Məhkəmə qərarları › İş №2(080)-141/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-141/2020

17.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-141/2020 17.09.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X1, iddiaçı X5 Cavabdeh qarşı ona məxsus olan torpaq sahəsinədən və fərdi yaşayış evindən çıxarılması və ona məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: X3 Cavabdeh qarşı ona məxsus olan torpaq sahəsinədən və fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, keçmiş gəlininin atası Ordubad rayonunun Dəstə kənd sakini Cavabdeh mülkiyyətində olan mənzilin açarları onda olduğu halda qanunsuz olaraq onun evininin qapıların açaraq qızını orda yerləşdirmişdir. Bu səbbdən də onun mülkiyyət hüquqları pozulduğundan Cavabdeh, qızı ilə birlikdə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması barədə və ona məxsusu torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə çıxarılaraq onun mülkiyyət hüququnun bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150ci maddələrinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərə iddia ərizəsinin surətini və iddia ərizəsinə əlavə olaraq daşınmaz əmlakın olduğu yer üzrə mülkiyyətçinin hüququnu təsdiq edən Daşınmaz əmlakın mülkiyyətə verilməsi barədə şəhadətnamə iddia ərizəsinə əlavə etməmişdir Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintinin qurğunun torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tikintinin qurğunun torpaq sahəsinin olduğu yerə görə verilir. .Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.0.1-ci maddəsinin tələbinə əsasən iddiaçı iddia ərizəsinə əlavə olaraq iddia ərizəsinin surətini əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinin tələbinə əsasən iddiaçı mülkiyyət hüququnu təsdiq edən Daşınmaz əmlakın mülkiyyətə verilməsi barədə şəhadətnaməni də iddia ərizəsiniə əlavə etməmişdir Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: X2 Cavabdeh qarşı ona məxsus olan torpaq sahəsinədən və fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. .İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar