Məhkəmə qərarları › İş №2(080)-125/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-125/2023

03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-125/2023 03.07.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X18 məhkəmə iclas katibliyi, Ərizəçi, vəkili Vəkil, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Komsomol küçəsi (indiki Təbriz ) küçəsi 11 ünvanında yaşamış X6 10 aprel 1972-ci ildə ünvan 1 ünvanında yaşamış X11 25 yanvar 1980-cı ildə Naxçıvan şəhərində vəfat etmələri faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Ərizəçi Məhkəmədə ərizəni müdafiə edərək ərizəsinin məzmununa uyğun izahatında bildirmişdir ki, babası X12 və nənəsi X3 şəhəri, Komsomol küçəsi (indiki Təbriz ) küçəsi 11 ünvanında yaşamış və müvafiq olaraq 10 aprel 1972-ci ildə və 25 yanvar 1980cı illərdə yaşadıqları ünvanda vəfat edərək Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmuşlar. Onların yas mərasimləri yaşadıqları ünvanda saxlanılmışdı. Babası və nənəsi vəfatlarından sonra övladları onların ölüm haqqında şəhadətnamələrini almamışlar. Babası X2 adına Naxçıvan şəhəri, Komsomol küçəsi (indiki Təbriz ) küçəsi 11 ünvanında yerləşən 1972-ci ildə tərtib olunmuş şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən 457 kvm torpaq sahəsi və ümumi sahəsi 131.0 kvm təşkil edən fərdi yaşayış evi vardır. Bu gün babasının və nənəsinin ölüm haqqında şəhadətnamələri olmadığından həmin fərdi yaşayış evini Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyatdan keçirib babasının adına hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış ala bilmirlər. Naxçıvan şəhər Vətəndaşlara Dəfn Xidməti Bürosunun 02 dekabr 2022-ci il tarixli 228 və 229 nömrəli arayışlarından da məlum olur ki, ƏliyevK.Baxşəli Əli oğlu və X17 vəfat etmişlər və Naxçıvan şəhər Qəbiristanlığında dəfn olunmuşlar. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan Muxtar Respublika Zərifə Əliyeva adına Naxçıvan şəhər X10 şəxsə ünvanladığımız sorğuya cavab verilərək X6 və X11 ölüm haqqında tibbi şəhadətnamə sənədini təqdim edə bilmədiklərini bildirmişlər. X1 və X14 ölüm haqqında şəhadətnamələrin verilməsi barədə ünvan 5 ünvanladığı ərizəmə cavab verilərək ölüm faktlarının təstiq olunması üçün məhkəməyə müraciət edilməsi izah olunmuşdur Ərizəçi babasının və nənəsinin ölməsi barədə hüququ faktın təsdiq edilməsində Şahid2 və Şahid1 oğlunu bu məsələ üzrə şahid qismində dindirilməsini, Naxçıvan şəhəri, Komsomol küçəsi (indiki Təbriz ) küçəsi 11 ünvanında yaşamış X6 10 aprel 1972-ci ildə ünvan 1 ünvanında yaşamış X11 25 yanvar 1980-cı ildə Naxçıvan şəhərində vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahatında verərək Naxçıvan şəhəri, Komsomol küçəsi (indiki Təbriz ) küçəsi 11 ünvanında yaşamış X6 10 aprel 1972-ci ildə ünvan 1 ünvanında yaşamış X11 25 yanvar 1980-cı ildə Naxçıvan şəhərində vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid1 oğlu məhkəməyə verdikləri ifadələrində X12 və X15 qohum kimi tanıdıqlarını, Naxçıvan şəhəri, Komsomol küçəsi (indiki Təbriz ) küçəsi 11 ünvanında yaşamış və müvafiq olaraq 10 aprel 1972-ci ildə və 25 yanvar 1980-cı illərdə yaşadıqları ünvanda vəfat edərək Naxçıvan şəhər qəbiristanlığında dəfn olunduqlarını, el adəti ilə yas mərasimi təşkil edildiyini, mərhumların yas mərasimində onlar və bütün yaxınları və tanışları iştirak etdiyini bildirərək ifadələrini bitirmişlər. Ordubad Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Ordubad Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, ərizəçinin və şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş imtina məktubundan görünür ki, X12 və X11 ölümü barədə Qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatı tapılmamış və onların ölüm haqqında akt qeydiyyatı aparılmamışdır. Naxçıvan MR Ədliyyə nazirliyinin Qeydiyyat və Notariat Şöbəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş imtina məktubundan görünür ki, X12 və X17 barədə nikah aktı nazirliyin X4 Arxivində tapılmamışdır. Mülki işə əlavə olunmuş Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliknikası PHŞ-in arayışından görünür ki, xəstəananın arxivindən X12 və X11 ölümlərini təsdiq edən heç bir sənəd tapılmamışdır. Mülki işə əlavə olunmuş 401634 saylı 11 noyabr 1972-ci il tarixdə verilmiş Doğum Haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Naxcıvan şəhərində anadan olmuşdur. Mülki işə əlavə olunmuş Ordubad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE 07549136 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1970-ci ildə Naxçıvan Ruxtar Respublikası Ordubad rayonu Dəstə kəndində anadan olmuş və Naxçıvan Ruxtar Respublikası Ordubad rayonu Dəstə kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Ordubad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2003-cu il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Naxcıvan şəhərində anadan olmuş və Naxçıvan Ruxtar Respublikası ünvan 7 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş bir ədəd qəbirüstü baş daşının fotoşəklində X12 1860- 1972-ci illər yazılmışdır. Mülki işə əlavə edilmiş bir ədəd qəbirüstü baş daşının fotoşəklində X17 1888- 1980-ci illər yazılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə zamanı müəyyən olundu ki, həqiqətən də mərhum X12 10 aprel 1972-ci il tarixdə, X17 25 yanvar 1980-ci il ildə vəfat etmiş, lakin həmin vaxt səhlənkarlıq üzündən ölüm haqqında şəhadətnamələr alınması üçün müraciət olunmamışdır. Həmçinin Ordubad Rayon Qeydiyyat Şöbəsinin arxivində mərhumların ölümünün qeyd edilməsi barədə heç bir sənəd tapılmamışdır. Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olmuş və bunun üçün ərizəçiyə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (Hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə aparılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X12 10 aprel 1972-ci il tarixdə, X17 25 yanvar 1980-ci ildə Naxcıvan şəhərində vəfat etməsi faktı müəyyən edilməli və bu barədə Ordubad Rayon Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdim: Ərizə təmin edilsin. X6 10 aprel 1972-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. X11 25 yanvar 1980-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar