiaçını, daha sonra isə onların qeyri-rəsmi olaraq faktiki övladlığa götürdüyü Şahid5 həmin tikiliyə köçürmüşdür. Həmin tikilidə yaşayıb bu rəftara güvənən Şahid5 tərəfindən həmin tikiliyə xərc qoyulmuş, yaxşılaşdırmalar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən də 2007-ci ildən sonra, yəni həmin tikili yaşayış üçün hazır hala gətiriləndən 2017-ci ilə qədər, yəni arvadı vəfat edənə qədər həmin evdə yaşamış, 2017-ci ildə arvadının vəfatından qısa müddət sonra həmin evdən çıxmış, o vaxtdan sonra isə evdə Şahid5 faktiki olaraq yaşamaqla və başqa şəkildə evi idarə etmiş, 2022-ci ildə isə o cavabdehlə aralarında olan mübahisə zəminində məhkəmədən kənar qaydada oradan çıxarılmışdır. Beləliklə torpaq mülkiyyətçisinin öz hüququna əsaslanıb verdiyi razılığa güvənən iddiaçı ilə birlikdə yaşayan Şahid5 tikiliyə vəsait qoyub xərc çəkərkən vicdanlı sahib kimi hərəkət etmişdir. Sözügedən halları iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 27 iyul 2017-ci il tarixli, 818 nömrəli “kredit şərtlərilə alqı-satqı haqqında müqavilə”, xx.xx.2022-ci il tarixli arayış, 2019-2022-ci illəri əhatə edən ödəniş qəbzləri də təsdiq edir. Belə ki, iddiaçı 2017-ci ilin iyul ayında mübahisəli yaşayış evi üçün kondisioner, 2017-ci ilin aprel ayında mətbəx mebeli almış və mübahisəli tikiliyə quraşdırmışdır. Sözügedən hallar cavabdeh tərəfindən də təsdiq olunmuş, mübahisələndirilməmişdir. Həmçinin Babək rayon Yarımca kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda İddiaçı 2021-ci ilin təsərrüfatbaşı kitabında 129 şəxsi hesab nömrəsində 2005-ci ildən yaşadığı, ümumi sahəsi 110 m2 olan yaşayış evinin 2010-cu ildə tikildiyi, məlumatda isə onun adına ev və həyətyanı torpaq sahəsinin olmadığı göstərilmişdir. Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, Babək rayon Yarımca kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2006- 2010-cu illərə dair təsərrüfatbaşına kitablarında İddiaçı ailə başçısı olmaqla və arvadı X3 adına rast gəlindi, lakin torpaq sahəsinin olması, fərdi yaşayış evinin qeydiyyata alınması haqqında məlumatlar qeyd edilməmişdir. Babək rayon İcra Hakimiyyəti Yarımca kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Babək rayon Yarımca kəndində qeydiyyatda durur, mərhum həyat yoldaşı X9 2017ci ilin sentyabr ayınadək Yarımca kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş 433556 nömrəli nikah akt qeydləri kitabından çıxarışdan İddiaçı ilə X7 arasında 02 sentyabr 1985-ci il tarixdə nikah bağlandığı, AZ-İ seriyalı, 701378 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X3 xx.xx.2017-ci il tarixdə vəfat etdiyi müəyyən olunur. Babək rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş 29 yanvar 2020-ci il və 13 iyul 2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Babək rayon Yarımca kəndində yaşayan İddiaçı Babək rayon Elektrik Şəbəkəsində ********* kodu ilə qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən verilmiş 28 yanvar 2020-ci il və 15 iyul 2022-ci il tarixli arayışlarda qeyd olunmuşdur ki, İddiaçı Babək rayon Qaz İstismar İdarəsində qeydiyyata alınmışdır. Cavabdeh tərəf məhkəmə iclaslarında Şahid5 həmin tikiliyə öz iradəsi əsasında köçürdüyünü bildirmiş, bunu mübahisələndirməmişdir. Cavabdeh tərəf sözügedən hallarla bağlı etirazının əsası kimi həmin təmirbərpa işləri aparılarkən Türkiyədə olduqlarından onun aparılmasına mane ola bilmədiyinə, telefon əlaqəsi yaradaraq evdə heç bir yaxşılaşdırma aparmağa icazə vermədiyinə istinad etmiş, lakin bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh tərəf iddiaçı tərəfindən həyətdə hər iki tərəfin ortaq istifadə etməsi üçün su quyusunun qazılmasına razılıq verdiyini, hətta ona düşən xərcin qarşılanması üçün Şahid5 1500 manat borc aldığını etiraf etməklə etirazlarının əsasını təkzib etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin mübahisə olunan tikilinin yaxın qonşuluğunda yaşaması nəzərə alınmaqla bu yaxşılaşdırmaların aparılmasına razılıq verməməsi, dolayısı ilə həmin təmir-bərpa işlərinin onun iradəsinin ziddinə olaraq həyata keçirilməsi ağlabatan olmamaqla işin müəyyən olunmuş hallarına uyğun gəlmir. Belə ki, cavabdehin elektron məhkəmə informasiya sistemindən sərhədkeçmə məlumatlarından çıxarışdan və öz izahatından belə məlum olur ki, o həm Türkiyə Respublikasında, həm də Babək rayon Yarımca kəndində mübahisə olunan tikilinin yaxın qonşuluğunda yerləşən yaşayış evində yaşamışdır. İddiaçı bütünlüklə tikilinin özü tərəfindən inşa edilməsinə istinad etsə də sözügedən hal məhkəmədə öz təsdiqini tapmamışdır. Ümumiyyətlə iddiaçı həmin vaxt harada işlədiyini və ev inşa etmək üçün gəlirlərinin mənbəyini bildirməmiş, əksinə işsiz olduğu şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Evin iddiaçı tərəfindən inşa edildiyini bildirən şahidlər Şahid2, Şahid6, Şahid5 və Şahid4 ifadələri həmin hissədə məhkəmə tərəfindən mötəbər sübut hesab edilmir. Belə ki, Şahid5 və Şahid4 evin inşa edildiyi 2007-2008-ci illərdə müvafiq olaraq 10 və 13 yaşlarında olmaqla iş üçün əhəmiyyətli olan halları düzgün qavrayıb dərk etmək qabiliyyətində olmadığından və onun üzərindən keçən müddət nəzərə alınmaqla məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədilə onların ifadəsinə istinad oluna bilməz. Digər Şahid6 isə Şahid5 anası, Şahid2 isə sonuncunun əri olaraq Şahid5 mənafeyindən çıxış etməklə iddianın təmin olunmasında maraqlı olmuş, iddiaçı da məhkəmənin qərarı ilə tutulacaq məbləği Şahid5 verəcəyini məhkəmə araşdırması zamanı dəfələrlə bildirmişdir. Məhkəmə baxışında dindirilmiş şahidlərdən tərəflərlə yaxın qohumluq münasibətlərində olmayan Şahid12 ifadəsində evin tavan örtüyünün vurulmasına görə haqqı cavabdehin qardaşından aldığını bildirmiş, bunun əksi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Ümumiyyətlə tikilinin iddiaçı tərəfindən inşa olunduğunu göstərən obyektiv sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı şahidlər Şahid3, Şahid4 və Şahid5 müvafiq hissədə işin müəyyən olunmuş halları ilə yanaşı yoxlanıb qiymətləndirilmiş ifadələri, iş materiallarına əlavə olunmuş fotoşəkillər və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunmuşdur ki, Şahid5 tərəfindən tikilinin birgə hamam və ayaqyolunun divarları kafellə üzlənmiş və döşəməsinə metlax təbəqə vurulmuş, həyətyanı sahədə su quyusu qazılmış, su quyusuna su nasosu qoyularaq plastik boru çəkilmiş, kanalizasiya quyusu qazılaraq içərisinə beton halqalar salınmış, evin salon və iki yaşayış otağının divarına divar kağızı yapışdırılmış, mətbəxin divarına mebelaltı bir cərgə kafel vurulmuş, evin önündə açıq eyvanın tavanında lambri təbəqədən asma tavan vurulmuş, evin önündə yerləşən açıq eyvanın döşəməsinə daş piltələr vurulmuşdur. Cavabdeh həmin işlərin iddiaçı tərəfindən aparılmasını inkar etməmiş, etirazlarını əsasən həmin işlərin onun razılığı olmadan aparıldığı ilə əsaslandırmışdır. Şahid5 cavabdehə qarşı bununla bağlı yaranan tələb hüququnu iddiaçıya güzəşt etdiyini, iddiaçı isə bunu qəbul etdiyini bildirmiş, sözügedən halla bağlı iş üzrə tərəflər arasında mübahisə mövcud olmamışdır. MM-in: - 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. - 194.3-ci maddəsinə görə kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. - 194.4-ci maddəsinə görə sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. - 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Məhkəmə Şahid5 cavabdehə qarşı olan tikiliyə çəkilmiş xərclərin qaytarılması ilə bağlı tələb hüququnun iddiaçıya güzəşt edilməsinin öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və qanunvericiliyə zidd olmadığını, həmçinin tələb hüququnun əqdə əsaslanmadığı nəzərə alınmaqla onun forma şərtinə tabe olmadığını nəzərə alaraq mübahisəni tələbin güzəştini nəzərə alaraq prosessual qənaət prinsipinə uyğun şəkildə həll etmişdir. Sözügedən tikilinin təmir-tikintisinə sərf olunmuş xərclərin müəyyən olunması məqsədilə təyin olunmuş əlavə məhkəmə tikinti-texniki ekspertizanın nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2023-cü il tarixli, 261 nömrəli ekspert rəyi ilə ekspert bu nəticəyə gəlmişdir ki, rəyin tədqiqat işlərində göstərilənləri əlavə baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatları nəzərə alaraq, Babək rayonu Yarımca kəndində X8 məxsus 0.20 ha torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, təsərrüfatbaşına kitabdan çıxarışa görə ümumi sahəsi 110 m2 olan 2 (iki) otaq, mətbəx, salon, hamam, sanitar qovşaq və açıq balkondan ibarət olan fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsində (yardımçı tikili (tövlə), artezian quyusu, kanalizasiya quyusu və olduğu halda digər yardımçı tikililər daxil olmaqla) 2011-2021-ci illər ərzində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinə sərf edilmiş vəsaitin təqribi dəyəri 24220,03 (iyirmi dörd min iki yüz iyirmi manat üç qəpik) manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunur ki, hazırda Mərkəzdə tikinti-quraşdırma və təmir işlərinin 2007- 2011-ci illər üzrə dəyəri barədə məlumat bazası olmadığından, yuxarıda qeyd olunan tikinti-quraşdırma və təmir işlərinin həmin dövrlər üzrə dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün deyildir. Rəyin smeta cədvəli ilə müəyyən edilir ki, birgə hamam və sanitar qovşağın divarlarının kafellə üzlənməsinə ümumilikdə 475 manat, birgə hamam və sanitar qovşağın döşəməsinə metlax təbəqələrin vurulmasına ümumilikdə 95 manat, birgə hamam və sanitar qovşağın tavanına “lambri” plastik təbəqədən asma tavanın quraşdırılmasına 150 manat, kanalizasiya quyusunun qazılması, beton halqanın salınması və kanalizasiya xətlərinin çəkilməsinə ümumilikdə 480 manat, mətbəxin divarına mebelaltı bir cərgə kafelin vurulmasına ümumilikdə 382 manat, evin salon və iki yaşayış otağının divarlarına divar kağızının yapışdırılmasına ümumilikdə 1033.5 manat, həyətyanı sahədə su quyusunun qazılması, su nasosu və plastik borunun çəkilməsinə ləvazimatları ilə birlikdə 875 manat, evin önündə yerləşən açıq eyvanın tavanında lambri təbəqədən asma tavanın vurulmasına 270 manat, evin önündə yerləşən açıq eyvanın döşəməsinə daş piltələrin döşənməsinə 500 manat olmaqla cəmi 4260.5 manat (dörd min iki yüz altmış manat əlli qəpik) xərc çəkilmişdir. Məhkəmə ekspert rəyi ilə tikilinin təmir-tikintisinə cəmi çəkilən 24220.03 manat xərcə münasibətdə 562.95 manat əlavə və nəqliyyat xərclərinin müəyyən olunduğunu nəzərə alaraq 4260.5 manat xərcə münasibətdə əlavə və nəqliyyat xərclərinin nisbətinin 99.02 manat olduğu qənaətinə gəlir. (562.95x4260.5)/24220.03=99.02 Məhkəmə əlavə məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində əldə olunmuş ekspert rəyini qiymətləndirərək hərtərəfli tədqiqatın nəticəsi hesab etmiş və sübut kimi nəzərə almışdır. Sözügedən rəyin düzgünlüyünü tərəflər də mübahisələndirməmişlər. Məhkəmə MM-in 157.7-ci maddəsinə əsasən vicdanlı sahibin əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilməsi ilə bağlı normasına münasibətdə hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, hətta torpaq sahəsinin müqavilə qiyməti ilə birlikdə götürüldükdə belə yaxşlaşdırmaların dəyəri əmlakın dəyərindən artıq deyildir. Belə ki, tikilinin təmir-tikintisinə sərf olunmuş vəsaitin dəyəri ekspertin rəyi ilə 24220,03 (iyirmi dörd min iki yüz iyirmi manat üç qəpik) manat məbləğində müəyyən olunmuşdur. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, X6 4359.52 manat (dörd min üç yüz əlli doqquz manat əlli iki qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 27.27 manat (iyirmi yeddi manat iyirmi yeddi qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 145.61 manat (bir yüz qırx beş manat altmış bir) dövlət rüsumu iddiaçının özünə aid edilməli, artıq ödənilmiş dövlət rüsumuna ayrıca qiymət verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. X6 4359.52 manat (dörd min üç yüz əlli doqquz manat əlli iki qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 27.27 manat (iyirmi yeddi manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu cavabdeh X5 alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 145.61 manat (bir yüz qırx beş manat altmış bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-8/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-8/2023
17.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver