Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-86/2025 10.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh içtirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 5060 (beş min atmış manat) dəyərində əmlak, yaxud dəyərinin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, cavadeh Cavabdeh İlyas oğlu ilə 2010-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənmişik. Xasiyətimiz tutmadığından Babək rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə nikahımız pozulmuşdur. Bildirirəm ki, boşandıqdan sonra Qiyas mənə hədiyyə olaraq nişanda, toyda və toydan sonra alınan qızıl-zinət əşyalarımı və cehizlərimi vermək istəmir. Göstərdiyim qızıllar və əşyalar hal-hazırda cavabdehin yaşadığı evdədir və həmin əşyaların mənə qaytarılmasını istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş. Babək rayon məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli qətnaməsinin surəti, qızıllara aid foto şəkilləri, toy sidilərini və mediasya arayışını ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm ki, iddia tələbimlə bağlı cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin olunmasını məhkəmədən xahiş edirəm. Həmçinin bildirirəm ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq cavabdeh 28 noyabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sesiyasında cavabdehlə razılığa gəlinməmişdir. Mənə nişanda və toyda alınan qızıllar: 1 dəst 585 əyyar 10 qram qızıl bilərzik və boyun bağı - 170 man, 1 ədəd 585 əyyar 10 qram qızıl boyun bağı - 500 man (anamla qaynananım hədiyyəsi), 1 ədəd 585 əyar 3 qram qızıl boyun bağı - 100 man. (qaynananım qızının Rüqayəyə hədiyyəsi), 1 ədəd 585 əyyar 6 qram qızıl qaşlı üzük- 200 man. Cehizlərim: 1 dəst 700 manat dəyərində stenka mebel, 1 dəst 700 manat dəyərində divan kreslo,1 ədəd 300 manat dəyərində stol, 6 ədəd 300 manat dəyərində stullar, 1 ədəd 50 manat dəyərində krovat, 1 ədəd 800 manat dəyərində 8 kq paltaryuyan (yevro luks), 1 ədəd 170 manat dəyərində tozsoran, 1 ədəd 50 manat dəyərində televizor altı stol, 1 ədəd 25 manat dəyərində çilçıraq, 1 ədəd 50 manat dəyərində sok maşını, 1 ədəd 50 manat dəyərində ət maşını, 1 ədəd 40 manat dəyərində jurnal stolu, 1 ədəd 25 manat dəyərində ütü ( Beko), 3 ədəd 300 manat dəyərində xalça, 2 ədəd 140 manat dəyərində plet, 1 ədəd 30 manat dəyərində sandıq, 20 manat dəyərində 2 ədəd kətifə, 2 ədəd əl üz dəsmalı, 25 manat dəyərində 15 metr mələfə çxol tikmək üçün panbıq parça, 35 manat dəyərində 1 dəst mələfə-çxol, 30 manat dəyərində 3 ədəd stol örtüyü, 200 manat dəyərində 6 ədəd balınc, 2 döşək, 2 yorğan, 15 manat dəyərində stəkan dəsti, 50 manat dəyərində qazan dəsti, 10 manat dəyərində 1 ədəd vedrə, 25 manat dəyərində 1 ədəd çaydan. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdehin anasının əşyaları evdən çıxarmağa imkan vermədiyini, əşyaları götürməyə gedən zaman qapıda duraraq “yalnız məhkəmə yolu ilə gəlib götürə bilərsən” deyə bildirdiyini, mediasiya prosesində isə cavabdeh zəng edərək əşyalardan xəbərinin olmadığını, səhər evdən çıxıb işə getdiyini və axşam qayıtdığını, əşyaları ancaq məhkəmə qərarı ilə götürməyin mümkün olduğunu bildirdiyini, iddia ərizəsində qeyd olunan 1 dəst 585 əyar 10 qram qızıl bilərzik və boyunbağının pulunun yarısını anasının, yarısını isə qayınanasının qızı Fatiməyə verdiklərini, bu səbəbdən hazırda həmin qızılları cavabdehdən tələb etmədiyini bildirmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçının anasının ona zəng edərək evdəki əşyaları gəlib götürüləcəyi bildirdiyini, özünün işdə olduğunu, əşyaları məhkəmə yolu ilə gəlib götürülməsini bildirdiyini, çünki iddiaçı əşyaları götürdükdən sonra bunu inkar edə biləcəyini, iddiaçının bildirdiyi boyunbağı və üzüyü onun işlədiyi xəstəxanaya apardığını və onları stolun üstünə qoyub iddiaçıya “bunlar sənin halalındır” dediyini, onun qardaşına kredit götürüb verdiyini və krediti bağlayacağı təqdirdə qızılları və əşyaları qaytaracağını ona dediyini, iddiaçıya toyda bilərzik və sep alındığını, lakin onun anasının və öz anasının həmin qızılların iddiaçıya layiq olmadığını bildirib, aparıb satıb qalan pulun üstünü düzəldib iddiaçıya başqa bir qızıl alınmasını qərara alındığını, iddia ərizəsində qeyd olunan 1 dəst 585 əyar 10 qram qızıl bilərzik və boyunbağının Fatiməyə hədiyyə edildiyini və həmin bilərzik və boyunbağıya əlini belə vurmadığını iddia ərizəsində qeyd olunan 1 ədəd 585 əyar 6 qram qızıl qaşlı üzüyün hazırda özündə olduğunu və iddiaçının cehiz kimi gətirdiyi əşyaların da evdə olmasını və onların götürülməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də onlar məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “16” yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddia ərizəsində qeyd etdiyi qızıl zinət əşyalarını və cehiz əşyalarını Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evdən götürdüyü üçün iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli aktla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evdən iddia ərizəsində qeyd etdiyi qızıl zinət əşyalarının və cehiz əşyalarının hamısını götürmüşdür. İddiaçının tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırılarkən "xxxx" ASC-nin Babək branch filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 9377 nömrəli qəbzlə ödədiyi 69.40 (altmış doqquz manat, qırx qəpik) manat və xx.xx.2024-cü il tarixdə 6497 nömrəli qəbzlə ödədiyi 0.60 (altmış) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırılarkən "xxxx" ASCnin Babək branch filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 9377 nömrəli qəbzlə ödədiyi 69.40 (altmış doqquz manat, qırx qəpik) manat və xx.xx.2024-cü il tarixdə 6497 nömrəli qəbzlə ödədiyi 0.60 (altmış) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-86/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-86/2025
10.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver