Məhkəmə qərarları › İş №2(080)-135/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-135/2024

13.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-135/2024 13.06.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və girişə maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və girişə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. 13 iyun 2024-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı Ə. Qədimov məhkəməyə ərizə ilə müraciət etmiş iddia tələbi ilə bağlı Cavabdeh ilə mübahisəni məhkəmədən kənar həll edəcəklərini və iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmiş, işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, Ordubad Rayon Məhkəməsinin hesabına 16.01. 2024-cü il tarixdə 23181 nömrəli qəbzlə İddiaçı tərəfindən Kapital Bank ASC –yə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və girişə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. 16.01. 2024-cü il tarixdə 23181 nömrəli qəbzlə İddiaçı tərəfindən Kapital Bank ASCyə 100 (bir yüz )manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar