Məhkəmə qərarları › İş №2(080)-12/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-12/2022

10.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-12/2022 10.06.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı mülkiyyət hüququ üzrə yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ üzrə yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı 10 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılması iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh 10 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və mülki işin baxılmamış saxlanılması haqqında heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 02 sentyabr 2021-ci il tarixdə, 17519 nömrəli qəbzlə İddiaçı tərəfindən X2 filialına (Ordubad Rayon Maliyyə şöbəsinin hesabına) 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ üzrə yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər prosessual müddətlər gözlənilməklə İddiaçı qızına qaytarılsın. 02 sentyabr 2021-ci il tarixdə, 17519 nömrəli qəbzlə İddiaçı tərəfindən X2 Rayon filialına (Ordubad Rayon Maliyyə şöbəsinin hesabına) 10 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar