Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-148/2020 30.09.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin Sədri Haqverdiyev Tural Ziyad oğlu İddiaçı Cavabdehnə qarşı mərhum atası X3 30 faiz güzəştli payı üzrə Cavabdehndən mağazanın ayrılıb ona verilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib. müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı 30 faiz güzəştli payı üzrə Cavabdehndən mağazanın ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X5 Cavabdeh üzvü, işçisi,və payçısı olmuşdur.Atası xx xxxxx 1987-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra sağ vərəsələri X2 Xanım Həbib qızı, X4, X7, X10 və bir də odur. Vərəsəlik payının ayrılması ilə bağlı Cavabdehnə etdiyi müraciətlə bağlı təklif etdiyi ərzaq anbarını yaxud başqa mümkün ticarət və ictimai iaşə şəbəkərindən 30 faiz güzəştlə almaq imtiyazına malik olduğunu bidimişlər, Lakin bu günə qədər həmin obyektlərdən heç biri güzəştli şərtlərlə onlara ayrılmamışdır.Bu gün isə Cavabdehndən mərhum atası X3 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.Məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150,152-ci maddələrinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddiaçı iddia ərizəsində öz ünvanını göstərsə də cavabdehin poçt ünvanını qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən iddiaçı iddia ərizəsində işdə iştirak edən şəxslərin yəni Cavabdeh poçt ünvanını göstərməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2002-ci il tarixli Cavabdehndən İddiaçı ünvanlanmış məktubda atası X3 30 faiz güzəştli payı olduğunu və təklif etdiyi ərzaq anbarını yaxud başqa mümkün ticarət və ictimai iaşə şəbəkərindən 30 faiz güzəştlə almaq imtiyazına malik olduğunu məktubla bildirilmişdir. İddiaçı isə bu cavab məktubuna etirazı olduğunu və ya razı olduğu haqda heç bir sənəd iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-ci maddəsinin tələbinə əsasən iddiaçı Müqavilə və yaxud həmin kateqoriyalı işlər üçün qanunda nəzərdə tutulmuşsa,iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya )nizama salınmasına dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdehnə qarşı mərhum atası X3 30 faiz güzəştli payı üzrə Cavabdehndən mağazanın ayrılıb ona verilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən X17 filialına (Ordubad Maliyyə şöbəsi hesabına) 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. .İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədr: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-148/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-148/2020
30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver