Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-114/2023 18.04.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı Cavabdehnə qarşı “ərzaq anbarının geri qaytarılması" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Ordubad Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı Cavabdehnə qarşı “ərzaq anbarının geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə X1 məxsus olmuş ərzaq anbarının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman Elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, qeyd olunan əsaslarla Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-42/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Cavabdeh ləğv olunduğundan və hüquqi varisi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Göründüyü kimi iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara Naxçıvan MR Kommersiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək məhkəmə qərardadı qəbul edilmiş və həmin məhkəmə qərardadı qanuni qüvvəsini almışdır. Odur ki, qanunvericiliyə əsasən həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmaq yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci mаddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “ərzaq anbarının geri qaytarılması" tələbinə tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-114/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-114/2023
18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver