Məhkəmə qərarları › İş №2(080)-127/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-127/2021

05.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-127/2021 05.08.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, Aqil Akif oğlu Əsədovun məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər X10 və X19 oğlunun iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, övladı X3 07 iyul 1999-cu il tarixdə Ordubad Rayonu Biləv kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi müdafiə etmiş, izahatında bildirmişdir ki, o, X6 ilə 10 iyul 1986-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 12.01 1999-cu il tarixdə X7 anadan olmuşdur. X1 07 iyul 1999-cu ildə vəfat edib və Ordubad Rayon Biləv kənd qəbirstanlığında dəfn olunub. El adəti ilə yas mərasimini təşkil edib mərhuməni dəfn edərək digər yas mərasimi adətlərini yerinə yetirmişlər. Yas mərasimində onlar və bütün yaxınları həmçinin kənd əhli də iştirak etmişdir. Mərhum X1nın ölümü ilə bağlı həkim sənədi vaxtında alınmayıb və ölümün qeydə alınması barədə Qeydiyyat şöbəsinə təqdim edilməyib. Kənddə olan torpaq sahələrini satmaq istədikdə Aytənin adı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə adı qeyd olunduğundan Aytənin ölümü barədə şəhadətnamə isə olmadığından torpağı satmaq mümkün deyildir. Ölüm faktının müəyyan edilməsi onlara torpağımızı satmaq üçün ölüm haqqında şəhadətnamənin olması zəruridir. Buna görə də ölümün qeydə alınması və şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, X3 ölümü barədə akt qeydiyyatı tapılmamışdır. X3 ölməsi barədə hüququ faktın təsdiq edilməsində X4 va X13 bu məsələ üzrə şahid qismində dindirilməsini xahiş edir. Ərizəçi mərhum övladı X3 07 iyul 1999-cu il tarixdə Ordubad Rayonu Biləv kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X2 izahatında bildirmişdir ki, Ərizəçi mərhum övladı, 07 iyul 1999-cu ildə doğulmuş X3 07 iyul 1999-cu il tarixdə Ordubad Rayonu Biləv kəndində ölməsinin qeydiyyata alınması və ölüm haqqında şəhadətnamə verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir. X3 07 iyul 1999-cu il tarixdə ölməsi ölüm akt qeydləri kitabında qeydə alınmamışdır. Həmçinin mərhum A.Quliyevanın ölümünü təsdiq edən tibbi şəhadətnamə və ya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından, onun 07 iyul 1999-cu il tarixdə Ordubad Rayonu Biləv kəndində ölməsinin qeydiyyata alınmasından, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, ərizəçiyə ölüm akt qeydinin tapılmaması barədə arayış təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- Ordubad Rayon Polis Şöbəsi tərəfindən 02.07.2014-cü il tarixdə verilmiş AZE 14210240 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 27.10.1961-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonu Biləv kəndində anadan olmuş və Naxçıvan Muxtar Respublikası Ordubad rayonu Biləv kəndində qeydiyyatdadır. Ordubad Rayon Polis Şöbəsi tərəfindən 29.05.2018-ci il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 27.02.1967-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olmuş və Naxçıvan Muxtar Respublikası Ordubad rayonu Parağa kəndində qeydiyyatdadır. 25.06.2021-ci il tarixli, №05 saylı Ordubad Rayon Biləv kənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 07.07.1999-cu ildə vəfat etmiş və Ordubad Rayon Biləv kənd Şıx yeri adlanan qəbiristanlıqda dəfn edilmişdir. 05/Q-434/69 nömrəli, 22 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X7 1999cu ildə Maraqlı şəxsndə və qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. XX-7Q-N272981 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 atası X6, anası Ərizəçidır. Ordubad rayon Mərkəzi Xəstəxanasından verilmiş 123 nömrəli, 22 iyun 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, Ordubad rayon Mərkəzi Xəstəxanasında 07 iyul 1999-cu ildə X3 Ordubad rayon X9 Hüquqi şəxsində ölümünü təstiq edən heç bir sənəd yoxdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilməli olan müvafiq sənəd yoxdur, ümumiyyətlə ölüm haqqında həkim şəhadətnaməsinin alınması üçün müraciət edilməmiş, ölümün qeydə alınmasından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla X3 07 iyul 1999-cı il tarixdə Ordubad rayonunun Biləv kəndində ölməsi və ,,Şıx yeri” adlanan yerdə dəfn edilməsi təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 və X17 ifadələrində X3 07.07.1999-cu ildə Ordubad rayon Biləv kəndində ölməsini, Ordubad rayon Biləv kənd qəbristanlığında dəfn edilməsini təsdiq etmişlər. Mülki iş materiallarına əlavə edilmiş Ordubad rayon İH-in Biləv kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 39 nömrəli, 23 iyun 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, X7 07.07.1999-cu ildə ölmüş, Ordubad rayon Biləv kənd qəbristanlığında dəfn edilmiş, qəbirüstü abadlaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X3 07.07.1999-cu il tarixində Ordubad rayonunun Biləv kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 yanvar 1999-cu ildə doğulmuş X3 07 iyul 1999-cu il tarixdə Ordubad rayonunun Biləv kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X5 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar